12 Punto 14 Punto 16 Punto 18 Punto

12:34

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq zərərli uşaq qidası ilə bağlı birgə məlumat yayıb.

AQTA-dan Axar.az-a verilən məlumata görə, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.

Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka-2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka–2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.

***

Azərbaycanda “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının distributoru "Veysəloğlu" şirkətidir.

Report-un məlumatına görə, ölkədə “Malyutka” uşaq qidasının satışını bu şirkət həyata keçirir.

Polşada ilin sonuna kimi dünyanın ən dərin hovuzu istifadəyə verilə bilər.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Dərinliyi 45 metr olacaq hovuz 8 min kubmetr su tutumuna malik olacaq ki, bu da adi hovuzlardakı suyun həcmindən 27 dəfə çoxdur.

Əsasən peşəkar akvalanqistlər üçün nəzərədə tutulan hovuzdan bu sahədə özlərini yenicə sınayanlar da istifadə edə biləcək.

Bundan əlavə, hovuzun daxilində tamaşaçıların sərbəst hərəkəti üçün də tunellərin yaradılacağı bildirilib. Belə tunellərin izləyicilər üçün böyük maraq kəsb edəcəyi ehtimal edilir.

Azərbaycanlı aktyor Kənan Mahmudovun rol aldığı "Savaşçı” serialının maliyyə problemləri ilə üzləşdiyi deyilir.

Publika.az xəbər verir ki, ekran işinin Eskişehirdəki çəkilişi zamanı problem yaranıb və çəkiliş dayandırılıb. Buna səbəb maliyyə məsələləri olub. Bəzi aktyor və işçilər pulları ödənilmədiyi üçün əməkdaşlığı dayandırıb. Onlar sosial şəbəkədə şikayət məktubu yayıblar.

Mövzu ilə bağlı Kənan Mahmudovla əlaqə saxladıq. O, bildirib ki, xəbərlər əsassızdır: "30 martda Türkiyədə bələdiyyə seçkiləri var deyə serial bu gün yayımlanmayacaq. Bu qədər, başqa hər hansı problem yoxdur".

Qeyd edək ki, serialda Berk Oktay, Murad Serezli, Sarp Levendoğlu və Yıldız Çağrı Atiksoyla yanaşı azərbaycanlı rejissor Kənan M.M. də çəkilir.

Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi bu gün gecə Bişkekə uçacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, sabahdan etibarən Putinin Qırğızıstana rəsmi səfəri start götürəcək.

Mərhum şair Mikayıl Müşfiqə və digərlərinə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Ekspertiza yekunlaşmayıb. Aparılan işlər hələ başa çatmayıb.

Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Ədalət Həsənov işlərin bir həftəyə yekunlaşması barədə səslənən fikirlərə aydınlıq gətirib:

“Düzdür, bir neçə müddət bundan əvvəl işlərin yekunlaşacağını demişdik. Ona görə ki, bizə bir sümük təqdim olunmuşdu. Bir sümüyün yekunlaşması bir ya da iki həftəyə başa gəlir. Biz də buna uyğun cavab vermişdik. Lakin birdən proses dəyişdi. Bizə başqa materiallar təqdim olundu. Sümüklərin ardı gəlməyə başladı. Hətta, növbədə bir partiya sümük də gəlməsi gözlənilir. Bu, qlobal məsələdir. Bir nəfərdən söhbət getmir. Çünki aşkarlanan ərazidə təkcə Mikayıl Müşfiqə aid edilən sümüklər deyil. Ekspertizanın miqyası da böyükdür. Eyni zamanda, qohumlar gəlib qan verirlər və biz də bunu yoxlayırıq”.

Birliyin direktoru işlərin uzanması ilə bağlı xaricdən mütəxəssis gətirilməsinə ehtiyac qalmadığını bildirib.

“Heç bir xarici mütəxəssisə ehtiyac yoxdur. Çünki bu, genetik ekspertizadır. Genetik ekspertizanı həyata keçirən aparatların hamısı özümüzdə var”.

Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Ötən il noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə “NKVD qəbiristanlığı” olub.

Şair Ramiz Rövşənin yeni "Sevgi açarı" kitabı işıq üzü görüb.

Kult.az xəbər verir ki, bu barədə şairin oğlu Rövşən Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, şeir sevgi şeirlərindən və bir povestdən ibarətdir.

Kitab TEAS Press nəşriyyat evində çap olunub.

Xalq artisti Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəkidə anadan olub. O, bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində kiçik tamaşalarda rol alıb.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Yaşının az olmasına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub.

Abdullayev əvvəlcə yardımçı aktyor kimi epizodik rollarda oynasa da, qısa vaxtdan sonra “Arşın mal alan” operettasında Vəli rolunu canlandırıb.

O, 1938-ci ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyinə görə fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçir. 1951-ci ildən isə Musiqili Komediya Teatrının truppasında işləməyə başlayır.

Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmindəki Vəli rolu olub. O bu rola görə 1946-cı ildə Stalin mükafatına layiq görülüb. Lütfəli Abdullayev həmçinin “Əhməd haradadır?”, “Ulduz”, “Qəribə əhvalat”kimi filmlərdə unudulmaz rolları canlandırıb.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:

Martın 18-də xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir; 1901-1979) vəfatının 40 ili tamam olur.

Kult.az xəbər verir ki, bu münasibətlə millət vəkilləri, musiqi ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət ediblər. Xanəndənin məzarı önünə tər çiçək dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.

Anım mərasimində çıxış edən millət vəkili, akademik Rafael Hüseynov ustad sənətkarın həyat və fəaliyyətindən danışıb. O bildirib ki, Xan Şuşinski milli musiqi tariximizdə özünəməxsus, şərəfli yer tutur. O, hələ yeniyetmə vaxtlarından xanəndəliyə başlayıb, tanınmış sənətkar İslam Abdullayevdən dərs alıb.

Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. Yaradıcılıqla məşğul olduğu 60 ilə yaxın vaxt ərzində öz sənəti ilə xalqına xidmət edib.

Vurğulanıb ki, Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində gənclik illərindən şöhrət qazanıb, Azərbaycan muğamlarını zənginləşdirib, bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edib. Klassik xanəndələrin ənənələrinin layiqli davamçılarından olan istedadlı sənətçi oxuduğu muğamlarda gəzişmə və zəngulələrdən məharətlə istifadə edib. Xan Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları dillər əzbəri olub. O öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Üzeyir Hacıbəylinin “Qara göz” mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

Qeyd olunub ki, Xan Şuşinskinin gənc xanəndələrin yetişdirilməsində də əməyi olub. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələri əsasında məktəb yaratmış görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf edib.

Akademik Rafael Hüseyn çıxışının sonunda onu da vurğulayıb ki, Xan Şuşinski kimi sənətkarların doğum tarixi olur, ölüm tarixi yox: “Belə sənətkarlar öz istedadları ilə əbədiyaşarlıq qazanırlar. Xan əminin cismən aramızdan ayrılmasından 40 il ötməsinə baxmayaraq, o, heç vaxt səhnəmizi tərk etməyib. Onun ifaları daim səsləndirilib, bundan sonra da səsləndiriləcək”.

Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işçi qrupu tərəfindən müvafiq işlər davam etdirilir.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi hazırlanır.

Layihədə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar və ya qrup ailəyə) verilməsi, bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş təhsil, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilməsi məqsədi ilə vahid elektron uçotun aparılması qaydaları əksini tapacaq.

Müvafiq kateqoriyaya aid uşaqların övladlığa götürülməsi, övladlığa götürülmüş uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə vahid nəzarət həyata keçiriləcək. Ona görə də layihədə bu sahədə nəzarət həyata keçirilməsi, eyni zamanda, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun aparılması, valideynləri tərəfindən tərk edilmiş, lakin övladlığa götürülməsinə yol verilməyən uşaqların himayədar və ya qrup ailələrdə yerləşdirilməsi ilə bağlı qaydalara da geniş yer verilir.

