|
ATV-də yayımlanan "Qız atası" serialında aktrisa Ülviyyə Xəlilbəylinin uşaqlıq fotosu kimi təqdim edilən rəngli fotonun başqa bir şəxsə aid olduğu üzə çıxıb.
Kult.az xəbər verir ki, bu barədə Oğuztoğrul Tahirli adlı istifadəçi sosial şəbəkələrdə məlumat yayıb. O, fotonun özünə aid olduğunu bildirib:
“ATV-də yayımlanan "Qız atası" serialında Ülviyyə Xəlilbəyli kimdir? Serialın (son bölümlərin) başlanğıc dəqiqələrində aktyorların adları yazılır və uşaqlıq şəkilləri göstərilir. Ülviyyə Xəlilbəylinin adının yanında isə mənim uşaqlıq şəklim göstərilir. 28 may 1986-cı ildə 9 aylıq olanda çəkilən şəklim. Sadəcə “horizontally mirror” effektiylə tərsinə çevrilib. Fotodan istifadə etmək üçün heç kim məndən icazə almayıb”.
Məsələ ilə əlaqədar sözügedən serialın layihə rəhbəri, aktyor Elməddin Cəfərov bildirdi ki, fotonun kimə aid olmasından xəbərsizdir:
“Bildiyim qədərilə, həmin foto internetdən götürülüb. Problem yaratmağa ehtiyac yoxdur. Tapşırıq vermişəm, artıq bundan sonra həmin uşaq fotosu efirdə görünməyəcək”.
5-ci siniflər üçün hazırlanmış Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun siqar çəkdiyi əks olunan görüntüsü verilib.
Qaynarinfo.az xəbər verir ki, tütün məmulatlarının reklamının qadağan olduğu halda orta məktəb dərsliyində belə bir görüntünün verilməsi təəssüf doğurur. Bu, siqaretin, tütün məhsullarının şüuraltı təbliğatının aparılmasıdır. Halbuki məktəblilər arasında bunun əks-təbliğatı aparılmalıdır.
Sözügedən fotonu sizə təqdim edirik. Rəsmdə Dədə Qorqudun iki barmağının arasında siqar tutması və kiçik qızartı açıq-aşkar görünür.
09:44
“Bu şəhərdə” komandasına Sumqayıt şəhərində konsert təşkil etməyə icazə verilməyib.
Kult.az xəbər verir ki, bu barədə “Bu şəhərdə” komandasının bədii rəhbəri Müşfiq Abbasov məlumat yayıb. O bildirib ki, konsert üçün Sumqayıt İH-yə müraciət ediblər.
“Mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq, nəticədə bizə məlum olmayan səbəbdən Sumqayıtda "Bu şəhərdə"nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə" Sizin şəhərdə olmayacaq”, - deyə M.Abbasov sumqayıtlılara müraciətində qeyd edib.
Qeyd edək ki, “Bu şəhərdə”nin Bakı ilə yanaşı, Naxçıvan və Sumqayıtda da konsert verməsi ənənə halını almışdı. Hətta yeni konsert proqramı bir neçə dəfə Sumqayıtdan start götürmüşdü.
***
İcra Hakimiyyəti “Bu şəhərdə” komandasının konsert keçirməklə bağlı müraciətinə “yox” cavabı verməyib.
Bu sözləri Kult.az-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eyvaz Qocayev deyib. O bildirib ki, Sumqayıt şəhərində son illərdə digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də xüsusi diqqət yetirilir:
“Sumqayıtda mədəni-kütləvi tədbirlərin keçirilməsinə hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur. “Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyədə konsert proqramları təşkil olunub. Onların konsert proqramında şəhər rəhbərliyi, eləcə də şəhər ictimaiyyəti iştirak edib. Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə çıxış etmək niyyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi, yenə də konsertlərini keçirə bilərlər”.
Azad Suriya Ordusu əsgərlərin diqqətini yayındırdığı və aqresiya yaratması səbəbilə bütün dünyada məşhurlaşan PUBG oyununu qadağan edib.
Kult.az xəbər verir ki, bununla bağlı ASO komandanlığı xüsusi əmr verib.
“Həyata dair mənfi təsirləri olan PUBG oyunu vaxt itkisi olması və işə köklənməni əngəllədiyi üçün telefonlara yüklənməyəcək”, - əmrdə deyilib.
Əmrdə həmçinin telefonunda bu oyunu yükləyən şəxslərə veriləcək cəzalar da müəyyən edilib. Belə ki, oyunu yükləyənlər ilk dəfə cərimələnəcək, ikinci dəfə telefonları müsadirə ediləcək, üçüncü dəfə isə xidmətdən xaric ediləcəklər.
Qeyd edək ki, PUBG oyunu bütün dünyada populyarlıq qazanaraq 100 milyondan artıq telefona yüklənib.
