Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və yollarında təmir-tikinti işləri davam etdirilir.

 

Bu çərçivədə Xətai rayonunda 2019-cu ildə sahəsi 221 min kv.m, uzunluğu 18 km olan küçə və yollarda təmir işləri aparılıb. 2020-ci ildə isə sözügedən rayon üzrə 23 km-ə yaxın küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə start verilib. Yenidənqruma işlərinə Məzahir Rüstəmov və İngilab İsmayılov küçələrindən başlanılıb.

 

Küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçələr boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

 

Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 1.4 km, ortalama eni təqribən 10 metr olan Məzahir Rüstəmov küçəsində aparılan yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.

 

Aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur.

 

Bundan başqa küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür. Layihə çərçivəsində küçə boyu xüsusi parkinq yerləri yaradılır, avtobus dayanacaqları qurulur, vətəndaşların küçəni rahat və təhlükəsiz keçməsi üçün piyada keçidlərində xüsusi təhlükəsizlik adacıqları yaradılır.

 

Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənir. Asfaltlanma işləri ümumilikdə təqribən 15 min kv.m sahəni əhatə edəcək.

Anoloji işlər İngilab İsmayılov küçəsində də aparılır. Küçənin uzunluğu 2.9 km, eni isə ortalama təqribən 8 metr təşkil edir.

 

İngilab İsmayılov küçəsində də köhnə asfat beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, bunun əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Növbəti mərhələdə isə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Asfaltlanma işləri təqribən 25 min kv.m sahəni əhatə edəcək.

 

Aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur.

 

Piyadaların rahat gediş-gəlişi üçün küçə boyu şərait yaradılır. Belə ki, yeni piyada səkiləri inşa edilir, mövcud səkilər isə bərpa edilir, kənarlarına yeni səki daşları düzülür.

 

İşlərin sonuncu mərhələsində küçələr boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək.

 

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə investisiya proqramına əsasən cari ildə bərpası nəzərdə tutulan 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.

 
 
Avtomobillə sərnişin daşıma qadağan olunacaq - DYP-dən XƏBƏRDARLIQ
"Avtomobil sahibinin yalnız özünün hərəkətinə icazə verilir"

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən fəaliyyətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq. Yol-xeber.az xəbər verir ki, bunu Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeron ərazisində işləyən şəxslər şəxsi avtomobilindən istifadə etsələr də, onların avtomobilində özlərindən başqa, icazəsi olmayan şəxs aşkarlanarsa cərimələnəcək: "Xüsusi icazəsi olan şəxslər işə gedib-gəlmək üçün şəxsi avtomobilindən o halda istifadə edə bilər ki, həmin avtomobildə işi olmayan başqa şəxsi daşımasın. Yəni avtomobildə onun ailə üzvü və ya küçəyə çıxmağa xüsusi icazəsi olmayan şəxs aşkarlanarsa, bu barədə qanunvericiliyə uyğun tədbir görüləcək. Avtomobil sahibinin yalnız özünün hərəkətinə icazə verilir".

 

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

 
Bakıya giriş-çıxışa nəzarət daha da gücləndirildi  - FOTO - VİDEO
Avtomobillər bir-bir yoxlanılır

Ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir. Vətəndaşlardan bu infeksiyadan həm özlərini, həm də yaxınlarını qorumaq üçün mütləq qaydada xüsusi karantin qaydalarına əməl etmək tələb olunur. Bu məqsədlə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən stasionar postlarda Bakıya giriş-çıxışa nəzarət daha da gücləndirilib. Bu postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər. Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər saxlanılaraq məhkəmələrin qərarı ilə həbs olunurlar.
Həmçinin Bakıya girişə nəzarətin gücləndirilməsi məqsədi ilə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən Novxanı qəsəbəsində əlavə polis postu yaradılıb. Bu postda Sumqayıt şəhərindən paytaxta və əksinə hərəkət edən vətəndaşlara məhdudiyyətlər qoyulur. Mövcud vəziyyət nəzərə alınaraq vətəndaşlar arasında səhhətində nasazlıq hiss edənlər üçün postun ərazisində ehtiyat tədbirlər çərçivəsində xüsusi otaqlar da qurulub. Həmçinin postda xidmət aparan polis və daxili qoşunların hərbi qulluqçularının normal qidalanması və istirahət etməsi üçün də yerlər müəyyən edilib. 
Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər daha da sərtləşdirilib. Qoyulan qaydalara əməl etməyən vətəndaşlara qarşı ciddi cəza tədbirləri həyata keçirilir. 

