![]() |
|
Medicina.az həkim kardioloq Arif Cavadovun bu mövzuda araşdırmasını təqdim edir:
"N95 maskalarını təkrar istifadə etmək üçün tibbi spirtlə dezinfeksiya edib təkrar istifadə edənləri eşitmişəm. Bu maskaların dezinfeksiyasında əsas məsələ üzərindəki respirator filterlərinin effektivliyini qorumaq və plastik materialını əritmədən dezinfeksiya etməkdir. Araşdırmada 4 növ dezinfeksiya üsulu tədbiq olunmuşdur.
1. 75%-li tibbi spirt
Təəssüflər olsun ki, tibbi spirtlə dezinfeksiya zamanı maskanın respirator filtirinin effektivliyi 56%-dək azalmışdır. Buna görə də N95 maskalarını tibbi spirtlə dezinfeksiya məsləhət görülmür. (Xlorin əsaslı dezinfektantlarla həmçinin)
2. Ultrabənövşəyi şüa
10 dəqiqə ultrabənövşəyi şüa ilə dezinfeksiya zamanı filtirin effektivliyi qorunmuşdur. Hətta 10 dəfə dezinfeksiya olunmasına baxmayaraq respirator filtirinin effektivliyi 95%-in üzərində qalmışdır.
3. İsti hava
75 dərəcə isti hava ilə 30 dəqiqə aparılan dezinfeksiyada filtirin effektivliyi qorunmuşdur. Dezinfeksiyanın 20 dəfə təkrarlanmasına baxmayaraq filtirin effektivliyi 95%-in üzərində qalmışdır.
4. Buxar
Qaynayan suyun buxarı ilə aparılan 10 dəqiqə dezinfeksiya da filtirin effektivliyini qorumuşduq, ancaq bu üsulla sadəcə 3 dəfə dezinfeksiyada effektivliyi qorunmaq mümkündür. 5 dəfə dezinfeksiyada filtirin effektivliyi 83%-dək, 10 dəfədən sonra isə 77%-dək enir.
Nəticə etibarı ilə bu araşdırma N95 maskalarının təkrar istifadəsi üçün dezinfeksiyasında 2 üsulun effektiv olduğunu göstərdi. Ultrabənövşəyi şüa ilə 10 dəqiqə müddətinə və 75 dərəcə isti hava ilə 30 dəqiqə dəfələrlə dezinfeksiya olunmalarına baxmayaraq respirator filtirlərin effektivliyi qoruyub saxlandı. Buxarla aparılan dezinfeksiya metodunda isə sadəcə 3 dəfədə filtirin effektivliyi qorundu.
Bir çoxlarınız əminəm ki, artıq N95 maskanızı evdə yemək bişirilən sobada 75 dərəcədə dezinfeksiya etməklə bağlı planlar qurursunuz. Araşdırmanı aparan müəllif yazısında bunu da qeyd edir ki, istər xəstəxanada, istərsə də çöldə istifadə etdiyiniz N95 maskalarınızı evə aparıb yemək bişirilən sobaya salmaqla və ya mətbəxdə su qaynadıb, buxar ilə dezinfeksiya etməyə çalışmaqla çöldə toplanan virusu qab-qacağa da yayarsınız. Buna görə də bu dezinfeksiya metdolarının evdə aparılması məsləhət görülmür. Bu araşdırmalar sadəcə laboratoriya şəraitində aparılıb. Müəllif onu da qeyd edir ki, aparılan bu araşdırma maskalar dezinfeksiya olunduqdan sonra COVİD19 virusundan qorunmanın effektiv olduğunu qeyd etmir.
Şirkət "WhatsApp" messencerinin eyni vaxtda yalnız bir neçə qurğuda işləməsini deyil, həm də smartfona qoşulmadan işləyən veb-kliyenti sınaqdan keçirir. Hazırda sözügedən messencer konkret qurğu və telefon nömrəsinə bağlı işləyir.
Modern.az saytının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) əməkdaşı bu ölkədə əsrlərdir mövcud olan evlilik adət-ənənələri, toy-nişan mərasimlərindən bəhs edən yazını oxuculara təqdim edir.
Ərəbistan yarımadasında yerləşən BƏƏ-də evlilik adət-ənənələri özünəməxsus xüsusiyyətləri ilə seçilir.
BƏƏ islam dövləti olduğu üçün, bu ölkədə evlilik adət-ənənələri dinimizin zəngin və bəşəri dəyərlərinə söykənir. Öncə onu qeyd etmək yerinə düşər ki, şəriətə görə, arvadları arasında heç bir fərq qoymayaraq, ədalətli davranan müsəlman kişi dörd qadınla evlənə bilər. Lakin müasir dövrdə BƏƏ cəmiyyətində nadir hallarda iki və ya üç arvadı olan kişilərə rast gəlinir. Çox arvadı və böyük "külfət yiyəsi" olanların əksəriyyəti yaşlı nəsildən olan kişilərdir. Çağdaş zəmanəmizdə isə cavan nəsildən olan yerli ərəb kişiləri birinci evlilikləri uğursuz olduqda və ya həyat yoldaşı dünyasını dəyişdikdə, "yüz ölçüb bir biçərək" ikinci dəfə evlənməyə qərar verirlər.
Müasir dövrdə BƏƏ-də kişilər 23-25 yaşda, qızlar isə 17-18 yaşda ailə həyatı qururlar. Bir çox ailələrdə qızlar erkən yaşda rəsmi nikaha daxil olsalar da, ailələrinin tələbi ilə təhsillərini bitirənə qədər ər evinə gəlin köçmürlər.
Qız bəyənmə
BƏƏ-də əvvəllər qəbilə daxili izdivaclara, qohum evliliklərinə xüsusi önəm verilirdi. Lakin son onillikdə bu tendensiya artıq öz aktuallığını itirməkdədir.
BƏƏ-də adətən oğlanlarını evləndirmək istəyən analar qızları toyda, qadın məclislərində görüb bəyənirlər.
Evlənmək istəyən oğlanın anası və ya böyük bacıları bacarıqlı, işgüzar, əsil-nəcabətli, savadlı, imanlı bir qızın axtarışına çıxır, bu işdə ailəyə yaxın insanlarla, qohum-qardaşla məsləhətləşir, qız seçimində yanlışlığa yol verilməsin deyə dərindən düşünür, götür-qoy edirlər.
"Qız axtarma" işində əvvəllər "xattaba" adlanan "ara düzəldən" qadın vasitəçilərin böyük rolu olurdu. "Xattaba" oğlanın ailəsinə tanıdığı qızlar barədə ətraflı məlumatlar verir, "razılığa gəlmə" prosesində mühüm rol oynayır, gördüyü iş uğurlu alındıqda isə gəlinin və ya bəyin anasından pul, qiymətli hədiyyələr alırdı. Lakin müasir dövrümüzdə "xattaba"lara bir o qədər də müraciət olunmur.
Qız bəyənmədə əvvəlcə qızın ailəsinin nəsli, nəcabəti öyrənilir. Qızın hansı qəbiləyə mənsub olması, atasının aşirədə tutduğu mövqe, hörməti oğlan evində əsas meyar kimi dəyərləndirilir. Oğlanın atası və anası qızın özü, valideynləri, eləcə də yaxın qohum-qardaşı barədə ətraflı məlumat toplayırlar. Bu proses uğurlu başa çatarsa, yəni qızın özü və ailəsi arzulanan "kriteriyalara" uyğun gələrsə, oğlan evindən olan xanımlar qızın anasına və ya nənəsinə niyyətləri barədə xəbər göndərirlər.
Kiçik elçilik
Qız bəyənildikdən sonra kiçik elçilik mərhələsi başlayır. Oğlanın anası yaxın qadın qohumu ilə bərabər qızın ailəsindəki xanımlarla yaxından təmas qurmaq üçün danışığa gedirlər. Adətə görə, "kiçik elçiliyə" oğlanın anası ailəyə yaxın bir neçə qadın qohumları ilə bərabər elçi gedir. İlk danışıqda qız evi fikirləşmək üçün təbii ki, vaxt istəyir. Qızın anası da öz növbəsində ailə üzvlərinə, qızın atasına, qardaşlarına, əmilərinə xəbər verir, oğlan haqqında ətraflı məlumat toplamaq üçün evdəkiləri necə deyərlər, "səfərbər" edir. Bu tapşırıqdan sonra qızın ailəsi, yaxın qohumları oğlanın özü, valideynləri, nəsli-nəcabəti barədə müəyyən məlumat əldə etməyə çalışır və yetərincə araşdırma apardıqdan sonra bu izdivaca razılıq verirlər.
Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi...
Təqribən bir həftə sonra oğlan evinin xanımları yenidən qız evinə danışığa gedirlər. Əgər hər iki tərəfdən olan qadınlar ümumi razılığa gələrlərsə, oğlan və qız evinin ailə başçılarının görüş günü təyin olunur.
"Youm əl-xutuba" - böyük elçilik
Oğlan evindən olan kişilər və qadınlar qız evinə "youm əl-xutuba" adlanan böyük elçiliyə gedir. "Youm əl-xutuba"da gələcək bəy mütləq iştirak etməlidir. İslam dini ailə quracaq şəxslərin qabaqcadan bir-birlərini görməsinə etiraz etmir. Lakin bu tanışlıq zamanı mütləq dinimizin qoyduğu qanunlara riayət edilməlidir. BƏƏ müsəlman ölkəsi olduğu üçün, evlənmək istəyən gənc oğlan islam dininin qanunlarına görə, ailə qurmaq istədiyi qızı başqa bir yerdə görə bilməz. Qızın ailə üzvlərindən birinin, yəni məhrəmin olması şərtilə, ayrıca otaqda oğlan qızı yaxından görüb tanış olur və bu görüş cavanların taleyində demək olar ki, həlledici rol oynayır.
"Youm əl-xutuba"da qızla oğlan bir-birlərini bəyənərsə və ailə başçıları razılığa gələrsə, "youm əl-milça" adlanan nikah mərasiminə hazırlıq görülür.
İslam dininin şərtlərinə görə, kəbin kəsilməyincə gənclər bir-birinə naməhrəm sayılır və kişi ilə qadın arasında naməhrəmlik yalnız "akd əl-zəvac" adlanan nikah müqaviləsindən sonra aradan götürülə bilər. Məhz bu səbəbdən BƏƏ-də adaxlı və ya nişanlı qalmaq söhbəti yoxdur, yəni qız oğlanın məhrəmi (halalı) deyilsə, onunla danışa və ya görüşə bilməz. Başqa sözlə desək, dinin bu məsələdə qoyduğu məhrəmlik və əxlaq qaydalarına BƏƏ-də riayət edildiyi üçün, ailə quran cütlüyün mütləq nikah aktı olmalı, kəbinləri kəsilməlidir.
"Youm əl-xutuba"dan bir neçə gün sonra hər iki tərəfin razılaşdığı vaxtda ailə quran cütlüyün "youm əl-milça" adlanan dini nikah günü təyin olunur.
"Youm əl-milça" - kəbin kəsdi günü
BƏƏ-də "youm-əl-milça" adətən cümə gününə təyin olunur. "Youm əl-milça"da qızın və oğlanın ailə üzvləri, yaxınları iştirak edirlər.
Ölkənin şəriət məhkəməsinin rəsmi nümayəndəsi olan "əl-məlliç" adlanan din xadimi ərə gedən xanımın evində ailə quran cütlüyün kəbinini kəsir.
"Akd əl-Kuran" adlanan nikah müqaviləsi kəsilərkən, qızın və "vali amr" adlanan şəxsin (qıza məsul olan şəxs: atası və ya böyük qardaşı) razılığı, hər iki tərəfdən olan şahidlərin iştirakı ilə "əl-məlliç" cütlüyün nikahını kəsir. Onu da nəzərinizə catdırım ki, BƏƏ qanunlarına əsasən ailə quran cütlük yaşından asılı olmayaraq mütləq tibbi müayinədən keçməlidir. Ölkənin Səhiyyə Nazirliyi tərəfindən bəy və gəlinə verilən sağlamlıq haqqında tibbi arayış olmadan kəsilən kəbin məhkəmə tərəfindən qəbul olunmur.
"Akd əl-zəvac" adlanan nikah aktı imzalanarkən gəlinə islam dininin evlilikdə qoyduğu şərtə uyğun olaraq, "əl-mahr" adlanan nikah pulu (kəbin kəsilərkən kişinin öz həyat yoldaşı qarşısında götürdüyü öhdəçilik, el dilində desək "başlıq pulu") təqdim olunur.
