Koronavirus immuniteti zəif olanları məhv edir
İmmunitet bütün limfositlər, leykositlər, faqositləri immun sistem idarə edir. İmmunitet uşaq ikən formalaşır, əgər ciddi autoimmun xəstəliklər yoxdursa, immunitet əvvəldən dəyişməz olaraq qalır. Lakin müəyyən səbəblərdən zəifləyə bilər. Orqanizmin müqavimət qabiliyyətinin azalması immun sistemin işinin zəifləməsi deməkdir.

Medicina.az böyüklərdə immunitetin zəifləməsini göstərən əlamətləri təqdim edir:

-Tez-tez xəstələnir, sağalması uzun çəkir

-Az iş görsə də tez yorulur

-Yaraları gec sağalır

-Ağızın içi, damaq, selikli qişalarında yaralar, zədələnmələr, səpmələr olur

-Nəmalum səbəblərdən hərdən bir nahiyəsi ağrıyır

-İştahı zəifdir

-Saçları, dırnaqları, dərisinin vəziyyəti yaxşı deyil

İmmunitet zəifliyi insanı öldürməz, amma elə qəza, travma, infeksiyalar, viruslara yoluxma ola bilər ki, ağırlaşmalar baş verə bilər.

İmmunitet nədən zəifləyir?

1.Xroniki stress, əsəbdən

2.Genetik, irsi faktorlar

3.Ciddi əməliyyat sonrası, xəstəliklərdən

4.Yaşla əlaqədar

5.Zərərli qidalanma səbəbindən mineral və vitamin çatışmazlığı

6. QİÇS, İİV, hepatit

7.Digər xroniki ağır xəstəliklər

İmmuniteti qaldıran hər hansı dərman, tablet, iynə yoxdur. İmmunstimulyatorlar heç bir təsir etmir.

Sintetik vitamin həbləri və BAD-lar da immuniteti qaldırmır. Amma orqanizmin vitamin, mineral balansını düzəltməklə, yaxşı qidalanmaqla, əsəbləri sakitləşdirməklə immuniteti qaydaya salmaq olar.

Daha çox balıq, dəniz məhsulları, tərəvəzlər, meyvələr, müxtəlif bitkilər, çaylar, smuzilər qəbul edə bilərsiz. Avokado, brokkoli, yumurta sarısı, istiot, balqabaq, kök, çuğundur, bal, qara zirə, kətan toxumu, qaraciyər, sümük suyu, qarabaşaq, sitsur meyvələri, gün işığı, sakitləşdiricilər immunitet üçün vacibdir.

Bakıda həftə dumanlı və çiskinli başlayır
Bu günə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. 

Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  9-11° isti olacaq. 

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.  

Fevralın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu  gecə 4-8° isti, gündüz  12-17°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti  olacaq. 

Paytaxt polisi “Əsgərə salam” aksiyasına qoşulub - FOTO
Paytaxt polisi Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasını davam etdirir

Paytaxt polisi “ Əsgərə salam” aksiyasına qoşulub. Yol-xeber.az xəbər verir ki, paytaxt polisi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasına qoşulmaqla soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizə öz dəstəyini göstərib.

 

 
Yol hərəkəti qaydalarınını tarixi – Yuli Sezardan başlayan QAYDALAR
1893-cü ildə Fransada avtomobillər üçün ilk yol hərəkəti qaydaları qəbul edilib

Yol hərəkət qaydaları - yol hərəkət iştirakçılarının (nəqliyyat vasitələrinin sürücüləri, sərnişinlər, piyadalar və s.) öhdəliklərini tənzimləyən qaydalar, habelə nəqliyyat vasitələrinin yol təhlükəsizliyini təmin etmək üçün texniki tələblərdir. Əvvəllər SSRİ-də fərqli bir adı var idi - küçə hərəkəti qaydaları.

