|
Müğənni Kərim Abbasova küçədə hücum olunub.
Azxəbər.com xəbər verir ki, müğənni ailəsi ilə bağdan qayıdarkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Belə ki, ona küçənin ortasında hücum edilərək, yumruq zərbələri endiriblər. Kərim hadisə ilə bağlı polisə müraciət edib. O, hadisəni belə izah edib:
"Özünü polis kimi qələmə verən bir şəxs mənə hücum çəkib, yumruq zərbələri endirib. Bu hadisə ailəmlə birlikdə bağdan qayıdarkən baş verdi. 102 qaynar xəttə zəng edərək, şikayət etdim. Xahiş edirəm, mənə kömək edin”.
Civəli termometrin sınması həmişə təhlükəli hesab olunub. Ancaq çoxları içində təhlükəli hesab edilən maddənin olduğu bu əşya sınan zaman nə edilməli olduğunu bilmir.
Axar.az xəbər verir ki, bu metal ağır və maye formasındadır. Asanlıqla nəfəslə orqanizmə sovrulur. Bu zaman civə zəhərlənməsi deyilən qorxulu hal yarana bilər. Civə ilə zəhərlənmə zamanı ən çox sinir sistemi və böyrəklər zədələnir.
Termometr sınan zaman isə içərisindəki civə otaq şəraitində asanlıqla buxarlanır. Evdə termometr sınsa, bu qaydalara əmək etmək vacibdir: uşaqları həmin otaqdan çıxartmaq, tez bir zamanda otağın havasını dəyişmək, civəni içində su olan ağzı bərk bağlanan qaba yığmaq (əllə civəyə toxunmaq olmaz).
Civəni şprisdən istifadə edərək yığmaq olar. Daha sonra qaba boşaldıb ağzını möhkəm bağlamaq lazımdır. Civəni yığmaq üçün tozsoran və süpürgədən istifadə etmək olmaz! Bunları edə bilmədikdə isə Fövqəladı Hallar Nazirliyi və Toksikologiya mərkəzi ilə əlaqə saxlamaq lazımdır.
Civə evdə qaldıqda buxarlanıb zəhərlənmə verə bilər, ona görə yuxarda qeyd etdiklərimizə riayət etmək vacibdir!
Zəngin kimyəvi tərkibə malik olan bu qarışıq həqiqətən cavanlığı qoruyur, bir çox xəstəliklərin inkişafının riskini azaldır. Bu qarışıq əsl cavanlıq və sağlamlıq eliksiridir.
Axar.az Sağlamolun.az-a istinadən dərmanın tərkibini təqdim edir:
- 100 qr cücərdilmiş buğda (səməni kimi hazırlanır, cücərti 2-3 mm-dən artıq olmamalıdır)
- 100 qr təbii bal
Hazırlanması:
Cücərdilmiş buğda blenderdə əzilir və balla qarışdırılır.
Hazır qarışığı soyuducuda saxlayın və hər gün səhər acqarına 1 xörək qaşığı qəbul edin. Qarışıq qurtardıqda yeni porsiya hazırlayın.
2019.05.12 23:36
İsrailin paytaxtı Təl-Əvivdə, Qabim teatrında “Avroviziya - 2019” beynəlxalq mahnı müsabiqəsinin 41 milli nümayəndə heyətinin iştirakı ilə rəsmi açılış mərasimi baş tutub.
Kult.az TASS-a istinadən xəbər verir ki, müsabiqə ənənəvi olaraq “narıncı xalı” mərasimi ilə başlayıb.
Qeyd edilir ki, "Avroviziya kəndi" Təl-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.
"Avroviziya 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Təl-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.
Qeyd edək ki, ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edir.
Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayiət olunur.
Axar.az xəbər verir ki, bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeydə alınır. Miqren ağrıları dözülməz olur və bəzən saatlar və günlərlə davam edə bilir. Miqrenin müalicəsi ilə daha çox nevropatoloqlar məşğul olurlar və müalicə prosesində individual yanaşma seçilir.
Miqrenin əlamətləri hansılardır?
Miqren tutmaları zamanı bu əlamətlərin hamısı və ya onlardan bir neçəsi rast gəlinir:
- Mülayimdən kəskinə qədər ola bilən və başın bir yarısını tutan ağrılar;
- Döyüntülərlə xarakterizə edilən baş ağrıları;
- Fiziki hərəkət zamanı ağrıların daha da kəskinləşməsi;
- Ürəbulanma;
- Qusma;
- İşığa və səsə qarşı həssalıq.
Əgər müalicə edilmirsə…
Miqren 4 saatdan 72 saata qədər davam edə bilir. Baş ağrılarının tutma tezliyi insandan-insana fərqli ola bilir. Bəzən miqren tutmaları bir ayda bir neçə dəfə, bəzənsə iki ildə bir dəfə olur. Bütün miqren halları oxşar gedişə malik deyil. Əksər hallarda miqren aursız baş verir ki, bunu da adi miqren adlandırırlar. Aura ilə baş verən miqren isə klassik miqren adlandırılır. Bu zaman tutmadan 15-30 dəqiqə öncə bu və ya digər aura başlayır. Auralar baş ağrısı zamanı da davam edə bilər. Adətən aşağıdakı auralar qeyd edilir:
- Göz qarşısında qığılcımlar;
- Göz önündə yavaş-yavaş yayılan ləkələr;
- Ovuc və ya pəncədə iynə batırılmasını xatırladan hisslər;
- Bəzən dil və ya danışıq problemləri.
Miqrenə təkan verən faktorlar hansılardır?
Birincisi, hormonal dəyişiklikdir. Hormonlar və baş ağrısı arasında dəqiq əlaqə məlum olmasa da, müəyyən edilib ki, esterogen səviyyəsində baş verən dəyişikliklər miqreni olan qadınlarda tutmanın baş verməsinə səbəb olur. Hormonal dərmanların qəbulu miqren tutmalarını tezləşdirir. Bəzi qida növləri miqrenli xəstələrdə tutmalarını tezləşdirir. Bunlara spirtli içkilər (xüsusilə pivə və qırmızı şərab), çox saxlanmış pendirlər, şokalad, qıcqırmış qidalar, kofein, bir çox konservləşmiş qidalar daxildir.
Həmçinin ac qalma, ağır həftə və ya istirahətdən sonrakı ilk həftənin sonunda, güclü işıq və gün şüaları, həm xoş, həm də qeyri-xoş iylər, yuxu rejiminin pozulması, həm uzun müddət yatma, həm də yuxusuzluq miqren tutmalarını yeniləyə bilər.
Bura fiziki faktorlar da daxildir. İntensiv fiziki fəaliyyət miqren tutmalarını təhrik edə bilər. Ətraf mühit, havanın, fəsil və ya barometrik təzyiqin, eləcə də zaman zonasının dəyişməsi miqren tutmalarına təkan verən əlamətlərdir. Bura dərmanlar da daxildir. Bəzi dərmanlar miqren tutmalarını artırır.
Bəs həkimə nə zaman müraciət edilməldir?
Miqren xroniki patologiya olub, çox zaman diaqnoz qoyulmadan və müalicə edilmədən qalır. Yuxarıda sadalanan əlamətləri olanlar həkimə müraciət etməli və lazımi tövsiyələr almalıdır. Aşağıdakı hallarda isə dərhal həkimə müraciət etmək lazımdır:
- Qəfləti başlayan kəskin baş ağrıları;
- Huşsuzluqla müşayət olunan baş ağrıları;
- Yaddaşın zəifləməsi ilə müşayət olunan baş ağrıları;
- Hərarətin yüksəlməsi ilə müşayət olunan baş ağrıları;
- Ətraflarda iflicin yaranması ilə müşayət olunan baş ağrıları;
- Ürəkbulanma ilə müşayət olunan baş ağrıları;
- 50 yaşından sonra meydana çıxan baş ağrıları.
2013-cü ilin martında azadlığa buraxılan kriminal avtoritet Əziz Batukayevlə bağlı Qırğızıstanda şok olaylar baş verməkdədir. Qırğızıstan mətbuatı bildirir ki, bu ölkənin Baş Prokurorluğu Əziz Batukayevin vaxtından əvvəl azadlığa buraxılması üçün tibbi sənədlər verən bir neçə nəfər onkoloq həkim barəsində həbs-qətimkan tədbiri seçib.