"Əl-mahr" pulu gəlinin özünə verilir. Adətən pul və qızıllar xüsusi bəzədilmiş nişan xonçasında təqdim olunur.
Nikah günü gəlinə verilən qızıllar
"Əl-milça" günündə qədim adətə görə, bəy tərəfindən gəlinə ərəb qızılından hazırlanan, yerli zərgərlərin əl işləri olan müxtəlif zinət əşyaları təqdim olunur.
Gəlinə verilən qızıllar içərisində mütləq başa taxılan "əl-tasa" adlanan qızıl başlıq, iri boyunbağı, qızıl kəmər, bilərzik-üzük, qolbaqlar, sırğa və üzüklər olmalıdır.
"Əl-milça" günündə gəlinə aparılan hədiyyələr arasında içində nişan üzüyü yerləşdirilmiş xüsusi bəzəkli xonça da olur.
Nikah aktı imzalanarkən ailə quran cütlük bir-birlərinə simvolik olaraq "xatım əl-diblə" adlanan nişan üzükləri taxır. Nişan üzüyü ənənəsi tarixi mənbələrə görə, məhz qədim Misirdə yaranıb və sag əlin adsız barmağına taxılır. Gəlin almaz qaşlarla bəzədilmiş qızıldan, bəy isə gümüşdən nişan üzüyü taxır.
Deyilənə görə, almaz daşı ən möhkəm və qiymətli daşlardan biri olduğu üçün, bəy tərəfdən gəlinə yeni qurulan ailənin möhkəm, sevgilərinin isə sarsılmaz olacağına inamın işarəsi kimi təqdim olunur. Lakin onlar evləndikdən sonra artıq "bəxt üzüyü"nə bir o qədər də lüzum qalmır.
Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi...
Kəbinləri kəsilən cütlük məhkəməyə müraciət edərək dövlət qeydiyyatına düşməli, nikah aktları təsdiq olunmalıdır.
Nikah aktı məhkəmə tərəfindən təsdiqləndikdən sonra "Sanduq əl-Zavac" adlanan Evlilik Fonduna təqdim olunur. BƏƏ-də yeni ailə quran cütlüklərə hədiyyə olaraq "Sanduq əl-Zavac" tərəfindən iri məbləğdə pul verilir. Evlilik Fondu yeni ailə quran yerli vətəndaşlara yardım məqsədilə mərhum dövlət başçısı Şeyx Zayed bin Sultan əl-Naheyən tərəfindən 1992-ci ildə yaradılıb.
Kəbinləri kəsilən cütlüyün bu şad günü təqribən bir həftə sonra xüsusi mərasimlə qeyd olunur.
Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi...
"Haflətil-milça" - nikah mərasimi
Ərəbistanda milli və dini amillər ciddiliklə nəzərə alınaraq, kişi və qadın məclisləri ayrı-ayrılıqda keçirilir. BƏƏ-də "haflətil-milça" mərasimi adətən cümə axşamı və ya cümə gününə təyin olunur. Bu mərasim ailələrin zövqünə, istəyinə uyğun olaraq gəlinlərin ata evində, yaşadığı villaların həyətyanı sahəsində qurulan "xeymətil-ars" adlanan toy mağarında və ya otellərin ziyafət salonlarında xüsusi şənliklə, çal-çağırla qeyd edilir.Onu da qeyd edim ki, villaların həyətində keçirilən nikah mərasimlərinin bir ayrı ləzzəti olur.
BƏƏ-də toy adətlərinə görə, gəlinin və bəyin yaşadığı villalar istər nikah, istərsə də toy günündən bir neçə gün öncə parlaq işıqlarla bəzədilir. Büsbütün al-əlvan işıqlarla bəzədilən, çılçıraq kimi alışıb-yanan villa uzaqdan məhəlləyə xüsusi gözəllik verir.
Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi...
Müxtəlif effektli işıqlarla qurulan xüsusi dekorasiya, bir-birindən dadlı təamlar, cazibədarlıqları və bir-birindən rəngarəng libasları ilə göz qamaşdıran gözəl ərəb qızlarının musiqi sədaları altında rəqsi "Min bir gecə" nağıllarında təsvir olunan əsrarəngiz ərəb gecəsini xatırladır və insanı sanki bir neçə saatlıq başqa bir aləmə aparır.
