Bir neçə gün əvvəl Azərbaycanda eşşək fermasının yaradılması ilə bağlı yayılan məlumatlar gündəmə çevrilib. Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən fermada istehsal olunan eşşək südünün litri 80 manata satılır.

Ardını oxu...

Azərbaycanlı müğənni Azər Həsənov “O Səs Türkiyə”də səsi ilə münsifləri heyran edib.

Ardını oxu...

Rusiyanın Sankt-Peterburq şəhərinin Kurort rayonunda iki yük maşını və bir mikroavtobusun dəhşətli toqquşmasından sonra baş verən yanğının görüntüsü yayılıb.

Axar.az xəbər verir ki, bu gün axşam saatlarında “İveco" yük maşını "Scania" yük maşını ilə toqquşub. Daha sonra sonuncu qarşı yola çıxıb və "Hundai Starex" tipli mikroavtobusa çırpılıb.

Qəza nəticəsində 8 nəfər həlak olub.

Amerikalı alimlər iddia edir ki, insan öldükdən sonra gözləri görür və ətrafda baş verənləri dərk edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölüm tibbi nöqteyi-nəzərdən ürəyin fəaliyyətini dayandırması hesab olunur. Ürək dayanır və döyünmür. Bundan sonra insanın yaşaması mümkün deyil. Ancaq beyin ürək kimi ani dayanmır, tədricən "sönür". Bu da insanın öldükdən sonra müəyyən zaman kəsiyində "yaşaması" deməkdir - ətrafda olanları dərk edir, ancaq reaksiya verə bilmir. Bu vəziyyət ürək dayanandan sonra bir neçə dəqiqədən 1 saatadək davam edə bilər.

Bu mülahizə kliniki ölüm keçirən pasientlər üzərində aparılan araşdırma zamanı ortaya çıxıb. Təxminən onlardan yarısı yaşadığı hissləri xatırlayıb.

Paşanın Samsuna gəlməsi heç də yaxşı çıxış yolu deyildi.

Axar.az xəbər verir ki, bu sözləri tarixçi, akademik və yazar İlbər Ortaylı “İmperatorluqdan Cümhuriyyətə” adlı tədbirdə çıxışı zamanı deyib. O, Atatürkün Samsun səfərinin strateji xəta olduğunu bildirib:

“Niyə? Çünki çox kosmopolit və ayaqaltı, strateji baxımdan sıfır bir yerdir. Orada ilk tüfəng belə atılmaz. Azı İzmir qədər strateji baxımdan problemlidir. Nə düzgün sənayesi var, nə də doğru-düzgün burjuası – heç nəyi yoxdur. Kristallaşmamış bir yerdə dirəniş olar?”

Qeyd edək ki, Mustafa Kamal Atatürkün 1919-ci ilin 19 mayında Samsuna gəlməsi Türkiyə Cümhuriyyətinə gedən yolun ilk dayanacağı, “Qurtuluş savaşı”nın başlanğıcı hesab olunur. Atatürkün çox önəm verdiyi, eləcə də “Şərq məsələsi” adı altında məhvə məhkum olunan türklər üçün bu gün müstəqilləşmə, müasirləşmə və demokratikləşməyə gedən yolun ilk addımıdır.

 

“Adam” filmi XI İstanbul Beynəlxalq Memarlıq və Şəhər Film Festivalında 90 ölkədən qatılan 950 film arasında "sənədli film nominasiyası"nda ikinci yerə layiq görülüb.

Ardını oxu...


Məşhur şoumen oyandı

İki həftə öncə evində yıxılaraq xəstəxanaya yerləşdirilən türkiyəli şoumen Mehmet Ali Erbildən şad xəbər var.

“Qafqazinfo”nun “Sözcü”yə istinadən verdiyi məlumata görə, reanimasiyada müalicə alan 61 yaşlı şoumen bu gün oyandırılıb.

