Bu gün Azərbaycanın görkəmli şairi Hüseyn Cavidin doğum günüdür.

Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub. İbtidai təhsilini Naxçıvanda, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb (1894-1898). 1899-1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, daha sonra Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Ədəbiyyat tariximizdə ilk mənzum faciə ("Şeyx Sənan") və ilk mənzum dramın ("Ana") müəllifi olan Hüseyn Cavidin yaradıcılığı lirik şeirlər, lirik-epik, epik poemalar, dram əsərləri ilə zəngindir. Şairin "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub.

XX əsr Azərbaycan romantizminin ən böyük nümayəndəsi hesab olunan Cavid daha çox dramaturq kimi tanınıb, teatrda "Cavid mərhələsi" başladıb. Onun "İblis" faciəsi öz bəşəri çalarları ilə Azərbaycan ədəbiyyatının şah əsərlərindən hesab olunur. 20-30-cu illərdə "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi tarixi dramları da ədəbiyyatımızda mühüm yer tutur. Bu dramlarda, xüsusilə, "Peyğəmbər" əsərində Cavidin tarixi şəxsiyyətlərə tamamilə fərqli baxış bucağını görmək mümkündür.

Cavid Əfəndinin publisistikası da öz dəyər və sanbalına görə heç də bədii əsərlərindən geri qalmır.

Kult.az Hüseyn Cavidin 1912-ci il mayın 14-də “İqbal” qəzetində dərc olunan “Nakamlıq” yazısını təqdim edir:

“Bu gün qara torpaq, əcəlin pənceyi-qəhri Qafqaziyanın Rusiya Türklərinin, daha doğrusu, bütün türk ünsüri-nəsibinin yorulmayan, qəhrəman və çalışqan bir övladını ağuşi-əbədisinə alır.

Mirzə Abdulla Məhəmmədzadə (A. Sur), Abdulla Tofiq imzaların qəzet sütunlarında görüb bilməyən çox az qare bulunur zənn edirəm.

İştə o fəal gənc getdi. Nakam olaraq tərki-həyat etdi!

Gəncədə məbadiyi-ülumu təhsil etdikdən sonra üç sənədən ziyadə İstanbulda ikmali-təhsil ilə məşğul olub, tarix və ədəbiyyatda böyük bir ləyaqət göstərmiş olan bu dəyərli cavan, əfsus, minlərcə əfsus ki, dünyadan kam almayaraq, arzularına yetişməyərək millətinə, vətəninə lazım olan ən qiymətli bir zamanında millətini, vətənini tərk etdi, yalnız və yalnız ailə və arxadaşlarının, əhibba və vətəndaşlarının ürəyinə unudulmaz bir həsrət qoyub getdi.

Mərhum müşarileyh yaşasaydı, ədəbiyyatımıza çox böyük mənfəətlər, çox qiymətli əsərlər bəxş edəcəkdi. Zatən göstərdiyi nümunələr istiqbalının nə dərəcədə parlaq olduğunu müdəqqiq qarelərə təslim etdirmişdir zənn edirəm.

Fazili-hünərvər, ədibi-siyasətpərvər İbrahimov Sənətullabəy əfəndinin mərhum A. Sur haqqında yazmış olduğu mütaliatı hər kəs oxuyub düşünmüşdür zənn edirəm. Onun türk dilinə, türk ədəbiyyatına olan xidmətləri çox parlaq olacaqdı, əfsus ki, özü söndü, getdi…

Əvət, bu bir sənə zərfində Qafqaz, ulu Qafqaz sevgili övladlarından üç qiymətli vücud qeyb etdi.

Birincisi möhtərəm şair mərhum Sabir həzrətləri idi. Mir mumileyhi Tiflisdən Şamaxıya, yəni məzari-ədəmə doğru yollandığı sırada görmüşdüm. O lətif və düşgün sima hala gözümün önündə təcəssüm edib durur.

Qafqaz öylə nadir vücuda bir də çox çətinliklə malik ola bilər.

İkincisi vətənpərvər üləmamızdan Hacı Molla Ruhulla həzrətləri idi ki, ziyai-təhəmmülgüdazı islam ruhilə bəslənmiş hər bir vətəndaşı məhzun və dilxun etdi.

Üçüncüsü isə bu iki mərhumun heç birilə qabili-qiyas olamaz. Çünki onlar kamilən olmasa belə, yenə az-çox yaşayıb və istədikləri qədər millət və vətənlərinə ifai-xidmət edə bilmişlərdir.

Bu isə (A. Sur), hənuz yeni-yeni qol-qanad açıb, təşəbbüsatda bulunub vətən yavruları üçün, onların tərəqqiyyatı üçün çalışıb-çapalamaqda ikən, ölüm, o acı həqiqət, o müdhiş qüvvət fürsət vermədi. Biçarəni aldı götürdü, bu mütəşəbbis, gənc ədibimizin səbəbi-irtihalına gəlincə, Tiflisdə iki ay zərfində xəstəxanədə bir neçə dəfə əməliyyati-cərrahiyyə (operasiya) icra edildikdən sonra qurtulamayaraq nəhayət, əcəlin ağuşi-dəhşətnakına qovuşmuşdur. Cənab-həqq validəsinə, qardaşlarına və arxadaşlarına, dostlarına və vətəndaşlarına səbri-cəmil əta eləyə…”

 

Türkiyənin məşhur serialı “Savaşçı”da Xocalı soyqırımından bəhs edilib.

