|
Parlaq şəxsiyyətləri ilə XX əsrin fenomeninə çevrilən, Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biri Dieqo Rivera və Frida Kalonun 2002-ci ildə öz ev muzeylərində keçirilən sərgilərindən sonra ikinci dəfə “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin açılışı məhz Bakıda, noyabr ayının 7-də “Gənclik” stansiyasında keçirilib. Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Unibankın təşkilati dəstəyi ilə keçirilən bu unikal sərginin açılışında Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores, “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Unibankın rəsmi nümayəndələri iştirak ediblər.
Sərgini açıq elan edən mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov tamaşaçıları salamlayaraq Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresə söz verib. Səfir Azərbaycan və Meksika arasındakı mədəni əlaqələrin inkişafına toxunaraq, səfirlik tərəfindən bu istiqamətdə təşkil edilmiş sərgilərdə Meksika rəssamlıq nümunələrinin nəinki Bakı, eyni zamanda, Azərbaycanın digər şəhərlərində də nümayiş olunduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıb. “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin də metro keçidlərində təşkil edilməsinin əsas məqsədinin bütün dünyada məşhur olan cütlüyün sənət dünyası ilə paytaxt sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etmək olduğunu söyləyib, təşkilatçılara da dərin təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Əbubəkirov öz çıxışında bu sərgidə tamaşaçılara təqdim olunmuş Dieqo Rivera və Frida Kalonun 90-dan artıq əsərlərinin seçilməsində nazirlik əməkdaşlarının da yaxından iştirak etdiyini xüsusi olaraq vurğulayıb, həmçinin belə sosialyönümlü layihələrin Bakı metropoliteni tərəfindən təşkilini təqdirəlayiq addım kimi qiymətləndirib.
Daha sonra tədbir iştirakçılarını salamlayan “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov Meksikanın görkəmli incəsənət nümayəndələrinin sərgisinin məhz Bakı metropolitenində keçirilməsinin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyi və münasibətlərin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib. H. Məmmədov öz çıxışında onu da xüsusi olaraq vurğuladı ki, sərnişin axınının sıx olduğu metropolitendə belə bir sosialyönümlü layihənin keçirilməsi incəsənət və mədəniyyətin təbliği baxımından əhəmiyyətli addımdır.
Tədbirdə iştirak edən Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov öz çıxışında bildirdi ki, paytaxt sakinlərinin bu nadir sənət inciləri ilə məhz metro stansiyanın keçidlərində tanış olmağın onlar üçün əla fürsət olduğunu qeyd edərək, təşkilatçılara öz təşəkkürünü bildirib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bu layihənin QSC-nin sosialyönümlü layihələrinin tərkib hissəsi olmaqla yanaşı, metro sərnişinlərinə ilk ictimai töhfəsi olduğunu da sərgi iştirakçılarının diqqətinə çatdırıb. B.Məmmədov onu da vurğulayıb ki, bu sərginin əsas məqsədi stansiya keçidlərindən istifadə edənləri, eləcə də sənətsevərləri Dieqo Rivera və Frida Kalonun sənət əsərlərinin incəlikləri ilə yaxından tanış etməkdir. "Bakı Metropoliteni" QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva açılış mərasimindən sonra sərgi ilə yaxından tanış olan iştirakçıların nəzərinə çatdırıb ki, əsərlərlə ətraflı tanışlığı sərgini tərk etdikdən sonra da şəkil üzərindəki kod vasitəsi ilə virtual şəkildə izləmək mümkündür. Bunun üçün smartfon və planşetlərə “QR-code” proqramını yükləmək kifayətdir. L.Babayeva onu da bildirib ki, sərginin nümayişi altı ay müddətində davam etdiriləcək.
Onu da xüsusi olaraq qeyd etməliyik ki, sərgi dünyada populyar Meksika milli musiqisi olan Mariaçi ilə müşayiət edilib. Tədbir mərasimə toplaşanların xoş ovqatlı söhbət və sənət inciləri ətrafında apardıqları müzakirələrlə davam edib.
"Yol-xeber.az" axşam.az-a stinadən xəbər verir ki, sənətçi 2 milyon 250 min lirəyə "Bentley" markalı maşın satın alıb.
Yeni avtomobilin qeydiyyat nişanı müğənni və xanımı Özlem Şahinin adının baş hərflərindən ibarətdir.
Berkay yeni avtomobili ilə poz verib.
Azərbaycan polisi dövlətimizin, vətəndaşların keşiyində durmaqla bərabər, onlara xüsusi qayğı və diqqət göstərir
Bu barədə telejurnalist Elçin Əlibəyli feysbuk səhifəsində yazır ki, yazdığı statusa DİN tərəfindən dərhal reaksiya verildi və başda cənab nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla məsələnin həlli üçün çevik addımlar atıldı:
"Bakı Şəhəri Baş Polis İdarəsi məsələyə müdaxilə edərək mənim tapdalanmış haqqımı bərpa etmək üçün dərhal tədbirlər gördü. Bakı Şəhəri Baş Polis İdarəsini rəisi general-mayor Mirqafar Seyidov, İstintaq İdarəsinin rəisi polkovnik Nazim İsmayılov və digər əməkdaşlar xüsusi diqqətlə məsələnin həllinə nail oldular. Həmçinin, Yasamal rayon 29-cu Polis şöbəsinin rəisi, polkovnik Ayxan Bağırov bu məsələdə haqqın tərəfində durdulər.
Bir daha əmin oldum ki, Azərbaycan polisi dövlətimizin, vətəndaşların keşiyində durmaqla bərabər, onlara xüsusi qayğı və diqqət göstərir. Qonşumla ola mübahisədə məhz polislərin iradəsi ilə razılıq əldə edib, barışdıq".
Sürücülərin böyük əksəriyyəti dayanma və durmanı qadağan edən nişanların mənasını hələ də bilmir. Son zamanlar Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən dayanma durma və parklanma qaydasını pozan sürücülərə qarşı tərtib olunan qərarlardan sürücülər şikayətlənirlər. Onların şikayətini araşdırdıqda isə məlum olur ki, haqlı olaraq məsuliyyətə cəlb olunublar.
Dayanma və durmanı qadağan edən 3.27 nişanı və yalnız durmanı qadağan edən 3.28 nişanının tələbləri nədən ibarət olduğu barədə məlumat verəcəyik. 3.27 nişanı həm dayanmanı, həm də durmanı qadağan edir. Yəni bu nişanın təsir sahəsində nəqliyyat vasitəsinin hərəkət sürətini 0 kilometr saat sürətə salıb dayanmaq olmaz (məcburi dayanma istisna olmaqla). 3.28 durmaq qadağandır nişanının tələbi isə fərqlidir. Bu nişanın təsir sahəsində dayanaraq sərnişinləri mindirməyə və ya düşürməyə, yaxud yüklərin yığılması və ya boşaldılmasına icazə verilir. Sürücülər bir çox hallarda bu nişanın təsir sahəsində bir neçə dəqiqə gözləyərək sərnişin mindirəcəyini bildirir və ya avtomobili saxlayaraq qısa müddətli hansısa bir işin arxasıyca gedir. Bu birmənalı olaraq qadağandır. 3.28 nişanının təsir sahəsində adamların mindirilməsi və ya düşürülməsi, yaxud yüklərin yığılması və ya boşaldılması ən qısa zamanda baş verməlidir. Əgər sürücü dayanaraq sərnişinin gəlməsini gözləyirsə, deməli nəqliyyat vasitəsi dayanmış yox durmuş hesab olunur. Belə vəziyyətdə isə sürücülər düzgün şəkildə məsuliyyətə cəlb edilir. Sürücülər bəzən elə düşünürlər ki, 3.28 nişanının təsir sahəsində avtomobildə əyləşib gözləyirlərsə (avtomobili tərk etməyiblərsə) qayda pozmamış hesab olunurlar. Bu kökündən yanlış fikirdir.
Sürücülərə tövsiyə edirik ki, dayanma durma və parklanma qaydasını pozmasınlar. Qanuna riayət etdikləri halda onları heç kim məsuliyyətə cəlb etməyəcək.
Son günlər sürücüləri qayğılandıran suallardan biri və bəlkə də ən birincisi pərdələrdən il boyu istifadəyə icazənin verilib-verilməyəcəyidir. Ötən illərdən fərqli olaraq, bu il pərdə və jalüzlərdən çox, plyonkalı maşınlar daha çox gözə dəyir.
Yol-xeber.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Elməddin Muradlı - Yol nəqliyyat üzrə eskpert: "Bu gün avtomobilinin dörd tərəfini bağlayan sürücülərə də rast gəlinir. Bütün bunlar yol polisinin gözü qarşısında baş verir. Arxa şüşələrinə pərdə yerinə plyonka vuran sürücülər də var. İndi onlar da narahatdır ki, ayın 15-i bunu söküm, yoxsa yox?"
Sürücü: "Tam plyonkalı maşınlar indi də var şəhərdə. Niyə cərimələmirlər bilmirəm?!"
Vəziyyəti qəliz edən məqam Azərbaycanın qoşulduğu beynəlxəlq konvensiyalar və ölkədə tətbiq edilən standartların ziddiyət təşkil etməsidir.
