Ermənistan hərbçisi Oskan Sarqsyan sərhədyanı ərazidə minaya düşərək xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, 1996-ci ildə anadan olan Sarqsyan hadisə nəticəsində ayaqlarından xəsarət alıb və onu Tavuşdan İcevan tibb mərkəzinə aparıblar.

Bakıda məsciddən oğurluq - Məscidin seyfindən 20 min apardı, gecə klubunda yedi

Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 155 ünvanında yerləşən Kərbəlayi Abdullah məscidində oğurluq hadisəsi olub.

Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Ziya Tacəddin oğlu (ad şərti) həbs edilib.

O, oğurluq hadisəsini törətməzdən əvvəl maddi imkanının yaxşı olmadığını bildirərək məscidin imamı (axundu) Hacı Malikdən pul istəyib. Həmin vaxt Hacı Malik seyfdən pul götürərək ona 10 manat verib. Buna görə də təqsirləndirilən şəxs seyfdə pul olduğunu bilib və oradan oğurluq etmək qərarına gəlib.

Elə bu məqsədlə Ziya 2023-cü ilin 11 sentyabr tarixində, gecə saat 00:05 radələrində məscidə oğurluğa gedib. Məsciddə heç kimin olmamasına əmin olduqdan sonra axund otağının kilidini sındıraraq içəri daxil olub. Bundan sonra axundun otağında qoyulmuş dəmir seyfin kilidini bıçaq vasitəsilə açıb və Hacı Malikə məxsus olan 17800 Azərbaycan manatı, 525 ABŞ dolları və 700 avro - cəmi 20.000 manat pulu oğurlayıb.

Ziya oğurladığı pulların bir hissəsini "Malibu” gecə klubunda əyləncəyə və qızlara xərcləyib. Bir neçə gün sonra həbs edilib. Dəyən ziyanın çox hissəsini isə qaytarmayıb.

Məhkəmənin hökmü ilə Ziya Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 il 6 ay azadlıqdan məhrum edilin.

Metroda problem - Sərnişinlər “28 May”da düşürüldü

Bakı metrosunda problem yaranıb.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Həzi Aslanov-Dərnəgül” (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yaranıb. Normativlərə uyğun olaraq, sərnişinlər “28 May” stansiyasında düşürülüb. Qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib və yaranmış problem qısa müddətdə aradan qaldırılıb”, - məlumatda vurğulanıb.

bine-ticaret-merkezinde-yangin-olub

Binə Ticarət Mərkəzində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Ermənistanda "Azərbaycan casusları" ilə bağlı iddialar yenidən aktivləşib.

Publika.az xəbər verir ki, aprelin 2-də Ermənistan təhlükəsizlik orqanlarının Basarkeçərdə Sotk (Söyüdlü) qızıl mədənində işləyən iki rusiyalı əməkdaşı həbs etdiyinə dair məlumat yayılıb.

Rusiyalı işçilər Söyüdlü qızıl mədəninin hazırda Ermənistanın nəzarət etdiyi hissəsində işləyir.

"Hraparak" nəşri yazır ki, saxlanılan rusiyalılar qızıl mədəninin mühafizə postunun əməkdaşlarıdır.

"Mədənin işçiləri bizə bildirir ki, iki rusiyalı işçi Azərbaycana casusluq etməkdə şübhəli bilinir. Onlar yataqla bağlı Azərbaycana məlumatlar ötürüb", - nəşr iddia edir.

Qeyd edək ki, dünən Xankəndidən Ermənistana qayıdan Sərkis Qalstyan da "Azərbaycana casusluq" ittihamı ilə həbs olunub. Bu "casus ovu"nu Ermənistan hakimiyyətinin qurduğu bəllidir: Paşinyan ya o qədər qorxur ki, hər kəsi casus olaraq görür, ya da bu cür oyunlarla Azərbaycanı "müdaxilə edən tərəf" kimi göstərir.

“Bu gün ölkə ərazisində güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeronda küləyin sürətinin arabir 30-35 m/s-yə çatacağı gözlənilir:

“Ölkənin bir çox bölgələrini əhatə edən küləkli hava şəraiti ehtiyatlı və tədbirli davranmağımıza əsas yaradır. Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq. Əsasən də kiçik yaşlı uşaqların nəzarətsiz buraxılması məsləhət deyil.

Həmçinin tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir. Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir”.

ramiz-taxveli-vefat-etdi

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxveli vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Taxveli bu yaxınlarda müalicə aldığı psixatriya xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. 

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

Adelya Taxveli mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsi idi.

 

 


 

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", – nazirlik açıqlayıb.

Aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

Xəbər verdiyimiz kimi, Sumqayıtda dəniz sahilində azyaşlı qızın meyidi tapılıb.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Türkiyə vətəndaşı olduğu bildirilən atanın fotolarını təqdim edirik:

 

 
  •  

 

Xəbər lenti