|
“Unibank”ın təşkilatı və idarəetmə strukturunda bir neçə yeni təyinat olub.
Axar.az xəbər verir ki, rəhbərliyin qərarı ilə Heybət Qədirov – Pərakəndə biznes üzrə Baş inzibatçı, Tural Hüseynov isə Korporativ biznes üzrə Baş inzibatçı vəzifəsinə təyin ediliblər. Hər ikisi öz karyeralarına Unibankda başlayıblar. Heybət Qədirov – 9 il, Tural Hüseynov isə 10 ildir Unibank komandasının üzvüdür.
Bank rəhbərliyinin digər bir qərarı ilə Unibank komandasına yeni qoşulan Elçin Abdullayev, Transformasiya üzrə Baş inzibatçı vəzifəsinə təyin edilib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Elmlər Akademiyasının maliyyələşməsinin dayandırılması haqda fərman imzalayıb. Bu fərmandan sonra 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət maliyyələşmədən kənarda qalıb. Türkmənistan Elmlər Akademiyasına həmçinin Ali Attestasiya Komissiyası, 17 ali məktəb, 2 tibbi araşdırma mərkəzi, bir kitabxana və 2 tipoqrafiya daxildir.
Maraqlısı budur ki, Berdiməhəmmədov bu fərmandan 1-2 gün əvvəl - yanvarın 30-31-də Türkmənistan EA-nın tərkibindəki bir sıra institutların birləşdirilmısi barədə fərman imzalamışdı. Ancaq fevralın 1-dən bu qurumun maliyyələşməsi ümumiyyətlə dayandırıldı.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının struktur islahatları ilə bağlı fərmanından sonra ölkəmizdə də bənzər addımın atılması müzakirə mövzusuna çevrilib. Bəs, görəsən, bizdə də AMEA-nın büdcədən maliyyələşdirilməsi dayandırıla bilərmi?
Məsələ ilə bağlı Kult.az-a danışan təhsil eksperti Kamran Əsədov bənzər addımın mümkünlüyünü istisna etməyib:
“Ölkəmizdə neft gəlirlərindən asılılığın azaldılması proseslərinin genişləndirilməsi və qeyri-neft sektorunun həcminin artması istiqamətində atılması vacib olan addımlardan biri də dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılan qurumların ləğv olunması, birləşdirilməsi və ya büdcədən maliyyələşdirilməsinin dayandırılmasıdır. Bu kimi qurumların önündə Təhsil Nazirliyi, AMEA, ali təhsil müəssisələri gəlir. Dünyanın inkişaf etmiş ölkələrində adını sadaladığım qurumlar ya publik hüquqi şəxsdir, ya da büdcələrini xidmətləri ilə özləri formalaşdırırlar. Bizdə həqiqətən də Təhsil Nazirliyi təhsil xidməti göstərə bilirsə, AMEA beynəlxalq və yerli əhəmiyyətli ixtiralar, kəşflər edirsə, o zaman özləri gördükləri işlərə görə vəsait qazana bilərlər.
Əlbəttə ki, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasında, tədqiqi və təbliğində AMEA-nın xüsusi xidmətləri var. Unutmayaq ki, AMEA-da çalışanların əməkhaqqı digər dövlət qurumları ilə müqayisədə yüksəkdir. Belə ki, AMEA-nın prezidenti 1837, AMEA-nın 1-ci vitse-prezidenti 1276, AMEA-nın vitse-prezidenti, akademik katibi 1177, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik katibi 880 manat, idarə rəisi 853, AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini 825, İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi 704, Qeyri-əsas şöbənin rəisi 517, Qeyri-əsas şöbənin rəis müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi 484, Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 451 manat aylıq məvacib alır.
