Bakının mərkəzi küçəsini "protiv" gedən iki sürücü kameraya düşdü - VİDEO
Onlar əks istiqamətdə axına qarşı hərəkət edib

Paytaxtın Moskva prospektində hərəkətin təşkilinə edilmiş dəyişikliyə sürücülər riayət etmir. Avtosfer.az xəbər verir ki, fevralın 27-i Moskva prospekti ilə hərəkət edən 90-XK-648 qeydiyyat nişanlı "Walksvagen" markalı və 90-VZ-622 qeydiyyat nişanlı 29 saylı xətt üzrə fəaliyyət göstərən avtobusun sürücüsü Həsən bəy Zərdabi küçəsinə əks istiqamətdən daxil olaraq axına qarşı hərəkət ediblər. Onlar ayırıcı zolağın kəsiyi olan yerə kimi əks istiqamətdə hərəkət edib oradan sağ hərəkət hissəsinə keçirlər. 

Görüntüləri sizə təqdim edirik.

 

Yanğınsöndürmə balonundan istifadə qaydalarının geniş İZAHI - VİDEO
"Kaspi Yıldız", Avtosfer.az və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi

Son illər avtomobillərin hərəkətdə olarkən və dayanarkən qəflətən yanması halları tez-tez baş verir. Bu məqsədlə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı Kaspi -Yıldız şirkətinin dəstəyi ilə yanğın təhlükəsizliyi ilə bağlı sosial çarx hazırlayıb. Sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri yanğınsöndürən balondan istifadə qaydaları ilə bağlı maarifləndirmək, eləcə də həmin balonun avtomobildə olmasını təmin etməyə təşviq etməkdir.

Videoçarxın ideya müəllifi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov və nəqliyyat üzrə ekspert Elməddin Muradlıdır. Videoçarxı Avtosfer.az saytının redaktoru Orxan Əli hazırlayıb.

Qeyd edək ki, təxminən 17-20 manat qiymətində olan bu balon dəyəri onminlərlə ölçülən əmlakın xilas edilməsi üçün əvəzedilməzdir. Yol polisi sürücülərə tövsiyyə edir ki, həmin balonların avtomobildə olmasını təmin etsinlər.

 

Ümid edirik ki, videoçarxa baxdıqdan sonra sürücülər mütləq şəkildə avtomobillərində bu balonun olmasını təmin edəcəklər.

 

Azərbaycan Beynəlxalq Nəqliyyat və Logistika sərgisinə qatılacaq - FOTO
“Krokus Ekspo” sərgi mərkəzində baş tutacaq nüfuzlu sərgidə “ADY Express” MMC də iştirak edəcək

Bu il aprelin 13-15-də Moskva şəhərində “TransRussia 2020” 25-ci Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçiriləcək.

Yol-xeber.az-ın məlumatına görə “Report” bu barədə “ADY Express” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, “Krokus Ekspo” sərgi mərkəzində baş tutacaq nüfuzlu sərgidə “ADY Express” MMC də iştirak edəcək. 

 

"Stendimizin nömrəsi – D597. Sizi stendimizdə görməkdən və işgüzar əlaqələri müzakirə etməkdən məmnun olardıq", - məlumatda bildirilir.

 

Xarici ölkələrə səyahət edənlərə TÖVSİYƏLƏR
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kliniki sağlam olan, lakin COVİD - 19 virus xəstəliyi yayılan ölkələrə səyahət edən şəxslər üçün tövsiyələr hazırlayıb.

Video-çarx şəklində hazırlanan tövsiyələrdə qızdırma, öskürək, ürəkbulanma, nəfəs darlığının respirator xəstəlik əlamətləri olduğu qeyd olunub.

Bundan başqa, tövsiyələrdə COVİD-19 xəstəliyi rəsmi olaraq qeydə alınan ölkələrə səyahət edən şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulduğu yer alıb.

“Müşahidə müddətində (14 gün ) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin. Özünüzdə respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 104 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin”, - TƏBİB-in tövsiyələrində vurğulanıb. 

Bu tarixdə iş olmayacaq
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 9-u ölkədə iş günü deyil.

Bu il 8 Mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, 8 Mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən martın 9-u qeyri-iş günüdür.

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür.
 Məhəmməd Əmin Rəsulzadənin dünyasını dəyişməsindən 65 il ötür.
 
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il 31 yanvarında Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
 
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.
 
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
 
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
 
1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
 
1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.
 
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.
Image may contain: 18 people, people standing, people sitting, wedding, suit and indoor

Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi Prezident cənab İlham Əliyevin Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də açılışında iştirak etdiyi Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində ilk tədbirini keçirdi. Muzeyin konfrans zalında baş tutan tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə bölgəmizdə inşa olunan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin dövlətin aşıq sənətinə, milli mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu, bu muzeyin dünyada analoqu olmadığını qeyd etdi. Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə idarə rəisi muzeyin gələcək fəaliyyəti, kadr məsələləri və digər məsələlərlə bağlı tövsiyyə və tapşırıqlarını verdi.
Sonra tədbir iştirakçıları muzeyə ekskursiya edərək aşıq sənətini təcəssüm etdirən otaqlar və eksponatlarla tanış oldular.
Sonda xatirə şəkli çəkdirildi.

