Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Tərtərdə qumbara partlaması ilə bağlı məlumat yayıb.

Axar.az-a daxil olan birgə məlumatda bildirilib ki, avqustun 29-da Tərtər rayon sakini 1994-cü il təvəllüdlü Elmir Hüseynlinin yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

İlkin istintaqla müəyyən edilib ki, E.Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirib, səs-küyə həyətə gələn qonşusu 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən E.Hüseynli əl qumbarasını partladıb, hadisə nəticəsində Elmir Hüseynli hadisə yerində ölüb, F.Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Damarları qocalana qədər sağlam və elastik saxlamaq üçün qidalanmadan bəzi qida məhsullarını xaric etmək lazımdır.

Sağlamolun.az bildirir ki, mütəxəssislər damarların sağlamlığına ən ciddi ziyan vuran məhsulların adlarını açıqlayıb.

1. Şəkər

Mütəxəssislərin fikrinə görə, şəkər damarların sağlamlığı üçün ən ziyanlı məhsuldur. Şəkər damarların daxili divarlarında xroniki iltihab yaradır ki, bu da aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Nəticədə damarlar daralır, onların divarları zəifləyir, partlamaya meyilli olurlar. Damarın ürək və ya beyində partlaması infarkt və ya insulta səbəb olur.

2. Spirtli içkilər

Bir çox insan fikirləşir ki, spirtli içkilər damarlar üçün faydalıdır və hətta onları “təmizləyir”. Lakin bu yanlış fikirdir. Müasir araşdırmalar göstərir ki, insan üçün spirtli içkinin nəinki “faydalı”, hətta ziyansız miqdarı yoxdur (!). Alkoqol orqanizmin bütün hüceyrələrinə güclü toksiki təsir edən zəhərdir. Alkoloq qaraciyər, beyin, ürək, böyrəklər, digər orqanların və həmçinin damarların hüceyrələrini dağıdaraq müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmi zəiflədir və qocaldır.

3. Trans-yağlar

Bu maddələr marqarin, dükanlarda satılar hazır qidalar, şirniyyatlar, yarımfabrikatlar, fəst-fud, qızardılmış yeməklərin tərkibində var. Trans-yağlar damarların sağlamlığına ciddi ziyan vurur, damarları zəiflədir, aterosklerozun inkişafını tezləşdirir.

4. Kolbasa, sosis, vetçina və s.

Emal olunmuş ət qanda xolesterinin səviyyəsini artırır. “Artıq” xolesterin damarlarda yığılaraq onları daraldır, zəif və kövrək edir.


Şəmkir rayonunda evdə yanan 24 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumatda bildirilib ki, həyat yoldaşı tərəfindən yandırılan və bədəninin 70% (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 6:20-də aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə nəticəsində bədəninin 55% (4 cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyinə görə, həyatı təhlükə altındadır.

Xatırtladaq ki, avqustun 18-i Şəmkir rayonu, Sarıtəpə kənd sakini İlqar Məsimovun evində yanğın baş verməsi nəticəsində 2017-ci il təvəllüdlü Nicat Sadıqovun meyitinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqovun avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırmasına, nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqovun ölməsinə, M.Məsimova və S.Məmmədovanın isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmələrinə səbəb olmasına kifayət qədər əsaslı şübhələr müəyyən olunmuşdur.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9(təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunmuşdur.

E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilmiş və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ayın sonunda Yaponiyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “Kyodo” agentliyi yayıb. Zərifin səfər zamanı Tokioda əsas müzakirə edəcəyi məsələnin Hörmüz boğazı olacağı vurğulanıb. Agentlik Zərifin Tokio vasitəsilə Qərbə İranın mövqeyini çatdırmağı planlaşdırdığını bildirib.


"Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Qətərdə davam etdirə bilər.

Sportal.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçunu yüksək liqada çıxış edən "Əl-Salmiyə" klubu transfer etmək üzrədir.

Hazırda küveytlilər "Qəbələ" ilə transferin detallarını müzakirə edir. Kamalın keçidi üçün "qırmızı-qaralar"a müəyyən qədər təzminat ödəniləcək. Bakıda təlim-məşq toplanışında olan "Əl-Salmiyə"nin baş məşqçisi Milud Həmdi Mirzəyevi "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyununda bəyənib. Kamalı arzuladığı ideal 11-likdə görən Əlcəzair əsilli fransalı mütəxəssis klub rəhbərliyindən futbolçunun transferini tələb edib.

1964-cü ildə yaranmış klub ötən mövsüm Qətər Premyer Liqasını 3-cü yerdə başa vurub. Azərbaycanın U-21 millisində çıxış etmiş futbolçu "Qəbələ"nin yetirməsidir. Kamal AZAL, "Sumqayıt" və "Zirə" klublarının da formasını geyinib.


Cənubi İraq şiələrinin lideri Müqtəda əs-Sədr yeni bir dövlət qura bilər.

Axar.az xəbər verir ki, Sədr bu barədə İraqın Baş naziri Adil Əbdülmehdiyə "qardaşlıq tövsiyəsi" adlandırdığı çağırışında deyib. O, həlli vacib olan bir neçə məsələyə diqqət çəkib:

“Cənab baş nazirə işlərində faydalı olacaq qardaş tövsiyəmdə vacib nöqtələr var. Bunlar xalqın və şiələrin tələbləridir. Mən də bu tələbləri çatdırmaq məcburiyyətindəyəm.

İlk növbədə bir tərəf digər tərəfə meyil etməməlidir, əks təqdirdə yeni dərin dövlət qurula bilər. İkinci vacib nöqtə hələ də gecikdirilən bir sıra ictimai xidmətlərlə bağlıdır. Baş nazirin ictimai xidmətləri həyata keçirmək üçün səy göstərəcəyinə ümid edirik. Xalq bu məsələdən narahatdır, artıq səbirləri qalmayıb. Üçüncüsü isə rüşvətxorluqla mübarizədə bir neçə məsələ xaricində heç bir irəliləmə olmamasıdır”.

Sədr həmçinin baş naziri İraqın müstəqilliyi və suverenliyi üçün mübarizə aparan təhlükəsizlik qüvvələrini zəiflədənləri cəzalandırmaqda tərəddüd etməməyə çağırıb.

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Ardını oxu...

Bal 40-dan çox növü olan, bir sıra vitamin və minerallarla zəngin, çoxlu müalicəvi xüsusiyyətlərə malik qida məhsuludur. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bal insan orqanizminə müsbət təsir göstərir, həmçinin bir çox xəstəliklərin qarşısını alır.

Lakin təəssüf ki, süni şəkildə hazırlanan ballar da var. Mütəxəssislər bildirirlər ki, süni yolla hazırlanan bal şəkərli diabet riskini iki dəfə artırır. Bala qatılan şəkər və kimyəvi qatqılar orqanizmdən tam sorula bilmədiyi üçün bəzi xəstəlikləri kəskinləşdirməklə yanaşı, yan təsirlər də göstərir.

Axar.az-ın məlumatına görə, həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə Azərtac-a deyib:

"Saxta baldan istifadə zamanı yüksək təzyiq, sidik turşusunun artması zamanı yaranan xəstəliklər, böyrək, qaraciyər və öd kisəsi xəstəlikləri, həmçinin artıq molekulun kristalizə şəkildə bağırsağa düşməsi onun həll olunmasını ləngidir. Təmiz baldan istifadə edilməsi zamanı həzm prosesi daha yaxşı gedir".

Ona görə də bal alarkən onun təmiz olub-olmadığını öyrənmək üçün ilkin yoxlamalar aparmaq olar. Bal şəffaf rəngdə olur və özünəməxsus qoxuya malikdir. Hər hansı bitki iyini və kənar qoxunun gəlməsi onun tərkibində əlavə qatqıların olmasından xəbər verir. Digər bir üsul isə təbii balı suya qataraq yoxlamaqdır. Bu zaman bulanıq məhsul alınmırsa, deməli, balın tərkibində əlavələr var.

Həkim-fitoterapevt bildirib: "Bal orqanizm tərəfindən, o cümlədən dəridə tez sorulan qida məhsuludur. Balı dəri üzərinə çəkəndən bir neçə dəqiqə sonra yapışqanlıq qalmır, dəri tərəfindən tam olaraq sorulur. Kağızın üzərinə bir qədər bal sürtülür və kibrit vurularaq yandırılır. Alov bal olan hissəyə çatanda sönməlidir. Əgər sönmürsə və daha da güclənirsə, deməli, onun tərkibində saxarozanın miqdarı çoxdur".

Təbii balın tərkibi 21 faiz su, 7 faiz saxaroza, 72 faiz isə fruktoza və qlükozadan ibarət olmalıdır. Həmin rəqəmlərin fərqli olması balın keyfiyyətini şübhə altına alır.

Yalnız azad, gənc insanların ittifaqı güclü ölkə yarada bilər.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində “TBC Bank”ın təsisçisi Mamuka Xazaradze deyib. O özünün yeni hərəkatını sentyabrda yaradacağını və “Layiqli Gürcüstan üçün” adlanacağını bildirib:

“Əgər güclü Gürcüstan qurmaq istəyiriksə, xalqa öz ləyaqətini qaytarmalıyıq". Bu, Georgi Çkondidelinin sözləridir və biz məhz xalqın ləyaqətini geri qaytarmaqdan başlamalıyıq”.

Qeyd edək ki, Xazaradze bundan öncə gürcü oliqarx Bidzina İvanişvilinin müttəfiqi olsa da, sonradan İvanişvili ona qarşı təzyiqləri gücləndirib. Nəticədə Xazaradzeyə qarşı cinayət işi açılıb və onun ölkəni tərk etməsi qadağan edilib. Xazaradze bunun ardınca bəyanat yayaraq, İvanişviliyə qarşı mübarizə üçün yeni hərəkat yaradacağını açıqlayıb.

Tunis vətəndaşı, 21 yaşlı rəqqasə Nərmin Sfar 35 min seçici imzası toplayıb və sentyabrın 15-də keçiriləcək prezident seçkisində iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Axar.az xəbər verir ki, Sfar MSK-nın tələb etdiyi 10 min imzadan 3 dəfə çox imza toplayıb.

Rəqqasə özünün seçkiqabağı kampaniyasının əsas bəndlərini də paylaşıb. Nərmin seçicilərinə prezident olacağı təqdirdə ilk növbədə çörəyin qiymətini endirəcəyini bildirib. O həmçinin qızların hicabsız gəzməsinə izn verəcəyini, bunun əvəzində ənənəvi Tunis geyimlərini icbari hala gətirəcəyini vurğulayıb. Rəqqasə evlənməyə hazırlaşıb, sonradan vədini tutmayan kişiləri cərimə edəcəyini də bildirib.

Xəbər lenti