Məsələ ondadır ki, 2013-cü ildə “bir neçə günə öləcək” rəyi ilə azadlığa buraxılan çeçen qanuni oğru hələ də sağdır. Üstəlik, Rusiya kriminal aləmində özünə yağlı “pay” qoparmaq iddiasındadır. Yada salaq ki, ötən ilin sonunda Batukayevin azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) problemi yaranması barədə xəbərlər vardı. Bildirilirdi ki, Rusiya xüsusi xidmət orqanları Moskvada Quli və çeçen avtoritet arasında təsir sahələrinin yenidən bölüşdürülməsinin qarşısını alıblar. Qarşıdurma Moskvanın üç bazarı üstündə yaranıb. Belə ki, çeçen kriminal dəstəsi bir neçə bazarda Qulinin adamlarına “ilişiblər”. Rusiya mətbuatı iddia edirdi ki, baş verənlər barədə Əzizin izahatını gözləməyən Quli özü ona zəng vurub. Çeçen avtoritet kobud tərzdə obyektlərin ona çatdığını bildirib. Quli cavabında söz verib ki, bunun mütləq qarşılığı olacaq. Bundan sonra tərəflərin hansı razılaşmaya gəldikləri haqda bilgi olmayıb.
Bəs, Qırğızıstanı qarışdıran “Batukayev işi”nin mahiyyəti nədir, Əziz kimdir?
1993-cü ildə Moskvada "qanuni oğru” adı alan Əzizin tacı ilə bağlı cinayət aləmində hələ də birmənalı rəy yoxdur. Məhz bu səbəbdən onu bəzi hallarda “qanunsuz oğru" ("vor vne zakona”) da adlandırıblar. Onun haqqında “Çuy Al Kaponesi”, “Mərkəzi Asiyanın smotryayuşisi” kimi epitetlər də işlənib.
Əziz Batukayev 1966-cı il, aprelin 30-da Qırğızıstanın Tokmak Çuy vilayətində doğulub. 1990-cı ildə rəhbərlik etdiyi klan əsasən narkoticarət, reket və sifarişli qətllər həyata keçirib. Çuy vilayətinin cənubuna tam nəzarət edən Əzizin özünü İssık-Kulun ağası sayan Rıspek Akmatbayevlə konflikti yaranıb və bu, onların ikisinin də taleyini dəyişən qatı düşmənçiliyə çevrilib.
Əzizin böyük qardaşı, klanın əsas üzvlərindən olan Alaudin 2002-ci ildə Tokmak qənd zavodunda güllələnir. Dəfn mərasimində Əzizin özünü də öldürmək istəyirlər, onun “Mersedes”i güllələrdən deşik-deşik olsa da, özü salamat qala bilər, amma iki yaxın qohumunu itirir. 2003-cü ilin noyabrında onun yeznəsi Xavaci Zaurbekov da bu amansız düşmənçiliyin qurbanı olur.
Rıspek də bu müharibədə çox yaxın adamlarını itirir. Onun gənc yaxın qohumu gecə barından çıxarkən öldürülür. Sonra onun maşını əvvəl qumbaraatanla atəşə tutulur. O, daha bir sui-qəsddə yaralansa da aradan çıxa bilir. Nəhayət, qana-qan günü də yetişir və bu hadisə bütün dünyanın diqqətini Əzizə yönəldir. Hələ də bir çox sirləri açılmayan həmin hadisənin təfərrüatlarını oxuculara təqdim edirik.
2005-ci il, oktyabr ayının 15-də Qırğızıstanın paytaxtı Bişkekdən 2 kilometr aralıda yerləşən Moldavanovkadakı həbsxanada qiyam baş verir. Dustaqlar həbsxana rəisinin məhbuslarla qəddar davranışına etiraz olaraq bunt edirlər. Bu hadisə ölkədə ciddi rezonans doğurur və bəzi həbsxana rəisləri işdən qovulur. Ölkə parlamentində müdafiə və hüquq-mühafizə orqanları ilə iş üzrə komitəyə rəhbərlik edən deputat, Əzizin qan düşməni Rısbekin qardaşı Tınıçbek Akmatbayev oktyabrın 19-da qiyamdan sonrakı vəziyyətlə bağlı parlamentdə məruzə etmək üçün şəxsi mühafizəsi, köməkçiləri, prokurorluq əməkdaşı ilə 31 saylı həbsxanaya gedir. Onu Penitensiar Xidmətin rəisi müşayiət edir.