Image may contain: 20 people, people sitting and indoorImage may contain: 2 people, indoorImage may contain: 8 people, people standing, shoes and indoorImage may contain: 13 people, people standing, shoes and indoorImage may contain: 6 people, people standing and indoorImage may contain: 3 people, people standing and shoesImage may contain: 5 people, people standingImage may contain: 7 people, people standing, suit and indoorImage may contain: 10 people, indoorImage may contain: 10 people, indoorImage may contain: 3 people, indoorImage may contain: 9 people, indoorImage may contain: 4 peopleImage may contain: 4 people, indoorImage may contain: 5 people, people standing and indoorImage may contain: 3 people, people standingImage may contain: 8 people, crowd, tree, child, sky and outdoorImage may contain: 5 people, people standing, crowd, tree, shoes, sky and outdoorImage may contain: 5 people, people standing, wedding, tree, suit and outdoorImage may contain: 7 people, indoorImage may contain: 8 people, people standing, shoes and indoorImage may contain: 3 people, people sitting and indoor
Koronavirusdan qorunmaq istəyirsinizsə, bunlara mütləq əməl etməlisiniz
Son vaxtlar bütün dünyanı narahat edən koronavirusla (COVID-19) bağlı müxtəlif məlumatlar yayılır. Hər kəs bu virusdan qorunmaq üçün yollar axtarır.

Azərbaycanda koronavirusun yayılmasına qarşı ciddi profilaktik işlər aparılır. Son zamanlar universitetlərdə, məktəblərdə, bağçalarda, nəqliyyat vasitələrində, avtobuslarda və insanların kütləvi toplaşdığı istənilən digər yerlərdə dezinfeksiya işləri aparılıb. Bu proses hazırda davam etdirilir. 

Bəsit gigiyenaya əməl etməklə koronavirusdan qorunmaq olar.

Koronavirus epidemiyası əsasən hava və damcı yolu ilə keçir. Təbii ki, bu da insanların daha az məsafədə ünsiyyətdə olmasından asılıdır. İctimai yerlərdə, xüsusilə də avtobus və metrodan istifadə edən vətəndaşlar mütləq əllərini tez-tez sabunla yumalıdırlar. 

Əgər yumaq imkanı yoxdursa, yanınızda spirt götürün, bununla əllərinizi yusanız kifayət edər. İnsanların çox toplaşdığı yerlərdə az olmağa çalışın.

Bir metrdən artıq təmas olarsa, o zaman yoluxma ehtimalı xeyli aşağı düşür. 

Tez-tez əllərinizi su və sabunla yuyun. Öskürdükdən və asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək yemədən əvvəl və sonra, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllərinizi mütləq yuyun.

Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun. Əlləriniz çirkli görünməsə belə, onları spirt tərkibli təmizləyici ilə silin. 

İş yerində oturduğunuz masanın üstünü, üzərindəki telefon, kompüter, klaviatura və digər əşyaları da mütəmadi olaraq dezinfeksiya edici maddələrlə silin.

İş yerində əməkdaşlar, eyni zamanda, oraya ziyarətə gələn şəxslər mütəmadi olaraq əllərini sabunla yumalıdırlar. Nəticədə əllərinizi yumaqla üzərində olan koronavirusu məhv edirsiniz. 

Dezinfeksiya maddələri masa ətrafında saxlanılmalıdır. 

Yemək bişirdikdən əvvəl və sonra da əllərinizi yuyun. Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin, xəstə və ölü heyvanlar yeyilməməlidir.

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun. Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska geyinin, işdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın, canlı vəhşi və ferma heyvanları ilə birbaşa təmasdan çəkinin.

Koronavirusun əşyalar vasitəsi ilə də keçmək ehtimalı var. Virus əşyalar vasitəsilə də keçir. Məsələn, bir əşyanı xəstə istifadə edir və biz də həmin əşyadan istifadə edib əlimizi gözümüzə, burnumuza vursaq, o zaman yoluxa bilərik. 

Tövsiyə olunur ki, xəstə insanlarla təmasda olunmasın. Su içərkən də diqqətli olun. Mənşəyi bəlli olmayan sulardan istifadə etməyin. 

Tibbi maskalardan istifadə edilsə, daha yaxşı olar. Ancaq ondan istifadənin də müəyyən bir müddəti var. İki saatdan artıq istifadə edilməməlidir. İki saatdan artıq istifadə edilmiş maskalar öz keyfiyyətini itirir.

Bakı metrosunda maska satılır
Sosial şəbəkədə Bakı metrosunda bir şəxsin sərnişinlərə tibbi maska satması ilə bağlı görüntülər yayılıb.

Axar.az xəbər verir ki, sərnişinlər həmin şəxsin maskanı iki manata satdığını bildiriblər.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin xəbərdarlığından sonra ölkədəki apteklər tibbi maskalarla təmin olunub. Həmin maskalar apteklərdə 20 qəpiyə satılır.
Bakı metrosunda çəkilmiş videonu təqdim edirik:

Bu gün 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 5-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq. 

Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 5-də Abşeron yarımadasında gündüz saatlarında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbər lenti