Bura onların elmi ad və dərəcələri daxil deyil. Onları da nəzərə alanda ortaya böyük məbləğ çıxır bə bütün bunlar hamısı büdcədən ödənilir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda elmi sahəyə yüksək məbləğdə vəsait ayrılsa da, bu, bir sıra xarici ölkələrlə müqayisədə azlıq təşkil edir. Ancaq inkişaf etmiş ölkələrdə mənzərə başqadır:
“Elmi tədqiqat və kəşflərə ötən ildə ABŞ ümumilikdə 511,1 milyard dollar, Çin 451,2 milyard dollar, Yaponiya 168,6 milyard dollar, Almaniya 118,5 milyard dollar, Cənubi Koreya 79,4 milyard dollar, Fransa 62,2 milyard dollar, Hindistan 50,1 milyard dollar, Böyük Britaniya 47,2 milyard dollar, Braziliya 41,1 milyard dollar, Rusiya 39,9 milyard dollar vəsait ayırıb. Amma onların elmi tədqiqat müəssisələrinin fəaliyyətinin ÜDM-da payı çoxdur. Sözügedən ölkələr ayrılmış vəsaiti artıqlaması ilə dövlət büdcəsinə qaytarırlar. Onların ixtira və kəşfləri dünyaya səs salır.
2019-cu ildə AMEA-ya dövlət büdcəsindən 82 milyon manat ayrılıb. Bu, ölkəmiz və əhalimizlə müqayisədə olduqca böyük məbləğdir. Amma bu qədər vəsaitin fonunda dünya əhəmiyyətli heç bir iş yoxdur”.
K.Əsədov elmə ayrılan xərclərin Ümumi Daxili Məhsuldakı (ÜDM) payına da diqqət çəkib:
“İnkişaf etmiş ölklərdə illik elm xərcləri ölkənin ÜDM-nin 2-4 faizi qədər olur. Məsələn, YUNİSEF-in məlumatına əsasən, hələ 2016-cı ildə bu göstəricinin səviyyəsi İsraildə 4.4 faiz, Finlandiyada 3.9 faiz, Cənubi Koreyada 3.7 faiz, İsveçdə, Yaponiyada 3.4 faiz, ABŞ-da 3 faiz və s. olub. Düzdür, həmin ölkələrdə bu vəsaitin əksər hissəsi qeyri-dövlət kanalları vasitəsilə elmə yönəldilir. Bu ölkələrdə dövlətin elm xərcləri adətən ÜDM-nin 1 faizi qədərdir. Amma Azərbaycanda dövlətin elmə ayırdığı vəsaitlərin ÜDM-də payı 1 faizdən aşağıdır, lakin ayrılan vəsaitin yarısı qədər səmərəli iş görülmür.
Hazırda elm adamlarına verilən əməkhaqqı və ödənişlər onların elmi işinin qiyməti deyi. Əməkhaqqından əlavə, AMEA-nın elmi müəssisə və təşkilatlarında fundamental və tətbiqi elmi tədqiqatların aparılması üçün də dövlət büdcəsindən böyük vəsait ayrılır.
Hesab edirəm ki, AMEA, Təhsil Nazirliyi, ali təhsil müəssisələrinə dövlət büdcəsindən maliyyələşdirilmə dayandırılmalıdır, onlar büdcədənkənar vəsaitlər cəlb etməli, öz sahələri üzrə xidmətlər göstərib büdcə formalaşdırmalıdırlar”.
Ekspert bildirib ki, AMEA-nın elmin bütün sahələrini əhatə edən elmi müəssisə və təşkilatları fəaliyyət istiqamətləri üzrə istehsalatla məşğul olsalar, büdcədən ayrılan vəsaitdən daha çox gəlir əldə edə bilərlər:
“Digər bir halda isə AMEA-nın institut və təşkilatları tədqiqat institutları kimi universitetlərin nəzdinə verilə bilər.
Elmi araşdırmalara ehtiyacımız çoxdur. Dünya təsərrüfatına səmərəli inteqrasiya oluna bilən və müstəqil dövlətçilik tələblərinə cavab verən iqtisadiyyatın, qlobal və geopolitik müstəvidə baş verən dəyişikliklərə uyğun siyasətin qurulması, milli təhlükəsizlik tələblərinin ödənilməsi, dünya iqtisadiyyatının və biznesin perspektiv inkişaf istiqamətləri, davamlı inkişafın təmin edilməsi, texnoloji geriliyin aradan qaldırılması, insan kapitalının inkişafı və digər bu kimi müasir dövrün mühüm çağırışlarına cavab verə bilən elmin qurulması ölkə elminin qarşısında duran mühüm vəzifələr sırasındadır.
Bizim elmi mərkəzlərimiz onların qarşısına qoyulmuş məqsədləri, dövlətin hədəflərini tam şəkildə yerinə yetirmir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmanda Prezident Administrasiyasına İşçi Qrupun yaradılması və 6 ay müddətində müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.
Müğənni Aslan Hüseynovun avtomobilini qarət ediblər.
Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, günorta saatlarında ifaçının maşınını soyublar.
Dünyanın ən böyük təyyarəsi ilk uçuşunu fevralda reallaşdıracaq.
Axar.az xəbər verir ki, təyyarə ilk dəfə anqarı 2017-ci ildə tərk etmiş və görüntülənmişdi, uçuş zolağında ilk sınağı keçirilmişdi.
Dünyanın ən böyük yük təyyarəsi sayılan “Stratolaunç” adlı bu təyyarənin çəkisinin 226 ton, yük qabiliyyətinin isə 650 ton olduğu bildirilir. Qanadları arasındakı məsafə 117 metrdir, 15 metr hündürlüyə sahibdir. Eyni vaxtda 3 raketi daşımaq gücündədir.
Onun təyinatı yerətrafı orbitə buraxılacaq daşıyıcı-raketləri yüksək hündürlüyə qaldırmaqdır.
ATV-də yayımlanan "5 gəlin" verlişində gərgin anlar yaşanıb.
Oxu.az bildirir ki, sözügedən verilişin aparıcısı Mətanət Əliverdiyeva ilə iştirakçının sözü çəp düşüb. Belə ki, iştirakçının Mətanətə sıfır qiymət verməsi və bu azmış kimi, "Mən burada təhqirli bir şey demədim" söyləməsi aparıcını özündən çıxarıb.
"Mən götürmürəm təhqiri. Sən kimsən ki, mənə "sıfır" deyəsən. Bir hələ mənim yaşıma çat, etdiklərimi et, sonra "sıfır" deyərsən mənə. Sıfır vermək sənin borcun deyil. Sıfırı mənə Elmira xanım versə, mən razı olaram", - deyə aparıcı bildirib.
Daha sonra aparıcı verilişi tərk edib.
Rusiyalı rep-ifaçısı Kirill Tolmatski (Detsl) 35 yaşında dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
Məlumata görə, Detslin qəfildən vəziyyəti pisləşib, ürəyi dayanıb.
“Dostlar, təəssüf ki, bu gecə dəhşətli hadisə baş verib: Kirill artıq bizimlə deyil”, - reperin agenti Dmitri Kapriyelov deyib.
Speys TV-də yayımlanan “Xəbərlər” proqramının aparıcısı Elvin Basqallıya vəzifə verilib.
Kult.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Bəturə Nəbiyeva paylaşıb.
O bildirib ki, aparıcı artıq “Xəbərlər” Departamentinin rəhbəri vəzifəsini icra edəcək
Donuz qripindən xüsusi qorunma yolları yoxdur. Virus aşkar olunubsa, əhalidə xof yaratmaq mənasızdır.
Axar.az xəbər verir ki, bu sözləri həkim Vaqif Qarayev Azərbaycanda 16 nəfərdə donuz qripi virusunun aşkarlanması barədə təsdiqlənmiş məlumata münasibət bildirərkən deyib.
V.Qarayev bildirib ki, əhali arasında xof yaratsalar, təşvişə düşmüş insanların tibb müəssisələrinə axını başlaya bilər. Bunun nəticəsində də hamı bir-birinə yoluxdurar.
Həkim bildirib ki, insanların sıx olduğu məkanlara getməmək məsləhətdir:
“Qoruyucu maskalardan istifadə olunmalıdır, əllər tez-tez yuyulmalıdır, yüksək qızdırma zamanı qızdırmasalıcılardan istifadə etmək lazımdır, antibiotiklərdən yox.
Çoxlu maye (su, çay, şirələr, kompotlar) qəbul etmək lazımdır. Meyvə-tərəvəzdən bol-bol istifadə edilməlidir. Davamlı yüksək qızdırmada özünümüalicə yolverilməzdir, həkimə müraciət etmək lazımdır”.
V.Qarayev bildirib ki, bağça və məktəblərdə nəzarət gücləndirilməlidir:
“Xəstə uşaqlar bağçaya və məktəbə getməməlidir, yaşlı insanlar və hamilələr daha diqqətli olmalı, vaxtında həkimə müraciət etməlidir”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin fikrinə görə, palma yağınının istehlakı piylənmə və ürək xəstəliklərinə səbəb olur.
