Evdən işləyənlərin DİQQƏTİNƏ!
Karantin rejimi ilə bağlı çoxumuz ev şəraitində işləyirik. Lakin diqqət etməliyik ki, evdən işləyən zaman edəcəyimiz bəzi yanlışlar bel və boyun ağrılarına səbəb olur. Bəs necə edək ki, bu ağrılardan xilas olaq?

Lent.az bu barədə mütəxəssislərin rəyini sizin diqqətinizə çatdırır:

1 - Mütləq masanızda işləyin

Evinizdə yerdə, yataqda və ya kresloda deyil, məhz masada işləyin. Və uyğun stulda oturmağa diqqət edin. Əks halda, onurğa, qollar, dizlər və ayaqlarınızda ağrılar olacaq.

2 - Bütün ehtiyaclarınız masanın üzərində olsun

Masanız elə ölçüdə olmalıdır ki, onun üzərinə telefon, qələmləriniz, bloknot, dosyalar, kalkulyator cihazı və s yerləşə bilsin. Belə olmadıqda siz hər dəfə bir lazımlı əşya üçün çevriləcəksiniz və ya əyilib yerdən götürməli olacaqsız. Bu zaman isə sizdə bel yırtığı, əzələ ağrıları yarana bilər.

3 - Stulunuz ideal yüksəklikdə olsun

Çox yaxşı olar ki, iş zamanı oturduğunuz stulun hündürlüyünü yüksəldib, alçada biləsiniz və onun qolları da olsun. Diqqət edin ki, alçaq stullar diz ağrılarına, ayağınızın yerə dəyməyəcəyi qədər hündür stullar isə onurğa ağrılarına gətirib çıxara bilər.

4 - Kompüterin ekranı çox aşağıda olmasın

Kompüterin monitorunu gözünüzdən 50-75 sm. uzaqda tutun. Kompüterinizin ekranı gözlə təmasın bir balaca aşağısında olmalıdır. Düz üstü kompüterdə işləyirsinizsə adında olduğu kimi, bunu diz üstünə qoyub çalışmayın. Bu zaman əlavə dəstəklərdən - klaviatura, monitor, maus-dan istifadə edin. Əks halda, boyun yırtığı, əzələ ağrıları və skalyozlara səbəb ola bilər.

5 - Dirsəklərinizi çox bükməyin

Diqqət edin ki, işlədiyiniz zaman dirsəkləriniz nə çox bükülü, nə də çox açıq olmasın. Çalışın yerə paralel vəziyyətdə olsun. Belə olmadıqda dirsək və bilək hissələrdə sinir sıxılması olur. Və bel, boyun hissədə ağrılar başlayır.

6 - Danışan zaman bu xətaya əsla yol verməyin

Çoxumuz işlədiyimiz zaman telefon zəng gələndə onu qulağımızla çiynimiz arasında saxlayıb söhbətə davam edirik. Bu əsla olmaz. İşdən heç cür ayrıla bilmirsinizsə, telefonun səsini açın və ya qulaqcıqlardan istifadə edin. Əks halda boyun yırtığı və onurğa ətrafında əzələ ağrılarına səbəb olur.

7 - Ən geci bir saatdan bir pauza edin

Masa arxasında işləyən zaman ən geci bir saatdan bir 10-15 dəqiqə pauza verməlisiniz. Bu zaman ayağa qalxın və hərəkət etməyə başlayın. Bu həm də bir çox yanlışları qismən düzəltmiş olacaq.

Ağ xalatlı qəhrəmanlara videoçarx həsr olundu – VİDEO
Bakı Media Mərkəzi koronavirusla mübarizə aparan həkimlərimizə dəstək məqsədi ilə yeni videoçarx hazırlayıb.
 
Məlumatda dünyanın hazırda bir nömrəli probleminə çevrilən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əsas gücün səhiyyə işçilərinin üzərinə düşdüyü qeyd olunub.
 
