|
Mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin qeydə alındığı Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkəti təhlükəsizliyi səviyyəsi artırılması məqsədi ilə zəruri tədbirlər görülüb. Yol-xeber.az-ın məlumatına görə belə ki, qəza ocağı kimi tanınan kəsişmə Bakı Nəqliyyat Agentliyi mütəxəssisləri tərəfindən müayinə edilib. Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində işlərə başlanılıb. Bu çərçivədə kəsişmədə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub.
“20 Yanvar” dairəsində dəyişiklik edilib. Yol-xeber.az xəbər verir ki, “Şamaxinka” istiqamətindən gələn avtomobillər Zərdabi prospektinə birbaşa daxil ola bilmir. Həmin nəqliyyat vasitələri Müzəffər Həsənov küçəsi ilə qalxmalı və Şərifzadə ilə kəsişmədən geriyə dönərək Zərdabi prospektinə daxil olmalıdırlar. Eyni zamanda Müzəffər Həsənov küçəsindən gələn nəqliyyat vasitələri və avtobuslar məcburi olaraq Zərdabi prospektinə daxil olmalı və geriyə dönmə edərək 20 yanvar dairəsinə getməlidirlər.
Təbii ki, tıxacın qarşısının alınması üçün bu yaxşı addımdır. Lakin iritutumlu avtobuslar Zərdabi prospektində geriyədönməni birfədəyə edə bilmir. Çünki yolun kənarında dayanma-durma qaydalarını pozaraq park etmiş avtomobillər maneə yaradır. Nəticədə ərazidə tıxac yaranır. Yaxşı olardı ki, həmin avtomobillər geriyə dönmə istiqamətindən götürülsün ki, avtobuslar da rahat dönmə edə bilsinlər.
“Qədim İpək yolu”nun üzərində yerləşən respublikamızda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yaradılan müasir yol infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da bu sahədə imkanları artır.
AAYDA-dan Yol-xeber.az-a verilən məlumata əsasən, Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsi müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.
Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.
Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işləri də görülür.
Layihə çərçivəsində 27 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 71 yeraltı keçid, 45 düzbucaqlı su keçidi, 539 suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 85 avtobus dayanacağı quraşdırılacaq. Artıq suötürücü keçid və boruların inşası 38%, yeraltı keçidlər üzrə 36%, yol ötürücü, qovşaq və körpülər üzrə isə 37% işlər yerinən yetirilib. Ümumilikdə isə yol boyu işlərin fiziki tərəqqisi 39% təşkil edir.
Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa layihənin üstünlüyü ondan ibarətdir ki, yolu trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir.
Qeyd edilib ki, layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.
Bu gün Bakı şəhər Dövlət Yol Polis İdarəsi “8 mart” Beynəlxalq qadınlar günü münasibətilə paytaxt ərazisində aksiya keçirib. Avtosfer.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq builki tədbirdə "Bu Şəhərdə"-nin komandası iştirak edib və hədiyyə alan xanım sürücülərlə yanaşı xanım piyadalarda yaddan çıxmayıb. Paytaxtın müxtəlif küçə və prospektlərində keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan xanım sürücülər saxlanılıb, onların sənədləri yoxlanılıb, amma “8 mart” Beynəlxalq qadınlar günü münasibətilə onlara cərimə yazılmayıb. Xanımlar yol polisi və "Bu şəhərdə"nin hədiyyələri ilə təltif edilib. Hədiyyə alan xanım sürücülərin son illər heç bir qayda pozuntusuna yol vermədiyi yoxlanılıb. Onlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı tövsiyələr verilib. Xanım sürücülər yol polisinin bu addımını sevinclə qarşılayıb və təşəkkürlərini bildiriblər.
Eyni zamanda yol hərəkəti qaydalarını pozan piyadalar xanımlar da saxlanılıb, onlara bu cür hərəkətlərin təhlükəli olduğu bildirilib və yol polisinin hədiyyələri verilib. Keçiddən istifadə edən xanımlar da hədiyyəsiz buraxmayıb.
