|
Dərs ilinin başlanmasının ilk günündə paytaxt Bakının bir sıra küçələrində tıxac yaranıb.
Baku Bus-un yaydığı məlumata görə, bu dəqiqələrdə qeyd olunan küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə olunur:
1.Alfred Nobel prospekti (Süleyman Əhmədov küçəsi ilə kəsişmə) - sıxlıq
2.Binəqədi şossesi (şəhər istiqaməti) - sıxlıq
3.Üzeyir Hacıbəyov küçəsi - nisbətən sıxlıq
4.Zərifə Əliyeva küçəsi - nisbətən sıxlıq
5.Azadlıq prospekti - nisbətən sıxlıq
6.Koroğlu Rəhimov küçəsi - sıxlıq
7.Tbilisi prospekti (mərkəz istiqaməti) - sıxlıq
8.Rəşid Behbudov küçəsi - sıxlıq
9. “28 May” küçəsi - sıxlıq
10. Hüseyn Cavid prospekti (20 nömrəli məktəb-lisey istiqaməti) - sıxlıq
11.Parlament prospekti (20 nömrəli məktəb-lisey istiqaməti) - sıxlıq
12.Həsənbəy Zərdabi prospekti (Qələbə dairəsi istiqaməti) - sıxlıq
13.Akademik Həsən Əliyev küçəsi (“ASAN Xidmət”in qarşısı) - sıxlıq
14.Heydər Əliyev prospekti (əsas yol mərkəz istiqaməti) - nisbətən sıxlıq
15.Qara Qarayev prospekti - sıxlıq
16. Aeroport şossesi (“Koroğlu” metrosu istiqaməti) - nisbətən sıxlıq
17.Badamdar şossesi (mərkəz istiqaməti) - sıxlıq
18.Sabunçu-Zabrat yolu (Heydər Əliyev prospekti istiqaməti) - sıxlıq
Bu gün Bakıda dərs ili ilə yanaşı, tıxaclar da başlayıb.
Səhər saatlarından başlayaraq şəhərin daha çox Ziya Bünyadov, Tbilisi və Babək prospektlərində, Yusif Səfərov, Əliyar Əliyev küçələrində və Bakı-Sumqayıt şossesində tıxac müşahidə olunub.
“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov bu səhər Bakıda tıxac olan ərazilərdə olub.
Yollardakı vəziyyəti əks etdirən fotoları təqdim edirik:
Təhsil müəssisələri və ona bitişik yollarda bu gün səhər saat 07:45-dən 08:20-yə qədər sıxlıq qeydə alınıb.
Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, sıxlıq yaşanan ərazilər Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, Azneft dairəsi, Parlament prospekti və.s olub: “Burada yol zolağı üzrə avtomobillər sıx cərgələnib. Demək olmaz ki, bu tıxacdır. Ancaq avtomobillərin hərəkət intensivliyinə təsir göstərib. Amma əməkdaşlarımız təhkim edildikləri ərazidə nizamlayıcı qismində olub və hərəkəti nizamlayıblar.
Saatda 10-20 km sürət qeydə alınıb. Cüzi hadisəylə nəticələnən 4 nəqliyyat hadisəsi baş verib. Bu da süni sıxlığın yaşanmasına gətirib çıxarıb”.
Bəzi yolayrıcılarında nizamlayıcı polisin olmaması və nəticədə sıxlığın yaranmasına gəlincə isə V. Əsədov vurğulayıb ki, bu gün 20 saylı məktəbin yanındakı yolayrıcından canlı yayım edilib: “Bura 4 yolun kəsişməsidir. Elə 4 nəfər əməkdaşımız burada olub. Yolayrıcında bir nizamlayıcı polis olsa onun işarəsi kifayət olmalıdır. Amma bir yolayrıcına 4 əməkdaş yığmışıq ki, konkret hər ayrıca biri göstəriş versin. Hansı ərazidə nizamlayıcı polis yoxdursa, bu his hal kimi qələmə verilməməlidir.
İkincisi, sürücülər yol polisi olmadan da hərəkəti nizamlamalıdır. Hər kəs deyir ki, tələsirəm. Avtobus sürücüsü deyir ki, bir dəqiqə gecikmək onlar üçün cəzadır. Sürücü deyir ki, məktəbə uşaq aparır, buna görə də vaxtında çatmalıdır.
Ona görə də hərəkətdə birinci olmaq istəyi qısa müddətdə süni sıxlığın yaranmasına gətirib çıxarır. XXI əsrdə bütün hərəkət kameralarla tənzimlənib. Belə olan halda yolda niyə yol polisi dayanıb nizamlama aparmalıdır? Sürücülər özləri hərəkətlərini nizamlanmalıdır”.
