Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənmiş dərman vasitələrinin tam siyahısı dərc olunub.

Axar.az xəbər verir ki, bu barədə Tarif Şurasının sədri Şahin Mustafayev qərar imzalayıb.

Şura Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq qərara alıb:

1. Dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilsin.

2. Nəzərə alınsın ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Bu günlərdə sosial şəbəkələrdə yayımlanan “Nizaminin Azərbaycana aidiyyəti yoxdur” kimi absurd düşüncələrə cavab olaraq hələ 80 il bundan əvvəl sabiq SSRİ Elmlər Akademiyasında ciddi tədqiqatlar aparılıb.

Kult.az xəbər verir ki, bu sözləri AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli qeyd edib. O, Nizami Gəncəvi ilə bağlı maraqlı bir faktı açıqlayıb:

“Planetar miqyaslı mütəfəkkir, şair Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsinə hazırlıq işləri ilə bağlı respublikamızın Tarix, Dil və Ədəbiyyat İnstitutunun rəhbərliyi 1938-ci ilin sentyabr ayında EA Azərbaycan Filialı Rəyasət Heyətinə, eləcə də SSRİ Elmlər Akademiyasına rəsmi müraciət edib.

SSRİ EA akademik katibliyinin sorğusuna cavab olaraq professor Yevgeni Eduardoviç Bertels (1890-1957) Nizami Gəncəvinin kimliyi haqqında yığcam arayış hazırlamışdı. İlk dəfə yayımlanan və Rusiya EA Arxivindən əldə etdiyim həmin arayışı oxuculara təqdim edirəm:

“Nizami – Nizaməddin İlyas ibn-Yusif 1140/1141-ci illərdə Gəncədə (əvvəlki Yelizavetpol, indiki Kirovabadda) doğulub, bütün ömrünü orada yaşayıb və 1202/1203-cü ildə (1209-cu il - A.R.) elə orada da dəfn edilib. Onun məzarı indi də məşhurdur, amma göründüyü kimi tənəzzülə uğrayıb. O vaxt Gəncə Şirvan xanlığının tərkibində idi və beləliklə Nizami ərazi etibarilə İranla bağlı deyildi, halbuki fars ədəbiyyatına böyük təsir göstərmişdi. O vaxt Şirvanın ədəbi dili – feodal-zadəgan dairələrinin ünsiyyət vasitəsi fars dili olub. Nizaminin əsərləri yuxarı dairələr üçün nəzərdə tutulduğuna görə fars dilində yazılıb. İstisna edilmir ki, Nizami fars dili ilə yanaşı müəyyən dərəcədə türk, ola bilər ki, gürcü dilini də bilirdi". Prof. Y.E.Bertels” (Rusiya Elmlər Akademiyasının Arxivi. Fond-394, siyahı-16 (1938), iş-5).

Düşünürəm ki, bu gün də sosial şəbəkələrin imkanlarından yetərincə faydalanaraq cəmiyyətdə Nizami Gəncəvinin vətəni, kimliyi ilə bağlı şübhə toxumu səpənlər üçün professor Y.E.Bertelsin mötəbər fikirləri ən tutarlı arqumentdir”.

Nobel Sülh Mükafatının sahibləri bəlli olub.

Ardını oxu...

İnsanın kəllə sümüyünə bənzəyən 2015 TB145 adlı asteroid noyabrın 11-də Yerə yaxınlaşacaq.

Axar.az xəbər verir ki, bu barədə “Live Science” məlumat verib.

Asteroid Yerdən 38 milyon kilometr məsafədən keçəcək.

Qeyri-adi asteroid ilk dəfə 2015-ci ildə alimlər tərəfindən müşahidə olunub.

Yeni Zelandiya və Avstraliya birləşməli, rəhbəri isə Yasinda Ardern olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Hollivud ulduzu Rassel Krou Tvitter hesabında jurnalist Conatan Qrinin Yeni Zelandiya və Avstraliyanın biləşməsi təklifinə dəstək olaraq yazıb.

“Bax, sadəcə qəbul et. O (Ardern) möhtəşəm insandır. Avstraliya və Yeni Zelandiyanı bir ölkəyə çevirib Yasinda Arderni də baş nazir etməyin zamanı gəlmədi?”, - aktyor Qrinə müraciətlə yazıb.

Qeyd edək ki, Yasinda Ardern hazırda Yeni Zelandiyanın baş naziridir.

Payız fəslində ən çox yeyilən meyvələrdən biri də naringidir.

Ardını oxu...

ABŞ-ın elektrikli avtomobil istehsalçısı və enerji yükləmə şirkəti “Tesla”nın qurucusu Elan Mask barəsində başladılan korrupsiya istintaqı çərçivəsində şirkətin idarə heyətindən ayrılacaq, şirkəti və özü adına təxminən 40 milyon dollar cərimə ödəyəcək.

 

Axar.az xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası açıqlama yayıb.

Məlumata görə, Mask şirkətin idarə heyəti sədrliyindən 45 gün ərzində istefa edəcək və qarşıdakı 3 il ərzində bu vəzifəyə namizəd olmayacaq.

Hemilton Rusiya Qran-Prisinin qalibi oldu"Mersedes" komandasının Böyük Britaniyalı pilotu Lyuis Hemilton Formula-1 yarışmasının Rusiya Qran-Prisinin qalibi olub.

 

Trend-in verdiyi məlumata əsasən, yarışda ikinci yerin sahibi Valtteri Bottas olub ("Mersedes" komandası).

Finiş xəttinə üçüncü almaniyalı pilot Sebastyan Fettel ("Ferrari") çatıb.

Honkonqdan olan şəxs siçanda olan virusa yoluxmuş ilk insan olaraq tarixə keçib.

Ardını oxu...

Ötən gün “Tesla” və Feysbuk şirkətlərinin sahiblərinin sərvəti 3,5 milyard dollar azalıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyiməlumat yayıb.

 

Bildirilir ki, “Tesla”nın sahibi İlon Maskın gəliri 1,5 milyard dollar azalıb. Buna səbəb ABŞ-ın Birjalar və Qiymətli Kağızlar Federal Komissiyasının “Tesla”nı məhkəməyə verməsi olub. Komissiya Maskı öz Tvitter hesabıyla şirkətin səhmdarlarını aldatmaqda ittiham edib.

Feysbukun sahibi Mark Zukerberq isə 2 milyard dollar itirib.

Xəbər lenti