Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunan “Qardaş qələmlər” (Kardeş Kalemler) Avrasiya ədəbiyyatı jurnalının 143-cü sayı nəşr olunub.

Kult.az xəbər verir ki, görkəmli ədib Mir Cəlalın anadan olmasının 110-cu illiyinə həsr olunan jurnalda V Beynəlxalq Kaşğarlı Mahmud Hekayə Yarışmasında Türkiyədə yer tutan hekayələr dərc olunub. Dərginin bu sayında Milli Məclisin deputatı, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovun, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin, filologiya elmləri namizədi Almaz Ülvinin, Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalının, tənqidçi, filologiya elmlər doktoru Vaqif Yusiflinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Təyyar Salamoğlunun, şairə-jurnalist Şəhanə Müşfiqin Mir Cəlalın xatirəsinə bədii-publisistik yazıları yayınlanıb.

Bundan başqa, Mir Cəlalın iki hekayəsi də Türkiyə türkcəsinə uyğunlaşdırılaraq oxucuların ixtiyarına verilib.

Qeyd edək ki, dərgi Avrasiya Yazarlar Birliyi və Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin əməkdaşlığı sayəsində işıq üzü görüb. Yazıları dərnəyin əməkdaşı yazar-tərcüməçi Oktay Hacımusalı hazırlayıb.


Elmdə çoxdan sübut olunub ki, qan qrupu ilə insan sağlamlığı arasında müəyyən əlaqə var.

Ardını oxu...

Feysbuk administrasiyası vergidənyayınma ittihamı ilə aparılan araşdırmaların nəticəsi olaraq İtaliya hökumətinə 100 milyon avro ödəyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Döç Velle” məlumat yayıb.

Qeyd edilir ki, Feysbuk 2010-2016-cı illərdə reklam gəlirləri ilə bağlı ödənişləri vergi faizlərinin daha aşağı olduğu ölkələrdən həyata keçirib. Feysbukun bu yolla 300 milyon avroluq vergidən yayındığı ehtimal edilir.

Məlumata görə, İtaliya Əpl, Amazon və Quql şirkətləri ilə də bənzər araşdırmalar aparıb.

Bu gün Azərbaycan mədəniyyətinin görkəmli simaları – bəstəkarlar Fikrət Əmirov, Cavanşir Quliyev, rejissor Rasim Ocaqov və aktyor Həsən Məmmədovun doğum günüdür.

Ardını oxu...


Xalq şairi Sabir Rüstəmxanlının qardaşı oğlu Namiq Rüstəmxanlının da rol aldığı “Dəlilər” filminin təqdimat mərasimi baş tutub.

Ardını oxu...

Effektli cavanlaşdırıcı kremlər, zərdablar və s. bu kimi vasitələr adətən çox bahalı olur və hər qadın onları əldə edə bilmir.

Lakin bəzi ucuz vasitələr də var ki, bu vasitələrdən istifadə etməklə dərini xeyli cavanlaşdırmaq mümkündür.

Sağlamolun.az xəbər verir ki, Ukraynalı dermatoloq, trixoloq, kosmetoloq Anjela Petraş belə vasitələr haqqında danışıb. Mütəxəssisin sözlərinə görə, bu vasitələrdən müntəzəm istifadə edən qadın üz dərisini 5-7 yaş daha cavan edə bilər.

Kosmetoloq 2 vasitəni təqdim edir - lidaza və aloe. Hər ikisi apteklərdə ampullarda satılır və kifayət qədər ucuzdur.

Kosmetoloq lidaza və aloeni kompleks şəklində istifadə etməyi tövsiyə edir: səhər üz və boyun dərisini lidaza, axşam isə aloe ilə sürtün. Ampulaları bir neçə dəfə istifadə edə bilərsiniz. Açılmış ampulanı soyuducuda saxlayın.

Müalicə kursu - 30 gün, sonra 3-4 ay fasilə verib yenidən təkrarlaya bilərsiniz.

Bu vasitələr dərini yumşaldır və təravətləndirir, qırışları hamarlayır, dəridə bərpa proseslərini stimullaşdırır.


Cənubi Koreyanın “Samsunq Elektroniks” şirkəti gələn il “Qalaksi S10” smartfonunu 4 variantda (o cümlədən 6 kamera və böyüdülmüş ekrana malik) təqdim etmək niyyətindədir. Bu haqda ABŞ-ın “Voll Strit Jurnal” nəşri məlumat yayıb.

Axar.az xəbər verir ki, şirkət “Samsunq Qalaksi” smartfonlarının bazara çıxarılmasının 10 illiyi münasibətilə istehlakçıları təəccübləndirməyi planlaşdırır. Yazıda deyilir ki, “Qalaksi S10” smartfonunun fevralda təqdim ediləcək 3 variantında ekranın diaqonalı 5,8-6,4 düym aralığında olacaq. “Beyond X” adına malik olan 4-cü variant isə 6,7 düymlük diaqonala malik displeylə təchiz ediləcək.

Bildirilir ki, “Beyond X” aparatı 6 kameraya malik olacaq: onlardan 2-si ön, 4-ü isə arxa paneldə quraşdırılacaq. Təxmin edilir ki, bu, daha yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verəcək.

Bundan başqa, belə tip smartfon məlumatları daha böyük sürətlə ötürməyə imkan verəcək 5G beşinci nəsil mobil şəbəkəsinə girişi dəstəkləyəcək.

Bakıda 5G şəbəkəsinin işə düşməsi 2022-ci ildən tez olmayacaq.

Bunu “Bakcell” MMC-nin baş icraçı direktoru Nikolay Bekers Trend-ə müsahibəsində deyib.

N.Bekersin sözlərinə görə, bu şəbəkənin işə düşməsi üçün şaxələnmiş fiber-optik infrastruktur mövcud olmalıdır:

“Biz 5G şəbəkəsinə keçid məqsədilə fiber-optik infrastrukturun təkmilləşdirilməsi üçün dövlətin təşəbbüslərini dəstəkləməyə hazırıq. Bu məsələdə dövlətin uzunmüddətli planları bizim planlarımızla üst-üstə düşür. 5G şəbəkəsinin işə salınmasına gəldikdə isə, bu 2022-ci ildən tez olmayacaq. Bəlkə də daha gec ola bilər. Bizim üçün 5-ci nəsil şəbəkə 4G şəbəkəsinin davamı olacaq və yüksək keyfiyyətli LTE şəbəkəsinin bazası əsasında işə salınacaq”.

Adil Şan Suriya türkmanlarındandır. 1980-ci ildə Suriyada anadan olub.

Ardını oxu...


Azərbaycan ilə İtaliya arasında ikitərəfli ticarət dövriyyəsi haqqında statistik məlumatlar bu ölkənin yerli mətbuatında geniş işıqlandırılıb.

Ardını oxu...

Xəbər lenti