|
“Qafqazinfo xəbər verir ki, vəhşi heyvanı kanalın mühafizə xidmətinin əməkdaşları həyətyanı sahədən tapıblar.
Onların sözlərinə görə, bala tülkü ətrafda yaşayan pişiklər üçün təhlükə yaradıb.
Qeyd edilir ki, sözügedən heyvan aidiyyəti üzrə təhvil veriləcək.
Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan polisinin koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ön cəbhədə olmasından, onların öz səhhətlərini təhlükəyə ataraq vətəndaşlarımızın sağlamlığının keşiyini çəkməsindən bəhs edən növbəti videorolik hazırlanıb.
Yol-xeber.az polislərimizin fədakar xidmətinə və yardımsevərliyinə həsr olunan yeni videoçarxı təqdim edir:
Psixoloq Mədinə Rəsulzadə “Ölkə.Az”a açıqlamasında bunun uşaqların öyrəndikləri həyat tərzini dəyişdiklərinə görə baş verdiyini bildirib.
“Karantin dönəmində uşaqlar daha çox hiperaktiv olublar. Bunun əsas səbəbi uşaqların sosial aktivliklərinin məhdudlaşdırılması, "kids club", bağça, məktəb və.s yerlərdən təcrid olmalarıdır. Vəziyyətdən məmnun olmayan azyaşlılar bu dönəmdə “enerji partlaması” yaşayır və çox hərəkətlidirlər. Valideynlər daha çox uşaqlarının həddən artıq hərəkətliliyindən, müəyyən davranış pozuntularından və diqqət dağınıqlığından şikayət edirlər”,- deyə o, bildirib.
Qeyd edək ki, Azərbaycanda karantin ən azı may ayının 31-nə qədər davam edəcək.
Hit.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qulu İbrahimli məlumat verib.
Onun sözlərinə görə, dəbdəbəli mülk Rusiyada yaşayan azərbaycanlı neft milyarderi Vahid Ələkbərova məxsusdur:
"Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb. Görünür, neftin qiymətinin kəskin düşməsi milyarderi Bakıdakı iqamətgahının saxlanması xərclərindən də azad olmağa vadar edib. Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayının yaxınlığında yerləşən gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış mevə və dekorativ ağacları olan gözəl bağı var".
Ölkə.Az
Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-22° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil ecdəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 2-də Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək
Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu, tibb elmləri doktoru və Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Avdeyevin sözlərinə görə, heç bir əlaməti olmayan COVID-19 xəstələrinin əksəriyyətində ağciyərlər ümumiyyətlə heç bir zərər görmür.
Rusiya mətbuat xəbərlərinə görə, ekspert xəstələrin çoxunun virusdan əbədi müalicə oluna bildiyini qeyd edib.
“Bəli, ağır sətəlcəmdən, xüsusilə də kəskin tənəffüs çətinliyi sindromundan sonra nəticələr həqiqətən də ciddi ola bilər. Bu süni nəfəs aparatının zəruri olduğu kəskin tənəffüs çatışmazlığıdır. Ancaq bir insanın xəstəliyi asimptomatik hala gəlibsə, bunun nəticələri barədə demək çətindir ”, – deyə Avdeyev bildirib.
Əlavə edib ki, həkimlər və elm adamları bunlarla məşğul olmalı və lazımi müayinələr aparılmalıdır: “Lakin indi aydındır ki, koronavirusla uğurla mübarizə aparmaq mümkündür”.
Mütəxəssisin fikrincə, koronavirusdan sağalmaq mümkündür. O, “Sağalan insanların ağciyərlərində fəsadlar qalırmı?” sualına isə belə cavab verib:
Həkim onu da vurğulayıb ki, bu günə qədər bunu sübut edilmiş faktlar deyil, fərziyyə və əsassız iddialar adlandırmaq olar. Sətəlcəm də daxil olmaqla hər hansı ciddi xəstəlikdən sonra kəskin nəticələr ola bilər.
“Kəskin tənəffüs çatışmazlığı ağciyərlərin süni havalandırılmasını tələb edən ciddi ağciyər zədələnməsinə səbəb ola bilər” deyən ekspert bunun əksər hallarda uğurla müalicə olunduğunu xatırladıb. (publika.az)
“COVID-19 infeksiyasına yoluxmuş və ya yoluxmaya şübhəli xəstələrin tibbi təxliyyəsi dərhal xüsusi nəqliyyatda əksepidemik rejimə ciddi riayət edilməklə həyata keçirilməlidir”.
Bu barədə Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin “İnsanlar arasında koronavirusların profilaktikası, diaqnostikası və müalicəsinə dair” hazırladığı təlimatlarda əks olunub.
Bildirilir ki, yeni koronavirus infeksiyasının törətdiyi xəstəliyə yoluxmuş və ya yoluxmaya şübhəli şəxs xüsusi nəqliyyat vasitəsilə təxliyyə edilməlidir. COVID-19-a yoluxmuş xəstələrə tibbi yardım müalicə müəssisələrində təcili, ilkin sanitar-tibbi, ixtisaslaşdırılmış tibbi yardım formalarında həyata keçirilməlidir.
