![]() |
|
Türkiyəli məşhur müğənni Murad Boz “O səs Türkiyə” yarışmasının Azərbaycan əsilli iştirakçısı Fundanı Bakıdakı konsertinə dəvət edib.
Kult.az xəbər verir ki, müğənni yarışmaçını öz komandasına qatmaq istədiyi üçün belə bir təklif irəli sürüb. O, hətta Funda ilə konsertdə duet oxumaq istədiyini bildirib. M.Bozun səylərinə baxmayaraq, Funda anasının da istəyi ilə digər münsif Seda Sayanı seçib.
Qeyd edək ki, TV 8-in sahibi və yarışmanın aparıcısı Acun İlıcalı da Murad Bozun 21 dekabrda Bakı Konqres Mərkəzində keçiriləcək konsertindən və azərbaycanlılara olan sevgisindən danışıb.
10:57
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın vəfatından sonra teatrın direktoru vəzifəsinə onun qızı Aynur Muxtarova gətirilib.
Kult.az xəbər verir ki, bu barədə Unikal.org-a Bakı Bələdiyyə Teatrının truppa müdiri Zemfira Babayeva məlumat verib.
Qeyd edək ki, A.Muxtarova bu təyinata qədər Bakı Bələdiyyə Teatrının direktor müavini olub.
Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılıb.
![]() ![]() ![]() ![]() |
Sizi incidən, ağrı verən və ya xəyanət edən hər kəs nə vaxtsa eyni problemlə üzləşir. Və bu, karma deyil. Bu, insan həyatının həqiqətidir. Biz hamımız əziyyət çəkirik. Bəlkə də bəziləri digərindən daha çox... İlk baxışda bunlar ədalətsiz görünür, amma həyat hər birimizi heç gözləmədiyimiz anda əziyyət çəkməyə məcbur edəcək.
Axar.az Publika.az-ın enerjinin qayıtması haqqında maraqlı faktları əhatə edən yazısını təqdim edir:
Ağır anlarda ən çətin şey ağıllı və təmkinli davranmaqdır. Əgər səbəbkar qarşı tərəfdirsə, biz intiqam hissinə susayırıq. Bizdə qarşı tərəfi eyni cavab atəşi ilə susdurmaq və ona daha çox zərər vermək istəyi güclənir. Səbirsizliklə həyatın onunla hesablaşacağı və ya onun öz cəzasının bədəlini ödəyəcəyi günün gəlməsini gözləyirik. Bu, baş vermədikdə biz depressiyaya düşürük. Sanki hər kəs bizə qarşıdır. Ancaq bu, zənn etdiyiniz kimi deyil.
Həyat gec-tez hər şeyi öz yerinə qoyacaq!
Günlərin bir günü ən pis vaxtda sizə qarşı etdiyi səhvlər onun özünə elə qayıdacaq ki, hətta nə baş verdiyini anlamayacaq. Bu, enerji haqqında sadə faktdır. Nə ötürürsünüzsə, o sizə geri qayıdır. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına. Bunu təsadüf, karma və ya nə istəyirsiniz adlandıra bilərsiniz, amma nəticədə insan öz tökdüklərini yığır. O insan bir gün həm ailədə, həm işdə, həm də cəmiyyətdə layiq olduğunu alacaq. Və nəhayət ki, o özünü aciz, köməksiz, alçalmış və sındırılmış hiss edəcək, onda o, başqalarına yaşatdığı ağrının cəzasını çəkəcək.
Bilirsiniz, bu zaman onunla sizin aranızdakı fərq nədə olacaq?
Şəxsiyyətin yüksəlişi! Pis insanlar başqalarına ziyan vururlar, çünki onlar heç vaxt şəxsi təcrübələrindən dərs çıxarmır. Siz yaşadığınız ağrıdan düzgün nəticə çıxaracaq və böyüməyə davam edəcəksiniz. Onlar isə bununla necə başa çıxacaqlarını bilməyəcək. Siz hər nöqtəsi qırılmış harmoniyanızı bərpa edib küllərindən yenidən doğularkən onlar sınacaqlar.
Odur ki, narahat olmağa dəyməz.
Düşünməyin ki, sizi incidən insanlar heç vaxt o ağrını hiss etməyəcək. Kainatın sizə qarşı olduğu fikrini də dərhal başınızdan çıxarın. Sadəcə həyatın sizə göndərdiyi sınaqdan dərs alın. Dərd çəkin, ağlayın, “Hər şərdə bir xeyir var” və yaxud “Zərərin yarısından da qayıtmaq xeyirdir” məsəlini əldə rəhbər tutaraq, yaşadıqlarınıza müsbət tərəfdən baxmağa çalışın, sonra isə yüksəlin və sizə bilərəkdən şüurlu şəkildə zərər verən insanlarla birdəfəlik vidalaşın. İcazə verməyin ki, bu neqativ gələcək həyatınıza təsir etsin. Əmin olun ki, onlar da nə vaxtsa eyni problemlə üzləşir...
Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən edib ki, insanın yol gedişinə baxaraq nə zaman öləcəyini müəyyən etmək mümkündür.
"Sputnik Azərbaycan" xəbər verir ki, araşdırmaçıların fikrincə, insanın yerişinin sürətli olması onun sağlamlığının xəbərçisidir. Bu göstərici ilə insanlarda ürək-damar xəstəlikləri riski və mərkəzi sinir sisteminin pozuntusunu müəyyən etmək mümkündür.
Bundan başqa, kardiocərrahlar hesab edir ki, bunu ürək əməliyyatı keçirmə fonunda fəsadlar yaşamış xəstələrin müəyyən edilməsində də istifadə etmək olar.
Ekspertlər hesab edir ki, addımların sürətli olması xəstəliklərin inkişafı və erkən ölüm hallarını azaltmır. Sürət sadəcə insanın bioloji yaşını müəyyən edir.
Əgər insan asta-asta gəzməyə başlayırsa, bu onun sağlamlığında ciddi təhlükənin olmasından xəbər verir.