12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mərhum şair İlyas Tapdığın doğum günüdür.

Kult.az xatırladır ki, İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin Dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şeiri ilə başlayıb. O, "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində Gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və İnkişaf agentliyində müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.

İlyas Tapdıq Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972), Macarıstanda (1979) keçirilən tədbirlərdə iştirak edib.

Onun uşaq şeirləri təkcə Azərbaycanda deyil, postsovet məkanında, eləcə də Avropanın bir çox ölkələrində böyük maraqla qarşılanıb, kitabları Rusiyada milyon yarım, Estoniyada, Çexoslovakiyada 100 min tirajla nəşr olunub.

İlyas Tapdıq “Kəndimizin çobanı”, “Bulaq başında”, “Gözlər”, “Arxalı dağlar”, “Bir eşqin şimşəyi”, “Əksim və qəlbim”, “Meşənin mahnısı”, “Xoruz və siçan”, “Özümlə görüş“, “Nağıllı ağaclar“ və başqa kitabların müəllifidir.

O, Azərbaycanın görkəmli şairləri – Rəsul Rza, Səməd Vurğun, Məmməd Araz, Osman Sarıvəlli, Hüseyn Arif kimi qələm adamları tərəfindən yüksək qiymətləndirilib.

İ.Tapdıq müsahibəsində müxtəlif şairlərlə, siyasilərlə bağlı maraqlı xatirələr danışıb. Onlardan biri də Azərbaycan Kommunist Partiyası MK-nin I katibi Mircəfər Bağırov haqdadır:

“Mircəfər Bağırovun vaxtında məktəbi bitirib sənədlərimi ali məktəbə verdim, elə birinci il qəbul olundum. Mənim bir dostum vardı, ali məktəbə qəbul ola bilmədi, Bağırova məktub yazdı ki, atam mənə ərəb əlifbasını öyrədib, molla eləmək istəyir. Qəbul ola bilməsəm, molla olacağam. İki cavan qoşalaşdıq, məktubu gətirib verdik Bağırovun evinin qabağında duran milisə. Məktubu şəxsən özü oxumuşdu, üç gün sonra göstəriş verib ki, o uşağı təcili tapın, universitetin ərəb şöbəsinə qəbul eləyin. Elə də oldu! Onu həmin şöbəyə qəbul etdilər”.

Qeyd edək ki, şair 2016-cı il dekabrın 25-i Bakıda vəfat edib və Badamdar qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunub.


Sovet kosmik aparatı vasitəsilə 1970-ci ildə Yerə gətirilən Ay qruntu (torpaq) nümunələri Nyu Yorkda keçirilən hərracda satılıb.

Ardını oxu...


Qırışlar tək kosmetik problem deyil, qırışların yerləşməsi bəzi xəstəliklərə işarə edə bilər. Xüsusilə bu erkən yaşlarda əmələ gələn qırışlara aiddir.

Alında qırışlar

Sağlamolun.az xəbər verir ki, dərin və erkən əmələ gəlmiş qırışlar insanın cinsindən asılı olmayaraq ürək xəstəliklərinə və ya bu xəstəliklərinin riskinin yüksək olmasına işarə edir.

Belə hesab olunur ki, alın nahiyəsində dərin qırışlar olan insanlarda hipertoniya, infarkt və insulta meyllik daha çoxdur.

Bu insanlar müntəzəm olaraq şəkər və xolesterinin səviyyəsini, arterial təzyiqini yoxlamalıdır.

Yuxarı göz qapaqlarında qırışlar

Bu sinir sisteminin degenerativ xəstəliklərinə və insulta olan meyliliyə işarə edir.

Sizdə belə qırışlar varsa, nevroloqun müayinəsindən keçin.

Qulaq məməciyində qırışlar

Bu aterosklerozun inkişafına işarə edə bilər. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bu da infarkt və insultun riskini artırır.

Belə qırışlarınız varsa mütləq kardioloqa müraciət edin, qanda xolesterinin səviyyəsini yoxlayın.


Babəki həbs edən Əbu-Sac daha sonra Azərbaycanda yaranan Sacilər xanədanlığının (879-941) ilk nümayəndəsi olub.

Ardını oxu...


Tanınmış azərbaycanlı müğənni Əli Purmehriyə “Traktor” futbol komandası üçün hazırladığı yeni mahnını oxumağa icazə verilməyib.

Ardını oxu...

Pekin Universiteti (Çin) alimləri aşkar ediblər ki, bütün digər faydalı xüsusiyyətlərlə yanaşı yaşıl çay həmçinin sümüklərin sağlamlığını da qoruyur.

İnsan yaşlaşdıqca onun sümükləri daha kövrək olur, sümük toxuması zəifləyir, azalır. Bu isə sümük qırılmasının təhlükəsini artırır.

Sağlamolun.az xəbər verir ki, çay bu problemi həll etməyə kömək edir. Araşdırma göstərib ki, 30 il və bundan çox müddət ərzində müntəzəm olaraq yaşıl çay içən insanlarda sümüklərin qırılması riksi 30%-ə qədər azalır.

Nəzərə almaq lazımdır ki, bundan əvvəl aparılmış araşdırmalar göstərib ki, yaşıl çayın faydalı xüsusiyyətlərinə baxmayaraq onu həddindən artıq çox miqdarda içmək olmaz. Bu qaraciyər üçün ziyanlıdır və hətta qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Mütəxəssilər gün ərzində 2-3 fincan yaşıl çay içməyi tövsiyə edirlər.


Akif Paşayevin vəziyyəti hazırda yaxşıdır. Danışır, hərəkət edir, söhbət eləmişik özü ilə. Hələ palataya köçürülməyib, ancaq vəziyyəti yaxşıdır.

Bu sözləri Axar.az-a dünən Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında keçirdiyi uroloji əməliyyatdan sonra iflic olaraq komaya düşən xəstə Akif Paşayevin vəziyyəti ilə bağlı xəstəxanadan bildiriblər.

Xəstəxanadan verilən məlumata görə, xəstə hələ də sözügedən xəstəxanada, reanimasiya şöbəsindədir:

“Dünən ailəsinin etirazına görə xəstəni aidiyyəti üzrə xəstəxanaya köçürə bilmədik. Bu səbəbdən xəstəxanaya nevroloq çağırmışdıq. Hazırda xəstə özünü yaxşı hiss edir. Vəziyyəti normaldır. Bizimlə, ailəsi ilə danışır. İflic əlaməti yoxdur. Hərəkət də edir, normal olaraq danışa da bilir. Ancaq hələ reanimasiya şöbəsindədir. Komadan çıxıb”.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Akif Paşayev Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında prostat əməliyyatı keçirib. Xəstə əməliyyatdan sonra iflic olub və komaya düşüb.


14 yaşlı Murad Abudov limfama (leykemiya xəstəliyinin növü) xəstəliyindən əziyyət çəkir.

Ardını oxu...


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi “Paraçetamol 500”dərmanı haqqında sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Ardını oxu...

SSRİ nümayəndə heyətinin 1943-cü ildə Tehran konfransında təhlükəsizliyinin və işinin təminatı üçün görülən tədbirlər sistemi Sovet rəhbərliyi tərəfindən şərti olaraq “30-cu istiqamət” adını almışdı.

Ardını oxu...

Xəbər lenti