Bu arada bildirək ki, bu gün səhər saatlarında Zabrat qəsəbəsindən və Azneft dairəsindən şəhərə giriş yol polisi tərəfindən məhdudlaşdırılıb. Sürücülər bu məhdudlaşmanın süni sıxlığın yaranmasına gətirib çıxardığını qeyd edib. Həmin sıxlıqla bağlı videolar da sosial şəbəkədə paylaşılıb. V. Əsədov bununla bağlı məlumatının olmadığını və məsələni araşdıracağını qeyd edib.
Paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək.
Bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, stansiya istismara veriləndən sonra qatarların hərəkətində əsaslı dəyişiklik olacaq: "İlk növbədə, stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Hazırda xətdə qatarlar iki stansiya – "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında hərəkət edir. Ümumi kompleksinin uzunluğu təqribən 370 metr olan 3-cü stansiyadan sonrakı sahədə 193.91 metr uzunluğunda dönmə kamerası inşa olunur. Bu isə stansiya istismara veriləndə qatarların dövrə vuraraq hərəkətini təmin edəcək".
Qurum rəsmisi bildirib ki, hazırda stansiya kompleksinin inşaatında dəmir-beton konstruksiya işləri başa çatdırılıb: "Kommunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib. Stansiyanın yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb. Bundan sonrakı mərhələdə isə quraşdırma işləri başlanacaq".
O əlavə edib ki, stansiyanın uzunluğu 166.98 metr olacaq: "Xəttin digər iki stansiyası kimi B3 də 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub".
B.Məmmədov bildirib ki, stansiyada 2 su anbarının və nasosxanaların, həmçinin havalandırma şaxtasının tikintisi yekunlaşmaq üzrədir: "Daxili havalandırma sisteminin də əsas işləri 40 faiz yerinə yetirilib. Stansiya 3 səviyyədən ibarət olacaq. Fiziki imkanları məhdud sərnişinlər üçün burada da liftlər quraşdırılacaq. Bundan əlavə, 17 eskalator da sərnişinlərin stansiyaya enib-qalxmasına xidmət edəcək. Perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur".
Metropoliten rəsmisi deyib ki, "Memar Əcəmi" stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərdə Bakı Metropoliteni tarixində ilk dəfə məhz bu mənzildə beton yarımşpal quraşdırılacaq:
"Həmin beton yarımşpallar "Bakı Metropoliteni" QSC-nin özündə istehsal olunur və bu şpalların ağac şpalla müqayisədə üstünlüyü çoxdur: ömrü daha uzundur, qulluğu daha asandır, keyfiyyətcə yerli geoloji şəraitə daha uyğundur və s. Hazırda yolların 1300 metrdən artıq hissəsi qoyulub. Qeyd edək ki, yol mənzilinin uzunluğu bir tuneldə 1259 m, digərində 1281 metrdir".
Tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.
Lənkəran şəhərinin mərkəzində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə akademik Zərifə Əliyeva və Mirzə Məhəmmədhüseyn Axund küçələrinin kəsişməsində olub.
"99-BN-445" dövlət qeydiyyat nişanlı yük maşını ilə "55-BM-518" dövlət qeydiyyat nişanlı minik avtomaşınlarının toqquşması nəticəsində biri yüngül olmaqla dörd nəfər xəsarət alıb.
Yaralılardan birinin azyaşlı olduğu bildirilir. Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Ağdaş rayonunda ağır yol qəzası baş verib.
Qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, “Hyundai” markalı minik avtomobili yol kənarındakı kanala aşıb.
Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsiməsinədək olan hissəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə AAYDA və BNA birgə məlumat yayıb.
İşlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən rənglənmə işlərinin aparılmasına mane olmamaları üçün qeyd olunan müddət ərzində prospektdə Dənizkənarı Bulvar boyunca avtonəqliyyat vasitələrini park etməmələri, bundan başqa prospektdə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Bakıda dəmir yolu xəttində ölümlə nəticələnən qəza baş verib. sentyabrın 3-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Biləcəri-Keşlə dəmir yolu xətttinin 265-ci kilometrliyində dəmir yolunun piyadalar üçün keçid müəyyən olunmayan hissəsindən keçmək istəyən Hüseynov Allahverdi Mütəllim oğlu Biləcəri Lokomotiv Deposuna məxsus 25-29 saylı elektrovozla vurulub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Fakta bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.