Musavat.com xəbər verir ki, ekran işində komandir Bəxtiyar obrazını canlandıran Kənan M.M göz yaşı içində yüzbaşı Haydara soyqırımdan danışıb. Sözügedən görüntülər insanları göz yaşına boğub.

Mahmudov “Savaşçı”da yaşananlara sosial şəbəkədə münasibət bildirib:

"Ssenaristlərdən xahiş etdim ki, Xocalını xatırlayaq. Onlar da razı oldular. Bəziləri deyir ki, niyə Türkiyə türkcəsində danışmışan? Bilərək elə danışdım ki, daha çox insan başa düşsün. Ölkəmizin adını yaşatmaq, başımıza gətirilən müsibət car çəkmək hamımızın borcudur”.

09:57

Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri aparılarkən mən böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdim.

Ardını oxu...

Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı barədə talon elektron qaydada veriləcək.

Report xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib.

Əsasnaməyə əsasən, nəqliyyat vasitələrində nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.

Nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir.

Yeniliyə əsasən, bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN ödəniş" sisteminə göndərir. "ASAN ödəniş" sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.

Qeyd edək ki, Əsasnaməyə edilən digər dəyişiklə nəqliyyat vasitələrinin texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti götürülüb.

Məşhur ingiltərəli aktrisa Kira Naytli 3 yaşlı qızına “Disney” filmlərini qadağan edib.

Kult.az xəbər verir ki, o, “Disney” kampaniyasına məxsus bəzi animasiya filmlərinin azyaşlılara yanlış örnək olduğunu deyib:

“Həmin nağılların qadınları təqdimetmə formasından narahatam. Sindirella kimi varlı oğlanın gəlib onu xilas etməsini gözləyən bir qadın olmayın. Özünüzü xilas edin”.

O, həmçinin “Balaca dəniz qızı” nağılında da qadın qəhrəmanın bir kişi üçün özündən imtina etməsinin yanlış olduğunu qeyd edib.

Aktrisanın açıqlamasından sonra yüzlərlə sosial şəbəkə istifadəçisi onu dəstəkləyib.

Vaxtilə “Disney” istehsalı olan “Qərayib dənizinin quldurları” filmində rol oynayan Naytli övladına bütün “Disney” filmlərini qadağan etmədiyini, bəzi animasiyaların çox yaxşı olduğunu söyləyib.

Uşaq danışmırsa və ya balaca uşaq kimi danışırsa, adlandırma mərhələsindən geri qalırsa, əşyanı tanıyır, adını söyləyir, amma cümlə qurmursa, nitqdə duruxmalar olursa və ya ümumiyyətlə danışmaq istəmirsə, bu, onlarda nitq problem olmasını göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. O bildirib ki, nitqin düzgün inkişafı ətrafdakı bir çox amillərdən asılı olub, tədricən formalaşır:

“Nitqin inkişafına bir neçə amil təsir edə bilər. Məsələn: musiqi, oyun, tapmacalar, nağıllar, şeirlər, yanıltmaclar və s. Ana bətnində uşaqla düzgün ünsiyyət qurmaq gələcəkdə onun tez danışmasına kömək edir. Hamiləlyin ilk günlərindən etibarən bətndaxili uşaqla ünsiyyətdə olmaq lazımdır. Uşaq ata-ana məhəbbətini hiss etməlidir. Körpə dünyaya gələndən sonra da diqqət azalmamalıdır. Analar körpəni yedizdirərkən onunla göz təması qurmalı, danışdırmalıdırlar, yuxuya gedərkən həzin səslə layla oxumalıdırlar. Bir müddət sonra körpə səslər çıxararaq anaya qarşılıq verəcək. Uşaqlar ətrafındakı səsləri, nitqi dinləyərək dili və danışmağı öyrənirlər. Körpə uşaqlar səsə qarşı çox hissiyatlı olurlar. Onlarla danışarkən düzgün və səlis nitqdən istifadə olunmalıdır, çünki körpə danışılan hər şeyi başa düşür, beyninə yığır, lazım olduğu vaxt sizə cavab verəcək. Körpəni qucağınıza alanda və ya əlindən tutub ictimai yerlərdə gəzdirdikdə əşyalarla tanış etmək lazımdır. Körpələr müxtəlif elektrik əşyalarının səsindən qorxursa, həmin səslər olan yerə aparmayın. Bu qorxu körpənin nitqinin ləngiməsinə səbəb olar. Bundan başqa, uşaqlarla kiçik yaşlarda müxtəlif oyunlar oynamaq gələcəkdə onun intellektual səviyyəsinin yüksəlməsinə təsir edir”.