Oktyabrın 19-da səhər deputat və onu müşayiət edən 5 nəfərlə 31 saylı kolona gedirlər. Deputatın yanında olanlar və mühafizəçisi qanunlara zidd olaraq “zon”a silahla girir. Məlumata görə, deputat burada dustaqlarla sərt dildə danışır. Onlar kolonun çıxış qapısına gələrkən dustaqlarla dava düşür. Silahlı qarşıdurmada deputat və onun yanındakılar öldürülür, həbsxana rəisi isə ağır yaralanır.
Həbsxanada yenidən bunt qalxır. Xüsusi təyinatlılar həyəcan siqnalı ilə ayağa qaldırılsa da hücum olmur. Ölkənin o zamankı baş naziri Feliks Kulov şəxsən həbsxanaya gedir və ölənlərin meyitinin verilməsi üçün 2 saatadək danışıqlar aparır. Nəhayət, 3 nəfərin meyiti və yaralı rəis təhvil verilir.
Qırğızıstan prezidentinin göstərişi ilə bu hadisə ilə bağlı araşdırma başlayır. Rısbek Akmatbayevin ciddi səylərinə baxmayaraq qardaşını kolonda məhz Əzizin öldürdüyünü sübuta yetirmək mümkün olmur. Deputatın ölümünü həmin kolonda cəza çəkən “İyirmilik” ləqəbli çeçen - Rustam Abdulin öz üzərinə götürür.
Məhkəmə baş verənlərdə Əziz Batukayevi günahlandıraraq ona 16 il 8 ay 15 gün həbs cəzası verir. 2006-cı il, mayın 10-da Bişkekdəki məsciddən çıxanda Rısbek Akmatbayev də atəşə tutulur və bu dəfə əcəlin əlindən qurtula bilmir. Məlumatlar var ki, onun öldürülməsi təkcə Əzizin deyil, siyasi hakimiyyətin də marağında olub.
Əzizin həbsxana həyatı barədə də əfsanələr danışılır. Deyilənə görə, həbsxananın iki mərtəbəsində 16 otaqda yerləşən Əziz orada xanımı ilə birgə yaşayıb. Otaqlarda İçkeriyanın bayrağı və Aslan Məshədovla Şamil Basayevin portretləri asılıbmış. Batkuyevin mədəsində yara olduğu üçün həbsxananın həyətində üç inək və 15 keçi saxlayırlarmış ki, onun südü ilə özünü müalicə etsin. O, həbsxanada həm təhlükəsizliyi, həm də əyləncə üçün döyüş itləri saxlayırmış. Koloniyanın mühafizəsinə etibar etməyən Əzizin yanında “Kalaşnikov” avtomatı ilə gəzən mühafizəçilər olub.
Onun o zaman azadlığa buraxılması üçün xüsusilə Çeçenistan prezidenti Ramzan Kadırovun ciddi iş gördüyü deyilir. Hələ o zaman qırğız mətbuat yazır ki, hakimiyyətin Əzizi xəstə adı ilə (onun leykoz və serrozdan əziyyət çəkdiyi deyilirdi) buraxılması sadəcə gülməli bəhanədir.
Batukayevin hazırda harada olduğu bilinmir.
Bu gün Azərbaycanın görkəmli şairi Musa Yaqubun doğum günüdür.
Kult.az xatırladır ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) kimi fəaliyyət göstərib.
O, 1967-1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri, İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru vəzifəsində çalışıb.
Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Sovet ticarət və məişət xidməti daimi komissiyasının sədri olub, 1979-cu ildə İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.
Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb.
M.Yaqub “Yarpaqlar oxuyur”, “Bu məhəbbət yaşadır məni”, “Mənim kainatım” şeir kitablarının və “Üzü bəri baxan dağlar”, “Yaxşı ki, sən varsan”, “Bir sim üstə”, “İki qəlbin işığı”, “Ürəyimdə yerin qaldı” və s. şeir və poemalar kitablarının müəllifidir.