Layihənin hazırlanmasında övladlığa götürülmüş uşaqların iradə və mənafelərinin üstün tutulması, onların yeni ailələrdə layiqli yaşayış tərzinə malik olmaları, bu istiqamətdə nəzarətin gücləndirilməsi, həmçinin övladlığagötürmə prosesində şəffaflığın və sadə prosedurun təmin edilməsi əsas prinsiplər kimi diqqətdə saxlanılır.

Düyü B1, B2, E vitaminləri, dəmir, fosfor, kalium, natrium, maqnezium və kalsium baxımından olduqca zəngindir.

Publika.az-ın məlumatına görə, Asiya qitəsində hər yemək saatlarında üstünlük verilən düyüdən təbabətdə təbii dərman, kosmetika sektorunda isə təbii gözəllik vasitəsi kimi geniş istifadə edilir. Düyü B1, B2, E vitaminləri, dəmir, fosfor, kalium, natrium, maqnezium və kalsium baxımından olduqca zəngindir. Mədə və bağırsaq sağlamlığı üçün olduqca təsirli olan düyü suyu da çox faydalıdır.

Bişirməzdən əvvəl şişməsi üçün düyü bir müddət suda saxlanılır. Bu zaman düyünün bütün vitamin və mineralı suya hopur. Düyü nişastası deyilən bu ağ su turşu baxımından olduqca zəngin olur. Bəzi mütəxəssislər isə qaynamış düyü suyunun faydalı olduğunu vurğulayır. Əsl karbohidrat mənbəyi olan düyü suyu bədənin ehtiyacı olan gündəlik enerjini qarşılayır.

Düyü suyunun faydaları nələrdir?

Mütəxəssislər deyir ki, asiyalı qadınların saçlarının gec ağarmasının səbəbi düyü suyu ilə bağlıdır. Belə ki, bir çox Asiya ölkələrində qadınlar saçlarını düyü suyundan hazırlanan şampunlarla yuyur. Düyü daşıdığı antioksidant sayəsində saç köklərini gücləndirir. Güclənən saç köklərində kəpəklənmə, ağarma, tökülmə və qırılma kimi halların baş vermə ehtimalı aşağı düşür.

Antioksidant baxımından zəngin olan düyü yalnız saça töküləndə deyil, eyni zamanda içiləndə fayda verir. Orqanizmdəki sərbəst radikalları sidik yolu ilə ataraq xərçəng hüceyrələrinin əmələ gəlməsini əngəlləyir. Xüsusilə yemək borusu, mədə və bağırsaq xərçəng xəstəliklərini qarşısını alan düyü suyu həzmi asanlaşdırır.

Xolesterin səviyyəsi aşağı olduğundan düyü bədəndəki xolesterin səviyyəsini artırmır, beləliklə də damarların tıxanmasının qarşısını alaraq, ürək xəstəliklərinin yaranması riskini azaldır. Tərkibində yağ olmadığı üçün köklük kimi ciddi xəstəliklərə də zəmin yaratmaz.

Nizamlı istehlak edildikdə, tərkibindəki nişasta bağırsaq florasını tənzimləyir. Bu sayədə ishal və qəbizlik kimi xəstəliklərin baş vermə ehtimalı azalır.

Yeməklərdən əvvəl bir istəkan düyü suyu içmək metabolizmi sürətləndirir və çəki itkisini asanlaşdırır.

Antiseptik xüsusiyyəti sayəsində tonik olaraq istifadə edildikdə cilddə deformasiya olmuş hüceyrələri yeniləyir. Sızanaq və qara nöqtə yaranmasına mane olur. Dərinin daha parlaq və canlı görünməsini təmin edir. Eyni zamanda, yanıq və dəri xəstəliklərinə müalicəvi təsir göstərir.

Xəbər lenti