Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.

Məlumatda deyilir:

Aprel ayının 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqlarının aşkar olunması barədə məlumat daxil olmuşdur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti dərhal əraziyə ezam edilmişdir.

İlkin araşdırma zamanı məlum olmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunmuşdur.

Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilmişdir.

Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

 

 

 

 

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub.

Axar.az-ın əldə etdiyi məlumata görə, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib.

İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlamırıq - red.) göstərib. Onun xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır.
Xatırladaq ki, N.Quliyevin ailə üzvləri ilə münasibətləri soyuq olub. 73 yaşlı pediator Abşeron rayonu, Görədil qəsəbəsindəki bağ evində tək yaşayırmış. Onun uzun illərdir Ukraynada yaşayan oğlu ilə də heç bir əlaqəsi olmadığı bildirilir.

Qeyd edək ki, Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi aparılır.

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, protest təmin edilib, Kürdəmir Rayon Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin cinayət əməli Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsindən həmin məcəllənin 322.1-ci (özbaşınalıq) maddəsinə tövsif edilib və ona altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəbrayil Məmmədov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

İttihama görə, Cəbrayil Məmmədov 2017-ci ildə “Facebook” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Türkiyə vətəndaşı, zərərçəkmiş Ahmet Murata (şərti) 2023-cü ilin yanvar ayında həmin sosial şəbəkədə “Nərmin Musavi” istifadəçi adı ilə qeydiyyatdan keçərək özünü “Nərmin” kimi təqdim edib münasibət yaradıb. Sonra “WhatsApp” vasitəsilə zərərçəkmiş şəxslə əlaqə saxlayaraq internet resurslarından götürdüyü qadın şəkillərini ona göndərməklə özünün qadın olduğuna inandırıb. O, əcnəbidən çılpaq formada videogörüntüsünü göndərməsini istəyib. Zərərçəkmiş şəxs də cinsi ehtirasını nümayiş etdirdiyi seksual xarakterli videosunu ona göndərib. Sonra Cəbrayıl həmin videonu 2023-cü ilin yanvar ayının sonunda Kürdəmir rayonunda yaşadığı evdən “WhatsApp”la Ahmetin qardaşına göndərib.

Rusiya ordusunda çağırışçıların fərariliyi rekord həddə çatıb. Bu, çox hal Moskva vilayətində qeydə alınıb.

Axar.az xəbər verir ki, bununla bağlı Britaniya kəşfiyyatının hesabatında bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin sentyabrında qismən səfərbərlikdən bəri 7.400 fərarilik halı qeydə alınıb.

Hərbi məhkəməyə çıxarılan əsgərlərin çoxu şərti cəza alıb və öz bölmələrinə və cəbhə xəttinə qaytarılıb.

Eyni zamanda, Londonda iddia edirlər ki, hərbi xidmətdən yayınan və Qərb ölkələrindən sığınacaq istəyən Rusiya vətəndaşlarının sayı rekord həddə çatıb.

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.

“Əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib.
Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.

Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.

"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin barəsində çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”“Biz başa düşməliyik ki, demarkasiya prosesinə alternativimiz var, ya yox. Mən görmürəm":

Moderator.az xəbər verir ki, bunu “ Haykakan Jamanak ” a müsahibəsində Ermənistanın Tavuş(Tovuzqala) vilayətində, yəni Azərbaycan Respublikası Qazax rayonunun işğal altındakı 4 kəndi yaxınlığındakı kəndlərdə baş verən hadisələrə istinadla politoloq Davit Stepanyan deyib.

“Alternativ müharibədir, təəssüf ki, biz buna hazır deyilik. Yəni biz hazır olsaydıq, sərhədin müəyyənləşdirilməsinin Azərbaycanın tələb etdiyi kimi Tavuşdan deyil, məsələn, Qara göl ərazisindən başlamasını mütləq tələb edə bilərdik. Təəssüf ki, bizdə o resurs yoxdur, bu o deməkdir ki, bu prosesin alternativi yoxdur, yoxdur və oraya toplaşan insanlar dövlətlərarası yolu bağlayıblar”, -deyə erməni siyasi şərhçi bildirib.

Politoloq qeyd edir ki, bu aqressiv hissləri Tavuşdakı erməni sakinlərə aşılayan və yayan şəxslərin Rusiya ilə açıq-aşkar bağlılığı var. Onlar məşhur “5-ci kolon”un nümayəndələridir və erməni kilsəsində də fəaliyyət göstərirlər.

“Mən Tavuşluları çox yaxşı başa düşürəm, onlar hesab edirlər ki, öz haqları uğrunda mübarizəyə çıxıblar. Amma bu mübarizəni kimin qızışdırdığını, arxasında kimin dayandığını görəndə başa düşürəm ki, bunlar Rusiyanın təsir agentləridir və təhlükə buradadır. Bəs niyə Rusiya Federasiyası burada öz əlləri ilə işləyir? Çünki Rusiya üçün Ermənistan və Azərbaycanın sərhədlərinin demarkasiyası o deməkdir ki; Rusiya Federasiyasının burada, sərhəddə heç bir işi qalmayacaq. Ruslar da çox gözəl başa düşürlər ki, bütün sərhəd demarkasiya və delimitasiya olunandan sonra onların Ermənistanda heç bir işi olmayacaq”, - deyə Stepanyan izah edib.