Bildirilib ki, onlar pandemiya dövründə həyatlarını riskə ataraq böyük əzmlə virusa yoluxmuş şəxsləri müalicə edirlər. Bu fədakarlar sırasında Azərbaycan həkimləri də var. 
 
Bakı Media Mərkəzinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx məhz ağ xalatlı qəhrəmanlara həsr olunub.

Bakı Media Mərkəzi Mədəniyyət Nazirliyinin dəstəyi ilə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə yeni videoçarx hazırlayıb.

Videoçarx ağ xalatlı qəhrəmanlara həsr olunub.

Bildirilib ki, dünyanın hazırda bir nömrəli probleminə çevrilən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əsas güc səhiyyə işçilərinin üzərinə düşür.



Onlar pandemiya dövründə həyatlarını riskə ataraq, böyük əzmlə virusa yoluxmuş şəxsləri müalicə edirlər. Bu fədakarlar sırasında Azərbaycan həkimləri də var.
"Facebook"da koronavirusla bağlı yalnış məlumatların əks olunduğu paylaşımları bəyənən və ya paylaşan, rəy yazan istifadəçilərə xəbərdarlıq bildirişi göndəriləcək.

Bununla bağlı "Facebook" sosial şəbəkəsi yazılı açıqlama yayımlayıb. Xəbərdarlıq bildirişlıri növbəti həftədən göndəriləcək. Açıqlamada bu istifadəçilərin Dünya Səhiyyə Təşkilatının koronavirusla bağlı doğru məlumatların yer aldığı səhifəsinə yönləndiriləcəyi qeyd edilib.
Şirkət bu addımı atmaqla koronavirusla bağlı yalnış xəbərlərin yayılmasının qarşısını almağa çalışacaq.

Milli.az xəbər verir ki, bu sözləri koronavirusdan sağalan 28 yaşlı Melek Yıldırım ( Mələk İldırım ) söyləyib.

O, mart ayının 4-dən 9-na kimi Parisdə qaldığı günlərdə koronavirusa yoluxub. Mələk Türkiyəyə qayıtdıqdan sonra xəstəliyin əlamətləri özünü göstərib.

14 gün müddətinə karantinə alınan Melek Yıldırım bu müddət ərzində başına gələnləri mətbuata açıqlayıb:

"Türkiyəyə qayıtdıqdan 5 gün sonra, yəni martın 15-də halım pisləşdi. Məndə öskürək yox idi, amma bütün bədənim ağrımağa başladı və qızdırmam qalxdı. Mart ayının 16-da, ad günümdə xəstəxanaya yatırıldım.

Bir gün sonra koronavirus test nəticəm (+) çıxdı. Türkiyəyə qayıtdıqdan sonra 8 nəfərlə təmasda olmuşdum ki, onlardan 6-sını da bu xəstəliyə yoluxdurmuşdum. 2 nəfərin test nəticəsi mənfi çıxmışdı.

Müalicəmin ilk 3 günü çətin idi. 5-ci gündən etibarən sağalmağa başladım. Bunu demək istəyirəm ki, bir otaqda 13 gün ərzində təkbaşına qalmaq asan deyil.

Karantində olduğum müddətdə atama zəng elədim, "evə gəlmə" dedi. Anam isə danışanda dedi ki, koronavirus olduğumu tanışlar bilməsin, yoxsa evdə qalacam ( gülür ).

O bildirib ki, koronavirusu hər insan bir cür keçirir. Şəxsən məndə qətiyyən öskürək olmadı. Ona görə də məsələni ciddi qəbul etmək lazımdır".

