|
Rusiyanın “Roskosmos” şirkətinin rəhbəri Dmitri Roqozin amerikalıların Ayda olması ilə bağlı araşdırma aparmağı təklif edib.
Axar.az xəbər verir ki, Roqozin bunu Moldova Prezidenti İqor Dodonla birlikdə “Rusiya Kosmik Sistemlər” şirkətini ziyarəti zamanı deyib.
“Biz qarşımıza belə tapşırıq qoymuşuq – uçub yoxlamaq: onlar orada olublar, yoxsa yox. Onlar deyirlər ki, olublar. Biz də yoxlayacağıq”, - Roqozin bildirib.
Roqozinin sözlərinə görə, hazırda heç bir ölkə təkbaşına Ay proqramını həyata keçirə bilmir, ona görə də Rusiya və ABŞ-ın bu məsələdə əməkdaşlığı mümkündür.
Qeyd edək ki, ilk dəfə amerikalı Nil Armstronq Aya 1969-cu ildə ayaq basıb.
2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır.
Real TV-nin məlumatına görə, avtomobilin gömrük dəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğın cəmi) ƏDV hesablanır.
Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən asılı olaraq gömrük rüsumu tətbiq edilir. Məsələn, Azərbaycana gətirilən 2000 kub santimetr mühərrikə malik bir avtomobil üçün hər kub santimetrinə 0.20 qəpik hesablanırdısa, 2019-cu ildən etibarən bu rəqəm 0.30 qəpik olacaq.
Yəni bir kub santimetrdə 10 qəpik bahalaşma tətbiq ediləcək.
Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunan “Qardaş qələmlər” (Kardeş Kalemler) Avrasiya ədəbiyyatı jurnalının 143-cü sayı nəşr olunub.
Kult.az xəbər verir ki, görkəmli ədib Mir Cəlalın anadan olmasının 110-cu illiyinə həsr olunan jurnalda V Beynəlxalq Kaşğarlı Mahmud Hekayə Yarışmasında Türkiyədə yer tutan hekayələr dərc olunub. Dərginin bu sayında Milli Məclisin deputatı, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovun, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin, filologiya elmləri namizədi Almaz Ülvinin, Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalının, tənqidçi, filologiya elmlər doktoru Vaqif Yusiflinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Təyyar Salamoğlunun, şairə-jurnalist Şəhanə Müşfiqin Mir Cəlalın xatirəsinə bədii-publisistik yazıları yayınlanıb.
Bundan başqa, Mir Cəlalın iki hekayəsi də Türkiyə türkcəsinə uyğunlaşdırılaraq oxucuların ixtiyarına verilib.
Qeyd edək ki, dərgi Avrasiya Yazarlar Birliyi və Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin əməkdaşlığı sayəsində işıq üzü görüb. Yazıları dərnəyin əməkdaşı yazar-tərcüməçi Oktay Hacımusalı hazırlayıb.