![]() |
|
Xalq artisti Ağadadaş Ağayevin baltalı hücumunun yeni videoları yayılıb.
Videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra” hospitalının yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.
Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməyi olub:
“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra” hospitalına gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam ki? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl?”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.
Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra o, əlində balta “MedEra” hospitalının həyətinə doğru irəliləməyə başlayıb:
“Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir və mən henə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur”.
İnsidentin ən yeni videolarını təqdim edirik.
Xalq artisti Ağadadaş Ağayevin balta ilə hücum etdiyi xəstəxana mühafizəçisi canlı efirdə açıqlama verib.
"Musavat TV" bildirir ki, Ağadadaş Ağayevlə insidentə səbəb Xalq artistinin ona nalayiq ifadələr işlətməyi olub.
"Hadisə səhər saat 8ə qalmış baş verib. Mən "MedEra" hospitalına gələn xəstəyə aid avtomobili park edən vaxt, yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o yenə təkidlə mənə "bura gəl, qorxma, gəl bura" deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam ki? O yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o mənə üzünü tutaraq "ermənidən əmələ gələn, sənə demirəm bura gəl?", - deyə qışqırmağa başladı. Daha sonra o yenə söyüşlərə davam etməyə başladı."
Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra, o, əlində balta "MedEra" hospitalının həyətinə doğru irəliləməyə başlayıb: "Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan "mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz" ifadələrini qışqıra-qışqıra deyərək mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir və mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra, o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur".
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs olunub.
Bizim.media-nın əldə etdiyi məlumata görə, Rəhim Laçınov Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
İstintaqın gedişi zamanı məlum olub ki, Müdafiə Nazirliyinin sifarişi ilə şirkətlər tərəfindən bəzi tikinti işləri zamanı külli miqdarda vəsait mənimsənilib və israf olunub.
Digər etibarlı mənbələrdən əldə olunan məlumata görə isə, cinayət işinə iyulun 29-da Bakı Hərbi Məhkəməsində baxılıb və R.Laçınov barəsində həbs qərarı verilib.
Bundan əlavə, istintaqın gedişində Rəhim Laçınovun sözügedən əməlləri Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin qərargah rəisi, polkovnik Elmar Heybətqulu oğlu Məmmədovla birgə həyata keçirdiyi məlum olub. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar. Onlar 143 milyon manatlıq mənimsəmədə ittiham olunurlar. Məhkəmənin gedişində Rəhim Laçınov da şahid qismində dindirilmişdi.
Daşkəsən rayonunun Bayan kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
"Report" xəbər verir ki, "Mercedes" markalı mikroavtobus minik avtomobili ilə toqquşması nəticəsində mikroavtobusun sürücüsü, 1985-ci il təvəllüdlü R.Verdiyev, həmçinin 1998-ci il təvəllüdlü E.Səttarzadə, 1967-ci il təvəllüdlü F.Allahverdiyev, 1993-cü il təvəllüdlü S.Məmmədov, 1989-cu il təvəllüdlü S.Kazımov, 1983-cü il təvəllüldü N.Qurbanov, 1985-ci il təvəllüldü A.Məmmədov, 1974-cü il təvəllüdlü V.Əliyev, 1991-ci il təvəllüdlü E.Vəliyev, 1987-ci il təvvəllüdlü R.Əhmədov, 1980-ci il təvəllüdlü, K.Nipalıyeva, 1970-ci il təvəllüdlü A.Səfərov, 2011-ci il təvəllüdlü X.İsmayılova və 1966-cı il təvəllüdlü T.Pirqurban xəsarət alıblar.
Mikroavtobus minik avtomobili ilə toqquşduqdan sonra su kanalına düşüb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyəti orta-ağır qiymətləndirilir.
Digər nəqliyyat vasitəsi "Toyota Corolla" markalı avtomobil olub. Avtomobilin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayevə məxsus olduğu bildirilir.
***
Daşkəsəndə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusla "Hyundai" markalı minik maşını toqquşub. Qəza zamanı 10-dan çox insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda olanlar qızıl mədəninin işçiləridir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, "Hyundai" markalı avtomobil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisinə məxsusdur.
APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanların adları aşağıdakı kimidir:
1967-ci il təvəllüdlü F. Allahverdiyev,
1993-cü il təvəllüdlü S. Məmmədov,
1989-cu il təvəllüdlü S. Kazımov,
1983-cü il təvəllüldü N.Qurbanov,
1985-ci il təvəllüdlü R.Verdiyev,
1985-cu il təvəllüldü A.Məmmədov,
1974-cü il təvəllüdlü V.Əliyev,
1991-ci il təvəllüdlü E.Vəliyev,
1987-ci il təvvəllüdlü R.Əhmədov,
1980-ci il təvəllüdlü K.Nipalıyeva,
1992-ci il təvəllüdlü E.Səddərzadə,
1970-ci il təvəllüdlü A.Səfərov
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin qüvvələri tərəfindən fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
Belə ki, yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində və Göygöl rayonunun Aşıqlı kəndində fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə daxil olan məlumatlar əsasında göstərilən yaşayış məntəqələrinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
Bundan əlavə, Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində çoxmənzilli yaşayış binasının dam örtüyündə və Sumqayıt şəhəri, 45-ci məhəllədə yaşayış binasının fasadında küləyin təsirindən dəmir parçalarının qopması və ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidməti və Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
İyulun 28-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", – hərbi qurumun məlumatında qeyd olunub.
Dağıstanın dağlıq ərazilərində son günlər yağan leysandan sonra daşqın, sel və sürüşmə səbəbindən bir neçə yol bağlanıb. 15 kənd nəqliyyat əlaqəsi olmadan qalıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Rutul rayonunda leysan yağışları nəticəsində Mikik və Cınıx qəsəbələri arasında yol örtüyünə palçıq yığılıb, 11 yaşayış məntəqəsi ilə yağıntılar səbəbilə əlaqə kəsilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, şiddətli yağışlar Çıraqçay çayı üzərində Rıça kəndi yaxınlığındakı dəmir körpünün uçmasına səbəb olub. Nəticədə üç kəndlə əlaqə kəsilib. Bərpa işlərinə isə yalnız çayda suyun səviyyəsi azaldıqdan sonra başlanılacaq.
Yağışlar nəticəsində Gəlxen kəndi yaxınlığındakı yolun örtüyü də yuyularaq kəndi əlaqəsisiz qoyub. Bərpa işlərinin bazar ertəsi başlaması planlaşdırılır.
Tsuntinski rayonunda Hamaitli və Tlyatsuda qəsəbələri arasında yerləşən Kidero - Şauri - Aqvali yolu isə qaya uçması səbəbilə bağlanıb. Yaşayış məntəqələrinə Bejta hissəsindən dolama yol var.
Bundan əvvəl sinoptiklər iyulun 26-dan 28-dək Dağıstanda güclü yağış, leysan, tufan, dolu və küləyin sürətinin 23 m/s-ə çatacağını proqnozlaşdırmışdılar.
Fövqəladə Hallar Nazirliyinin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.
Müraciətin mətnində deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin daha bir neçə gün davam edəcəyi gözlənilir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək təhlükəlidir.
İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”