Bakının Binəqədi rayonu, “Mədən - 2” adlanan ərazidə evin zirzəmisinə neft dolub. Mənzilin otaqlarını kəskin qoxu bürüyüb.

Ev sahibi Rövşən Qasımov iddia edir ki, mənbəyi bilinməyən neftin zirzəmiyə dolması nəticəsində evdə təhlükəli vəziyyət yaranıb.

Təhlükəli vəziyyətlə üz-üzə qaldığını deyən ev sahibi ailəsinin başqa əraziyə köçürülməsini istəyir. Onun sözlərinə görə, evə bir neçə dəfə aidiyyəti qurumlar tərəfindən baxış keçirilsə də, ona nəticəsilə bağlı məlumat verilməyib.

Rövşən Qasımov ümid edir ki, problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən ona qısa müddətdə köməklik göstəriləcək.

xankendide-saatli-bomba-qumbaralar-ve-silahlar-tapildi

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, saatlı bomba və qumbaralar aşkarlayıblar.

Bu barədə “Qafqazinfo”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

itkin-dusen-ana-ve-3-ovladi-tapildi

Martın 23-ü üç azyaşlı övladı ilə itkin düşən ana tapılıb.

“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində həmin qadın 3 azyaşlı övladı ilə tapılıb.

Onlar  Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Moskva vilayətində naməlum şəxs kompüter klubuna daxil olaraq soyuq silahla oradakıları yaralayıb.

Bu barədə "Shot" məlumat yayıb. 

“Moskva yaxınlığındakı Fryazinoda bir nəfər bıçaqla kompüter klubuna girib. Şahidlərin sözlərinə görə, o, üç nəfəri yaralayıb”, -  məlumatda deyilir.

Hadisə 25-i axşam saatlarında baş verib. Həmin şəxs saxlanılana qədər üç nəfəri yaralamağa müvəffəq olub. 

Hazırda polis araşdırma aparır.

200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.

“Qafqazinfo” məlumatına görə, bir müddət əvvəl barəsində qiyabi həbs qərarı çıxarılmış vəkil polis əməkdaşları tərəfindən saxlanılıb.

Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. S. Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 1 ilə yaxın məhkəmə proseslərinə gəlməyib. Onun haqda ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, keçmiş vəkili yenə də hakim qarşısına çıxarmaq mümkün olmayıb. Hakim Mahmud Ağalarov çoxsaylı çağırışlarına gəlməyən xanım müttəhim haqda qiyabi həbs qərarı qəbul edib. Artıq qərar polis tərəfindən icra edilib. Yaxın günlərdə məhkəmə araşdırması yenidən davam edəcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elcan Emin oğlu Bağırov odlu silahdan istifadə edərək özünü öldürüb.

Sosial şəbəkələrdə əsgərimizin görüntüsü paylaşılıb.

Fotonu təqdim edirik:

 

 

 

Həbs edilən Bəhruz Əskərov Azərbaycanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Bu barədə Dövlət Təhlükəsizlik Ximətinin yaydığı məlumatda bildirilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, dövlət qurumunun rəsmi məlumatına görə, Azərbaycan vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.

"Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Eyni zamanda müəyyənləşdirilib ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib", - deyə məlumatda qeyd edilib.

Dövlət Təhlükəsizlik Xidməti Lənkəranın icra başçısını öldürmək istəyən şəxsi saxlayıb.

Bu barədə DTX-dən məlumat verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranmışdır.

Müəyyən edilmişdir ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar vermişdir.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilmişdir.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Eyni zamanda müəyyənləşdirilmişdir ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırmış, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməmişdir.

Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xankəndi məktəb binasında Azərbaycan xalqına, türk millətinə qarşı nifrət yazıları əks olunub.

Bu barədə görüntülər "İTV Xəbər”də yayımlanıb.

Belə ki, məktəbin koridorundakı divarda "We hate Turkish” ("Biz türklərə nifrət edirik”) yazılıb.

Həmin görüntüləri təqdim edirik:

Rusiyanın Azərbaycandakı səfirliyinin önünə Bakı sakinləri gül dəstələri gətirməyə başlayıblar.

Oxu.Az-ın məlumatına görə, onlar martın 22-də axşam saatlarında Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində törədilən terror hücumunda həlak olanların yaxınlarına dəstək nümayiş etdirirlər.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı 82-yə çatıb, 147 nəfər yaralanıb.

 

 

 

 

Xəbər lenti