Avtomobilin salonunda bunu etməyin: yoxsa, sizin də başınıza gələ bilər - FOTO
Partlayışa, spreyin həddindən artıq sıxılması səbəb olub

İngiltərədə salonda iyə qarşı sprey sıxıb, siqaret yandıran şəxsin avtomobili partlayıb. Yol-xeber.az xəbər verir ki, insident şənbə günü günorta saatlarında ölkənin şimalında yerləşən Halifaks qəsəbəsində qeydə alınıb.

Məlumata görə, işıqforun qırımızı işığında gözləyən “Seat Leon” markalı avtomobilin sürücüsü, salonda qoxuya qarşı sprey sıxıb və ardınca da siqaret yandırıb. Bundan sonra maşında gücü partlayış baş verib. Partlayışın şiddətindən avtomobil deformasiyaya uğrayıb.

Qərb Yorkşir Yanğınsöndürmə İdarəsinin nümayəndəsi bildirib ki, partlayışa, spreyin həddindən artıq sıxılması səbəb olub.

 

Hadisədə sürücünün xəsarət almadığı bildirilib.

 

Ramiz Zeynalov "Təhlükəsiz yol" proqramının qonağı olub
Əsas məqsəd mövcud olan problemləri dinləyib həlli istiqamətində operativ tədbirlər görməkdir

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Azərbaycan Radiosu ilə birgə layihəsi olan “Təhlükəsiz yol” proqramı fəaliyyətə başlayıb. 16.12.2019-cu il tarixdə efirə çıxmış proqramın ilk buraxılışının qonağı Baş İdarənin rəisi polis general-mayoru Ramiz Zeynalov olub. Yol-xeber.az xəbər verir ki, cənab R.Zeynalov DİN rəhbərliyinin təşəbbüsü ilə yaradılmış bu proqramın əsas məqsədinin baş verə biləcək yol-nəqliyyat hadisələrinin vaxtında qarşısının alınması üçün hərəkət iştirakçılarının maariflənməsi, yol hərəkətinin təşkilində və bu sahədə qanunvericilikdəki yeniliklər barədə məlumatların verilməsi, dinləyicilərlə birbaşa canlı ünsiyyət yaratmaqla mövcud olan problemləri dinləyib həlli istiqamətində operativ tədbirlər görmək olduğunu bildirib, yaradıcı kollektivə müvəffəqiyyətlər arzulayıb.

Hər həftənin I, III və V günləri saat 17:00-dan 18:00-dək yayımlanacaq proqramda təkcə aparıcıların deyil, həm də Baş DYP İdarəsinin müxtəlif xidmətlər üzrə çalışan əməkdaşlarının çıxışı nəzərdə tutulur ki, bu da vətəndaşlardan alınmış məlumatların hansısa üçüncü şəxsə ötürülməsi deyil, məhz həmin əməkdaş tərəfindən icrası təmin olunacaq.  

Bu yolda rənglənmə işləri aparılacaq
Azneft meydanından Su idmanı sarayına qədər

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək Azneft meydanından Su idmanı sarayına qədər olan hissədə, hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Yol polisindən nümunəvi davranış: əlində bel dağılmış yolu belə düzəltdi - VİDEO
Bizim işimiz hər zaman vətəndaşın xidmətində olmaqdır

Bakıda yol polisinin nümunəvi hərəkəti vətəndaşlardan biri tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, videoda YPX insoektoru hərəkət zolağının dağılmış hissəsini qum ilə doldurur. Əlində bel yaxınlıqdakı dayanacaqdan qum götürən yol polisi sürücülərin rahat keçməsi üçün yolu düzəldir.

Avtosfer.az-ın araşdırmasına görə hadisə Suraxanı rayonu İlqar Musayev küçəsində baş verib. Görüntülərdə əks olunan YPX əməkdaşı isə Suraxanı rayon Dövlət Yol polisi Şöbəsinin əməkdaşı, polis baş serjantı Tural Kamranzadədir.

Avtosfer.az-a açıqlamasında Tural Kamranzadə bildirib ki, ərazidə 99 YP 288 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət apararkən yolun ortasında yağışdan sonra yaranmış dağıntıya görə avtomobillərin məcburən əks istiqamətə çıxdığını görüb. “Mənimlə bilikdə xidmət aparan inspektor Elçin İsmayılovla birlikdə ərazidə dayandıq. Elçin avtomobillərin hərəkətini tənzimlədi. Mən isə yaxınlıqda yeni quraşdırılan və təmir gedən dayanacaqda işləyən fəhlələrdən bel istədim. Ardınca orda olan qumla dağılmış yeri düzəltdim ki, avtomobillər əks yola çıxmağa məcbur olmasınlar. Bu təhlükə yaradır.”

 

Bu polisin işi deyil, bunun üçün aidiyyəti qurumlar var fikrinə münasibət bildirən Tural Kamranzadə qeyd edib ki, polis də bir vətəndaşdır. “İlk növbədə bizim işimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Mövcud vəziyyətdə isə yolda təhlükə yaranırdı. Orda gözləmək, aidiyyəti qurumları çağırmaq kifayət qədər vaxt aparardı. Amma qəza hər an baş verə bilər. Odur ki, bunu etməklə sürücülərin təhlükəsiz hərəkətini təmin etmiş olduq. Bizim işimiz hər zaman vətəndaşın xidmətində olmaqdır.”

Avtosfer.az olaraq yol polisi əməkdaşına bu nümunəvi davranışına görə təşəkkürümüzü bildiririk.

 

 
Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı
Prezidentimiz İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazov və DYP rəisi Ramiz Zeynalova xüsusilə təşəkkür edirəm

Azərbaycanda yaşayan Türkiyəli iş adamı Yusuf Ziya Dəmir yol polisinə təşəkkür edib. Avtosfer.az xəbər verir ki, bu barədə o, öz Facebook hesabında yazıb. Yusuf bəy deyir ki, Bakıdan İsmayıllı – Gəncə- Qazax istiqamətində səyahət edərkən çətin anlar yaşayıb. “İsmayıllıda bir az qar var idi, havanın temperaturu -1 dərəcəydi, axşam 23.00-a yaxın idi. Maşınımın təkəri boşalmışdı. Ehtiyat təkəri dəyişmək istəyirdim. Bu zaman qan təzyiqimin yüksəldiyini hiss etdim və bir az düşməyini gözlədim. Həmin baxt ərazidə xidmət aparan bir yol polisi mənə yaxınlaşıb problemin nə olduğunu soruşdu. Təkəri dəyişdirməli olduğumu, amma təzyiqim olduğu üçün dəyişə bilməyəcəyimi dedim. Yol polisi təkəri dəyişdirməyimə kömək etdi. Hətta məni xəstəxanaya aparmaq istədi, amma özüm gedəcəyimi söylədim və həmin polis qardaşımın telefon nömrəsi, adı və soyadı qeyd eddim. Təşəkkür edərək yolumda davam etdim.”

28 ildir Azərbaycanda yaşadığını bildirən Ziya bəy hər gün hər şeyin yaxşılaşdığını, insanların rifahının yüksəldiyini, psixoloji və sosioloji baxımdan daim müsbət inkişafların müşahidə edildiyini gördüyünü bildirib. “Yol polislərinin vətəndaşa qarşı davranışı çox müsbətdir. Azərbaycanı hər gün irəli aparan siyasəti həyata keçirmək əzmində olan Prezidentimiz İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazov və DYP rəisi Ramiz Zeynalova xüsusilə təşəkkür edirəm.”

 

 

Orxan Əli

 
Qırmızıda keçən taksi yolayrıcında “KİA”nı belə vurdu – REAL VİDEO
Ümid edirik ki, sürücülər bu görüntülərdən özləri üçün nəticə çıxardar

Qəzaların əksəriyyəti yolayrıcına baş verir. Əsas səbə isə içıqforun son və ilk saniyəsində hərəkətə başlamaqdır. Bəzi sürücülər sarı işıq yananda yolayrıcına daxil olur. Hətta qırmızı işığın ilk saniyəsində də “tələsən” sürücülər bunu edirlər. Nəricədə digər istiqamətdən gələn avtomobil ilə toqquşma baş verir. Avtosfer.az-ın bu dəfə təqdim etdiyi videoda da analoji hal yaşanıb. Belə ki, digər avtomobillər dayandığı halda taksi sürücüsü qırımızı işıqda keçərək yolayrıcına daxil olur. Soldan hərəkətə başlayan “KİA” markalı avtomobil ilə toqquşur. Nəticədə ağır yol-nəqliyya hadisəsi baş verir. Sürücülər yüngül xəsarət alsalar da avtomobillərə ciddi ziyan dəyir.

Avtosfer.az olaraq bir daha tövsiyə edirik ki, yolayrıcına içıqforun son saniyəsində daxil olmaq təhlükəlidir. Həmçinin yaşıl yanan kimi hərəkətə başlamaq ağır nəticələrə səbəb ola bilər. Videonu təqdim edirik. Ümid edirik ki, sürücülər bu görüntülərdən özləri üçün nəticə çıxardar.

 

Bu müəllim məktəblilərə yol hərəkəti qaydalarını öyrədir - Səbəbi isə olduqca maraqlıdır - VİDEO
Məqsəd uşaqların yol qəzalarının qurbanı olmamasıdır

"Heç kim yol qəzalarının qurbanı olmasın" . Yeganə övladını avtoqəzada itirən bir qadın müəllim uşaqları bundan sığortalamaq üçün onlara yol hərəkət qaydalarını tədris edir. Söhbət Bakıda 1 nömrəli uşaq gənclər inkişaf mərkəzinin şöbə müdiri Fəridə Süleymanovadan gedir. Fəridə müəllimə artıq illərdir ki, məktəblilərə yol hərkəti qaydalarını öyrədir.

