Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

 

 
  •  

 

Azərbaycan Dövlət Televiziyası (AzTV) ermənistanlı futbolçu Henrix Mxitaryanın Şuşada inşa etdirdiyi villanın son görüntülərini yayıb.

Reportajı təqdim edir:

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd müxtəlif çaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu barədə DİN-dən bildirilib.

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin qəza törətdiyi avtomobil satışa çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, “Porsche” markalı avtomobil 20 min dollar ( 34 min AZN) qiymətində elan saytlarının birində yerləşdirilib.

Qeyd edək ki, ötən ilin avqustunda N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, “Nikosayağı”nın qolu isə amputasiya edilib.

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.
Bildirilib ki, Rövşən Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.

“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”, DİN-in məlumatında deyilir.

 

 

 

Xəbər verdiyimiz kimi, ötən gün dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

“Qafqazinfo” həmin baş leytenantın fotosunu təqdim edir:

 

 

 
Azərbaycanda biabırçı mənzərə: İti avtomobilin arxasına bağladı, maşını sürdü - VİDEO

Azərbaycanda sürücü avtomobilin arxasına it bağlayıb.

Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Videodan görünür ki, it VAZ-2106 markalı avtomobilin arxasına bağlanıb. İt hərəkətdə olan avtomobilin arxasınca qaçmaq məcburiyyətində qalıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır:

“Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək”.

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

Azərbaycanda məşhur biznesmen vəfat edib.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, “Milk-Pro” şirkətinin təsisçisi Mövsüm Şıxıyev dünyasını dəyişib.

Məlumata görə, ixtisasca həkim olan M.Şıxıyev xərçəng xəstəliyindən əziyyət çəkib.

Biznesmenin 66 yaşı var idi.

Allah rəhmət eləsin!

Bakının Qaradağ rayonunda ərini baltalayan qadının məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünə əsasən, 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevi baltalayaraq ona ağır xəsarətlər yetirən 29 yaşlı Könül Quliyeva (adlar şərtidir) 9 il müddətinə azadlıqdan məhrum edilib.

Tərəflərin mübahisəsinə isə qadının telefonuna gələn “darıxmaq şərt deyil” məzmunlu mesaj olub.

Məsələ burasındadır ki, ötən ilin yanvarın 21-də Könül Quliyeva dərsində istifadə etmək üçün telefonu qızına verib. Aşağı sinifdə oxuyan qızı isə vatsapın status bölməsində darıxmaqla bağlı paylaşım edib. Məktəbdə Azərbaycan dili-ədəbiyyat müəllimi çalışan Namiq Zeynalov (ad-soyad şərtidir) isə şagirdin statusuna “darıxmaq şərt deyil” mesajını yazıb.

Könülün əri isə bu mesajın onun arvadına yazıldığını düşünərək həyat yoldaşı ilə mübahisə edib. Bu zaman Rəsul mesajı Könülün qardaşına da göndərib. Həmin mesaja isə “Salam, kimdir?” cavabını yazıb.

Qadının ifadəsinə görə, Könül ərindən zəng edib mesaj yazanan kim olması ilə bağlı maraqlanmağı istəsə də, o, bunu etməyib. Könül ərinin onu ölümlə hədələdiyini, bu səbəbdən qorxduğunu, özünü müdafiə etmək üçün ərinə iki dəfə balta ilə zərbə endirdiyini bildirib.

Rəsul isə məhkəmədə Könüllə heç vaxt barışmayacağını bildirib. O, arvadının ona xəyanət etməsi ilə bağlı düşüncədə qaldığını deyib:

Mənə dedi ki, “aşkım, gəl otur çörək ye”. Oturub çay içəndə başımla balta ilə zərbələr endirdi”.

Darıxmaqla bağlı statusa reaksiya bildirən müəllim də məhkəmədə ifadə edib. O, ifadəsində yanlış anlaşılma olduğunu bildirib:

“Həmin ərəfələrdə şagirdlərin sinfi dəyişmişdi. Uşaqlar elə bilirdilər ki, daha onların müəllimi olmayacam. Bu düşüncələr mövcud olduğu üçün həmin statusa reaksiya bildirim. Nömrələri telefona uşaqların adı və oxuduqları sinfə uyğun qeyd etmişəm. Ondan sonrakı gün isə mesaj gəldi ki, “Salam, kimdir, tanımadım?”. Gələn mesaja baxanda günorta idi. Bu səbəbdən artıq kim olduğumu bildiklərini düşündüyüm üçün cavab yazmadım. Valideyn iclaslarında Könül xanımın üzünü görmüşəm, onunla heç bir münasibətim olmayıb. Mən sadəcə, şagirdin statusuna reaksiya bildirmişəm, o da anasının nömrəsi imiş. Telefonun kim isitfadəsində olduğunu bilməmişəm”.

Xəbər lenti