 

 

 
Zibil atmağa gedərkən SMS-lə icazə alınmalıdır?
Daxili İşlər Nazirliyi vətəndaşların maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması haqda yayılan məlumatlara münasibət bildirib.

Nazirlik rəsmisi Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur:

"Vətəndaşlar maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur. Sadəcə polis əməkdaşları həmin şəxsləri saxlayıb tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur. Tibbi maska taxmayanların cərimələnməməsi o demək deyil ki, vətəndaşlar tibbi maska taxmadan ictimai yerdə gəzə bilər. Biz vətəndaşlardan tələb edirik və bildiririk ki, tibbi maska və əlcəkdən istifadə etmək mütləqdir. Hər kəs karantin rejiminin tələblərinə riayət etməlidir".

E. Zahidov qeyd edib ki, məişət tullantılarını atarkən icazə almaq lazım deyil: "Evdən çıxmağa görə icazə ən yaxındakı marketə getməyə də aiddir və iki saat ərzində geri qayıtmalıdırlar. Amma zibil atmağa gedərkən icazə almağa ehtiyac yoxdur. Vətəndaş zibili atıb geri qayıtmalıdır".

SON DƏQİQƏ: Bu taksi sürücüləri cərimələnəcək
“Taksiyə 2 nəfərdən artıq sərnişin götürən sürücü cərimə ediləcək”.

Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.

Baqişev bildirib ki, taksiyə 4 nəfərin götürülməsi yolverilməzdir: “İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”.

O həmçinin qeyd edib ki, maşınların salonlarının dizenfeksiya edilməsi məsləhət görülür: "Əgər qaydaları pozan şəxs olsa onlar barədə müvafiq tədbirlər görüləcək".

Brifinqdə çıxış edən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli isə əlavə edib ki, bu günə qədər taksi kimi fəaliyyət göstərən 12 minə yaxın nəqliyyat vasitəsi dezinfeksiya olunub.

Sürücülərə xəbər var
İcarə və istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələri ilə sərnişin və yük daşıyanlar daşıyıcı sayılacaq.

Bununla əlaqədar “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik təklif edilir.

 Qüvvədə olan qanuna görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəki daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkardır. Dəyişikliyə əsasən,  avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəki daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla  haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar olacaq.

Daşıyıcı anlayışına yeni yanaşma ilə əlaqədar avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın şərtlərinə də dəyişiklik edilir. İndiyə qədər bu şərtlərdən biri hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət hüququ və ya digər qanuni əsaslarla təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olmasıdır. Dəyişikliyə əsasən, bu şərt yeni redaksiyada verilir. Başqa sözlə, hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, icarə və ya istifadə hüququ ilə təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olması şərt sayılacaq.

Muvafiq olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən lisenziya verən dövlət orqanına mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin ümumi və növlər üzrə sayı haqqında məlumat təqdim etməlidir.

 

İndiyə qədər müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməli idilər. Təklif edilən dəyişikliyə əsasən, bu sıraya Mülki Məcəllənin 861-ci maddəsi əlavə edilir. Beləliklə, müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl Mülki Məcəllənin 861-ci maddəsi,  “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməlidirlər.

Qeyd edək ki, Mülki Məcəllənin 861-ci maddəsinə əsasən, daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

Sürücülərə ŞAD XƏBƏR
Xüsusi karantin rejimində avtomaşınının texniki baxış müddəti bitən sürücülərə güzəşt olunacaq.

Bunu açıqlamasında BDYPİ-nin şöbəri rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisi bildirib ki, avtomaşınının texniki baxış müddəti bitən sürücüləri karantin rejimi vaxtında yollarda quraşdırılan xüsusi texniki avadanlıqlar qeydə almayacaq. Həmin müddətdə sürücülərə güzəşt olunacaq.

Yeni il gecəsi Bakı metrosu 1 saat artıq işləyəcək - Report.az
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir ki, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır.

Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.

Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.

Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə ekspress xətlər üzrə ehtiyat avtobusların buraxılıb.

Bir daha vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər
Bakı, Sumqayıt və Abşeronda nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bir daha xatırladıb ki, küçəyə çıxmaq qadağası varsa, nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyət qoyulacaq.

Bakıda böyük cərimələr başladı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da 26 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə 1 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 428 nəfərə, o cümlədən 98 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

Xəbər lenti