Təəssüf ki, hal hazırda ucuz palma yağı bir çox hazır məhsullara əlavə olunur. Bu yağ xüsusilə şirniyyatlar və süd məhsullarının istehsalında çox geniş istifadə olunur. Məhsulda palma yağının olub-olmadığını necə müəyyən etmək olar?
Axar.az Sağlamolun.az-a istinadən məhsulda palma yağının olub-olmadığını müəyyən etmək üçün bəzi tövsiyələri təqdim edir:
1. Palma yağı əlavə olunmuş məhsulun saxlanma müddəti bu yağ əlavə olunmamış məhsuldan daha çoxdur.
2. Palma yağı ucuzdur və bu səbəbdən bu yağ əlavə olunmuş məhsul digər oxşar məhsullarla müqayisədə daha ucuz qiymətə satılır.
3. Palma yağı əlavə olunmuş məhsulun adı da başqa ola bilər: məsələn, "kəsmik" deyil, "kəsmikli məhsul" ("творожный продукт") və ya "kəsmikli kütlə" ("творожная масса"), "pendirli məhsul" ("сырный продукт"). Burada "məhsul" sözü ona işarə edir ki, tərkibində bitki yağı var.
4. Təbii süd məhsulunun tərkibində bitki yağı ola bilməz. Əgər hər hansı süd məhsulunun etiketində "bitki yağı" sözü varsa, çox güman ki, ona məhz palma yağı əlavə olunub. Mütləq məhsulun etiketini oxuyun!
5. Təbii kəsmik ev temperaturunda qalanda tez bir zamanda turşumağa başlayır, onun iyi və dadı dəyişilir. Palma yağı əlavə olunmuş kəsmik hətta ev temperaturunda uzun müddət xarab olmur və onun üzərində sarı qat əmələ gəlir.
6. Palma yağı əlavə olunmuş xama və ya kəsmiyi yeyəndən sonra ağızda və dilin üzərində xoşagəlməz yağlı dad qalır.
7. Təbii dondurma ev temperaturunda tədricən yumşalır və öz formasını saxlayır, tam əriyəndə ağ süd kimi maye alınır. Palma yağı əlavə olunmuş dondurma uzun müddət ərzində əriyir və əriyənda yarımşəffaf mayeyə çevrilir.
8. Palma yağı əlavə olunmuş pendir "sabun" dadı verir, çətinliklə kəsilir (rezin kimi) və ya ovulur. Açıq havada süni pendir tez quruyur və üzərində çatlar əmələ gəlir.
Gün şüalarının altında qalan təbii pendir tez yumşalır, palma yağı əlavə olunmuş pendir isə əksinə bərkiyir və onun üzərində yağ damcıları əmələ gəlir.
9. Palma yağı əlavə olunmuş kərə yağı daha ucuz qiymətə satılır. Onu yeyəndən sonra dilin üzərində sanki yağlı qat yaradır. Təbii kərə yağını yeyəndən sonra ağızda çox xoş südlü-qaymaqlı dad qalır.
10. Təbii kərə yağının yağlılığı 82,2%-dən aşağı ola bilməz. Yağın üzərində, məsələn, 72% yazılıbsa, bu təbii yağ deyil.
11. Təbii "squşonka"-nın tərkibində yalnız süd və şəkər tozu olmalıdır. Heç bir bitki yağı burada ola bilməz.
12. Dükanlarda satılan şirniyyatların (peçenye, vafli, keks və s.) əksəriyyətinə palma yağı əlavə olunur. Bu səbəbdən mütəxəssislər belə məhsulları yeməyi və xüsusilə də uşaqlara verməyi tövsiyə etmirlər.
Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 87 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Bildirilib ki, aktrisa özünü yaxşı hiss etməyib və evinə təcili tibbi yardım gəlib.
Həkimlər Berezutkayanın kliniki ölüm keçirdiyini müəyyən ediblər. O, reanimasiyaya qaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
O, “Pakrov darvazaları”, “Durnalar uçur”, “Rusca sevgi”, “Daimi çağırış”, “Yeni ağır sərgüzəştlər” və s. kimi filmlərdə aldığı rollarla tanınmışdı.