12 yaşım olanda həyatıma qəsd etmək istədilər: Lifti partlatdılar, içindəki bütün şüşələr sındı, amma oradan çıxmağı və sağ qalmağı bacardım.
Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Emin Ağalarov Ru TV kanalında yayımlanan “Şimal: İnanılmaz hekayələr” verilişində qonaq olarkən deyib.
Emin atası Araz Ağalarovun uğurlarına görə illər öncə Rusiyanı tərk etmək məcburiyyətində qaldığını açıqlayıb:
“Atam məni İsveçrəyə göndərməli oldu. Sonra isə 2 yaşlı bacımı və anamı ABŞ-a göndərdi. Mən daha sonra Rusiyaya qayıtdım. Bacım isə bu günədək ABŞ-da yaşayır və qayıtmaq istəmir”.
5 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Nazirliyin və Agentliyin əməkdaşları, həmçinin ASAN könüllüləri və digər qonaqların iştirakı ilə “Gəncliyin səsi” festivalının bağlanış mərasimi baş tutub.
Kult.az xəbər verir ki, gənclər günü münasibətilə 2016-cı ildən Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunan festivalın bağlanış mərasimində “ASAN Könüllüləri”nin təqdimatında “Vəfalı Səriyyə” tamaşasının premyerası keçirilib. Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq səhnələşdirilən tamaşa “ASAN Könüllüləri”nin ərsəyə gətirdiyi sayca 20-ci səhnə əsəridir.
Tamaşadan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “Gəncliyin səsi” festivalının artıq ənənə halını aldığını, layihənin gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi və yeni simaların aşkar edilməsi məqsədi daşıdığını qeyd edib, tamaşanın hazırlanmasında göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib və gənclərə uğurlar arzulayıb.
Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova da gənclərə təşəkkür edərək bildirib ki, tamaşa böyük ədibin yubileyinə töhfədir. O, “ASAN Könüllüləri”nin bundan öncə C.Cabbarlının “Aydın” və “Solğun çiçəklər” əsərlərini də tamaşaya qoyduqlarını diqqətə çatdırıb.
Daha sonra “ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabbarova, Dövlət Agentlyinin İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli çıxış edərək gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılmasına zəmin yaradan festivalın önəmindən bəhs ediblər. Tamaşanın quruluşçu rejissoru Könül Hüseynliyə və digər iştirakçılara təşəkkürnamələr təqdim edilib.
Güney Azərbaycan şəhərlərinin birində İran bayrağının yerində Azərbaycan bayrağı dalğalandırılıb.
Axar.az xəbər verir ki, soydaşlarımızdan biri elektrik dirəyinə çıxaraq, İran bayrağını çıxarıb və yerinə Azərbaycan bayrağını sancıb.
Hadisənin harada baş verdiyi dəqiq bilinməsə də, buranın SEPAH-ın Bəsic mərkəzlərindən birinin önü olduğu güman edilir.
Qeyd edək ki, həmin anın görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub.
Dünyanın ən böyük sərkərdələrindən olan Əmir Teymurun yaratdığı Teymurilər dövlətinə Şərqi Türküstan, İran, Azərbaycan, Dehli Sultanlığı, İraq, Suriya, Qızıl Orda Dövləti və Osmanlı İmperiyasına məxsus torpaqların bir hissəsi də daxil idi.
Onun yaratdığı qarşısıalınmaz ordu hətta özündən sayca çox olan qoşunları da ağır məğlubiyyətə uğratmışdı.
Tarixin ən böyük döyüşlərdən olan Ankara savaşında (1402) dövrünün bir başqa böyük imperiyası Osmanlını məğlub etməsi Əmir Teymurun qüdrətini bir qədər də artırırdı.
Teymurun məğlub olduğu yeganə şəxs isə Qaraqoyunlu Qara Məhəmməddir.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə...
Rusiyada erməni saytlarına girişin qadağan edilməsi texniki xarakter daşıyır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib. Onun sözlərinə görə, bu problem Ermənistanın Moskvadakı səfirliyi vasitəsilə həll edilir.
Qeyd edək ki, bundan öncə “Aysor.am” saytı Rusiyada erməni saytlarının girişinə məhdudiyyət qoyulduğu haqqında məlumat yaymışdı.
Türkiyənin Diyarbəkir şəhərində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində 1200 illik İncil ələ keçib.
Kult.az xəbər verir ki, idarə sözügedən müqəddəs kitabın şəhərin Qarapınar mahalında 3 şübhəlidən götürüldüyünü açıqlayıb.
Məlumata görə, şübhəlilər üzərində qızılla işləmə olan dini kitabı satmağa çalışıblar.
Kitabın 17 vərəqdən ibarət olduğu bildirilib. Diqqət çəkən nüans isə İncilin üzərində “Davud ulduzu” adlanan işarənin əks olunmasıdır.