|
Bakı metrosu üçün xüsusi karantin rejimi dövründə yeni iş vaxtı müəyyən edilib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.
Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır.
Bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək hərəkətdə olmayacaq. Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, sərnişin sayının azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb:
“Daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.
Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrinə əməl etməyərək, zərurət olmadığı halda belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və virusa yoluxma riskini artırır”.
M.Ağayev onu da əlavə edib ki, mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsinə gətirib çıxara bilər:
“Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami ilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər. Onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC korporativ sosial məsuliyyəti çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.
Yol-xeber.az xəbər ki, qurumdan "Report"a verilən məlumata görə, "ADY Express" şirkəti ölkə başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrıb.
“ADY express” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində vətəndaşları Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC nəqliyyat-logistika sektorunun ayrılmaz bir hissəsi kimi, qlobal pandemiya şəraitində fəaliyyətini davam etdirərək, idxal, ixrac və Azərbaycan ərazisindən keçən tranzit yüklərinin nəqlini həyata keçirir. Şirkətin baş ofisi məsafədən iş rejimi, digər strukturlar isə növbəli iş rejimi şəraitində çalışırlar.
Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürdü.
Yol-xeber.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi koronavirus (Covid-19) infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürüb.
Əməkdaşlar daşıma gəlirlərindən formalaşan aylıq mükafatları hesabına Fonda könüllü şəkildə yardım edib.
“Martın 19-dan bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi, çox sayda insan geri qaytarılıb”.
Yol-xeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin mövcud qərarına baxmayaraq, insanlar qaydalara riayət etmək istəmir:
“Qaydalar qüvvəyə mindiyi gündən bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi geri qaytarılıb. Təkcə ötən sutka ərzində Bakı-Ələt yolunda 814 avtomobil, Bakı-Şamaxı yolunda 182, Bakı-Quba yolunda isə 114 avtomobil geri qaytarılıb.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 19-da, saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub.
Bununla bağlı dəfələrlə media vasitəsilə məlumat verilib. Lakin buna baxmayaraq, insanlar həm öz, həm də ətrafdakı insanların sağlamlıqlarını təhlükə qarşısında qoyacaq addımlar atırlar”.
K.Əliyev onu da bildirib ki, rayon qeydiyyatında olan şəxslərin çoxu yük maşınlarının içərisində paytaxta keçməyə cəhd ediblər:
“Yük maşınlarının (ərzaq məhsulları, kənd təsərrüfatı malları və digər yükləri daşıyan yük maşınları) sürücülərinin harada qeydiyyatda olmasından asılı olmayaraq, onların şəhərə giriş-çıxışına icazə verilir. Lakin onların Bakı, Sumqayıt, Abşeron qeydiyyatında olmayan hər hansı bir şəxsi maşında gətirməsinə icazə yoxdur.
Həmin sürücülərin yanında ikinci sürücü kimi bir şəxsə icazə verilir. O halda ki, onların hər ikisinin həmin yük maşınını idarə etmək üçün müvafiq sənədləri olsun”.