Onun fikrincə, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin olması Rusiyanın bölgəyə təsirinin ölməsidir.

“ “5-ci kalon” agentləri və Rusiya təsirinin agentləri bunu çox yaxşı başa düşürlər və başa düşdüyüm kimi, Moskvadan sifariş alıblar və bütün təxribatları Tavuşda etməyə çalışırlar, çünki İrəvanda heç nəyin alınmadığını görüblər. Ağrıyan yerdə hərəkət edirlər, indi Tavuşda ağrı var. Bu, bizim üçün çox ağrılı prosesdir, asan deyil, demirəm ki, bu demarkasiya bizim arzularımızın sərhəddidir, amma nədənsə başlamalıyıq”- Stepanyan belə deyib.

Erməni politoloqun fikrincə, Tavuşda təxribat törədən insanların məqsədi Tavuşu üsyan mərkəzinə, Ermənistan-Azərbaycan münasibətlərinin növbəti kəskinləşməsi nöqtəsinə çevirməkdir.

“Qarabağdakı “5-ci kalon”unun da orda peyda olması təsadüfi deyil, onlar gəlib buradakı həmkarlarına qoşulub üsyan ocağı yaratmaq məqsədi güdürlər. Çalışırlar ki, bunun vasitəsilə hakimiyyəti qeyri-konstitusion yolla devirməyə cəhd etsinlər, Azərbaycanla sərhəddə eskalasiyasını təhrik etmək, məsuliyyəti hökumət başçısının üzərinə qoymaq və Ermənistan Respublikasının maraqları ilə heç bir əlaqəsi olmayan məqsədlərinə çatmaq istəyirlər. Artsax məsələsinə son qoyduqdan sonar Ermənistan-Azərbaycan sərhədi eskalasiyanı təhrik etmək istiqamətində yeganə qaynar ocaq olaraq qalır. Bu, Rusiya Federasiyasının erməni agentləri ilə işləyə biləcəyi yeganə istiqamətdir”.

Davit Stepanyan bir daha vurğulayır ki, Tavuş xalqı ayrılmalıdır.

“Onlar bütün bu yad siyasi maraqların qurbanıdır, kimlərsə onları aldatmağa, çaşdırmağa və öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışır ki, bu da təəssüf ki, Ermənistana heç bir aidiyyatı yoxdur. Əminəm ki, onlar bunu bacarmayacaq. Başa düşdüyüm qədər, hökumət qərar verib ki, hadisələri öz axarına buraxsınlar, axırda hər şey öz-özünə dağılacaq, vəziyyət sakitləşəcək və delimitasiya davam edəcək. Bu, normal gedişatdır”, - deyə erməni siyasi şərhçi vurğulayıb.

Goranboyda zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən Ölkə.az-a bildirilib.

Vurğulanıb ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.

Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub.

Zəlzələ hiss olunmayıb.

Müxtəlif səhnələrdə səyahət edən aktyorlar truppası. Qarabağda, Zabuxda, ya da başqa yerdə "öz məharətlərini" göstəriblər.

 "Bez tormozov" onlardan birini ifşa edib.

"Yadınızdadır, bu fırıldaqçı Zabux kəndində necə yalan danışırdı ki, axıra qədər orada yaşayacaq və "artsax"ı müdafiə edəcək? Niyə kəndin müdafiəsinə qalxıb Artsaxda yaşamadın? Niyə hamını çaqqal kimi qoyub qaçdı?", - deyə erməni teleqram kanallarından sitat gətilirib.

Sual edilir: İndi o, Tavuşun himayədarına çevrilib? Onun kimi ucuz oğlanlar isə Ermənistanda bir qəpikdir: Mariya Poqosyan, Mika Badalyan, Arman Abovyan, Levon Koçaryan, İşxan Sagetelyan və s. özünüz də görürsünüz: ssenari, aktyorlar, nəticə eynidir. Yalnız yer dəyişir.

Onlar işğaldan azad olunmaqda davam edən Azərbaycan əraziləri ilə vida turuna çıxıblar.

Ssenariyə görə, tezliklə bu quldurlar “qurbanlara dəstək” üçün pul toplamağa başlayacaqlar.

İş orasındadır ki, onları nə torpaq, nə Ermənistan təəssübkeşliyi maraqlandırır, sadəcə, şou göstərib hadisələrdən "qənimət" əldə etmək istəyirlər. Proses ya belə, ya elə onsuz da davam edəcək, bunu özləri də yaxşı bilirlər, amma atılıb-düşməkdən əl çəkmirlər.

Yada salaq ki, hazırda Bakının istintaq təcridxanasında "başına döyən" Ruben Vardanyanın pulları ilə Qarabağda bir çox etnik erməni tez-tez təxribatçı addımlar atırdı və bu, zaman-zaman ifşa olunurdu.

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xudu Məmmədov 13 ünvanında qeydə alınıb.

Belə ki, iri marketlərin birinin qarşısında 24 yaşlı oğlan sevdiyi 22-24 yaşlı qadının ürək nahiyyəsinə bıçaq zərbəsi vurub.

Qadın aldığı xəsarətlərdən ölüb. Sonra o, özünə bıçaq zərbələri vurub.

Oğlan aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Qadının meyiti morqa təhvil verilib. Hazırda ölən qadının ad və soyadı dəqiqləşdirilir.

Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

Xəbər lenti