![]() |
|
Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu yeni klip çəkdirib.
Kult.az xəbər verir ki, bu haqda Milli.az-a aşıq Samirə məlumat verib:
"Klipi may ayından etibarən çəkirik. Çünki biz vətənimizin gözəlliklərini ancaq yay ayında göstərə bilərdik. Mahnı "Ana yurdum" adlanır. Söz və musiqisi aşıq Pənaha aiddir. Klipdə ölkəmizin gəzməli, görməli məkanlarına bizim gözümüzlə nəzər salınıb. Ekran işində yurdumuzun həm keçmişinə, həm də bu gününə bizimlə bərabər gələcək nəslin də gözüylə baxılır. Bu səbəbdən övladlarımız da bu klipdə yer aldı. Aşıq Əlinin qızı, mənim isə oğlum çəkildi. Bundan əlavə indiki gənc aşıqlar da klipdə yer alıb. Gənc aşıqlar arasında hər ikimizin yetirmələri var. Klipdə ana yurdumuzla bərabər milli alətlərimiz, milli musiqimiz, milli geyimlərimiz, bir sözlə milli mədəniyyətimizin bir hissəsi tərənnüm edilir".
Aşıq Əli isə kliplə bağlı bunları deyib:
"Həm də düşündük ki, Əli-Samirə duetindən bir hesabat klipi hazırlayaq. Əlbəttə ki, çalışarıq davamlı olsun. Klipin ideya müəllifi Samirə xanımdı. Hələ əvvəldən Samirə xanım bu mahnını tək ifa etmişdi. Elə tələbələrlə bərabər ilk dəfə olaraq aşıqların flaşmobunu da məhz bu mahnıyla həyata keçirmişdilər. Sonra qərara aldıq ki, duet də oxuyaq və klipdə hamı yer alsın. Həmişəki kimi Samirə xanım ilklərə, yeniliklərə imza atmağında davam edir. O ki qaldı maddiyat xərcinə... Bunu ata malı kimi yarı-yarıya ödəmişik (gülür). Sənətdən gələn, sənətdə də xərclənməlidir. Əziyyəti keçən hər kəsə, o cümlədən klipi lentə alan Rövşən Allahquliyevə, aranjmançı Ruslan Səmədova, masterinq Taleh Ağayevə təşəkkür edirik" deyə aşıq bildirib.
Aşıqların yeni klipini sizlərə təqdim edirik.
“Mona Liza” rəsm əsəri və rəssam Leonadro Da Vinçi ilə bağlı ilginc iddialar irəli sürülüb.
Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının iclasında institutun veb-saytı yeni versiyada (www.tarixinstitutu.az) təqdim edilib.
Bu gün “Elmed” klinikasının həkimləri 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü və Cümhuriyyətin 100 illiyi münasibəti ilə Müharibə və Əmək Əlilləri üçün Pansionatda məskunlaşan kimsəsiz ahılları müayinə edib.
Axar.az xəbər verir ki, klinikanın rəhbərliyi tərəfindən təşkil edilən ziyarət zamanı onlar bir çox lazımı ərzaqla təmin edilib. Bundan başqa klinikanın dermatoloqu Mübariz İsmayılov, terapevti Türkanə Səmədova, LOR həkimi Natəvan Əliyeva onları müayinə edərək, müalicə üçün lazım olan dərmanları yazıblar.
Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanlı bildirib ki, bu layihə Azərbaycanın Dövlət Müstəqilliyi Günü və Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar keçirilən 2018-ci ilin tədbirlər planına uyğun olaraq təşkil edilib:
“Məqsədimiz burada yaşayan ağbirçək və ağsaqqalların qayğısına qalmaqdır. Klinikanın maddi bazasına uyğun olaraq 20-25 nəfərlik şəxsə gündəlik tələbatları üçün lazım olan ərzaq paketi hədiyyə etdik. Həkim briqadamız buradakı yaşlıların bir hissəsini müayinə etdi. Həkimlərimizin yazdığı reseptlər əsasında klinikamız tərəfindən dərmanlar alınaraq, buraya çatdırılacaq”.
Yusif Osmanlı onu da qeyd edib ki, bu kimi ziyarətlərin hələlik ilin sonuna kimi keçirilməsi planlaşdırılır:
“Gələn həftələrdə valideyn himayəsindən mərhum olan uşaqlar üçün internat məktəblərinə belə ziyarətlər təşkil edəcəyik. Növbəti ayda 31 Dekabr və yeni il münasibəti ilə yenidən yaşlılar evinə həkim briqadamız ilə gələcəyik. Növbəti səfərimizdə çalışacağıq ki, yaşlıların şikayətlərinin daha çox olduğu xəstəliklərin müayinə və müalicəsini edən həkimlərimiz üstünlük təşkil etsin”.
