Son günlər yeni dələduzluq üsulları yaranıb.

Sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək pullarını mənimsəyirlər.

Saxta elan saytları yaradaraq "kəsirləri düzəldirəm, imtahan ballarını artırıram" kimi vədlər verib vətəndaşları aldadırlar.

Daha ətraflı "ATV Xəbər"in süjetində:

Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏBəşəriyyət üçüncü dünya müharibəsinin astanasındadır. Bir müddət öncə bu ifadəyə müəyyən qədər qeyri-ciddi yanaşılırdısa, indi hamı – Amerikada Co Baydendən və Donald Trampdan tutmuş, Yeni Qvineyadakı papuas tayfa ittifaqlarının başçılarına qədər hər kəs bunun real olduğundan bəhs edirlər. Körüklənmiş müharibə ocaqlarının sayı isə kifayət qədərdir: Ukrayna və ya Şərqi Avropa, Yaxın Şərq, Tayvan, Uzaq Şərq, nəhayət Cənubi Qafqaz.
Rusiya-Ukrayna müharibəsi üçüncü ildir ki, davam edir. Onun yaxın həftələrdə və aylarda bitməsi perspektivi isə demək olar ki, yoxdur. Tərəflərin heç biri güzəştə getmək niyyətində deyil. Elə dünya dövlətləri də bu məsələdə ikiyə bölünüblər. ABŞ başda olmaqla NATO ölkələri Ukraynaya silah yardımları göstərməklə və müxtəlif sanksiyalar tətbiq etməklə Rusiyanın məğlubiyyətinə nail olmağa çalışırlar.

Lakin nə bu qeyri-qənaətbəxş yardımlar, nə də sanksiyalar hələ ki, Rusiyanı sarsıda bilmir. Əvəzində Rusiyanın özünün ətrafında onu Qərbin sanksiyalarından qoruyan, Çin, İran və Şimali Koreyadan ibarət başqa bir koalisiya yaranıb. Və koalisiya onu həm diplomatik, həm də hərbi arenada gizli və açıq dəstəkləyir. Bir sözlə, hadisələrin belə inkişafından görünür ki, “bu xəmir hələ çox su aparacaq”.

Ötən əsrin 50-ci illərindən “barıt çəlləyinə” dönən Yaxın Şərq nəhayət ki, bu günlərdə “partladı”. Burada sözün tam mənasında qlobal müharibənin “iyi gəlir”. Hadisələr artıq İsrail-Fələstin münaqişəsi çərçivəsindən çıxıb və dünyanın böyük güclər arasındakı “köhnə haqq-hesab” müstəvisinə keçib. Bu müstəvidə İsrail-İran və Amerika-İran münasibətləri daha çox diqqət çəkir. Proseslərin hansı məcrada inkişaf edəcəyi Türkiyənin və Rusiyanın hansı mövqe tutacağından da çox asılı olacaq.

Tayvan problemi Çinlə ABŞ arasındakı ənənəvi “söz atışması”nı da real münaqişə həddinə gətirib çıxarıb. Çin tərəfi adanı ölkəsinin ayrılmaz tərkib hissəsi hesab edərkən, Amerika Tayvanın suverenlik iddialarını dəstəkləyir və bu yöndə ona həm diplomatik, həm də hərbi yardım göstərməkdədir. Və iki dünya nəhəngi arasındakı bu gərginliyin müharibəyə çevrilmək ehtimalı kifayət qədər böyükdür.

Şimali Koreya öz qan qardaşını - Cənubi Koreyanı “ən böyük düşməni” elan edib və iki gündən bir ballistik raket sınaqları həyata keçirir. Buradakı mümkün müharibənin Uzaq Şərqin digər bir nəhəngindən - Yaponiyadan da yan keçməyəcəyi ehtimal edilir. Yaponiyanın proseslərə qoşulacağı halında isə Rusiyanın, ABŞ-ın və digər dövlətlərin müdaxiləsi də qaçılmazdır.

Nəhayət Cənubi Qafqaz. Ermənistanın sürətlə Rusiyadan uzaqlaşması, Qərbin, xüsusilə də Fransanın regiondakı proseslərə müdaxilə cəhdlərinin artması, İrəvana silah və herbi texnika yardımların artması, Nikol Paşinyanın bir ayağının Vaşinqtonda, bir ayağının Paris və Brüsseldə olması burada sülhün heç də yaxın olmadığından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bundan, həm də dünyadakı vəziyyətdən dərin narahatlığını ifadə edərək, hələ inaqurasiya mərasimində bəşəriyyətin üçüncü dünya müharibəsi astanasında olduğunu bildirmişdi: “Dünya əslində III Dünya Müharibəsinə çox yaxındır. Bəziləri hətta hesab edir ki, bu müharibə artıq başlayıb”.

İlham Əliyev eyni zamanda Ermənistanın davam edən əsassız ərazi iddiaları və ayrı-ayrı ölkələrdən aldığı hərbi dəstəyi işarə edərək, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək səyində heç nəyin ona mane ola bilməyəcəyi barədə Ermənistana xəbərdarlıq etmiş və açıq şəkildə bildirmişdi ki, ərazi iddialarına son qoyulmayınca sülh razılaşması olmayacaq.

Şübhəsiz ki, belə bir gərgin şəraitdə milli birlik və həmrəylik, dövlət maraqlarının qorunması sadəcə bir istək deyil, zərurətdir.

Fərid Şahbazlı

Xəbər verdiyimiz kimi, bu gündən etibarən güclü maqnit qasırğası müşahidə olunacaq. Maqnit qasırğası iki gün boyunca təsirli olacaq.

Nevroloq Rəna Abbasova “Yeni Sabah”a açıqlamasında müşahidə olunan maqnit qasırğa və onun təsirləri barədə insanlara bir sıra tövsiyələr verib:

“Maqnit qasırğaları ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda, yüksək təzyiq və şəkərli diabet xəstələrində öz təsirini daha ciddi şəkildə göstərir. Maqnit qasırğası dövründə xəstələrdə kəskin başgicəllənməsi və başağrısı olarsa, buna xüsusi diqqət yetirilməlidir. Bu səbəbdən həmin şəxslərə tövsiyə edirik ki, ehtiyac olmadıqda sözügedən dövrdə açıq havaya çıxmasınlar və daha çox qapalı, sərin məkankarda vaxt keçirsinlər. Bundan əlavə, bu cür xəstəliyi olanlar dərmanlarını mütəmadi olaraq qəbul etməli, şəkər və təzyiqlərini normada saxlamalı, əks-göstəriş olmadığı təqdirdə 2 litr maye qəbul etməlidirlər. Bu dönəmdə təzyiq və şəkərləri yüksələrsə, həkimə müraciət etmələri mütləqdir”.

Həkim bildirib ki, maqnit qasırğaları heç bir xroniki xəstəliyi olmayan, səhhəti normal olan insanlara da təsir göstərir:

“Həmin şəxslər bu dövrdə ciddi bir problem yaşamasa da, bu adamlarda da yüksək təzyiq müşahidə edilir. Həmçinin, sağlam insanlarda əzginlik, yorğunluq, gün ərzində yuxululuğun artması, baş ağrıları özünü göstərə bilər. Maqnit qasırğası baş verdikdə, işığa, yüksək səsə qarşı həssaslığın artması, oynaqlarda ağrılar, əsəbilik, əhvalın səbəbsiz pozulması kimi hallar yaranır.

Bununla yanaşı, maqnit qasırğası zamanı bəzən tam sağlam insanlarda da müəyyən diskomfort hissi yarana bilər. O halda müəyyən sakitləşdirici preparatlardan istifadə etmək mümkündür. Həmçinin belə hallar baş verdikdə, xüsusi avadanlıqlarla işləməyi minumuma endirmək, avtomobildən istifadəni azaltmaq, artıq diqqət tələb edən işlərdən çəkinmək tövsiyə olunur”.

Azərbaycanda zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Saatlı stansiyasından 18 km şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Mingəçevir şəhərində tanışlar arasında baş verən dava qanla bitib.

Oxu.Az xəbər verir ki, hadisə şəhər sakini Qurban İsmayılovun evində qeydə alınıb.

Belə ki, mübahisə zamanı 35 yaşlı Yaməddin Rüstəmov 27 yaşlı Qurban İsmayılova bıçaqla xəsarət yetirib. Q.İsmayılov isə Y.Rüstəmovu döyərək ona müxtəlif bədən xəsarətləri yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb və araşdırma aparılır.

narkotikle-tutulan-sexs-axund-imis

Neftçalada qanunsuz narkotik dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, saxlanılan Samid Salamovdan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkar edilib.

Bakupost.az saytının yaydığı məlumata görə isə Samid Salamov Neftçaladakı mədrəsədə axund kimi çalışıb. O, rayonda Kərbəlayi Samid kimi tanınır. S.Salamov Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib.

Faktla bağlı araşdırma davam edir. 


 
irana-casusluqda-ittiham-edilen-sexsler-saxlanildi

İranın molla rejimini təbliğ edən şəxslərin ifşası istiqamətində tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mouze” teleqram kanalı məlumat yayıb.

Azərbaycanın hüquq-mühafizə orqanlarının bu istiqamətdə keçirdiyi əməliyyatlarla rəsmi olmayan məlumatlara görə 10-a yaxın şəxs saxlanılıb.

Saxlanılanlardan ikisinin Mingəçevir sakini Elvin Nəzərov və Goranboy sakini Amil Dəmirov olduğu bildirilir.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kür çayında batan ata və qızının fotosu yayılıb. 

Qeyd edək ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman altı yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb. 

Hazırda onların axtarışları davam edir. 

Sözügedən fotoları təqdim edirik: 

 

 

 

 

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

“Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib.

Məlumata görə, Ermənistan baş verən hadisədən təəssüfləndiyini söyləyib.

Eyni zamanda faktla bağlı cinayət işi açıldığı vurğulanıb.

Qeyd edək ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a bildirilmişdi ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Xəbər lenti