Həkimi Jan Klod Kayukanın sözlərinə görə, Erbilin vəziyyəti getdikcə normallaşır.

Dünyanın ən hündür abidəsi hesab olunan heykəlin oktyabrın 31-i açılışı olacaq.

Kult.az xəbər verir ki, 1947-ci ildə Britaniyanın müstəmləkə əsarətindən qurtulmaq üçün xalq hərəkatının ən fəal üzvlərindən biri, Hindistanın milli qəhrəmanı, ölkə konstitusiyasının müəlliflərindən olan Sərdar Patelin heykəli Hindistanın Qucarat əyalətindəki Narmada çayı sahilində ucaldılıb. 410 milyon dollar vəsait hesabına başa gələn abidənin hündürlüyü 182 metrdir.

Açılış mərasimində ölkənin Baş naziri Narendra Modi iştirak edəcək.

Qeyd edək ki, heykəlin əsası qoyularkən N.Modi abidənin Nyu Yorkdakı "Azadlıq" heykəlindən iki dəfə böyük olacağını vurğulamışdı.


Bu gün səhər saatlarından etibarən Virtualaz.org saytının təşkil etdiyi xüsusi qrup Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarılması üçün işə başlayıb.

Böyük ehtimalla Müşfiqə məxsus olduğu təxmin edilən qalıqlar azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun atası Teymur Əhmədovun qalıqlarının axtarılması zamanı tapılıb. F.Əhmədov açıqlamasında bildirib ki, qalıqların tapılması haqda vaxt Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini məlumatlandırıb. Habelə iş adamı Müşfiqə aid olduğu təxmin edilən qalıqlarla eyni quyuda basdırılmış 10-a yaxın insan qalıqlarının (hamısı 30-cu illərdə Stalin repressiyaları zamanı güllələniblər) toplanması və gələcək araşdırma üçün ayrıca saxlanılmasını təmin edib.

Bu gün həmin qalıqlar qazılaraq çıxarılıb, onların arasından Müşfiqə aid olduğu qalıqlar ayrılıb. Fotodan da göründüyü kimi skeletin baş sümüyündə iki güllə yeri var.

Hər ehtimala qarşı digər qalıqlardan da bir neçəsi götürülüb. Növbəti mərhələdə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar üzərində tədqiqat başlayacaq və nümunələr götürüləcək. Daha sonra həmin nümunələr şairin yaxınlarından birindən götürülmüş nümunələrlə müqayisə edləcək, yəni DNK analizi aparılacaq. Redaksiyamız böyük ümidlə gözləyir ki, aşkar edilən qalıqların nakam şairə məxsusluğu DNK analizi ilə təsdiqlənəcək və onu nəhayət layiq olduğu şəkildə dəfn etmək mümkün olacaq.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatı, qida əlavəsi və tibbi ləvazimatın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Axar.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Əjdər Kərimov gömrük nəzarətini "yaşıl kanal"la keçərkən saxlanılıb və çantalarının rentgen aparatında yoxlanılması üçün "qırmızı kanal"a yönləndirilib.

Yoxlama nəticəsində çantalarda dərman preparatlarının olduğu müəyyən edilib.

Şifahi sorğu-sual zamanı Əjdər Kərimov İstanbuldan Bakıya tanışı Samir Bağırlı ilə birlikdə gəldiyini, malların sonuncuya məxsus olduğunu bildirib.

Daha sonra gömrük zonasını tərk edən Samir Bağırlının olduğu yer müəyyən edilib və o, baqajının təkrar yoxlanılması üçün geriyə qaytarılıb.

Təkrar yoxlama nəticəsində isə sahibi Samir Bağırlı olan 2 ədəd əl çantasında və 4 ədəd baqajda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, yazılı və ya elektron formada bəyan edilməmiş 137 adda dərman preparatı, qida əlavəsi, tibbi ləvazimat və 35 ədəd eynək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti