Gözlərimizi kor olmaqdan belə qoruyaq

Gözlərin qızarması qeyri-estetik olmaqla yanaşı, ağrılı və narahatlıq yaradan haldır. Bu zaman gözlər  qaşınır, sulanır və əksinə quruyur.

Bəs, bu əlamətlərdən necə yaxa qurtarmaq olar? Mütəxəsisslər bildirirlər ki, qızarmış gözlər sağlam ola bilməz.

“Qafqazinfo” Medicina.az-a istinadən göz qızartılarını aradan qaldırmaq üçün ən faydalı üsulları təqdim edir:

1. Sutkada 8 saat yatın

Gözlərin istirahət etməsi və parlaması üçün normal yatmaq tələb olunur. Axşam tez yatmaq yalnız beyin üçün deyil, həm də gözlər üçün xeyirlidir.

2. Gözlərə toksik maddələrin təmasından uzaq durun

Boya, rəng, tüstü, kimyəvi maddələrin buxarı kimi maddələr gözlərə zərər verərək,  iltihablaşmasına səbəb olur. Buna görə də kimyəvi maddələrlə işləyən zaman gözləri maksimum dərəcədə qorumaq lazımdır.

3. Eynək taxın

Eynək yalnız yay aylarında gözləri günəşdən qorumaq üçün nəzərdə tutulmayıb. Qış aylarında da günəşli havalarda mütləq eynək taxmaq lazımdır. Eynək gözləri yalnız günəşdən deyil, həm də tozdan və küləkdən qoruyur.

4. Keyfiyyətli kosmetikadan istifadə edin

Gözlərin qızarması allergik reaksiyaların siqnalı, allergiyanın səbəbi isə keyfiyyətsiz kosmetika ola bilər. Göz ətrafı üçün olan bir çox kremlər də gözlərin allergiyasına səbəb olur.

5. Kontakt linzalara düzgün qulluq edin

Əgər kontakt linzalardan istifadə edirsinizsə, o zaman ona düzgün qulluq edin. Onların təmizlənməsi zamanı linzaları lazım olan vaxtda çıxarın. Linzalardan ehtiyatsız istifadə gözlərin infeksiyalaşmasına səbəb ola bilər.

6. Kompüterdən düzgün qaydada istifadə edin

Kompüterdə işləyən zaman hər 10 dəqiqədən bir fasilə verin. Fasilə zamanı bir müddət uzağa baxın və ya göz gimnastikası edin. Monitora baxarkən çalışın ki, gözlərinizi tez-tez qırpasınız. Bu, gözləri qurumaqdan qoruyacaq.

7. Göz damcılarından istifadə edin.

Qızarmış və yorğun gözlər üçün ən yaxşı vasitə təbii göz yaşını xatırladan göz damcılarıdır. Ən çox da gözlər iltihablaşan zaman bu vasitələrdən istifadə edin. Bu zaman gözlərinizin rahatladığını hiss edəcəksiniz. Bu vasitələr həm də profilaktik təsir də göstərir.

8. Gözlər üçün kompres

Buz və soyuq kompreslər gözlərin təravətini özünə qaytarır və damarların iltihabını götürür. Bundan əlavə, çobanyastığı çayı, cökə və adi qara çayla kompres yaxşı təsir edir. Bu cür tonuslaşdırıcı prosedurlar gözlərin yorğunluğunu və qıcıqlanmasını aradan qaldıracaq.

 
Cəmi bir tərəvəzin şirəsi ilə xərçəngdən qurtulan qadın

Kök şirəsi 8 ay ərzində qadını bağırsaq xərçəngindən sağaldıb.

Ardını oxu...

Xocalıda öldürülənlərin sayının 613 nəfərdən çox olması məsələsi zaman-zaman gündəmə gəlir.

Bu sözləri Kult.az-a açıqlamasında tarixçi Dilavər Əzimli Hərbi Jurnalistlər Birliyinin sədri, AzTV-nin İnformasiya Proqramları studiyasının direktor müavini Tamxil Ziyəddinoğlunun Xocalıda azı 3813 nəfərin qətlə yetirilməsi barədə paylaşdığı məlumatlar barədə danışarkən deyib.

O bildirib ki, bu məsələ hələ dərinliyinə qədər araşdırılmayıb:

“Vaxtilə polis mayoru işləyən tələbə yoldaşım, bir sıra kitabların müəllifi Cəlaləddin Qasımov Xocalıda insanların müəyyən ərazilərdə basdırılmasını və yandırılmasını əks etdirən faktlar yaymışdı. Yazırlar ki, Xocalıda təxminən 10 min adam yaşayıb. Xocalı sakinləri şəhərdən çıxan ərəfədə onların dəqiq statistikası aparılmayıb.

Ola bilsin, Xocalıda yaşayan insanların müəyyən hissəsi təhlükəni hiss edib, faciədən əvvəl ordan çıxıblar, amma ümumilikdə 10 min az rəqəm deyil. Vəziyyət həmin dövrdə ağır idi. Bəlkə də hesablama aparmaq kimsənin yadına düşməyib. 1992-ci ildən sonra da bu məsələ ətraflı araşdırılmayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi də məlumat yayır ki, erməni əsirliyində bu qədər adam var. Bu rəqəmlər üzərində ciddi tədqiqat aparmaq lazımdır. Bunlar erməni vəhşiliyini birbaşa sübut edən ən böyük faktlardır. Araşdırmadan sonra isə onların hamısını beynəlxalq məhkəməyə vermək lazımdır”.

D.Əzimlinin sözlərinə görə, ermənilər meyitləri yandırırdılar ki, ölü sayı az görünsün:

“Təklif edirəm ki, faciədən əvvəl və faciə ərəfəsində Xocalı sakinlərinin dəqiq sayının neçə olması ciddi şəkildə araşdırılsın. Şəxsən özüm də bu araşdırmalara qoşulmağa hazıram. Fikrimcə, bu, çətin məsələ deyil. Bu rəqəmləri araşdıraraq beynəlxalq ictimaiyyətə təqdim etmək, sərkisyanları, köçəryanları, saakyanları ifşa etmək lazımdır”.

Xocalının millət vəkili Elman Məmmədov orada qətlə yetirilənlərin sayının çox olduğunu desə də, T.Ziyəddinoğlunun paylaşdığı rəqəmlərlə razı olmayıb:

“Xocalıda qətlə yetirilən sakinlərin sayı barədə müxtəlif adamlar müxtəlif fikirlər yürüdürlər. Ancaq o vətəndaşın dediyi rəqəmlər şişirdilib. Xocalı şəhərinin özündə 7 min nəfərə qədər əhalimiz var idi. Demək olar ki, Xocalıda hamı bir-birini tanıyırdı. Yəni rəqəmlərin bu qədər təhrif olunması mümkün deyil.

O dövrdə vəziyyət gərgin olduğu üçün dəqiq qeydiyyat aparılmayıb. Ona görə də ölənlərin sayı rəsmi statistikadan 150-200 nəfər çox ola bilər. Lakin ödürülənlərin sayının 3800-dən çox olması həqiqətə uyğun gəlmir.

Ancaq 613-dən çox şəhidimizin olması dəqiqdir. Xocalıda meşələrdə qalan, dəfn olunmadığı üçün qeydiyyata düşməyən insanlarımız olub. Yəqin, Tamxal qardaşımız ermənilərin daha böyük vəhşiliklər törətdiyini göstərmək üçün araşdırılma istəyir və haqlıdır. İstənilən halda rəqəmlərə aydınlıq gətirilməlidir”.

Qeyd edək ki, T.Ziyəddinoğlu bundan əvvəl Xocalıda azı 3813 nəfərin qətlə yetirildiyini, lakin 613 nəfərin meyitinin tapıldığını yazıb. O bildirib ki, ermənilər qətliamın miqyasını gizlətmək üçün meyitləri yandırıblar.

Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb.

Report xəbər verir ki, təbiət hadisəsi martın 2-dək davam edəcək.

Mütəxəssislər bu qasırğanın insan səhhətinə mənfi təsir edəcəyini və xroniki xəstəliklərdən əziyyət çəkənlərin diqqətli olmasını tövsiyə edirlər. Yerə yaxınlaşan Günəş küləyi yuxusuzluq, ağır baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin düşməsinə səbəb ola bilər.

Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqlar qeydə alına bilər.

Nəsimi hürufiliyi qəbul edəndə subay idi. O, Hafiz Şiraziyə bir məktub ünvanlayaraq deyir ki, biz də sənin kimi mücərrədlik küçəsində təcridik. Farsca şeirlərində də mücərrəd, yəni subay olduğunu deyir. Hafiz 1389-cu ildə vəfat etdiyinə, hürufilik 1386-cı ildə üzə çıxdığına görə düşünürəm ki, bu illər ərzində Nəsimi subay olub.

