![]() |
|
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın hadisələrinin qarşısının alınması ilə bağlı komissiya yaradılıb.
Bu barədə Trend-ə özəl açıqlamasında komitə sədri Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, komissiya bununla bağlı araşdırmalar aparır:
"Gələcəkdə bununla bağlı atacağımız addımlar müəyyən olunub. Yaxın günlərdə Nazirlər Kabinetinə müraciət edəcəyik ki, bununla bağlı dövlət vəsaiti ayrılsın. Vəsait ayrılandan sonra Bakı şəhərində məcburi köçkünlərin məskunlaşdığı bütün yataqxanaların elektrik naqilləri yenilənəcək, köhnə və qarışıq çəkilən xətlər təmizlənəcək. Təxminən 1 və ya 2 həftə ərzində prosesə başlanacaq".
Görəsən, bizim nənə və babalarımız ağlına gətirərdimi ki, bəşər tarixinin möcüzələrindən biri sayılan çörək nə vaxtsa sağlamlığın düşməni elan olunacaq.
Son vaxtlarda qlütensiz çörək dəbdəbir. Qənnadı məhsullarından imtina sağlam həyat tərzinə doğru mühüm addım kimi qiymətləndirilir. Minlərlə bloger instaqramda paylaşır ki, çörəkdən imtina etməklə özünə ən böyük yaxşılığı edib.
Onların nəticələri heyrət doğurur: Dəri yaxşılaşır, çəki azalır və bədən enerji ilə dolur. Bəs, görəsən, bütün bunlarda həqiqətlər varmı?
Axar.az Publika.az-a istinadən çörəkdən imtina nəticəsində orqanizmdə baş verən dəyişiklikləri təqdim edir:
Ağ və qara çörək
Çovdar çörəyi və yulaf məhsulları barədə heç bir şübhə yeri yoxdur. Belə bir məhsul bədən üçün faydalıdır. Təəccüblü deyil ki, qara çörək və su ilə dolanan adam uzunömürlü olur. Amma ağ un tamamilə fərqli bir hekayədir. İyirminci əsrdə un unikal şəkildə istehsal olunmağa başladı və keyfiyyəti əhəmiyyətli dərəcədə azaldı. Odur ki, yüksək dərəcəli undan bişmiş ağ çörəkdən imtina etməyi şiddətlə tövsiyə edirlər. Niyə? Açıqlayım.
1-ci səbəb: Faydasız məhsul
Əvvəllər buğda taxılı vitaminlərlə zəngin idi. Amma taxıl emalı prosesində onun bütün qida dəyəri una çevrilməsi ilə yox olur. Ən yüksək dərəcəli un yalnız 30% faydalı maddələrin saxlanmasını təmin edir ki, bu da 2 həftədən sonra aktiv olmur. Unun istifadə müddəti nə qədərdir? 12 ay. Yüksək dərəcəli adlandırılan yararsız ağ tozdan çörək bişirirlər.
2-ci səbəb: Dadı
Ağ çörəyin heç bir dadı olmadığını qəbul edin. Ancaq çoxunu cəlb edən məhz budur. Bu, onunla istifadə edəcəyiniz məhsulların dadını qiymətləndirməyə mane olmur: ət, şorba, pendir. Amma taxıl məhsulları kimi dadını yaxşılaşdırmır da.
3-cü səbəb: Toksinlər
Müasir dünyada buğda böyük miqyasda yetişdirilir. Daha bol və daha sürətli məhsul almaq, müxtəlif gəmirici və göbələklərdən xilas olmaq üçün torpağa pestisidlər və kimyəvi maddələr səpilir. Unun daha bəyaz olması üçün istehsalçılar yuyulma prosesində də eyni maddələrdən istifadə edirlər: benzoil peroksid, sodyum və kalsium pyrosulfate və xlor dioksid. Odur ki, çörəyin hansı undan hazırlandığını həmişə müəyyən etməlisiniz: rəfinə edilmiş, yoxsa təbii. Rəfinə edilmiş un yuxarıda təsvir edilən bütün proseslərdən keçir.