Bu gün Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ənənəvi olaraq hər il yol polisi xanımları təbrik edir. “Bu həm də maarifləndirici bir aksiyadır. Düşünürük ki, xanımları təbrik etməklə yanaşı yol hərəkəti təhlükəsizliyi barədə məlumat vermək əhəmiyyətlidir. Bu il həm də piyada olaraq qaydaları pozan xanımlar saxlanıldı. Eyni zamanda piyada keçidlərindən istifadə edən xanımlar da nümunə olaraq göstərildi. Sözsüz ki, bütün bu maarifləndirmə işləri cəmiyyətimizin yollarda təhlükəsizliyi üçündür.”
Qeyd edək ki, gül buketləri " Ağ çiçəyim", " Gül dünyası" və digər mağazaların hədiyyələridir.
Onu da bildirək ki, hədiyyə verilən xanım piyadalar arasında Avtosfer.az-ın əməkdaşı Gültən Qədirli də olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Bunu Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə çıxışı zamanı bildirib:
"Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq biz bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə Cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib.
Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır".
Sərəncamla iyirmi iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Zəyəm–Düyərli (18 km)–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 7,5 milyon (yeddi milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri uğurla davam etdirilir.
M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidn qurulur. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunub.
Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunur. Buna parallel olaraq yol əsası hazır olan hissələrə ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü də döşənir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası aparılaraq yekunlaşdırılır. Körpülər yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində inşa olunur. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edir.
Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var idi. Bu üzdən müxtəlif diametrlərə malik 106 borunun inşası aparılır ki, bunlardan 12-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçid də tikilir. Suötürücü borularıln və keçidlərin inşası da yekunlaşmaq üzrədir. Bundan başqa Magistral yolun zəruri nöqtələrində 32 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulur.
“M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidənqurulması” layihəsi çərçivəsində magistralın 46-cı km-dən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.
Anoloji tikinti işləri bu yolda da görülür. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsünün inşa bitmək üzrədir.. Körpülər yolun 0.4-cü km-də dəmiryolu, 0.7-ci km-də Əyriçay, 1.4-cü km-də Küncüt çayı, 4.6-cı km-də Sarı Qobu çayı kanalı və 5.2-ci km-də Qarasu çayı üzərində salınır. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Ümumilikdə yollar boyu işlərin tərəqqisi planı üstələyir.
Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal qərb istiqamətindən Mazimçay üzərindən keçməklə Gürcüstün sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur.
Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.
Xatırladaq ki, ötən il sözügedən magistralın 40 km uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdi.
Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısından başlayaraq “Masazır dairəsi”nə qədər olan hissəsində və əks istiqamətdə həyata keçirilən yenidənqurma işləri çərçivəsində hazırda magistral yol üzərində mövcud olan süni təpəciklərin sökülməsi ilə yolun hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilməsi işləri görülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yol-xeber.az-a verilən məlumata görə, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsinin yaradılması nəzərdə tutulur.
Bundan başqa magistral yolun təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsinin yaradılması üçün də hazırlıq işlərinə başlanılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək. Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan “təpəcik” ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayını 4-ə çatdırmaq üçün də işlər aparılır.
Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan “buta şəkilli adacıq” vasitəsi ilə sola dönmə yeri təşkil olunacaq. Bundan başqa Bakı Beynəlxalq Avtovağzal kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq.
Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində “20 Yanvar” metrostansiyanın “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, bundan başqa “20 Yanvar” dairəsinin ölçülərinin dəyişdirilərək “oval” formada, həmçinin keçmiş “velotrek”in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün də işlərə start verilib.
Eyni zamanda, Bakı Dairəvi-1 avtomobil yolu ilə Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyədönmə yerinin (avtovağzal istiqamətinə) yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda “Xırdalan dairəsi” istiqamətində “Masazır dairəsi”nədək yolun, həmçinin “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulur.