|
Agentlikdən verilən məlumata görə, Tərtər rayonunda cari ildə 10 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası aparılır. Bu, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 33.5 km olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılıb.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılıb. Bunun üçün təqribən 200 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilir.
Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində paytaxtın ən böyük tunellərindən biri olan Ziya Bünyadov prospektinin “Xutor” dairəsi adlanan ərazidən keçən hissəsində yerləşən çox istiqamətli avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub.
Məqsəd sürücülərin istər gündüz vaxtı tunellərə daxil olarkən, istərsə də sutkanın qaranlıq saatlarında sözügedən tunellərdə hərəkəti zamanı hərəkət hissəsini daha aydın şəkildə görməsinə şərait yaratmaq, yarana biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqla hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Yeni işıqlandırma sistemi avtomobil tunellərinin yan divarları boyunca quraşdırılıb.
Anar Nəcəfli
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:
“Uzunluğu o qədər də böyük olmayan avtomobil tunellərində giriş və çıxış hissələr vizual olaraq göründüyü üçün sürücülərin işıqlı, əsasən də günəşli havadan bu cür tunellərə daxil olarkən görmə məhdudiyyəti yaranmır. Lakin daha uzun avtomobil tunellərində sürücülər belə bir problemlə qarşılaşa bilərlər. Məhz bunu nəzərə alaraq agentliyimiz tərəfindən paytaxtın ən böyük tunellərindən birində əlavə işıqlandırma sistemləri quraşdırıb. Artıq sözügedən ərazidə həm gündüz, həm də sutkanın qaranlıq saatlarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.”
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtonəqliyyat vasitələrinin tunellərdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə mütamadi olaraq işlər aparır. Bu çərçivədə avtomobil tunellərində mövcud işıqlandırma sistemində yaranan problemlər qısa zaman kəsiyində aradan qaldırılır, əlavə işıqlandırma sistemləri qurulur, istiqamətverici və yolgöstərici nişan və yol elementlərinin işıq qayatarıcılığı bərpa olunur.
“Koronavirus (COVID-19) pandemiyasına qarşı alınan tədbirlər çərçivəsində xarici ticarətdə dəmir yolu ilə daşımalara tələb gündən-günə artır. Bu məqsədlə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tutumunu 3 500 ton artırmaq üçün Türkiyə-Gürcüstan sərhəddinin Türkiyə tərəfində yerləşən “Canbaz” stansiyasında konteyner ötürmə sistemi qurulub”.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu “Anadolu” Agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, pandemiya dövründə təhlükəsizliyin yüksək olması səbəbi ilə dəmiryol nəqliyyatı vasitəsi ilə yüklərin nəql edilməsinə tələbat artıb: “Xüsusi ilə Orta Asiya ilə xarici ticarət əlaqələrində BTQ-yə tələbdə artım müşahidə olunur”.
“Bakı-Tbilisi-Qarsa artan tələbi qarşılamaq üçün prezident Rəcəb Tayyib Ərdoğan gündəlik əlavə olaraq 3 500 ton yükün daşına bilməsi üçün göstəriş verib. Prezidentin bu göstərişini bu çətin dövrdə sürətlə yekunlaşdırdıq. “Canbaz” stansiyasındakı konteyner ötürmə sistemini işə saldıq.
Hazırda konteyner ötürmə sistemini istifadə edən ilk qatar Qazaxıstan və Azərbaycandan yüklənən 15 vaqon, 27 konteynerdə 1 200 ton mədən, kənd təsərrüfatı məhsulları və ferro silikon xammalını Mersin, Derince və Dənizliyə aparmaq üçün yola çıxıb”, – deyə A. Karaismailoğlu vurğulayıb.
Nazir qeyd edib ki, bu xətt vasitəsilə bu günə qədər 5 250 konteynerdə 240 min ton ixrac malı, 5 300 konteynerdə isə 280 min ton idxal malı və ya Avropaya tranzit yük daşınıb: “Bu da, BTQ-nin nə qədər əhəmiyyətli bir investisiya layihəsi olduğunu göstərir”.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. /report/
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir. Artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik, həmçinin Şabran rayonunun Gəndov kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissələrində tikinti işləri bitmək üzrədir.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 150 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.
Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Bu yeni yolun 0-30, 30-53.5, 53.5-73.5, 73.5-92 və 92-150-ci km-lik hissələri əhatə edir. Hazırda tikinti işləri yeni magistralın 1-ci (Yaşma-Giləzi) və 5-ci (Gəndov-Samur) hissələri üzrə yekunlaşır, qalan 3 hissə üzrə tikinti işlərinin 2021-ci ilin 1-ci yarısında yekunlaşdırılması planlaşdırılır.
Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilib, yol geyimi aşınma layına qədər tikilib.
Ümumilikdə I hissə üzrə (0-30 km) işlər yekunlaşmaq üzrədir. Belə ki, yeni layihələndirilən yolun sözügedən hissəsində hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb.
Layihənin II (30-53.5 km), III (53.5-73.5 km) və IV (73.5-92 km) hissələri üzrə isə hazırda tikinti işləri davam etdirilir.
Ümumilikdə yeni inşa edilən 92 km-lik yol boyu 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub.
“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin davamı olaraq, M-1 magistralının V hissəsi üzrə (92-150 km) I b texniki dərəcəli, 4 zolaqlı asfalt-beton örtüklü yolun tikintisi də tamamlanmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 16 km qısa olan sözügedən hissənin uzunluğu 58 km-dir.
Ümumilikdə sözügedən hissədə 20 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər bitmək üzrədir.
Yeni magistralın tikintisi yekunlaşan hissələri üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində də addımlar atılır. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 1-i avtonəqliyyat vasitələrinin sürətli, digərləri isə adi qaydada keçidini təmin edəcək. Yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.
Yeni ödənişli avtomagistralın keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir. Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik, həmçinin Şabran rayonunun Gəndov kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissələrində tikinti işləri bitmək üzrədir.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 150 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.
Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Bu yeni yolun 0-30, 30-53.5, 53.5-73.5, 73.5-92 və 92-150-ci km-lik hissələri əhatə edir. Hazırda tikinti işləri yeni magistralın 1-ci (Yaşma-Giləzi) və 5-ci (Gəndov-Samur) hissələri üzrə yekunlaşır, qalan 3 hissə üzrə tikinti işlərinin 2021-ci ilin 1-ci yarısında yekunlaşdırılması planlaşdırılır.
Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilib, yol geyimi aşınma layına qədər tikilib.
Ümumilikdə I hissə üzrə (0-30 km) işlər yekunlaşmaq üzrədir. Belə ki, yeni layihələndirilən yolun sözügedən hissəsində hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb.
Layihənin II (30-53.5 km), III (53.5-73.5 km) və IV (73.5-92 km) hissələri üzrə isə hazırda tikinti işləri davam etdirilir.
Ümumilikdə yeni inşa edilən 92 km-lik yol boyu 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub.
“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin davamı olaraq, M-1 magistralının V hissəsi üzrə (92-150 km) I b texniki dərəcəli, 4 zolaqlı asfalt-beton örtüklü yolun tikintisi də tamamlanmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 16 km qısa olan sözügedən hissənin uzunluğu 58 km-dir.
Ümumilikdə sözügedən hissədə 20 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər bitmək üzrədir.
Yeni magistralın tikintisi yekunlaşan hissələri üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində də addımlar atılır. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 1-i avtonəqliyyat vasitələrinin sürətli, digərləri isə adi qaydada keçidini təmin edəcək. Yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.
Yeni ödənişli avtomagistralın keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.
Bu barədə qurumun məlumatında deyilir
Aparılan auditin nəticələrinə əsasən Azərbaycan paytaxtının hava limanı illik sərnişin axını 5 milyon nəfərədək olan hava limanları arasında ən yaxşı hava limanı seçilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu dörd il ardıcıl olaraq MDB ölkələrinin hava limanları arasında ən yaxşısı seçilib.