O, M.F.Axundov və İmadəddin Nəsimi adına mükafatlara layiq görülüb.
82 yaşlı şair bir neçə ildir, parkinson xəstəliyindən əziyyət çəkir.
Allah şəfa versin!
Türkçülüyün patriarxlarından olan Əhməd bəy Ağaoğlunun ailəsinin Türkiyədə yaşadığı keşməkeşli həyatın ən maraqlı cizgilərindən biri də Ağaoğlu ailəsində böyüyən övladların ötkəm və prinsipial xarakteri idi. Genetik olaraq Əhməd bəy Ağaoğludan övladlarına keçən bu xüsusiyyətlər onlara bir ömür yol yoldaşlığı edib, ailənin əsas xarakterik obrazına çevrilib.
Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qızları Sürayyə və Tezerə kinayə ilə “Ağayev” deyə müraciət etmələri onlara çox pis təsir edirdi. Türkiyənin elitası hesab edilən bu ailənin ən parlaq simalarından biri Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili Sürayyə Ağaoğlu “Bir ömür də böylə keçdi” adlı memuarında bu barədə yazır:
“O çağlarda məni üsyana sövq edən başqa səbəblərdən biri də ətrafımdakıların bizə “Ağayev” deyə müraciət etməsi idi. Rusiyada Ağayev soyadı daşıyan atam Birinci Dünya savaşından sonra soyadını Ağaoğlu etmişdi. Ancaq hələ də davam edən bu münasibət ilə bizə təzyiq etmək istəyənlər “Ağayev” deyərək, ailəmizin Rusiyadan gəlməsini xatırladırdılar”.
Bu məsələ türkçülük ruhunda böyüyən Ağaoğlu ailəsinin övladlarının heysiyyətinə toxunurdu. Bu mövzuda ən ilginc hadisələrdən biri də məhz Əhməd bəy Ağaoğlunun digər qızı, Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş Tezer Ağaoğlu ilə bağlı baş verib.
Tezer Ağaoğlu TBMM-də təmsil etdiyi CHP-nin mətbu orqanı “Ulus” qəzetində qardaşı Səməd Ağaoğlu barəsində “Ağayevin oğlu” deyə bəhs etdikləri üçün CHP-dən deputat olmasına baxmayaraq, etiraz əlaməti olaraq partiyadan istefa vermişdi.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü belə tənqid etməkdən çəkinməyən böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun qızlarının bu cür xarakteri Ağaoğlu genetik kodlarının daşıyıcısı olmasından xəbər verirdi.
Mayın 10-dan etibarən provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olacaq.
Bu barədə məlumat Axar.az-a Delta Telekom MMM-dən verilib. Məlumata görə, şirkət istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin əlçatan olması məqsədiylə kampaniyaya başlayıb.
“Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.
Maraqlı olan provayderlər, endirim paketi haqda ətraflı məlumat almaq üçün müəssisəmizə müraciət edə bilər”, - Delta Telekom bildirib.
“Yatsan” mebel mağazası möhtəşəm Ramazan bayramı endiriminə start verib.
Axar.az xəbər verir ki, Ramazan bayramı münasibətilə mağaza bütün növ döşəklərə endirim tətbiq edib.
Kampaniya daxilində ortopedik, komfort, bel problemi olan insanlar üçün, uşaq, yaşlı və otel konseptli döşəklərin hər birinə üç növ endirim müəyyənləşdirilib. Belə ki, mağazanın seçilmiş 3 döşəyini 50% endirimlə aldığınız zaman əlavə olaraq 20% endirim edilir və yastıq hədiyyə edilir.
Bundan başqa, mağazanın digər bütün növ döşəklərinə 50 və 30% faiz endirim müəyyən edilib. Endirimlə alınan hər döşəyə yastıq hədiyyə edilir.
Mağazanın ən çox alınan “Tempur” markasının döşəkləri isə 30% endirimlə satılır.
Bütün döşəklərə 5-10 il arası rəsmi zəmanət verilir.