Əvvəllər Azərsu MMC-nin əməkdaşı olan və hazırda Müharibə və Əmək Əlilləri üçün pansionatda məskunlaşan kimsəsizlərdən biri Əliyev Rafiq Sultan oğlu bildirib ki, səhhəti ilə bağlı yaranan problemlərin müalicəsi üçün həkimlər əllərindən gələni əsirgəmədilər:
“Burada şərait çox gözəldir. Öz otağım var. 6 aydır buradayam, 450 ağac əkmişəm. Bundan sonra da 1000 dənə də gül əkəcəyəm. Hər gün onlara qulluq edərək dincəlirəm. Buradakı qulluqdan çox razıyam. Klinikanın həkimləri bizi çox gözəl qarşıladı, müayinə etdilər. Lazımı dərmanlarla da təmin edəcəklərini bildirdilər. Dövlətimiz bizə hər cür qayğı göstərir”.
70 yaşlı Qəmbərov Həbib isə müayinədən razı qaldığını bildirərək, klinikanın dərmanlarla təmin etməsini təqdirəlayiq hal kimi qiymətləndirib:
“Artıq 13 ildir, burdayam. Bizim üçün çox gözəl şərait yaradılıb. Bu gün “Elmed” klinikasının həkimləri bizi müayinə etdi. Bir çox xəstəlikdən əziyyət çəkirəm. Şəkərli diabetəm, böyrəklərimdə, qaraciyərimdə problem var. Özüm də infarkt keçirmişəm. Bu gün bizə göstərdikləri qayğıya görə həkimlərimizə və klinika rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Həkimlər tərəfindən müayinə olunduq və reseptlərimiz yazıldı. “Elmed” bizi həmin dərmanlarla təmin edəcək”.
Onkoloji xəstəlikdən əziyyət çəkən Hümbətova Nübar da öz həmyaşıdları kimi buradakı şəraitdən razı qaldığını bildirib:
“Bizim üçün yaratdıqları şəraitə görə cənab Prezidentimiz İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çox təşəkkür edirəm. Həmçinin, “Elmed” klinikasının rəhbərinə, həkim kollektivinə minnətdarlığımı bildirirəm ki, bizi yaddan çıxartmayıblar. Belə bir xoş gündə həm ziyarət etdilər, həm də müayinə. Mənim qulağımda problem var idi. Allergiyama görə də resept yazıldı. Dərmanlarımızı klinika rəhbərliyi öz öhdəsinə götürdü”.
“Elmed” klinikasının həkim terapevti Türkanə Rəhimova bu gün müayinə etdiyi ahıllardan bəhs edərək, onların klinika tərəfindən dərmanla təmin ediləcəyini bildirib:
“Bu gün 8-ə yaxın yaşlı nəslin nümayəndəsinə xidmət göstərdim. Əksəriyyəti ürək-damar sistemi xəstəliyindən əziyyət çəkir. Astma xəstəlikləri, ürək çatışmazlığı, damar problemi olan xəstələr də çox idi. Müayinə olunan yaşlılar arasında əməliyyat olunması lazım olan da var idi. Yaşlılar arasında qəbzlik və mədə-bağırsaq sistemi ilə bağlı da şikayətlər çox idi. İmkanlarımızdan istifadə edərək müəyyən diaqnozlar qoyduq. Demək olar, tam ağır xəstəliklər yoxdur”.
Daha sonra isə Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Əsədova Qətibə bu gün yaşlıları həm ziyarət, həm də müayinə etdiyi üçün “Elmed” klinikasına təşəkkür edib:
“Ahıllarımızı yüksək səviyyədə müayinə etdilər. Lazım olan reseptləri qeyd etdilər və dərmanlarla təmin ediləcəyini bildirdilər. Bu gün 15-ə yaxın yaşlıya tibbi xidmət göstərildi. Elə yaşıllarımız var ki, bütün həkimlərin müayinəsindən keçdi”.