4-cü səbəb: Dəri üzərində qaşınma
Biz nə yeyiksə, oyuq. Əgər un məhsullarından çox istifadə edirsinizsə, bu, əlbəttə ki, ilk növbədə dəriyə təsir edəcək. Dəridə qaşınma, səpki və sızanaq əslində çörəkdə olan qlüten reaksiyasının nəticəsidir. Qlüten praktiki olaraq bədəndən xaric olunmur və bağırsaq divarlarına yapışaraq ona zərər verir. Zamanla bu liflər faydalı maddələrin sovrulma funksiyasını pozur. Odur ki, kosmetoloqa getməzdən əvvəl rasionunuzu bir daha nəzərdən keçirin.
5-ci səbəb: Həzm sistemi problemləri
Qlüten burada yenə "günahkar"dır: bağırsaqdakı hüceyrələrin bütövlüyünü pozur və həzm sistemində bir sıra problemlər meydana çıxır. Taxıl çörəyində insan bədəni üçün vacib elementlər, xüsusilə liflər var. Və yüksək dərəcəli undan alınan məhsullarda, bu elementlərin demək olar ki, heç biri yoxdur. Gündə yalnız 5-6 dilim tam taxıl çörəyi bədəni gündəlik gündəlik liflə təmin edir. Bu lif miqdarını tərəvəz və meyvələrdən almaq istəyirsinizsə, 14 alma, ya da 21 yerkökü və ya 25 pomidor və ya 2,3 kq xiyar yemək lazımdır.
6-cı səbəb: Qocalma prosesini ləngidir
Artıq başa düşdüyünüz kimi, çörəyin bütün tərkibi faydalı maddələrdən məhrumdur. Tərkibində heç bir faydalı maddə olmayan məhsul orqanizmin gəncliyini qoruya bilməz. Odur ki, unu sevənlər adətən yaşlarından daha yaşlı görünürlər.
7-ci səbəb: Asılılıq
Çörək də zərərli maddərli kimi asıllıq yarada bilər. Təsadüfi deyil ki, unu "ağ ölüm" adlandırırlar. Unudulmamalıdır ki, un qanda şəkərin səviyyəsini və nəticə etibarilə insulin hormonlarının ifrazını artırır. Bir dilim qənnadı məhsulu yeməklə qanda şəkərin səviyyəsi sürətlə yuxarı qalxır, ancaq sonra sürətlə aşağı düşür. Nəticədə özünüzü yorğun hiss edirsiniz və yenidən canlı karbonhidratlar yemək istəyirsiniz. Qanda şəkər səviyyəsinin belə bir kəskin sıçrayışı diabetə gətirib çıxara bilər.
8-ci səbəb: Piylənmə və artıq çəki
Sonuncu bənd undan imtina etmək üçün əsaslı səbəb ola bilər. Rasionundan çörəyi çıxaran insanların 70 faizi ilk iki həftədə sürətlə çəki itirir. Ən yüksək dərəcəli 100 qram un yalnız 0.6 qram lif ehtiva edir, bütün qalan tərkib hissəsi ayaqlara, yanlara və qarın ətraflarına yağ şəklində toplanır. Çörəyin qlikemik indeksi şokoladdan daha yüksək göstəriciyə malikdir. Çörək məhsullarının içərisində olan nişasta isə həzm sistemində sürətlə bölünərək qana qlükoza şəklində daxil olur. Bu da o deməkdir ki, az sonra yenidən aclıq hiss edəcəksiniz.
“Habertürk” yazarı Mustafa Bardakçı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışından bir neçə ay öncə son Osmanlı sultanı Vəhidəddinə yazdığı məktubu yayımlayıb.
Kult.az xəbər verir ki, Atatürkün 1920-ci ilin 19 yanvarında ünvanladığı məktubda “Kuvâ-yi Milliye”nin (Milli Qüvvələr) məqsədinin sultanın xilas edilərək bütün İslam dünyasında hakimiyyətini bərqərar etmək olduğu qeyd edilir.
M.K.Atatürk məktubunun orijinal variantını buradan oxuya bilərsiniz.
Görkəmli bəstəkar Fikrət Əmirovun “Sevil” operası əsasında tele-opera çəkilib.
Kult.az xəbər verir ki, layihənin ideya müəllifi “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovdur.
Tamaşada rolları xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Afaq Abbasova, Ramil Qasımov, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əli İbrahimov və Fəhmin Əhmədli ifa ediblər.
R.Qasımov sözügedən layihənin həyata keçirilməsini mədəni sahədə böyük addım olduğunu bildirib: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısı Sərəncam imzalayıb. Bu məqsədlə düşündük ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirov və Cəfər Cabbarlının “Sevil” operasını tele-opera şəkilində çəkib xalqımıza təqdim edək. Bu opera, müxtəlif illərdə bizim sənətkarlarımız tərəfindən ifa olunub. Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı, Mədəniyyət Nazirliyi, Akademik Opera və Balet Teatrının birgə layihəsi kimi reallaşan bu opera yüksək texnoloji avadanlıqla ilk olaraq lentə alınıb, HD formatla çəkilib. İfaçılara gəldikdə düşünürəm ki, tamaşanın dirijoru, Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Eyyub Quliyev öhdəsinə düşən məsuliyyətli və tarixi işin öhdəsindən uğurla gəlib. Tele-operanın quruluşçu rejissoru Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Sevil Hacıyevadır. Qərblə Şərqin sintezi, həmçinin aktyorların fərqli daxili dramaturgiyası tamaşaçılara aydın şəkildə açılır. Fürsətdən istifadə edib, bütün yaradıcı heyətə, bu layihənin gerçəkləşməsində əziyyəti olan əməkdaşlarımıza minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu tele-opera gələcək nəsillərə bir töhfə olacaq”.
![]() ![]() ![]() ![]() |
Axar.az Sağlamolun.az-a istinadən qaraciyərin sağlamlığı üçün çox faydalı olan 3 sadə və əlçatan məhsulu təqdim edir:
1. Bişmiş çuğundur
Çuğundur qaraciyər üçün çox faydalıdır - qaraciyəri təmizləyir, orqanın fəaliyyətini yaxşılaşdırır. Həmçinin çuğundur öd kisəsinin və bağırsaqların da işini sürətləndirir, orqanizmdə pis xolersterinin səviyyəsini aşağı salır ki, bunlar da qaraciyərin sağlamlığı üçün çox vacibdir.
Qaraciyəri sağlam saxlamaq üçün bişmiş çuğundur hər gün masanızda olmalıdır.
2. Sarımsaqlı qatıq
Sarımsaq qaraciyər üçün ən faydalı məhsullardan biridir. Sarımsağın tərkibində olan "metionin" adlı maddə qaraciyərin hüceyrələrini mənfi təsirlərdən qoruyur.
Sarımsaq qaraciyəri təmizləyir, ödün ifrazını artırır, xolesterini aşağı salır.
Süd məhsulları təbii detoksdur. Onlar orqanizmi ziyanlı maddələrdən təmizləyir, həzm proseslərini və bağırsaqların mikroflorasını yaxşılaşdırır, qaraciyərə düşən gərginliyi azaldır.
Gün ərzində 1 kasa sarımsaqlı qatıq yeyin.
3. Limonlu su
Limonlu su orqanizmi və o cümlədən qaraciyəri çox yaxşı təmizləyir, qaraciyərin piylənməsinin qarşısını alır.
Günü 1 stəkan limonlu su ilə başlayın.
Ötən gün Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi 162 saylı məktəbin intihar edən şagirdi Elina Hacıyeva ətrafında baş verənlərə həsr olunub.
Kult.az xəbər verir ki, verilişdə Elinanın ata-anası, həmçinin ekspertlər, media nümayəndələri iştirak ediblər.
Elina haqda ən dəhşətli faktlardan biri də efirdə görüntülənib. Belə ki, özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra xəsarət almasına baxmayaraq, direktorun otağındakı divana uzadılan və təcili tibbi yardım çağırmaq əvəzinə, müxtəlif şəxslərin saatlarla sorğu-sualına tutulan Elina haqda bir qadın “İnşallah ki, sağ qalmaz” deyir.