Psixoloq uşaqlarda nitq prosesinin inkişaf dövrlərindən də danışıb:

0-6 ay: “Qığıldama” dövrü. Uşaq səsə qulaq asır, tanıyır, qığıldayır. Hecalar ifadə etməyə çalışır.

6-12 ay: Hecaları birləşdirməyə çalışır. Eşitdiyi səsləri təqlid edir. Bir neçə sözə, əmrlə danışır: al, dur, əlini ver, öp kimi 10-a yaxın söz deyə bilir.

12-18 ay: Sadə cümlələr qurur. Sifət və əvəzlikdən istifadə edir (mən, sən və s). Əşyaların adlarını tanıyır. 10-25 söz bazası olur.

18-24 ay: İki sözlü cümlələrin sayını artırır. Dediyi sözlərin mənasını anlayır. 50-yə yaxın söz deyə bilir.

24-36 ay: Çoxhecalı sözlər deyir. Tərkibində 3-4 söz olan mənaca yaxın cümlələr qurur. Çoxlu suallar verir. Bu dövrdə -l, -r hərflərinin səslənməsində qüsur ola bilər. Lüğətləri 1000 sözdən ibarət olur.

4 yaşında: Qrammatik cəhətdən düzgün cümlələr qurur, əşyaları qruplaşdırır. Lüğət 2000 sözdən ibarət olur.

5 yaşında: Bütün sözləri təmiz deyir. Mətni təkrarlayır, əşyaları fərqləndirir, fikir yürüdür, nağıllarda doğru və ya yanlışı ayırd edir. Lüğət ehtiyyatı 3000 sözdən ibarət olur.

Psixoloq onu da qeyd edib ki, uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmalıdır, yəni nitqdə olan qüsürlar vaxtında valideynlər və ya mütəxəssislər tərəfindən aşkarlanmalı və korreksiya edilməlidir.


Məşrutə inqilabının böyük liderlərindən olan Şeyx Məhəmməd Xiyabaninin məzarı hələ də acınacaqlı vəziyyətdədir.

Ardını oxu...

Çay yanlış şəkildə dəmlənərsə, müxtəlif xəstəliklərə yol aça bilər.

Axar.az xəbər verir ki, buna görə də çay dəmləyən zaman bir sıra nüanslara diqqət yetirmək lazımdır.

1. Acı olmaması və uzun müddət yeni qalması üçün dəm aldıqdan sonra çayı qazın üstündən dərhal götürmək lazımdır. Əks halda, mədədə qastrit və xora yarada bilər.

2. Davamlı olaraq yüksək temperaturda və qaynar şəkildə içilən çay zaman keçdikcə xərçəng xəstəliyinə səbəb ola bilər.

3. Çayı mütləq qaynamamış su ilə dəmləmək lazımdır. Yüksək temperaturda qaynayan su çayın üzərinə töküldükdə bakteriya yarada bilər. Bu, bir çox hallarda çayın acı dadmasına gətirib çıxarır.


Avropa Birliyi Yaponiya ilə birlikdə Günəş sisteminin ən kiçik planeti olan Merkuriyə raket göndərəcək.

Ardını oxu...

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Ulu öndər Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş “İki dahi oğlu...” adlı film çəkilib.

Kult.az xəbər verir ki, filmin ideya müəllifi və rejissoru Qırğızıstanın əməkdar mədəniyyət xadimi Zamir Eraliyevdir. Filmdə Ulu öndərin türk dünyasının birləşməsində olan misilsiz xidmətlərindən söz açılır.

Filmdə 2008-ci ildə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü və təşkilatçılığı ilə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfəri geniş işıqlandırılıb. Titrlərdə, yaradıcılıq qrupu filmin ərsəyə gəlməsinə dəstək vermiş Qırğızıstan Respublikası Prezident Aparatının rəhbəri Dosalı Esenaliyevə, Qırğızıstan Dövlət Kadr xidmətinin direktoru Akram Madumarova, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin şöbə müdiri, polkovnik Səftər Hacıyevə, Azərbaycan Respublikası Prezident Administrasiyasının mətbuat xidməti şöbəsinin çəkiliş bölməsinin müdiri Ədalət Abbasova, Azərbaycan Prezidenti Administrasiyası ictimai siyasi şöbənin xaricdə yaşayan azərbaycanlılarla iş böməsinin müdiri Qafar Əliyevə, Bişkekdə fəaliyyət göstərən AQUA LAB firmasına və Lina firmasına öz təşəkkürünü bildirib.

Filmin təqdimatı fondun Bakıda keçirməyi planlaşdırdığı silsilə tədbirlər çərçivəsinə həyata keçiriləcək.

Xatırladaq ki, Fond bu il noyabr ayının 17-20 tarixində Qırğızıstanın, Qazaxıstanın, Rusiyaın tanınmış dövlət, siyasi, elm və ədəbiyyat xadimlərinin iştirakı ilə “Türk dünyasının iki dahi oğlu” adı altında silsilə tədbirlər keçirməyi nəzərdə tutur.

Xəbər lenti