Ölkədə qeyri-sabit hava şəraiti
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Şəmkir, Şəki, Quba, Qusar, Xaltan, Kişçayda (Şəki) 1 mm olub. Qərb küləyi Naftalanda arabir 26 m/s, Gəncədə 24 m/s, Şabranda 22 m/s, Xaçmaz, Ağstafa, Neftçalada 20 m/s, Salyanda 17 m/s, Daşkəsən, Şəmkirdə 16 m/s, Maştağada 25 m/s, Bakıda 23 m/s, Binə, Sumqayıtda 22 m/s, Ələt, Qum adası, Pirallahı, Neft Daşlarında 20 m/s, Zabratda 18 m/s, Çilov adasında arabir 15 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Temperatur Bakıda iqlim normasından 2.4 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16-19, aran rayonlarında 20-26, dağlıq rayonlarda 14-18, Naxçıvan MR-da 18-24 dərəcə isti olub.

Bu əlamətiniz varsa, qrip deyil, KORONAVİRUS OLMUSUNUZ
Dünyada çoxsaylı ölümə səbəb olan koronavirus epidemiyası qrip xəstəliyinə bənzədiyi üçün virusa yoluxan insanlar çox vaxt fərqi bilmirlər.

Həkimlər koronavirusla qrip arasındakı açar fərqi tapıb.

Əgər bir insanın iy bilmək hissi azalırsa, yaxud bu hissi itirirsə, onun koronavirusa yoluxma ehtimalı yüksəkdir.

ABŞ-ın Cincinnati Universitetinin professoru Əhməd Sədaqət bildirib ki, COVİD-19-un zökəm, yaxud burun tutulması ilə heç bir əlaqəsi yoxdur: “Bəzən koronavirusu mövsümü alergiya ilə qarışdırırlar. Amma bunun fərqi ilə bağlı araşdırma heyətinin tapdığı fərq budur ki, insanlarda iy bilmək hissi azalır, yaxud itirsə, onun virusa yoluxduğu ehtimalı böyükdür”. publika.az

Sabah 23 dərəcə isti olacaq
Aprelin 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Gömrük xidməti daha bir sosialyönümlü videoçarx hazırlayıb  - VİDEO
Gömrük xidməti sosial layihələrdə də fəallıqla iştirak edirlər

Ölkəmizdə oronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasında fədakar xidməti ilə seçilən gömrük xidməti sosial layihələrdə də fəallıqla iştirak edirlər.

 Bu məqsədlə Dövlət Gömrük Komitəsi problemin aktuallığını nəzərə alaraq daha bir sosialyönümlü videoçarx hazırlayıb.

 
Koronavirusa yoluxmanın qarşısını almağın effektiv yolu

Virciniya Universitetinin tibb elmləri doktoru Çjen Yan koronavirus xəstəliyinin ağırlaşmasının qabağını almağın yolu haqqında danışıb.

“Qafqazinfo” “Eurekalert.org”a istinadən xəbər verir ki, Yan son tədqiqatların nəticələrinə əsasən müntəzəm fiziki məşqlərin koronavirusun səbəb olduğu ağır kəskin tənəffüs sindromunun (SARS) qarşısını almağa kömək edə bildiyini açıqlayıb.

Onun sözlərinə görə, fiziki aktivlik bədəndə  hüceyrədənkənar superoksid dismutaz(EcSOD) adlanan və bədənin müqavimətini artıran güclü antioksidantının emalına səbəb olur: “Xəstəlik zamanı bu antioksidantın bədəndə səviyyəsi azalmağa başlayır, lakin bircə məşqlə belə onu artırmaq olar”. 

Alim qeyd edib ki, heyvanlar üzərində aparılan sınaqlarda müəyyən olub ki, sözügedən oksidant bir çox həyat əhəmiyyətli orqanların fəaliyyətinə müsbət yöndə təsir göstərir: “Biz sonsuza qədər təcrid şəraitində yaşaya bilmərik. Mütəmadi məşqlərin sağlamlığa bildiyimizdən daha çox xeyri var”.

Dünyada koronavirusdan sağalanların sayı yarım milyonu ötdü
Dünyada koronavirusdan sağalanların sayı 503 386 nəfərə çatıb.

Report xəbər verir ki, ən çox sağalma Çin (77 816), Almaniya (72 600) və İspaniyada (70 853) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 130 000-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 2 035 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Xəbər lenti