Şəhər hərəkətini tənzimləmək üçün ilk məlum cəhdlər Qay Yuliy Sezar (Guy Julius Caesar) tərəfindən Qədim Romada gerçəkləşdirildi. Eramızdan əvvəl 50-ci illərdə onun fərmanı ilə bəzi şəhər küçələrində birtərəfli hərəkət tətbiq olundu. Günəşin doğuşundan "iş gününün" sonuna qədər (gün batmadan təxminən iki saat əvvəl), xüsusi arabalarla daşınma qadağan edilib. Şəhərə gələnlərdən nəqliyyat vasitələrini şəhər xaricində qoymaları və Romada piyada gəzmək və ya bir "palankin" icarəyə götürmək tələb edilirdi. İmperiyanın yollarında sağ (silahlı) əli sərbəst buraxmağa imkan verən sol tərəfli hərəkət qəbul edildi. Həmin vaxt bu qaydalara əməl olunmasına nəzarət üçün xüsusi bir xidmət yaradıldı, əsasən azad edilmişlar arasından keçmiş yanğınsöndürənlər işə cəlb edilirdi. Bu cür tənzimləyicilərin əsas vəzifələri nəqliyyat vasitələrinin sahibləri arasında qarşıdurmaların və davaların qarşısını almaq idi. Bir çox qovşaq tənzimlənməmiş qaldı. Soylu zadəganlar özlərinin şəhəri maneəsiz keçməsini təmin edə bildilər - sahiblərinin gəzib-dolaşmaları üçün küçələri təmizləyən heyətləri qabağa göndərirdilər.

Yol hərəkəti qaydalarının müasir tarixi 10 dekabr 1868-ci ildə Londondan, Parlamentin qarşısındakı meydanda rəngli disk olan mexaniki dəmir yolu semaforu qurulmasından başlayır. Onun ixtiraçısı - Con P. Nayt (John P. Knight), dəmir yolu semaforu mütəxəssisi idi. Cihaz əl ilə idarə olunurdu və iki semafor qanadı var idi. Qanadlar fərqli mövqeləri tuta bilərdi: üfüqi - "dayanma"(stop) siqnalı; və 45 dərəcə bucaq altında enmə - ehtiyatla hərəkət edə bilərsiniz. Qaranlıqdan sonra qırmızı və yaşıl işıq siqnalı verən fırlanan qaz lampası işə salınırdı. "Yalançı" bir xidmətçi semafora təyin edildi, vəzifəsi oxu qaldırmaq və fənəri çevirmək idi. Ancaq cihazın texniki tətbiqi uğursuz oldu: qaldırma mexanizminin zəncirinin sıçrayışı o qədər güclü idi ki, keçən atlar hoppanırdılar. Bir ay belə işləməsə də 2 yanvar 1869-cu ildə semafora partladı, yanında olan polis yaralandı.

 

1865-ci ildə İngiltərə parlamenti tərəfindən bir qanun qəbul edildi, buna görə nəqliyyat sürəti saatda 6 km ilə məhdudlaşdı və bir adam qırmızı bayraq yelləyərək avtomobilin önündə getməli idi. Son bənd 1878-ci ildə ləğv edildi. Digər mənbələrə görə, "qırmızı bayraq" qaydası yalnız 1896-cı ildə sürət həddinin 23 km/saata artırılması və yüngül mühərrikli atsız nəqliyyat vasitələri (3 tona qədər ağırlıq) üçün üç nəfərlik heyətin tələbinin ləğvi ilə birlikdə baş verdi, yəni avtomobillər və lokomotivlər arasındakı fərq qanuni olaraq tanındı və bu Britaniya avtomobil sənayesinin inkişafına təkan verdi. 1903-cü ildə bir daha sürət həddi artırıldı və nəhayət 1896 və 1903-cü illərin qanunları İngiltərədə yalnız 1930-cu ildə ləğv edildi.

14 avqust 1893-cü ildə Fransada avtomobillər üçün ilk yol hərəkəti qaydaları qəbul edildi.

Yaşayış məntəqəsinə hərəkət istiqaməti və ona qədər olan məsafə müasir yol nişanlarının ilk nüsxəsi sayıla bilər. Avtomobil sayının artması, sürətlərin artması və şəhər küçələrində nəqliyyatın intensiv hərəkətinə görə 1909-cu ildə Parisdə keçirilən dünya konfransında ortaq Avropa yol qaydalarının yaradılması qərarı qəbul edildi. Müasir yol nişanlarına yaxın - "Şlaqbaumlu dəmir yolu keçidi", "Eyni mənalı yolların kəsişməsi", "Nahamar yol" və "Təhlükəli döngə" yol nişanları müəyyənləşdirildi.

1914-cü ildə ABŞ-da, rəng dəyişikliyini xəbərdar etmək üçün iki siqnal (yaşıl və qırmızı) olan ilk elektrik işıqforlarını quraşdırmağa başladılar, onlara fitlə təmin olunmuş polis məmuru təyin edildi, hansı ki, sonradan - 1918-ci ildən Avropa yollarında göründü.

1920-ci illərdə ABŞ-da AVSMMİS (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) ortaya çıxdı - nəqliyyat vasitəsi sahiblərinin istifadəsi və zərərçəkənlərin əmlakına, sağlamlığına və ya həyatına dəyən zərərlə əlaqədar öhdəliklərə görə mülki məsuliyyət riskləri ilə əlaqədar icbari sığorta növü.

Növbəti vacib addım, digər ölkələr arasında Sovet İttifaqının (SSRİ) da iştirak etdiyi 1931-ci ildə Cenevrədə "Yol işarələrində vahidliyin tətbiqi haqqında Konvensiyanın" qəbul edilməsi idi. Əsasən simvollara əsaslanan vahid Avropa yol nişanları sistemi qəbul edildi, 26 nişan hazırlanaraq təsdiq edildi, üç təsnifat qrupuna bölündü: işarəedici, xəbərdarlıq və göstəriş. Bu gün bu sistem bütün dünyada fəaliyyət göstərir və II dünya müharibəsinin sonuna qədər bir sıra ölkələr simvollar əvəzinə yazılara əsaslanan ingilis-amerikan sistemindən istifadə etdilər.

1953-cü ildə piyada keçidi mənasında olan, indi bizim "Zebra" kimi tanıdığımız ilk yol işarəsi yarandı.

Qlobal yol təhlükəsizliyinə növbəti böyük töhfə, 1949-cu ildə Cenevrədəki beynəlxalq konfransda qəbul edilən "Yol hərəkəti haqqında konvensiya" və "Yol nişanları və işarələri protokolu" idi, bunun əsasında bütün ölkələr öz yol qaydalarını hazırlamağa başladılar.

Lakin yol hərəkəti qaydaları tarixində ən vacib gün 8 noyabr 1968-ci ildə, Vyanadakı BMT-nin yol hərəkəti üzrə konfransında, dünyanın 68 ölkəsinin, o cümlədən SSRİ-nin nümayəndələri tərəfindən imzalanmış və kiçik dəyişiklik və əlavələrlə BMT-nin "Yol hərəkəti haqqında konvensiya"sının qəbul edildiyi gündür, hələ də qüvvədədir.

 

Natiq Nazimoğlu

Avto Klub Azərbaycan

https://www.facebook.com/groups/autoclub/

 
Bu gün "VAZ-2106"-nın "doğum günüdür" - FOTOLAR
Avtomobil 4.3 milyondan çox nüsxədə istehsal edilmişdir

21 fevral 1976-cı ilin bu günü, "VAZ-2106" markalı ilk kommersiya avtomobilləri "Volqa Avtomobil Zavodunun" əsas konveyerinin III xəttindən çıxdı. Yol-xeber.az xəbər verir ki, "VAZ 2106" modeli "VAZ" zavodunda hazırlanmış sovet minik avtomobilidir. 1976-cı ildən 2006-cı ilədək seriya ilə buraxılıb. "06"-nın əsasını italyan modeli "FIAT 124 Speciale"-nin 1972-ci il nümunəsi təşkil edir. "VAZ 2106" modeli "VAZ" avtomobillərinin istehsal edildiyi bütün dövrlər ərzində ən populyar modellərdən birinə çevrildi.

