Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və yollarında təmir-tikinti işləri davam etdirilir.

 

Bu çərçivədə Xətai rayonunda 2019-cu ildə sahəsi 221 min kv.m, uzunluğu 18 km olan küçə və yollarda təmir işləri aparılıb. 2020-ci ildə isə sözügedən rayon üzrə 23 km-ə yaxın küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə start verilib. Yenidənqruma işləri Məzahir Rüstəmov küçəsində, həmçinin İngilab İsmayılov küçəsinin 1 km-lik hissəsində aparılaraq yekunlaşdırılıb.

 

Küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçələr boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

 

Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 1.4 km, ortalama eni təqribən 10 metr olan Məzahir Rüstəmov küçəsində aparılan yenidənqurma və bərpa işləri artıq yekunlaşdırılıb. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.

 

Yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.

 

Bundan başqa küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Layihə çərçivəsində küçə boyu xüsusi parkinq yerləri yaradılıb, avtobus dayanacaqları qurulub, vətəndaşların küçəni rahat və təhlükəsiz keçməsi üçün piyada keçidlərində xüsusi təhlükəsizlik adacıqları yaradılıb.

 

Daha sonra küçənin asfaltlanması işləri aparılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənib. Asfaltlanma işləri təqribən 15 min kv.m sahəni əhatə edib.

 

Anoloji işlər İngilab İsmayılov küçəsinin təqribən 1 km-lik hissəsində də aparılıb, qalan hissədə isə davam etdirilir. Küçənin ümumi uzunluğu isə 2.9 km, eni isə ortalama təqribən 8 metr təşkil edir.

 

İngilab İsmayılov küçəsində də köhnə asfat beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, bunun əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Növbəti mərhələdə isə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işləri təqribən 25 min kv.m sahəni əhatə edir.

 

Aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.

 

Piyadaların rahat gediş-gəlişi üçün küçə boyu şərait yaradılır. Belə ki, yeni piyada səkiləri inşa edilir, mövcud səkilər isə bərpa edilir, kənarlarına yeni səki daşları düzülür.

 

İşlərin sonuncu mərhələsində Məzahir Rüstəmov küçəsində, həmçinin İnqilab ismayılov küçəsinin 1 km-lik hissəsində boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkilib.

 

Hazırda İnqilab İsmayılov küçəsinin qalan 1.9 km-lik hissəsində yenidənqurma işləri davam etdirilir. Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə investisiya proqramına əsasən cari ildə bərpası nəzərdə tutulan 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.

 
 


Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Təbii ki, əsas məqsəd hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərən sənaye, turizm və kənd təsərrüfatının inkişafıdır. 

 

Bu layihələr çərçivəsində Ağdaş rayonunda cari ildə Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli marşrutu üzrə 36 km uzunluğa malik bir-neçə istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

 

Qara və çınqqıl örtüklü IV texniki dərəcəli Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olumadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yarandığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla bir müddətdir ki, yenidənqurma işləri start verilib. 

 

Layihəyə uyğun olaraq marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılır. Hazırda yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi işləri aparılır. 

 

Yol boyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq artıq gediş-gəlişdə bundan öncə yaranan problemlər demək olar ki, aradan qaldırılıb. Çünki yol boyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri də görülür. Yolun 200 min kv.m-dən çox sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.  

 

Bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşdüyündən, həmçinin borularda və boru başlıqlarında sınma və çatlama halları yarandığından istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu köhnə boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 321 yerdə müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır, başlıqları dəmir-betonla inşa edilir, həmçinin mövcud 6 metr uzunluğunda suötürücü qurğunun monolit dəmir-betonla təmiri aparılır.

 

Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu zəruri yol nişanı və məlumatverici lövhə, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində yol boyu yaşayan əhali Ağdaş rayon mərkəzinə, həmçinin M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatı inkişaf edəcək.