Mərasimə təşrif buyuran qonaqlara bəzəkli bağlamalarda şirniyyatlar və bəylə gəlinin adı yazılmış xüsusi tərtibatlı kiçik xonçalarda yerli ətirlər hədiyyə verilir.
"Haflətil-milça"-da gəlinlər adətən qırmızı rəngli libas geyinir.
Villanın bir otağında oglan evinin gəlin üçün aldıqları hədiyyələr sərgilənir və gələn qonaqlara nümayiş olunur.
Mərasim başlayandan təqribən yarım saat sonra gəlin məclisə daxil olur və onun üçün hazırlanan xüsusi dekorasiyalı "taxt"da əyləşir.
Qadınlardan ibarət musiqi ansamblı xüsusi tərtibatla qurulan səhnədə ifa etdikləri bir-birindən şux, oynaq ərəb mahnıları ilə məclisi daha da canlandırır, qonaqları feyziyab edirlər.
"Haflətil-milça"-da iştirak edən xanımlar, gənc qızlar musiqiçilərin müşayiəti ilə qadın müğənnilərin ifa etdikləri yerli, eləcə də digər ərəb ölkələrində ən çox sevilən mahnıların sədaları altında rəqs edirlər.
Toy-nikah mərasimlərində cavan qızların BƏƏ-nin folklor musiqisini qrup halında rəqs etmələrinə tamaşa etmək insana xüsusi zövq verir.
Report xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, məqsəd jurnalistləri prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış etməkdir.
Qeyd edilib ki, səmərəli işləmək üçün bütün imkanların yaradıldığı inzibati bina prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, işin təkmilləşdirilməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir: "Dörd korpusdan ibarət kompleksin altı və dörd mərtəbəli iki inzibati binasında Baş prokurorluğun 6 idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək. Kompleksin hər biri dörd mərtəbədən ibarət olan 2 tikilisində isə yataqxana və konfrans korpusları yerləşir. Bina kompleksi 8 sürətli lift, ehtiyyat işıq generatoru, müasir havalandırma, isitmə-soyutma sistemləri, IP telefoniya, təhlükəsizlik kameraları, yanğın əleyhinə avtomatik reaksiya göstərən sulu və köpüklü yanğınsöndürmə sistemləri təciz olunub. İnzibati binada yaradılmış 3 iclas zalı və 320 nəfərlik konfrans zalının müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları, təqdimatların keçirilməsinə imkan verir".
Kənan Zeynalov qeyd edib ki, bina kompleksində 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya da yaradılıb: "Burada Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri əsasında erməni silahlı birləşmələrinin cəbhəyanı və cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan cinayətləri sübut və təsdiq edən raket qurğularının və iri çaplı artileriyya mərmilərinin qalıqlarını müşahidə etmək mümkündür. Qalereyada həmçinin, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komadanı İlham Əliyevin Şuşa şəhəri və işğaldan azad olunmuş digər ərazilərə olan səfərlərindən, eləcə də Qələbə münasibətilə bağlı 10 dekabr 2020-ci il tarixdə keçirilmiş hərbi paradı özündə əks etdirən fotoşəkillər, İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Prokurorluq orqanları işçilərinin adlı siyahısı yer alıb".
Redaktor.az xəbər verir ki, yoluxma sayındakı artımın qarşısını almaq üçün regional qadağaların tətbiqi planlaşdırılır. Mutant virusunun xəstəlik sayına hansı formada təsirini öyrənmək üçün 4 həftəyə ehtiyac duyulduğu bildirilir.
Əldə edilən məlumata görə, xəstəlik sayının artması və pandemiya prosesi əsnasında geriləməməsi ilə bağlı fərqli fikirlər səsləndirilir. Baş tutan toplantılarda böyük şəhərlərdə yerləşən xəstəxanaların reanimasiya şöbələrində COVID-19 xəstələrinin azaldığı, bununla belə, son bir həftədə xəstələrin sayının artdığı qeyd olunur.
Həmçinin, peyvəndin mutasiyaya uğramış virusa necə nəsir göstərəcəyi də müzakirə mövzusudur.
