![]() |
|
Qara dəliklərlə bağlı müəmmalar ətrafında müzakirələrin davam etdiyi bir vaxtda ABŞ-ın Kosmik Tədqiqatlar və Aeronavtika Agentliyinin (NASA) “Hubble” teleskopu nəhəng qara dəliyə yaxın - Yer kürəsindən 130 milyon işıq ili uzaqda yerləşən spiralvari NGC 3147 qalaktikasının mərkəzində parlaq disk aşkar edib.
Qazax rayonunda Türkmənistan vətəndaşının idarə etdiyi yük maşını aşaraq yol kənarındakı evin hasarına çırpılıb.
Report-un məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Yuxarı Salahlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan "TIR"ın idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Türkmənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Məqsəd Balıyev yüngül xəsarət alıb.
Qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.
Kult.az türkiyəli məşhur aktyor Əli Sunalın Publika.az-a müsahibəsini təqdim edir:
Avstraliyada mərc gələrək kərtənkələni diriykən yeyən 34 yaşlı kişi 10 gün sonra dünyasını dəyişib.
Axar.az xəbər verir ki, Devid Douell kərtənkələni yedikdən sonra halı pisləşib.
Zəhərlənən gəncin bədəni bir neçə gün şişib, damarlarında qanı laxtalanıb. Həkimlərin mücadiləsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Devidin ölümünə səbəb kərtənkələnin bədənindəki salmonella bakteriyası olub.
Gürcüstanda Rusiyadan olan ailənin avtomobilinə hücumun videosu yayılıb.
Axar.az xəbər verir ki, video Teleqram sosial şəbəkəsindəki “Pul№3” kanalında yerləşdirilib. Ailənin avtomobilinin saxlanılmasına səbəb onun üzərində olan “Georgiyevsk lenti” olub.
Gürcü gənclər ruslardan ya lenti avtomobildən çıxartmağı, ya da lenti onlara vermələrini tələb edib. Əvvəlcə lenti verməyə etiraz edən sürücü sonradan bu fikrindən imtina edib.