Xəta
  • Komponent yüklənərkən xəta: com_users, 1
yolda-masinin-qapisini-acib-etrafa-silah-tusladi

Bakıda avtomobilin qapısını açaraq əlindəki sliahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxsin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə “Ford Transit” markalı 07-BH-637 dövlət nömrə nişanlı avtomobilin aşağı sürətlə hərəkətdə olduğu vaxt gənc oğlanın qapını açaraq nümayişkəranə hərəkətlər etdiyini görmək mümkündür. Belə ki, o, əlindəki silahı ətrafa doğru tuşlayıb.

Silahın həqiqi və ya oyuncaq olması bilinməsə də, baş verən hadisə insanları narahat edib.

DİN Mətbuat xidmətindən saytımıza bildirilib ki, hazırda görüntülərlə bağlı araşdırma aparılır.

Taksi şoferini əvvəlcə döydülər, sonra bıçaqla... - FOTO

Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Chevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.

Yol-xeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.

 

Sabah Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq

Avqustun 7-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

Laçında 4 hərbçinin ölümünə səbəb olan "İsti su" bağlandı - VİDEO

Laçında çayın üzəri bağlandı.

BAKU.WS xəbər verir ki, dörd hərbçimizin həlak olduğu həmin "Isti su"yun üzəri bağlanıb.

Qeyd edək ki, iyulun 30-unda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən 4 hərbiçimiz həlak olmuşdu.

Görüntüləri təqdim edirik:

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib

Avqustun 7-dən 8-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 7-8-də isə bölgələrdə fasilələrlə şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, İmişli, Beyləqan, Sabirabad, Şirvan, Salyan, Saatlı, Biləsuvar, Füzuli, Cəbrayıl, Cəlilabad, Yardımlı, Lerik, Şahbuz, Ordubad, Culfa, Qobustan, Şabran, Xızı, Xaçmaz, Siyəzən, Neftçalada arabir 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO

"Ərgünəs" nəşriyyatının direktoru, yazıçı-publisist və naşir Oktay Əliyev (Oktay Ərgünəş) vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, 78 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Bəndalı oğlu Əliyev 1946-cı ildə Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. O, Pedaqoji İnstitutda və Tibb texnikumunda təhsil alıb. 1973-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1966-cı ildə "Sosialist Sumqayıtı" şəhər qəzetində jurnalistlik fəaliyyətinə başlayan Oqtay Əliyevüç il sonra "Araz" qəzetində işə başlayıb və qısa müddət sonra redaktorun müavini olub.

1985-ci ildən Mətbuat və İnformasiya Nazirliyi nəzdində Füzuli rayonlararası birləşmiş mətbəələr birliyinin baş direktoru vəzifəsində çalışıb, 1997-ci ildə isə yeni nəşrə başlayan "Qayıdış" qəzetinin redaktoru, "Nigar-Ə", "Vüqar-Ə" nəşriyyat-poliqrafiya müəssisələrinin direktoru olub.

Oqtay Əliyev Füzuli Şəhər Sovetinin və Füzuli Rayon Sovetinin deputatı, Füzuli Rayon Partiya Komitəsinin üzvü seçilib.

O.Əliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.

 

 

 
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq - PROQNOZ

Avqustun 6-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Nazirlikdən zəncirvari qəza ilə bağlı məlumat

Fövqəladə Hallar Nazirliyi Yasamalda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə zamanı “Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Məktəbin qarşısında bıçaqlanma: saxlanılan var

Sumqayıtda məktəbin qarşısında gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, avqustun 2-də gecə saatlarında Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Pərviz Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Kamran Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır".

DİN-dən əməliyyat: 16 nəfər saxlanıldı

Gəncədə dilənçilik və tüfeyli həyat tərzi keçirən 16 nəfər saxlanılıb.

Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Tədbir zamanı ümumilikdə 16 nəfər saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Xəbər lenti