Bakı-Sumqayıt yolundakı avtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində çağırış daxil olub.

Bu barədə TƏBİB-dəm məlumat verilib.

Bildirilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Bakı-Sumqayıt yolunda iki avtobusun toqquşması nəticəsində bir nəfər ölüb, 18 nəfər yaralanıb - FOTO/VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
***
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var.

“Report” xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Məlumata görə, 29 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub, 10 dan çox yaralının olduğu bildirilir.

 

 
  •  

 

“Vosmoy” bazarında yanğın - ANBAAN VİDEO

Bakının Nizami rayonunda yerləşən “Vosmoy” bazarında obyekt yanır.

Yol-xeber.az xəbər verir ki, ərazidəki dönərxanalardan birində başlayan yanğın qatı dumanla müşahidə olunur. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Vətəndaşlara ərazidən uzaqlaşmaq barədə göstəriş verilib.

Yanğının ətrafdakı obyektlərə keçib-keçmədiyi məlum deyil. 

 

Xəzərdə yanan gəminin söndürülməsi davam edir - VİDEO

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar:

"Yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir".

DTX və DSX-dən əməliyyat: 4 nəfər tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan xarici ölkənin vətəndaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarındakı yaşıllıq ərazidə gizlətdikləri və ümumilikdə 74 kq 163 qr çəkisi olan qurudulmuş marixuananı həmin ərazidən götürüb oradan uzaqlaşarkən Azərbaycan Respublikasının vətəndaşları - 1982-ci il təvəllüdlü Qasımov Vəli Mahir oğlu, 1988-ci il təvəllüdlü İsgəndərov İsgəndər Cəfər oğlu, 1993-cü il təvəllüdlü Süleymanzadə Aqşin Yusifəli oğlu və vətəndaşlığı olmayan 1982-ci il təvəllüdlü Daşdəmirov Çingiz Fakralı oğlu cinayət başında yaxalanıblar.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) maddələri ilə cinayət işi başlanılmış və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda araşdırmalar davam etdirilir.

Ordumuzun hərbçiləri kükürdlü suda həlak oldular - YENİLƏNİB

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

F.Əliyev qeyd edib ki, hazırda Qubadlı hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

***

Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.

Bakıda DSX hərbçisini mahnı sifarişinə görə ÖLDÜRÜBLƏR

Bakıda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş giziri Cəsarət Vəliyevi qətlə yetiriməkdə digər əməkdaşı Camal Həsənova isə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

“Report.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə materiallar tədqiq olunduqdan sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub.

Daha sonra dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Prosesdə hadisə anına aid videomateriallar tədqiq olunan zaman məlum olub ki, C.Vəliyev xəsarət aldıqdan sonra uzun müddət hadisə yerində qalaraq qan itirib.

Məhkəmənin növbəti iclası avqustun 21-nı təyin olunub.

Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin baş giziri olub. Hadisə ötən il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişi və söyüş üstündə baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bakıda gəmi yanır: Nazirlik hərəkətə keçdi

Fövqəladə Hallar Nazirliyinin (FJN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

I Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha iki şəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, hərbçi Məmmədov Surxay Rza oğlu avqustun 1-i Gəncə şəhəri, Şəhidlər xiyabanında, digər hərbçi Quliyev Camal Möhübbət oğlu isə avqustun 2-si Laçın şəhəri, Şəhidlər xiyabanında dəfn ediləcək.

Hacı Şahinin yerinə təyin olunan imama sui-qəsd olunub

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Hüseynov Elşən Fəxrəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd olunub ki, Elşən Hüseynov 1983-cü ildə Bakı şəhərində anadan olub, rəsmi heç yerdə işləməyib.

Məhkəmədə onun hüquq və vəzifələri izah edilib. Elşən Hüseynov dövlət hesabına vəkillə təmin edilib.

Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciət olunub.

Proses avqustun 2-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “MəşədiDadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittihan irəli sürülüb.

Xəbər lenti