COVID-19 koronavirus infeksiyasının yayılması və bütün dünyada beynəlxalq sərnişin daşımalarının dayandırılması ilə əlaqədar bu il "Skytrax World Airport Awards" mərasimi Londondan onlayn rejimdə yayımlanıb.
AZAL prezidenti Cahangir Əsgərov söyləyib: “Hava limanımız növbəti dəfə ən nüfuzlu Skytrax mükafatına layiq görüldüyü üçün hədsiz dərəcədə qürur hissi duyuruq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə diqqəti və daimi qayğısı sayəsində ölkənin mülki aviasiyası sürətlə inkişaf edərək beynəlxalq aləmdə yeni mühüm uğurlar qazanır. Bu gün belə bir yüksək mükafata layiq görülməyimiz hamımız üçün böyük şərəfdir. Əksər uçuşların dayandırılmasına baxmayaraq, əminəm ki, hava əlaqələri yenidən bərpa olunduqdan sonra Bakı hava limanı ən yüksək səviyyədə bütün növ xidmətlər göstərməyə davam edəcəkdir".
"Skytrax" şirkətinin baş icraçı direktoru Edvard Pleysted bildirib: “Heydər Əliyev Beynəlxalq Aeroportu özünü regionun ən yaxşı hava limanı kimi nümayiş etdirməyə davam edir və sərnişinlərə yüksək səviyyədə xidmət göstərir. Sərnişinlərin rahatlığı, geniş çeşidli xidmətlər, eləcə də mükəmməl düşünülmüş dizayn kimi əsas amillər hava limanına bu cür yüksək səviyyəni qoruyub saxlamağa imkan verir".
"Skytrax" tərəfindən aparılan və dünyanın 550 hava limanı arasında sərnişinlərə xidmət səviyyəsini və şəraiti qiymətləndirən yoxlama dünya hava limanları sənayesi üçün keyfiyyət göstəricisi hesab olunur. Aparılan yoxlama və təqdim edilən mükafat hava limanının nəzarəti və ya müdaxiləsindən asılı deyil və, nəticə etibarilə, hava limanının üstünlüyü və keyfiyyətinin obyektiv qiymətləndirilməsini təmin edir. Yoxlama zamanı "Skytrax" şirkəti həmçinin altı ay ərzində 100 ölkədən olan sərnişinlər arasında sorğu aparıb.
Ümumi uzunluğu 39 kilometr olan Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun Ağsu-Qaradağ hissəsi 20,3 kilometr, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozavand, Ağarx, Aratlı Curuğlu, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18,7 kilometr təşkil edir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadığından asfalt-beton örtüyü yararsız vəziyyətə düşmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2020-ci il tarixli, 1761 nömrəli Sərəncamına müvafiq olaraq altı min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış və cari ilin may ayında sözügedən avtomobil yolunun əsaslı şəkildə təmir olunmasına başlanılmışdır.
Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən hissələrində yol yatağının, həmçinin piyada səkilərinin inşa edilməsi, kənarlarına səki daşları düzülməsi üçün hazırlıq işləri görülür. Bunun ardınca yol birləşmələri avtoqreyderlə profilə salınaraq təmir ediləcək, avtomobil yoluna asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaqdır.
Bundan başqa Ağsu-Qaradağ yolunun, həmçinin 9 yaşayış məntəqəsinin giriş yollarında yenidən qurulması layihəsi çərçivəsində yeni avtobus dayanacaqları, məlumatverici lövhələr, yol nişanları və siqnal dirəkləri quraşdırılacaq, yolun üfüqi nişanlanma, yol-cizgi və yolgöstərici xətləri, piyada zolaqları çəkiləcəkdir.
Rayonun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla bu kəndlərin əhalisinin sosial rifah halına müsbət təsir etmiş olacaqdır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir.
Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.
Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilib. Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, imzalanan sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun 17 800 nəfər əhalinin yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədi ilə 7.8 mln.manat ayrılmışdır. Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kv.m-dən çoxdur. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb. Bu Telman Nərimanov, 14 iyul, B.Məmmədkərim, Vahid Xəlilov, Göl, H.B Zərdabi, Yuxarı və Aşağı mədən küçələri, həmçinin göl ətrafı yol, həmçinin I və II köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən 20-ə yaxın dalan, döngə və yollarda da təmir işləri görülüb.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılıb.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.
Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonu Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 17.9 km uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına start verilib.
Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Əmircan qəsəbəsində 6 km uzunluğa malik Üzeyir Hacıbəyov, Qulu Quliyev, Elxan Həsənov, Park, Tahir Bağırov, Vladimir Balandin, Mirzə Fətəli Axundov və malik Mustafayev küçələrində, Hövsan qəsəbəsində isə ümumi uzunluğu 4.9 km olan Oqtay Şabanov, İlqar Əhlimanov, İbiş Məmmədov, Rasim Şahsuvarov, Sahil, Bağça küçələri və Məktəbli küçəsindən qəbirstanlığa gedən yolda, həmçinin 7 km-lik Zığ-Hövsan avtomobil yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Artıq sözügedən layihə çərçivəsində Hövsan qəsəbəsində İbiş Məmmədov küçəsinin təmiri yekunlaşıb, İlqar Əhlimanov və Rasim Şahsuvarov küçələrində, həmçinin Əmircan qəsəbəsində Vladimir Balandin küçələrində isə təmir işləri davam etdirilir.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər ərazilərində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 km uzunluğunda olan 20-yə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.
ATV xəbər verir ki, buna baxmayaraq Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncə şəhər və rayonları ilə bağlı məhdudiyyətlər qalmaqdadır. İndi çoxlarını düşündürən məsələ rayonlararası gediş-gəlişin necə tənzimlənməsi və şəhərdən bölgələrə, eyni zamanda əks istiqamətdə gediş-gəlişin mümkün olub-olmaması məsələsidir. Bu suallara cavab öyrənmişik.
Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Bakı qeydiyyatında olanların digər bölgələrə səfərinə icazə verilmir. Baş Dövlət Yol Polisi İdarəsinin Şöbə rəisi Kamran Əliyev deyir ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə və Lənkəran sakinləri yalnız SMS və iş yerindən arayış əsasında hərəkət edə bilərlər. Bu da rayonlara getmək üçün deyil.
Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran sakinləri öz yaşadığı ərazidə icazə əsasında hərəkət edə bilərlər. Onların digər rayonlara gediş-gəlişinə icazə yoxdur. Məhdudiyyət ləğv olunmuş rayon sakinlərinə yalnız həmin rayonlararası hərəkətə icazə verilir".
Ancaq müəyyən hallarda vətəndaşların Bakıdan rayona eyni zamanda əks istiqamətdə hərəkətinə icazə verilə bilər.
Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Əgər şəxsin daimi qeydiyyat yeri rayondursa, onun iş yeri fəaliyyətə başlayıb, onun məlumatları icazə portalına yerləşərsə, Bakıya gələ bilər. Eləcə də Bakıda olan şəxsin hansısa rayonda iş yeri barədə qərar varsa, məlumatları icazə portalına daxil etməlidir, sonra hərəkətə icazə verilə bilər".
Bundan başqa yalnız 2 halda 8103 nömrəsinə SMS göndərməklə Bakıya gəlmək olar.
Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Rayon xəstəxanasından göndəriş varsa, Bakıda müayinə-müalicə olunmalıdır. Yaxın qohumun dəfnində iştirak üçün 3 indeksindən istifadə edilməldir. 3 indeksindən hansısa yasda, dini rituallarda iştirak üçün deyil, konkret dəfndə iştirak üçün yaxın qohuma icazə verilir".
Qeyd edək ki, ötən sutka ərzində karantin rejiminin pozulmasına görə respublikanın avtomobil yollarında 486 nəfər inzibati məsuliyyətə cəlb edilib. Aprelin 1-dən bu günədək xüsusi karantin rejiminin pozulmasına görə 47 min 963 hərəkət iştirakçısı cərimələnib.