Kult.az xəbər verir ki, bu sözləri AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva Teleqraf.com-a geniş müsahibəsində deyib.

S.Şıxıyeva bildirib ki, Nəsimi hürufiliyin ilk illərində də subay idi, çünki hürufiliyi qələndərilər arasında yayanda da özünə mücərrəd deyir, yəni subay olduğunu vurğulayır:

“Araşdırmalarıma görə, Nəsimi qələndəriliyə qədər evlənib, amma bu, uğursuz evlilik olub. Əsərlərində işarələr var, “ol gedən getdi əlimdən” deyib ağı dediyi şeiri var. “Fələk cəfavi-cövr ilə məndən aldı yarımı” deyə yazır. Bu baxımdan Nəsiminin də Nizami, Xəqani kimi ilk məhəbbəti uğursuz olub.

Onun sözlərinə görə, İ.Nəsimi ikinci dəfə ailə qurub və bir oğlu, bir qızı dünyaya gəlib:

“Lakin bir şeirində deyir ki, “çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi”. Künyə böyük oğula görə ataya verilən addır. Həm Allahın təqdiri ilə oğul sahibi olduğuna işarə edir, həm də həqdən, yəni Fəzlullaha görə oğlunun adının Fəzl qoyduğunu vurğulayır. Farsa şeirində də Əbülfəzl künyəsinə rast gəldim, başqa türkcə şeirində də özünə Əbülfəzl Nəsimi adını verir.

Daha bir qaynaqda Nəsiminin həm də qız atası olmasıdır. Nədənsə mənə qədər ərəbcə qaynaq kiminsə diqqətini cəlb etməmişdi, ilk dəfə mən üzə çıxardım. Orada yazılır ki, Nəsiminin qızı Zülqədər bəyi Nəsrəddin bəyin zövcəsi idi və onların bir övladı vardı. Həmin Nəsrəddin bəyin adı Nəsiminin edamında da çəkilir. Təəssüf ki, Nəsiminin qızının adı həmin qaynaqda qeyd olunmur.

Misir sultanı sona qədər qisasını alır. Nəinki Nəsimini Nəsrəddin bəydən tələb edib həbsə atır, eyni zamanda qızının da ayrılmasına səbəb olur. Misir sultanı həmin izdivacı pozdurur.

Onu da qeyd edim ki, Nəsiminin həyat yoldaşının kim olması ilə bağlı məlumat yoxdur”.

Alim Nəsiminin türk olması ilə bağlı faktlardan da danışıb:

“O, özünün türkman olduğunu deyir: “Ərəbin nitqi tutuldu, sənə kim deyir ki, türkmansan”. Amma bu türkman hazırda türkmən alimlərinin iddia etdiyi kimi indiki Türkmənistan ərazisindəki əhalinin milliyyətini ifadə etmir. Orta əsrlərdə Faruk Sümerin araşdırmalarına görə, XVI əsrə qədər “türkman” “türk” kimi geniş bir etnonim idi. Yəni türk xalqlarının böyük əksəriyyəti türkman adlanırdı. O türkmanların yayılma arealına Azərbaycan da daxildir. Bu gün Azərbaycanda tərəkəmələr də var. Biz türkman hesab olunmuşuq.

Amma çox təəssüf ki, zaman keçdikcə “türkman” sözünün əhatə dairəsi daralmağa başlayır, onun yerini “türk” etnonimi alır. Bu mənada biz bu gün Nəsiminin türkman olduğunu deyəndə bunun ətrafında çox böyük mübahisələr başlayır. İraq türkmanları deyir bizdəndir, Türkmənistan türkmənləri deyir, xeyr, bizimdir... Türkiyədə də yenə onun türkmanlığı ətrafında mübahisələr var. Bununla belə, türkmanların tarixi inkişafına, keçdiyi yola baxanda görürük ki, Nəsimi Azərbaycan türküdür. Dil baxımından da, mənsub olduğu coğrafiya baxımından da”.

Nəsiminin seyidliyi haqda da danışan S.Şıxıyeva bunları deyib:

“Özü də inanıb seyid olduğuna. Dönə-dönə də Haşimi, Qüreyşi, İbrahimi nəslinə bağlılığını vurğulayır”.

Nəsiminin diri-diri dərisinin soyulması ağ yalandır. Əslində, Mixail Hers bunu deyib. Nədənsə media bir az məsələni fərqli yöndə yazır, “Nəsiminin dərisi heç soyulmayıb” deyə şişirtməyə yol verirlər.

Kult.az xəbər verir ki, bu sözləri AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva Teleqraf.com-a geniş müsahibəsində deyib.

Onun sözlərinə görə, Nəsiminin diri-diri dərisinin soyulması və onun həmin zaman şeir söyləməsi xalqın şairə məhəbbətindən yaranmış əfsanədir:

“İnsanın fizioloji imkanı belə məqamda şeir deməyə imkan vermir. Orta əsr qaynaqlarında yazılır ki, diri-diri dabandan dərini soymaq ənənəsi olub, soyan kimi insan huşunu itirir.

Hələbin 12 qapısı var, hətta rəvayət olunur ki, Nəsiminin dərisi soyulanda dərisini çiyninə atıb Hələbin 12 qapısından çıxır... (Rəvayətə görə, Hələbin 8 qapısı var və Nəsimi də 8 qapıdan çıxıb - red.) Nəsimi ilə bağlı bu cür rəvayətlər çoxdur”.

S.Şıxıyeva “ənəlhəqq” ifadəsini belə izah edib:

“Ənəlhəqq” sözünü daha öncə Həllac Mənsur işlətmişdi. Amma ifadənin kökü Qurandan gəlir. Quranda Musa peyğəmbərlə bağlı rəvayətdə deyilir ki, o, qaranlıqda od görür və oradan səs gəlir. Soruşur, sən kimsən? Cavab alır, “innə ni ən Allah” – mən həqiqətən Allaham. Orada səslənən “innə ni ən Allah” ifadəsi sonradan Həllac Mənsurun dilində “ənəlhəqq”ə belə çevrilir: “ənə” – mən, həqq -Allah... Bu, “Allah mənəm” deyil.

Sovet dövründə “ənəlhəqq” çox zaman yanlış interpretasiya olunurdu, Nəsimi Allahın varlığını yox, tam əksinə, öz varlığını inkar eləyirdi. Bunun daha dəqiq açıqlamasını Mövlanə Cəlaləddin Rumi “Fihi mə fih” əsərində qeyd edir: “O kəslər ki, ənəlhəqq - mən həqqəm deyir, onlar həqiqəti söyləyir. O kəslər ki, mən Allahın bəndəsiyəm söyləyir, onlar küfr edir. Çünki onlar həm özünün, həm də Allahın varlığını iqrar edirlər”.

“Mən Allaham” deyənlər öz varlığından keçmiş kimsələrdir, öz varlığını heçə çevirib, yerə sovurublar və var olan Allahdır. “Ənəlhəqq”ə belə yanaşma Nəsiminin şeirində də var:

Doldu vücudum evi sənlik,
Məhv oldu, ey dost, məndə mənlik”.

1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırım aktı təkcə Azərbaycanda deyil, bütün dünyada dəhşətlə qarşılandı. Dünyanın məşhur qəzet və dərgiləri Xocalıda yaşanmış insanlıq dramını heyrət doğuran cümlələrlə təqdim etdilər.

Axar.az Xocalı soyqırımından bir neçə gün sonra dünya mediasının faciə ilə bağlı yazdığı məlumatları təqdim edir:

“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan əcnəbi jurnalistlər qətlə yetirilən qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç nəfəri görüblər. Bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır”.

“İzvestiya”, 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən özüm təpədə təqribən 100 meyit gördüm. Bir oğlanın başı yox idi. Hər yerdə xüsusi qəddarlıqla qətlə yetirilmiş qadınların, uşaqların, qocaların meyitləri görünürdü”.

“Moskovskie Novosti” qəzetinin müxbiri Yuri Pompeyev gördükləri ilə bağlı sadəcə bir cümlə yazmışdı: “Xocalıda heç kim yox idi, sadəcə cəsədlər qalmışdı”.

“Krua l `Eveneman” jurnalı (Paris), 25 mart 1992-ci il: “Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər vəziyyətə salınmış meyitlərin şahidi oldu”.

“Sandi Tayms” (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri yüzlərlə ailəni məhv etdilər”.