Bu sözləri neçə ildir hələ də balası üçün dərdi dağ, qəlbi yara olan ana dilə gətirir. Onun övladı da avtoqəzalar zamanı həyatını itirən yüzlərlə uşaqdan biridir. Sürücünün səhlənkarlığı onu aman zaman bir övladından ayrı salıb.

Elə bu bədbəxt hadisədən sonra Fəridə müəllimə maraqlı və bir o qədər faydalı bir işə imza atıb. İxtisasca riyyaziyyat müəlliməsi olsa da, o məktəbələrdə yol hərəkəti haqqında dərslər keçməyə başlayıb. Məqsəd uşaqların yol qəzalarının qurbanı olmamasıdır.

 

İndi müəllimə tək təsəllini bu balaca fidanlara yol hərəkəti qaydalarını tam dəqiqliyi ilə aşılamaqla tapır. Hər səhər dərsə gələrək uşaqlara ya tapşırıqlar verir, ya da onlara bilmədiklərini ən incə detalı ilə başa salır.

Qeyd edək ki, Fəridə müəllimə dərsləri yol polisi iə birgə hazırladıqları plan əsasında tədris edir. Həmçinin hər il bununla bağlı uşaqlar arasında intelektual yarışlar da təşkil edir.

 
Yol polisi sürücüyə təkəri dəyişməkdə belə kömək etdi - FOTO
Tuneldə çətin vəziyyətdə qalan sürücünün köməyinə yol polisləri çatdı

Sosial şəbəkələrdə paylaşılan fotolar marağa səbəb olub. Yol-xeber.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki tunellərin birində baş verib. Belə ki, avtomobilin təkəri buraxan sürücünün köməyinə yol polisləri çatıb. Onlar sürücüyə təkəri dəyişməkdə köməklik ediblər. Yol polisinin bu addımı ətrafda keçən sürücülərin alqışına səbəb olub. Fotoları təqdim edirik:

 

Bakıda cərimədən yayınmaq istəyən sürücülərin ağlagəlməz üsulu
Hərəkət zamanı radar və kameralardan yayınmaq istəyən bəzi sürücülər fərqli yola əl atıblar. İnstagram sosial şəbəkəsində açıq satılan xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlətmək mümkün olur. Məsələylə bağlı hüquq mühafizə orqanları da araşdırma aparır.

"Yol-xeber.az" xezerxeber.az-a istinadla xəbər verir ki, sürücüdə olan pultla avtomobilin nömrəsi anında bağlanılır.

İstər avtomobil hərəkətdə olsun, istərsə də park edilmiş halda cəmi bir düymə ilə avtomobilin dövlət qeydiyyat nişanı gizlədilir. Son zamanlar instagram sosial şəbəkəsində bu cür elanlara tez-tez rast gəlmək mümkündür.

Bəzi sürücülər radarlardan yayınmaq üçün bu yola əl atırlar. Elə səhifədə paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür.

Paylaşılan videolarda artıq bu nömərlərdən istifadə edənlərin olduğu da görünür. Hərçənd ki, satışla məşğul olanlar bu əməlin qanunsuz olduğunu etiraf etmək istəmirlər.

Əldə etdiyimiz məlumata görə, faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Azərbaycana gələn 3 milyonuncu turistə sürpriz edildi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin və öl­kəmizə turizm axının genişlənməsi ilə əlaqədar ölkəmizə gələn və gedən şəxslərin və nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sərhədindən keçən şəxslərin sayı 13%, nəqliyyat vasitələrinin sayı isə 12% çox olub.

"Yol-xeber.az" xəbər verir ki, belə bir şəraitdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəza­rətinin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi, döv­lət sərhədindən keçənlərin sərhəd nəzarətinin effektivliyindən məmnuniyyətlərinin yüksəldilməsi, şəxslər və nəq­liyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azaldılması və sürətli keçidi­nin təmin olunması istiqamətində mühüm işlər görülüb, 1 şəxsin sərhəd keçmə prosedurlarının rəsmiləşdirilməsinə 1 dəqiqədən az vaxtın sərf edilməsinə nail olunub.

Respublikamıza turist axınının artırılması üzrə ardıcıl və məq­səd­yönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabr ayının 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınıb. Həmin şəxs Ankara-Bakı reysi ilə uçub gəlmiş Türkiyə vətəndaşı Seda Ünlü olub. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiy­yələr ilə qarşılanan xarici qonaq bu xoş sürprizdən çox məmnun olmasını söyləyib və öz minnətdarlığını bildirib.

Xəbər lenti