Avropa İqtisadi Komisiyasının qəbul etdiyi etdiyi 43 qərar var ki, orada gösərilir; Sürücü özündən arxada qalan yan və arxa şüşələri tündləşdirə bilər. Bunun üçün isə onun qarşısına hər hansısa bir öhdəlik qoyulmayıb".
Amma yerli qaydalarda, yəni "AZƏRS" standartında bu şüşələrin tündəşdirilməsi üçün xüsusi ölçülər tətbiq edilir.
Elməddin Muradlı - Yol nəqliyyat üzrə eskpert: "Avtomobilin arxa yan şüşələri 40 faiz, tam arxa şüşə 100 faiz, alınlıq isə 25 faiz. Yol hərəkəti üzrə təhlükəli bir şey deyil, qırmızı işığın tələbini pozmur, nəqliyyat vasitəsini sərxoş idarə etmir".
Millət vəkili Çingiz Qənizadə pərdə və plyonka ilə bağlı qadağanı düzgün saymır.
Çingiz Qənizadə - Milli Məclisin deputatı: "Yan qapılarda, yan şüşələrdə pərdə və plyonka heç bir problem deyil. Bilirsiniz ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Ləğv edilibsə, onun qərarları da qüvvədən düşüb. Düşməyibsə, biz kömək etməliyik ki, düşsün".
Hələ ki pərdələrdən istifadə ilə bağlı qaydalar öz qüvvəsində qalır. Qadağanın nə vaxt aradan götürüləcəyi isə, bəlli deyil...
Bir çoxları yüksək dağlara, keçilməz meşələrə avtomobil ilə getməyi sevir. Təbii ki, bunun üçün xüsusi avtomobillər olur. Bu maşınlar keçilməz hesab olunan yerlərə bəzən asanlıqla çıxırlar. Yol-xeber.az-ın təqdim etdiyi videoda da bu cür maşın çıxılması ilk baxışdan mümkünsüz görünən təpəyə dırmaşır. Videonu izləyə bilərsiniz:
Bir çoxu öz avtomobillərini ucuz və ideal dizayn vermək istəyir. Bunun üçün bir neçə çinli xanım videosujet hazırlayıb. Videodan görünür ki, Çinli xanım vinil ilə müxtəlif avtomobillərə dizayn verir. Həmin video sujeti təqdim edirik:
"Yol-xeber.az" ted.az-a istinadən bildirir ki, qiymətləndirmə nəticəsində 4 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib.
"Mercedes-Benz CLA", "Mercedes-Benz B-Class" və "BMW 3 series" ardıcıl olaraq cədvəlin ilk üçlüyündə yer alaraq, ən təhlükəsiz avtomobil seçilib.
Cədvəlin ilk onluğunda "Tesla Model 3" avtomobili də yer alıb. Sözügedən model sürücü və böyük sərnişin üçün 96% təhlükəsizdir.
Uşaq sərnişini üçün 86%, yol üzərində olan sərt keçidləri keçən piyadalar üçün 74%, təhlükəsizlik qurğuları üçün isə 94% etibarlı avtomobil olaraq Euro NCAP tərəfindən qiymətləndirilib və reytinqdə 7-ci pillədə yer alıb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov sosial şəbəkədə yazıb. O, bildirib ki, səhər saatlarında bir neçə dəqiqəlik yağışın yağması nəticəsində tuneldə biabırçı vəziyyət yaranıb.
Qeyd edək ki, ötən il də sözügedən tuneldə eyni vəziyyət yaranmışdı.
Qarşıdan yağışlı payız fəsli gəlir. Asfalt qatının üzərindəki su qatı yüksək hərəkətdə olan avtomobilin təkərlərin yola toxunma faizini azaltdığından qəzalar baş verir. Buna akvaplanlama deyilir.
Bəzən sürücülər yüksək sürətlə suyun içinə girir. Bu zaman idarəetməni itirir və nəticədə qəzalar baş verir. Həmçinin yolun üzərində yığılmış toz qatı su ilə reaksiyaya girərək şirəli palçığa dönür. Bu isə sürüşmənin əsas səbəbidir. Odur ki, sürücülər diqqətli olmalıdır. Avtosfer.az-ın daimi oxucusu Qorxmaz Mustafayev saytımıza video təqdim edib. Krasnoyarsk şəhərində qeydə alınan görüntülərdə sürücü suyun içərisinə daxil olur və bir anlıq idarəetməni itirərək səkiyə çırpılır.
Video xarici ölkədə qeydə alınsa da bizdə bu cür hallar istisna deyil. Odur ki, sürücülərin hava şəraitinə uyğun sürət seçmələri məsləhətdir.