Bunu Trend-ə həkim infeksionist Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, virus mutasiyaya uğrasa belə, onun bu strukturu COVİD-19-un ana strukturuna, hətta 50 il əvvəlki virusun ana strukturuna bənzəyir:
“Hər hansı bir koronavirus növünə yoluxmuş insanlarda xəstəliyə yoluxma ehtimalı nisbətən azdır. Həmin şəxslər virusa yoluxsa belə, onun xəstəliyi ağır keçirmə ehtimalı daha azdır. Bu səbəbdən xəstəliyi keçirənlər, peyvənd olunanlar virusun yeni ştammına yoluxsalar da, orqanizmlərində əmələ gələn immunitet sayəsində onların xəstəliyi yüngül keçirəcəklərini düşünmək olar”.
F.Sədirov əlavə edib ki, orqanizmdəki antitellərin 3-6 ay ərzində qoruyuculuğunun olması barədə məlumatlar var. Bu müddətdən sonra anticisimlərin sayı azalmağa başlayır və təkrar yoluxma mümkündür.
F.Sədirov qeyd edib ki, uşaqlar risk qrupuna daxil olmadığından onların hələ ki peyvəndlənməsi lazım deyil.
Məlum olduğu kimi, son vaxtlarda ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-dən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları fəaliyyətini davam etdirəcəklər.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bununla əlaqədar İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.
Bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib.
Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq.
Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.
Bağçaların fəaliyyətə başlaması ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayevin sədrliyi ilə paytaxt rayonları bağça rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirələr keçirilib, görülməsi vacib məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Paytaxtın uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.
Söhbət şəhid kəşfiyyatçı, kapitan Həmid Cəfərlidən gedir.
“Report”un əməkdaşları şəhidin yaşadığı evə baş çəkib, yaxınları ilə həmsöhbət olublar.
Vətən müharibəsi zamanı işğaldan azad olan ərazilərdə ilk bayraq sancan Həmid Cəfərli olub. Sonra Cəbrayılın bir neçə kəndini işğaldan azad edərk erməni terrorçularından təmizləyib.
Həmid və onun tabeliyində olan kəşfiyyat bölüyü Füzuli istiqamətinə hərəkət etməyə başlayıb. Onlar Füzuli rayonu ərazisində düşmənin gözləmədiyi istiqamətdən ermənilərə hücum edib. Bu hücum zamanı Füzulinin bir neçə kəndi işğaldan azad edilib. Döyüş yoldaşlarının sözlərinə görə, Həmid şəhid olana qədər 100-dən çox ermənini təkbaşına məhv edib.
Həmid Füzuli istiqamətində 6 gün mühasirədə qalıb. Mühasirəni ermənilərin çoxlu itki verməsi ilə nəticələnən növbəti əks-hücum həmlələri ilə yararaq düşmənə sarsıdıcı zərbə vurmaqla yarıb çıxan kapitan yanına qəfildən minaatan mərmisi düşüb. Ürəyindən bir qəlpə yarası alan Həmid Cəfərli qəhrəmancasına şəhid olub.
Videoçarxların redaktəsi zamanı xüsusi nişan əks olunacaq. İstifadəçi ondan istifadə etməklə hər hansı videoçarxı kəsilmiş səslə göndərə biləcək.
Funksiya hələ 2.21.3.13 beta versiyasında mövcuddur və sınaq mərhələsindədir. Portal eyni zamanda yeniləmə zamanı messencerə başqa stiker dəsti əlavə edəcəyini, eyni zamanda qrup söhbətində ad çəkmə funksiyasını da təkmilləşdirəcəyini qeyd edib.
“Report” xəbər verir ki, bu qənaətə Yelsk Universitetinin Tibbi məktəbinin alimləri gəliblər.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi hesab edir ki, ilkin yoluxmadan sonra 90 gün ərzində koronavirus testinin müsbət nəticəsi çox güman ki, təkrar yoluxmanı yox, virusun sabit bölünməsini göstərir.
Eyni zamanda alimlər koronavirusa yoluxmuş şəxslərdə dörd aylıq simptomların olmamasını və bir neçə mənfi testdən sonra infeksiyanı təkrar müşahidə ediblər. Tədqiqatçılar bu vəziyyətdə iki ayrı infeksiya epizodunun olması qənaətinə gəliblər.