|
12 dekabr 2003-cü ildə 81 yaşında görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev vəfat edib. Azərbaycan xalqının yaddaşında Heydər Əliyev əbədi siyasi düşüncə və müdrikliyə malik, peşəkar və bacarıqlı bir təşkilatçı olaraq qalacaqdır.
Heydər Əliyevin ölümü bütün böyük bir dövrün altına xətt çəkib.
Ümummilli liderin xatirəsini Azərbaycan məşhurları da yad edib və onun haqqında paylaşımlar ediblər.
Xalq artisti Nazpəri Dostəliyeva “İnstagram” səhifəsində paylaşım edərək, Ümummilli liderin xatirəsini yad edib.
Görkəmli aktyor, Xalq artist Yaşar Nurinin qızı Ülkər Yaşarqızı Heydər Əliyevin aktyor ilə çəkilən fotosunu yayımlayıb. O, paylaşımını belə şərh edib:
“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Azərbaycan Respublikasının Ümumilli Lideri Heydər Əliyev”.
Aşıq Namiq Fərhadoğlu isə Heydər Əliyevi hörmət və ehtiramla yad edib.
Müğənni Nadir Qafarzadə də Ümummilli lider Heydər Əliyev haqqında paylaşım edən məşhurlardandır. O, paylaşımını belə şərh edib:
“16 il sənsiz! “Sən elə bir zirvəsən, küləklər neyləyəcək? Bu günüm, sabahım, Heydər söyləyəcək!”
Əməkdar artist Bəhram Bağırzadə Heydər Əliyevlə birgə olan fotosunu paylaşaraq, onun xatirəsini dərin hüznlə yad edib.
Xalq artisti Aybəniz Haşımova isə Heydər Əliyevin ona dünyanı bəxş etdiyini qeyd edib.
“O, gün çox ağrıdım...Hətta için-için ağladım...Makedoniyalı İskəndərdən soruşanda ki, atanı çox sevirsən, yoxsa müəllimini? Atam məni dünyaya bəxş edib, müəllimim isə dünyanı mənə bəxş edib deyə cavab verir. Bəli, Ulu öndər mənə dünyanı bəxş edib! Niyazi, Şövkət xanım, Arif Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Gülarə Əliyeva, Oqtay Kazımov, Nazim Əliverdibəyov kimi dahilərin tələbəsi olmaq hərbir kəsin ən böyük arzusu və mənimsə gerçəyim olub! Minnətdaram sənə əziz Heydər Babam! Təşəkkür edirəm sənə Heydər Əliyev”.
Xalq artisti Mənsum İbrahimov Ümummilli liderin xatirəsini ehtiramla yad edən sənət adamlarındandır. O, bu barədə paylaşım edərək qeyd edib:
“Ulu öndərimizi ehtiramla yad edirik. Allah rəhmət etsin!”
Müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların tez-tez qaydaları pozması ilə bağlı şikayətlər daxil olur. Dəfələrlə məhz avtobus sürücülərinin qaydaları kobud şəkildə pozması qəzalara səbəb olub və insan itkisi ilə nəticələnib. Yol-xeber.az xəbər verir ki, vətəndaşlardan birinin "Report"a təqdim etdiyi videomaterialda Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində qaydaları pozan avtobus sürücülərinin qayda pozuntuları yer alıb. Belə ki, 10 TF 896 dövlət nömrə nişanlı, 26 nömrəli (BNA 14013) marşrut avtomobusunun sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxır. Bununla da qarşıdan gələn nəqliyyat vasitələrinə təhlükə yaradır.
Eyni küçədə 67 nömrəli (BNA 65003) marşrut avtobusu yolayrıcına təhlükəli şəkildə dönərək manevr qaydalarını, eyni zamanda yol ayrıcını keçmə qaydasını pozur. Digər sürücünün peşəkarlığı qəzanın baş verməməsinə səbəb olur. Videogörüntüləri təqdim edirik.
Sosial şəbəkələrdə yayılmış video izləyənlərin matrağına səbəb olub. Yol-xeber.az xəbər verir ki, görüntülərdə ilk baxışdan tamamilə yararsız görünən avtomobil təkərini yenidən canlandırırlar. Belə ki, şinin üzərinə çəkilən örtük onu əvvəlki görkəminə qaytarır. Videonu təqdim edirik:
Hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etdi.
Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratdı. Müxtəlif illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir.
Yeni Konstitusiyamızın üçdəbir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib.
Konstitusiyamızın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır.
Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.
Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Yeni əsrin ilk illərindən Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan "İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına" qoşuldu. Bu zaman o, öz üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu.
Məlum olduğu kimi, demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub.
İnsan hüquq və azadlıqları bütün sahələrə aiddir. Bu təkcə siyasi, sosial müstəvidə deyil. Eyni zamanda cəmiyyətin digər sferalarını da özündə əks etdirir.
Hər birimiz bu və ya digər şəkildə yol hərəkəti iştirakçısıyıq. Deməli burada da hüquq və azadlıqlar mövcuddur. Çünki insan faktoru olan hər bir sahədə olduğu kimi yol hərəkətində də analoji hüquq və azadlıqlar var. Bəs görəsən yol hərəkətində insan hüquq və azadlıqlarınının pozulması halları nədir? Bu necə tənzimlənməlidir?
Hüquqşünas Ərşad Hüseynov hesab edir ki, istənilən hüquq qaydalarının pozulması ictimai maraqlara ziyan vurur. “Məsələn, piyada yolu müəyyən olunmamış yerdən keçir, amma yaxınlıqda avtomobil yoxdur. Yaxud sürücü yol tamamilə boş olduğu halda qırımızı işıqda keçir. Zahirən heç kimin hüquqları pozulmadı. Amma ümumilikdə ictimai qaydalar, sosial normalar pozulur. Bu özü potensial təhlükə mənbəyidir. Yəni konkret şəraitdə, konkret subyektin maraqlarına toxunmasa da ümumi ictimai maraqlara toxunur. Bu qaydaları pozmaqla istər piyada, istərsə də sürücü olsun digər insanların birbaşa olmasa da, dolayısı ilə hüquqlarını pozur. Düçünürəm ki, məsələyə bu cür yanaşılmalıdır.”
Ərşad Hüseynov hesab edir ki, istənilən halda qaydaları pozmaq olmaz. “Çünki həm konkret, həm də mücərrəd mənada qaydaları pozmaq ümumilikdə insan hüquq və azadlıqları prinsipləri ilə ziddiyət təşkil edir.”
Hüquqşünasın fikrincə, qayda pozulması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi prosesində müxtəlif hüquq pozuntuları var. “Bunun ən aşağı forması vaxtın itirilməsidir. Həmçinin maddi zərər edə bilər. Ən pis halda isə xəsarət alma və həyatı itirmədir ki, bu da real olaraq hüquq pozuntularıdır.”
Bir çox hallarda sürücülərın qaydaları kobud şəkildə pozması və məsuliyyətdən yayınma halları da baş verir. Belə ki, ərazidə yol polisi əməkdaşı, yaxud texniki vasitə yoxdursa sürücü sanki özünün qayda pozmaqda haqli hesab edir. Digərlərinə maneə, bəzi hallarda təhlükə yaradır ki, sonda da qəzalar baş verir. Bəs bu cür hallarda pozulmuş hüquqlar necə bərpa olunur? Qayda pozan sürücülər cəzasız qalırmı?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, yol hərəkətində bir iştirakçının digərinin hüquqlarını pozmasının qarşısının alınması, həmçinin pozulmuş hüququn nəticəsində cəza mexanizminin icra olunması yol polisinin üzərinə düşür. “YPX əməkdaşları həm birbaşa ərazidə xidmət aparan zaman, həm də xüsusi texniki vasitələrin köməyi ilə qayda pozan sürücüləri aşkar edir. Amma polis bütün küçə və prospektlərdə eyni vaxtda ola bilməz. Həmçinin bütün şəhərdə xüsusi texniki vasitələr yoxdur. Bu zaman vətəndaşların sosial məsuliyyəti köməyə çatır. İstər mətbuat, istərsə də sosial şəbəkələr vasitəsilə vətəndaşlar tərəfindən çəkilmiş və paylaşılmış foto və video görüntülər yol polisi tərəfindən mütamadi olaraq izlənilir. Nəticədə qayda pozaraq digərlərinin hüquq və azadlıqlarını məhdudlaşdıran sürücülər aşkar edilərək cəzalandırılır.”
Vaqif Əsədov hesab edir ki, ilk növbədə sürücü özü məsuliyyətini dərk etməlidir. “Bəzən qayda pozan sürücülər özlərini haqlı hesab edirlər. "Yol boş idi, tələsirdim, xəstəm var" kimi bəhanələr gətirirlər. Təbii ki, insani amillər bir çox hallarda nəzərə alınır. Amma evdə xəstəsi olduğu üçün qayda pozaraq digər bir sürücünün qəza törətməsinə səbəb olaraq onu xəstəxanaya göndərən sürücünün bu bəhanəsi necə qəbul oluna bilər? Yaxud da yol təyin olunmamış yerdən keçən piyada sürücü tərəfindən vurulursa, xəsarət alırsa, özü ilə yanaşı həmin sürücünü də bəlaya salır. Ümumiyyətlə ilk növbədə məsuliyyətli olmaq və öz azadlıqğının digərlərinin hüquqlarının başladığı yerdə bitdiyini anlamaq lazımdır.”
Yol hərəkətində hüquq və azadlıqların pozulması təkcə piyada və sürücülərin qaydaları pozması deyil. Həmçinin dövlət qurumlarının da məsələyə adekvat yanaşmasından irəli gəlir. Əgər yaradılan şərait qaneedici deyilsə, o zaman baş verən bəzi qəza hadisələrinin məsuliyyəti də aidiyyəti dövlət qurumunun üzərinə düşür.
Odur ki, dövlət qurumları yol hərəkəti təhlükəsizliyi məsələsinə xüsusilə diqqətli yanaşmalıdırlar. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu məsələyə xüsusi diqqət ayrılır. Bu həm yol insfrastrukturunun yaxşılaşdırılması, həm də ictimai nəqliyyatın təkmilləşdirilməsi istiqamətindədir. 2018-ci ilin dekabrında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı bu sahədə xeyli dəyişiklikləri nəzərdə tutur. Bütün bu addımlar isə insanların daha rahat yol hərəkəti iştirakçısı kimi fəaliyyətinə hesablanıb. Amma bu sahədə bir sıra problemlər də var ki, həllini tapmalıdır. Çünki məhz bu problemlər insanların hüquq və azadlıqlarını məhdudlaşdırır. Avtobus parkının yenilənməsi, dayanacaqların düzgün quraşdırılması, yol nişanlarının düzgün yerdə olması, həmçinin yol hərəkətinin təşkili kimi məsələlər var ki, bunların hamısı problemlər sırasındadır. Məsələn, dayanacaq elə yerdə quraşdırılıb ki, avtobusun hərəkət trayektoriyasına düşmür. Avtobus sürücüsü də məcbur olub dayanacaqdan kənarda saxlayır. Bu da sərnişinlərin yola çıxması, bəzi hallarda qəza hallarına səbəb olur. Yaxud yolun təmiri zamanı müvəqqəti yol nişanları quraşdırılır. Təmir bitdikdən sonra nişanlar götürülmür. Bu da sürücüləri çaşdırır. Bəzən isə təmir zamanı yola müvafiq nişanlar qoyulmadığı üçün maşınlar qəzaya düşür, insanlara maddi və mənəzi ziyan dəyir, ağır xəsarət alanlar olur. Bu kimi yüzlərlə sadalanası problemlər var ki, aidiyyəti dövlət qurumları bunu nəzarətdə saxlamalıdır. Amma məsələ yalnız sosial şəbəkələrdə, yaxud mətbuatda dərc ediləndən sonra qurumlar hərəkətə keçir. Həmçinin gərək hansısa qəza baş versin, xəsarət alan olsun, ondan sonra bu problem həll olunsun. Məsələn, dəmir yolu keçidlərində şlaqbaum məsələsi illərdir var idi. Amma qəza baş verdi, neçə nəfər həyatını itirdi, yaralandı sonra problemin həllinə başladılar.
Hər bir Azərbaycan vətəndaşının qanunla müəyyən edilmiş qaydada geniş hüquqları var. Onlardan biri insanların rahat və təhlükəsiz yoldan istifadə etməsidir. Amma yollarımızda bəzən xeyli problemlərin şahidi oluruq. Bəzi məhəllədaxili yollar var ki, orada yoldan danışmağa belə dəyməz. Yollarımızın hələ də tam işıqlandırılmaması də pozulan hüquqlardan biridir. Deməli, bəzi qurumlar insanların hüquqlarını kobud şəkildə pozur.
10 ilə yaxındır Yol hərəkəti haqqında qanunda qeyd olunur ki, nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanları DYP-nin interner resurslarında və Qeydiyyat-imtahan şöbələrinin girişində tablolarda satışa çıxarılmalı, insanlar da hansı nömrələri istəyirsə onlayn qaydada ödəniş edib onu ala bilməlidir. Amma DYP bu sistemi hələ də qura bilməyib.
Bakıda parklanma ilə bağlı sürücülər üçün normal şərait yaradılmadan onların kütləvi şəkildə cərimələnməsi düzgün yanaşma deyil. Bu məsələlərə dair verilən təkliflər ciddi təhlil edilməli və insanların rifahına uyğun addımlar atılmalıdır.
Yol hərəkətində hüquq və azadlıqların pozulmasında ən böyük məsələlərdən biri də piyadalarla bağlıdır. Təssüf ki, son illərdə piyadaların öülümü ilə nəticələnən yol qəzaları ümumi qəzaların 70 faizini təşkil edir. Bu isə çox bpyük bir rəqəmdir. Əsas problem isə istənilən halda sürücünün məsuliyyətə cəlb edilməsidir. Əgər piyada müəyyən olunmayan yerdən keçmirsə və sürücü onu vurursa burda sürücünün hansı halda günahı ola bilər? Təsəvvür edin ki, saatda 120 km sürətlə hərəkətdə olan avtomobilin qarşısına qəfildən piyada çıxır. Sürücünün isə iki yolu var. Ya piyadanı vurmalı, yaxud da özü qəza törətməlidir. Hər iki halda yenə sürücünün hüquqları pozulur. Təbii ki, burda piyada keçidlərinin azlığı da mühüm rol oynayır. Amma nəzərə alanda ki, Nobel prospektində yürüstü piyada keçidinin altından yolu keçirlər bu məsələ də əhəmiyyətini qismən itirir.
Sonda qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümləvə sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habeləölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.
Bunun üçün də Azərbaycan Respublikasında “təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq üçün yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində müasir innovativ metodların tətbiq edilməsi, yol-nəqliyyat sisteminin təminatçılarının və yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrinin, onların məsuliyyət hədlərinin dəqiq müəyyən edilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi və yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması kimi tələblər qarşıya qoyulub. Bütün bunlar isə ilk növbədə insan hüquq və azadlıqlarının təmin olunmasına hesabıanmış zəruri addımlardır. Qalır bu prosesləri vicdanla yerinə yetirmək.
Qeyd: "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"
Norveç yeni "F-35" döyüş təyyarələrinin saxlanıldığı Orland aviabazasının əməkdaşlarına "Tesla" şirkətinin avtomobillərini müəyyən ərazilərdə sürməyə qadağan edib. Yol-xeber.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan Norveçin Milli Teleradio Şirkətinə istinadən xəbər verir ki, norveçli hərbçilər bu qərarı milli təhlükəsizliyi təmin etmək üçün qəbul ediblər.
Məlumata görə, qərarın qəbul edilməsinə "Tesla" avtomobillərində quraşdırılmış "Keşikçi" (Sentry) rejimi olub. Bu sistem avtomobilə quraşdırılmış kameralar vasitəsilə davamlı olaraq ətrafı nəzarətdə saxlayır, vəziyyəti videogörüntüyə alır, bununla da avtomobili oğurlanmaqdan və ya vandalizmdən qoruyur.
Məsələn, dekabrın 6-da yayılmış xəbərə görə, "Keşikçi" rejimi Kaliforniya polisinə dayanacaqlardan birində avtomobillərin təkərlərini deşən vandalı tutmağa kömək edib. Məlumata görə, vandalın cinayətkar hərəkəti, eləcə də onun üzü "Tesla" avtomobilinin kamerasının obyektivinə düşüb. Videogörüntü avtomobilin sahibi tərəfindən "YouTube"da yerləşdirilib.
Lakin, mülki hüquq ekspertləri hesab edirlər ki, "Tesla"nın bu yeni sistemi şəxsi həyatın məxfiliyi üçün müəyyən problemlər yaradır.
Norveç hərbçiləri isə ehtiyat edirlər ki, "Keşikçi" sistemi hətta ölkənin milli təhlükəsizliyini sarsıtmaq üçün istifadə edilə bilər. "Məsələ cəmiyyətin təhlükəsizliyi ilə bağlıdır. Videogörüntülər avtomobildə saxlanılsa problem olmazdı, lakin onlar kənarda, böyük bir "bulud"da saxlanılırsa bu bizi narahat edir", - Orland aviabazasının komandir müavini və qərargah rəisi Mixael Baas Bottenvik-Hartman Norveçin Milli Teleradio Şirkətinə deyib.
Onun sözlərinə görə, kiminsə əlinə kifayət qədər foto və videogörüntülərin düşməsi nəticəsində aviabazanın fəaliyyəti və əməliyyatları barədə informasiya ötürülə bilər.
Nəticədə Orland aviabazasının əməkdaşlarına bir sıra qadağalar qoyulub. Məsələn, "Tesla" avtomobillərinin darvazalar daxilində hərəkəti, eləcə də müəyyən ərazilərdə saxlanılması qadağan edilib. "Tesla" şirkəti isə cavab olaraq bildirib ki, "Keşikçi" rejimi arzu edilən zaman asanlıqla söndürülə, görüntülər isə avtomobilin içində "USB" cihazda saxlanıla bilər.
"Hyundai" şirkəti yeni hazırladığı avtobusu satışa çıxarıb. Yol-xeber.az xəbər verir ki, uzun məsafəli səyahətlər üçün nəzərdə tutulan avtobusda hər bir sərnişin üçün ayrıca kabinə var. İçərisində çarpayı kimi açılan oturacaqlar, televizor, internet və yemək masası olan kabinə kiçik bir otağı xatırladır.
Sərnişinlər rahat şəkildə yemək yeyə, çay içə, istədikləri vaxt uzanıb yata bilərlər. Videonu təqdim edirik:
Paytaxtın bəzi qəsəbələri üzrə hərəkət edən marşrut xəttlərinin avtobuslarında durum çox acınacaqlıdır. Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkət edən 50 saylı marşrut xəttinin avtobuslarını da buna misal göstərə bilərik. Bu marşrut xətti üzrə hərəkət edən, eyniləşdirmə nömrəsi 41053 olan avtobus bir müddətdir ki, acınacaqlı vəziyyətdə idarə olunur. Sükan arxasında əyləşən sürücünün oturacağı arxasındakı dayağa taxta parçası ilə bərkidilib.
Yol-xeber.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında adıçəkilən marşrut xəttində vəziyyətin ürəkaçan olmadığını bildirib: "50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar tələblərə, texniki baxımdan istismara cavab vermir. Bununla bağlı olaraq biz dəfələrlə daşıyıcıya həm yazılı, həm də şifahi xəbərdarlıq etmişik, lakin heç bir tədbir görülməyib. Aparılan işlər çərçivəsində Yeni Günəşli və ətraf qəsəbələr istiqamətində hərəkət edən marşrut xətlərinin avtobusları dəyişiləcək".
M.Ağayevin sözlərinə görə, bu istiqamətdə görülən işlər gələn ilin əvvəlində yekunlaşacaq: "Daşıyıcı fəaliyyətində dönüş yaradacaqsa, qoyulan tələblərə cavab verəcəksə, Nazirlər Kabinetinin 73 saylı qərarında nəzərdə tutulan şərtlərə əməl edərək avtobus parkını yeniləyəcəksə, bu zaman o, işini davam etdirəcək. Tələblərə cavab vermədikləri halda isə onlar şəbəkədən uzaqlaşacaqlar. Çünki bizim üçün əsas məsələ vətəndaşların rahat və təhlükəsiz daşınmasıdır. Daşıyıcı hər bir sərnişin üzərində sosial yük və məsuliyyətinin olduğunu hiss etməlidir".
Maraqlıdır, bir avtobusun sükan arxasında vəziyyət bu cürdürsə, o zaman sərnişinlərin təhlükəsiz daşınmasına kim zəmanət verə bilər?
Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar imzalayıb. Yol-xeber.az xəbər verir ki, müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, 29-30 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-20-ci km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu səbəbdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.