Qətibə Əsədova qeyd edib ki, dövlət pansionata daima qayğı göstərir:
“Müəssisəmizdə 226 nəfər yaşlı nəslin nümayəndəsi yaşayır. Öz pensiyalarını özləri xərcləyirlər. Dövlət tərəfindən onların yeməyini, geyimini, dərmanları verilir. Leyla Əliyeva bizi tez-tez ziyarət edir bizi. Onun bizə ən böyük hədiyyələrindən biri də bizə nəqliyyat vasitəsi verməsi oldu. Yaşlı insanlar hər gün o avtobusla ASAN Xidmətə gedir və orada könüllü fəaliyyət göstərirlər. İlkin yardımlar üçün nə lazımdırsa, onlar dövlət tərəfindən bizə verilir. Bazar günləri qohumlar və yaxınlar üçün görüş saatları ayrılıb”.
Güney azərbaycanlı ədəbiyyatsevərlərin ərsəyə gətirdiyi “Çağdaş tribunu” proqramının növbəti buraxılışında Huşəng Cəfərinin şeirinə yazılmış mahnı təqdim edilib.
Kult.az xəbər verir ki, “Gözəl Zəngan” adlanan şeirin musiqisi və ifası Hadi Kərəmiyə, aranjiman Nəvid İqbali və H.Kərəmiyə məxsusdur.
Proqramın budəfəki buraxılışının qrafisti Həsrət Zənganlıdır.
Almaniyanın avtomobil brendi olan “Audi” şirkəti dizellə işləyən avtomobillərdə yol verdiyi yanlışlığa görə 800 milyon avro cərimələnib.
Axar.az xəbər verir ki, bu barədə “Audi”nin də daxil olduğu “Volksvagen” qrupu məlumat yayıb.
“Audi” şirkətinin istehsal etdiyi V6 və V8 dizel mühərrikli avtomobillərdə mövcud tələblərə əməl edilmədiyi bildirilib. Şirkət sözügedən məbləği ödəməyi qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqramını açıqlayıb.
Bakıda və Abşeron yarımadasında oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-20, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında
Oktyabrın 16-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 18-22, dağlarda gecə 3-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.
Tibbi meteoroloji proqnoz
Oktyabrın 16-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi və iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Polşanın şimal-şərqində yerləşən və İkinci Dünya Müharibəsi illərində gizli bir hərbi qərargah olaraq, istifadə edilən bir obyekt indi turistlər üçün maraqlı bir gəzinti yeri olub.
Bu qərargahı İkinci Dünya Müharibəsi zamanı Adolf Hitler tikdirib. Həmçinin bu qərargah onun gizli məkanlarından biri olub. Bu qərargaha “Qurd yuvası”da deyirlər.
Bu qərargah 1941-1944-cü illərdə birbaşa Hitler tərəfindən idarə edilirdi. 1940-cı ilin yaz aylarında bu qərargahın inşaası başlamışdı. Hitlerin planı bir neçə ay içərisində Rusiyanı məğlub etmək idi.
Ona görə də ”Qurd Yuvası” adını verdiyi bu qərargahın tikilib başa atması ilə bağlı göstəriş vermişdi. Ayrıca olaraq bu qərargahın tarixdə önəmli yerlərindən biri də Hitlerin burada öldürülməsinə cəhd edilməsidir. Alman zabiti Klaus von Ştauffenberq bu qərargahda Hitleri öldürməyə cəhd etmişdi.
Alman zabiti Hitlerin də qatıldığı toplantılardan birinə qatılmış, lakin hazırladığı bomba planladığı kimi partlamamışdı. Daha bir cəhdində isə alman zabiti yenə də istəyinə nail olmasa da, Hitleri yaralamağı bacarmışdı.
O, Hitlerin yanına qoyduğu bomba yüklü çantanın yerinin dəyişdiriləcəyini hesab etməmişdi. Bu sayədə Hitler yüngül xəsarət alaraq yaralanmışdı.
Hitler həmin alman zabitini və onunla birlikdə işləyən casusları taparaq edam etdirmişdi. 20 iyul sui-qəsdi olaraq tarixə keçən bu hadisə ilə bağlı 200 nəfər edam edilmişdi.
Almanların savaşda üstünlüyü itirməsinin ardından 1944-cü ildə Hitler bu qərargahı tərk etmişdi. Qərargah “Qızıl ordu” tərəfindən ələ keçirilmişdi. Ələ keçirildikdən sonra bu qərargahın ətrafındakı 54 min minanın təmizlənməsi tam 10 il zaman almışdı.
Hazırda bu qərargahı hər il çoxlu sayıda turist ziyarət edir. Qərargah İkinci Dünya müharibəsinin bitməsindən və minaların təmizlənməsindən sonra insanların ziyarəti üçün açıq elan edilib.