Ümumilikdə, 1976-2006-cı illər ərzində Tolyatti, Syzran, İjevsk və Xerson zavodlarında 4.3 milyondan çox nüsxə istehsal edilmişdir.

 

Avtomobilin içinə düşən qəpikləri toplayıb “Cek pot” uddu
ABŞ-ın Cənub Karolina ştatında yaşayan sürücü avtomobilini təmizləyən zaman müxtəlif vaxtlarda cibindən düşürdüyü qəpikləri yığaraq lotereya alıb və yüksək məbləğdə pul udub.

Oxu.az xəbər verir ki, sürücü qəpikləri avtomobilinin salonunu tozsoranlayan zaman tapıb.

Bir neçə gündən sonra isə adının qaliblər sırasında olub-olmadığını yoxlayan sürücü 250 min dollar (425 min manat) udduğunu öyrənib.

“Cek pot”un qalibi udduğu məbləğin bir hissəsi ilə borclarını qaytaracağını, yerdə qalan məbləği isə ailəsinə xərcləyəcəyini söyləyib.

Bunları səhərlər yeməyin

Səhər tezdən acqarına, boş mədəyə yediyiniz və faydalı hesab etdiyiniz bir çox qidalar, əslində, səhər yeyilməməlidir.
Medicina.az səhər yeyilməsi məsləhət bilinməyən, dietoloqların qara siyahısına salınan qidalar haqqında videomaterialı təqdim edir:
 
Yağış yağacaq, duman olacaq
Bakıda və Abşeron yarımadasında fevralda 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Türkiyənin nüfuzlu kanalları Azərbaycan polisinin bu qəhrəmanlığından danışdı - VİDEO
Azərbaycan Polisinin fədakarlığı Türkiyə mətbuatının diqqətində olub

Ötən gün Bakının Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın haqda məlumat vermişdik. Yanğının söndürülməsində ərazidə olan polislərin göstərdikləri şücaətlərin əks olunduğu videomaterialı da təqdim etmişdik. Azərbaycan polisinin baş vermiş fövqəladə hal zamanı nümayiş etdirdiyi davranış Türkiyə mediasının da diqqətindən yayınmayıb. Təsadüfi deyil ki, Türkiyənin nüfuzlu telekanalları ana xəbər buraxılışlarında bu mövzudan bəhs ediblər.

 

Azinforum.az həmin videonu təqdim edir.

 
Bu yolayrıcında keçmə ardıcıllığını göstərin-  Doğru cavab - FOTO
Qalib olan şəxsi təbrik edirik!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir: 

1) Tramvay, qırmızı avtomobil, boz avtomobil

2) Boz avtomobil, tramvay, qırmızı avtomobil

 

3) Qırmızı avtomobil, tramvay, boz avtomobil

4) Boz və qırmızı avtomobil, tramvay

Sualın doğru cavabı belədir:  Gördüyünüz fotoda svetoforun sarı işığı yanıb-sönən rejimdə işlədiyi üçün nizamlanmayan yolayrıcı hesab edilir. Belə yolayrıclarında üstünlük nişanlarına uyğun hərəkət etmək lazımdır. Yol Hərəkəti Haqqında Qanunun 77-ci maddəsinin III hissəsində qeyd olunub ki, "Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir". Bu yolayrıcında baş yolla hərəkət edən qırmızı və boz avtomobilin sürücüləri öz aralarında eyni əhəmiyyətli yolda hərəkət etdikləri üçün sağda olan avtomobil üstünlüyə malikdir. Yəni qırmızı avtomobil sağa dönürsə boz avtomobillə eyni vaxtda hərəkət edə bilər. Tramvay sürücüsü isə ikinci dərəcəli yolla hərəkət etdiyi üçün hər iki avtomobilə yol verdikdən sonra hərəkətinə davam edə bilər.

Sualın ilk düzgün və izahlı cavabını verən Soltanov Nicat adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.

Xəbər lenti