“Faynəşnl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdam tərəfə gedən qaçqınlar karvanını atəşə tutdular”.

“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Xocalıda meyitlərin çoxu eybəcər vəziyyətə salınıb, kiçik bir qızın yalnız başı qalıb”.

“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qoca qadının sifətinin yarısı kəsilib götürülüb, kişilərin başının dərisi soyulub”.

Amerikalı jurnalist Tomas Qolts Xocalıda gördüklərini bu cür təsvir edir:

“Fotoqraf dostum donmuşdu, şəkil çəkmək üçün özünü ölü bədənlərin üzərinə doğru atmalı oldu. Cəsədlər, qoparılmış üzvlər... Dəhşət idi. Cəsədlərin üzləri parçalanmış, bəzilərinin başının dərisi soyulmuşdu”.

“Nyusvik” qəzetinin yazarı Paskal Privat:

“Bir məscidin arxasında müvəqqəti olaraq qurulmuş morqa Xocalıdan gətirilmiş baş dərisi soyulmuş yüzlərlə cəsəd və onların başında yas tutan qaçqınlar var idi. Bəzi cəsədlərin üzü parçalanmışdı”.

Rusiyalı jurnalist Yuri Romanov:

“Altı yaşında, gözləri bağlanmış bir qız uşağı gördüm. Kameramı bağlamadan ona doğru əylildim və “nə olub” deyə soruşdum.

- Gözlərim yanır, gözlərim yanır.

Yanında dayanan həkim bildirdi ki, gözləri kor olub:

- Gözlərində siqaret söndürüblər. Bizə gətiriləndə hələ də gözlərində siqaret kötükləri var idi”.

Erməni jurnalist Daud Xeyriyan:

“Qətliamda öldürülən insanların yandırılmasında məsul olan erməni qrupla bir yerdə idim. Sonuncu KamAZ-da 10 yaşlı bir qız uşağı gördüm. Başından və əlindən yaralıydı. Soyuğa, aclığa və yaralarına rəğmən hələ də yaşayırdı. Həmin an Tiranyan adlı bir əsgər onu tutub digər cəsədlərin üzərinə atdı. Sonra bütün cəsədləri yandırdılar. Həmin an yanan cəsədlər arasında bir qışqırtı səsi eşitdim…”

Diş məcunu seçərkən bunlara diqqət edin

Diş məcunu seçərkən bir sıra amillərə diqqət edilməlidir.

Ardını oxu...

Soğan və sarımsağın bir çox faydalı xüsusiyyətləri vardır.

Müxtəlif ölkələrdə aparılmış araşdırmalar bu 2 tərəvəzin o cümlədən xərçəng əleyhinə təsirini də sübut edib.

Çin alimlərinin son araşdırması göstərib ki, soğan və sarımsağın müntəzəm istehlakı ən yayılmış və təhlükəli xərçəng növü sayılan bağırsaq xərçəngindən qoruyur.

Sağlamolun.az xəbər verir ki, alimlər 1,6 min insanın qidalanma və həyat tərzini təhlil ediblər. Nəticədə onlar belə qərara gəliblər ki, soğan və sarımsağı daim istehlak edən insanlarda bağırsaq xərçənginin riski bu tərəvəzləri yeməyən və ya nadir hallarda yeyənlərlə müqayisədə 79% (!) azdır.

Mütəxəssislər qeyd edirlər ki, termik emaldan sonra soğan və sarımsağın tərkibində olan faydalı maddələrin miqdarı kəskin azalır və bu səbəbdən yalnız çiy tərəvəzlər orqanizmə xərçəng əleyhinə təsir edir.

Həmçinin alimlər qeyd edirlər ki, soğanın tərkibində olan bioloji aktiv maddələr qadınlarda süd vəzi və yumurtalıqlar, kişilərdə prostat vəzi xərçənginin riskini azaldır.

Fransa alimləri isə sübut edirlər ki, sarımsağın müntəzəm istehlakı mədə xərçənginin riskini 50% qədər azaldır.

Nəzərə almaq lazımdır ki, söhbət yalnız çiy soğan və sarımsaqdan gedir.


Gənc yazar Kamran Rüstəmov (Kamran Su) vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Onun infarktdan öldüyü bildirilir.

Dostlarının dediyinə görə, Kamran Su bir neçə ildir ürək problemindən əziyyət çəkirmiş.

Xəbər lenti