Eyni zamanda qeyd olunur ki, infeksion xəstəliyə yoluxmuş pasiyentlərə təcili, eləcə də təcili ixtisaslaşdırılmış tibbi yardım xüsusi həkim briqadaları tərəfindən göstərilir. Pasiyentin tibbi evakuasiyası üçün bir həkim mütəxəssis, bir feldşer, bir sanitar və bir sürücü ayrılır. Onlar mütləq şəkildə mühafizə geyimində və əlavə olaraq müşəmbə önlükdə olmalıdırlar. Pasiyenti nəqliyyatın daxilində üfüqi vəziyyətdə, arxası üstdə yerləşdirib kəmərlə rəbt etməlidirlər. Təcridedici nəqliyyat tibbi yardım göstərmək üçün lazımi vəsaitlər və dərmanlarla təchiz edilməlidir. Tibb işçiləri xəstənin qəbulunu, təcridedici nəqliyyat boksuna yerləşdirilməsini və müşayiət edilməsini təmin etməlidirlər.
Həmçinin bildirilir ki, koronavirus infeksiyasının dərman profilaktikasının təyin olunma müddəti infeksiya mənbəyi ilə son təmas vaxtından ehtimal olunan inkubasiya dövrü həddində təyin olunur. İnfeksiyanın dərman profilaktikası xəstə ilə təmasdan sonra ilk 48 saat ərzində aparılmalıdır.
Ümumiyyətlə, COVID-19 infeksiyasına yoluxmuş və ya yoluxmaya şübhəli xəstələrlə təmasda olmuş bütün şəxslərə qeyri-spesifik dərman profilaktikasının aparılmalı olduğu qeyd olunub.
“WhatsApp” messenceri qrup zəngləri istifadəçilərinin limitini iki dəfə artırıb.
Bu barədə şirkətin bloqunda bildirilir.
Qeyd edilir ki, indi səkkizə qədər istifadəçi qrup zəngləri çərçivəsində ünsiyyət saxlaya bilər. Daha əvvəl belə funksiya yalnız proqramın test versiyalarında mümkün idi.
Yenilik onunla şərtləndirilib ki, koronavirus pandemiyasına görə insanlar daha tez-tez onlayn ünsiyyətdən, xüsusi halda qrup səslərindən və videosöhbətlərdən istifadə etməyə başlayıblar. Hazırda dünyada koronavirusa 3,1 milyondan çox yoluxma qeydə alınıb, 214 mindən çox insan pandemiyanın qubanı olub, 944 min nəfər sağalıb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Modern.az/
Forbes xəbər verir ki, 2010-cu illə müqayisədə 2020-ci ildə milyarderlərin sayı təqribən 3 dəfə artıb. Forbesin 7 apreldə elan etdiyi 2020-ci ilin ən varlı insanları reytinq cədvəlinə 2095 nəfər düşüb. Əgər 10 il əvvəl dünya milarderlərinin ümumi sərvəti 3.5 trilyon dollar həcmində dəyərləndirilirdisə, 2020-ci ildə bu rəqəm 8 trilyon dollara çatıb. Ötən 10 ildə dünyanın 61 ölkəsində milyraderlər meydana gəlib. Son 10 ildə daha çox milyarderlər Asiya ölkələrində ortaya çıxıb. Bu siyahıya isə Çin liderlik edir. Əgər 2010-cu ildə Çində cəmi 64 milyarder var idisə, 2020-ci ildə bu say 389-a çatıb. Bura hələ Honqkonq milyarderləri daxil deyil. Honqkonda ötən 10 ildə milyarderlərin sayı 41-dən 66-ya qalxıb. Bu müddətdə Tailandda milyarderlərin sayı 3-dən 20-yə, Sinqapurda 4-dən 26-ya, Hindistanda 53-dən 102-yə qalxıb. Rusiyada isə milyarderlərin sayı 40-dan 102-yə qalxıb.
Buna baxmayaraq, bəzi ölkələrdə son 10 ildə milyarderlərin sayında azlama qeydə alınıb. Bunlar Səudiyyə Ərəbistanı, Türkiyə, Belçika və Yeni Zelandiyadır.
Milyarderlərin sayına görə top 10-luq aşağıdakı kimidir.
Çin-389, ABŞ-614, Almaniya-107, Hindistan-102, Honqkonq-66, Rusiya-102, Fransa-39, Brazilya-45, İsveçrə-35, İtaliya-36 milyarderlər dünyanın top onluğunda yer alıb.
Aparıcı ''İnstagram''da 16 martda vəfat edən Xalq artistinin səs yazısını yayıb. Hidayətqızı paylaşımını belə şərh edib:
''Rafael Dadaşov mənim sevdiyim üç aktyordan biridir. Fuad Poladov, Rasim Balayev ve Rafael Dadaşov. İkisini itirdik. Qalan Rasim Balayevdir , Allah ona can sağlıgı versin. İki gün öncə ölümündən 40 gün ötən böyük aktyorumuz, sənətkarımız, səsiylə, yaraşığı ilə, insanlığıyla milyonların qəlbində taxt quran Rafael Dadaşov haqqında indi yaza bildim. Ölüm xəbərini eşidəndə sanki öz doğmamı itirmişdim, boğulurdum. Adı heç vaxt qalmaqallarda , iyrənc hadisələrdə hallanmadı, hansısa cinayətkar qrupla adı çəkilmədi . O sənətiylə sevildi və yaddaşlarda qaldı. Bu səs yazısı yaxşı ki qalmışdı. Mən də bu gün paylaşıram. Siz də yenidən o möhtəşəm insanın səsini dinləyin. Nərmin olayları dönəminə təsadüf edən doğum günümdə məni təbrik etmək üçün efirə bağlanmaq istəmişdi, istəmədim. O da bu səs yazısını mənə göndərmişdi. Allah sənə rəhmət eləsin , böyük sənətkar. Məkanın cənnət olsun, mənim sevdiyim aktyor''.
Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Xalq artisti R.Dadaşov martın 16-da vəfat edib.