X.Hidayətqızı bu səsin kimə məxsus olması barədə yayılan söz-söhbətləri hallandırmayaraq, ekspertizanın bu səsin kimliyini araşdırmalı olduğunu qeyd edir.
Xatırladaq ki, veriliş boyu bir sıra xüsusi məqamlardan bəhs olunur. Həmçinin, bu gün mövzunun davam etdiriləcəyi vurğulanıb.
Təzə bişmiş ətirli çörək iştahanı açaraq onu ləngitmədən yeməyə məcbur edir. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu, sağlamlıqla bağlı müəyyən problemlərə gətirib çıxara bilər.
Axar.az Medikforum-a istinadən təzə bişmiş çörəyin hansı fəsadlar törədə biləcəyi barədə məlumatı diqqətinizə çatdırır.
Qida borusu xərçəngi. Ümumilikdə, təkcə təzə bişmiş çörəyi deyil, digər yeməkləri də yüksək temperatur səbəbindən dərhal yemək məsləhət deyil. İsti yemək və içkilər qida borusunda xərçəng şişlərinin əmələgəlmə riskini artırır. Əldə olunan elmi məlumatlarda isti yeməklərə və içkilərə meyil, habelə onların müntəzəm qəbulu həmin riski 8 dəfə artırır.
Mikrofloranın qıcqırması və zədəsi. Qida sahəsi mütəxəssislərinin sözlərinə görə, ağ undan hazırlanan təzə bişmiş çörək isti olmasa belə, mədə-bağırsaq traktının mikroflorasında çörək nişastası ilə qidalanan pis bakteriyaların fəallaşmasına gətirib çıxarır. Bu proses nəticəsində qıcqırma, həmçinin qarında köp və ağrılar, həzm traktında iltihab əmələ gəlir.
Depressiya. Təzə bişmiş yumşaq çörəyə istək ona gətirib çıxarır ki, orqanizm qida dəyəri olmayan, lakin həzm tələb edən bir çox maddələr alır. Nəticədə vacib mineral və vitaminlər orqanizmi tərk edir, yerini doldurma isə baş vermir. Həmin maddələrin çatışmazlığı çox vaxt depressiyanın əmələ gəlməsinə gətirib çıxarır.
Həzm üçün təhlükə. Təzə çörəyi qəbul edən zaman həzm traktında yumaqlar əmələ gəlir. Ekspertlər bildirirlər ki, xəmirin yapışması nəticəsində əmələ gələn bu yumaqlar həzmolunma prosesini ağırlaşdırır, həzm yolundan çətin keçir, mədədə isə həzm fermentlərinin təsirinə təslim olmurlar. Bütün bunlar həzm prosesinin dayanmasına və bağırsaq keçməzliyinə səbəb ola bilər.
Artıq çəki. Həkimlər xəbərdar edirlər ki, təzə bişmiş çörəkdəki maya göbələkləri xüsusən bel nahiyəsində piy yığınlarının əmələ gəlməsinə şərait yaradır. Çörəkdən təkcə az istifadə etmək deyil, həmçinin mayasız və digər sintetik əlavələrsiz tam buğda çörəyinə üstünlük vermək lazımdır.
“Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb.
Bu barədə Axar.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub:
“Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib.
Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb.
Əlavə olaraq bildiririk ki, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb.
Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır”.
İyunun 19-dan 21-dək Bakı şəhərində “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir.
Tarix İnstitutundan Kult.az-a bildirilib ki, konfransın materialları çap olunacaq. Məruzələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və mayın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir.
Məqalələrin həcmi 10 səhifədən artıq olmamalı və elektron variant ameatarixinstitutu@gmail.com e-poçt ünvanına göndərilməlidir.
Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.
Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin bütün xərcləri öz hesablarınadır.
Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar: AMEA-nın əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutu. Tel.: (+994 12) 539 36 15, (+994 50) 327 41 64.
“Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb.
Bu barədə Axar.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub:
“Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib.
Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb.
Əlavə olaraq bildiririk ki, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb.
Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır”.