 
 
20 Yanvar dairəsi söküldü:  Hərəkət necə olacaq? - FOTO
Sürücülər gəldikləri zolaqla hərəkətlərinə davam edə biləcək

20 Yanvar dairəsinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb. Avtosfer.az xəbər verir ki, dairənin həm şəhər istiqaməti, həm də Şamaxinka istiqamətindəki olan hissələri sökülərək genişləndirilib. Əvvəl sürücülər sol zolaqla hərəkət edən zaman dairəyə daxil olarkən sağa manevr edirdilər. Belə olan zaman həm sıxlıq, həm də nəqliyyat vasitələri arasında konflikt yaranırdı. Lakin yeni görülən işlərdən sonra hər iki istiqamətdə sol zolaqla hərəkət edən sürücülər rahat şəkildə gəldikləri zolaqla hərəkətlərinə davam edə biləcək.

 

"Azərbaycan Dəmir Yolları"nın gəliri 11% artıb
2018-ci ilə nisbətən 10,7% çoxdur

2019-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC 299,8 milyon manat gəlir əldə edib.

Yol-xeber.az-ın məlumatına görə "Report" bu barədə hökumətin hesabatına istinadən xəbər verir.

Bu, 2018-ci ilə nisbətən 10,7% çoxdur. 

 

2019-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC üzrə əsas kapitala 1 001,3 milyon manat vəsait yönəldilib.

Həmin vəsatin 653,9 milyon manatı dövlət büdcəsindən ayrılıb.

Avtoxuliqanların nəzərinə:                    Yol polisi sizi hər yerdə izləyir
Elməddin Muradlı: "Gec-tez qanun qarşısında cavab verməli olacaqsınız"

Son günlər ölkədə tətbiq olunan xüsusi karantin rejimindən istifadə etməyə çalışan bəzi sürücülər avtoxuliqanlıq etməyə cəhd göstərir və öz görüntülərini sosial şəbəkələrdə yaymaqla guya "qəhrəmanlıq" nümayiş etdirirlər. Əslində isə onların bir neçəsi artıq yol polisi tərəfindən saxlanılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Bəziləri həbs olunub, bəziləri məhkəmə tərəfindən maddi cərimə ilə cəzalandırıb. Nəqliyyat eksperti Elməddin Muradlı Yol-xeber.az-a bildirib ki, bu gün sürücülər hər cür fürsətden yararlanmağa çalışır və yol hərəkəti qaydalarını pozmaqla  öz  məqsədlərinə  çatmağı düşünürlər. "Bu əməllər heç də həmişə yaxşı nəticə vermir, əksər hallarda yol polisi əməkdaşları onları dərhal saxlayır və inzibati məsuliyyətə cəlb edir."

 

Elməddin Muradlı bildirib ki, yaranmış  vəziyyətlə əlaqədar yollarda avtomobillərin sayı azalıb, bəzi küçə və prospektlər boşalıb hərəkət intensivliyi müşahidə olunmur. "Bəzi sürücülər bundan istifadə etməklə avtoxuliqanlıq etməyə çalışırlar və unudurlar ki, yol polisi karantin postlarında  xidmətə cəlb olunsa da gündəlik iş rejimində davam etdirir. Təhlükəsiz şəhər  kameraları vasitəsilə, eləcə də  patrul avtomobili ilə xidmət aparan yol polisləri onların hərəkətinin qarşısını alır. Son günlər bir neçə belə fakt aşkarlanıb. Bakı şəhər ərazisində avtoxuliqanlığa cəhd göstərən  şəxslərdə aşkar edilərək saxlanılıb. Ekspert deyir ki, belələrinin sayı çox olmasa da təəssüflər olsun ki, bu cür hallar aşkarlanır. "Amma cəzasız qalmırlar . Ona görə tövsiyə edirik ki, yeniyetmələr, gənc sürücülər, avtoxuliqanlığa meylli olan şəxslər bu əməllərindən çəkinsinlər və belə bir fikrə düşməsinlər. Çünki hadisə yerindən yayınsalar belə onsuz da yol polisi onları tapır  və hər biri qanun qarşısında cavab verməli olurlar."

Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR XEBEROXU.AZ - En son xeberler ...


"Bakı metropoliteni" QSC-də yeni xəttin tikintisində əhəmiyyətli hadisələrdən daha biri baş verib.

Qurumun mətbuat xidməti xəbər verir ki, "Bənövşəyi xətt"in “Avtovağzal” stansiyasını şərti adı “Xocəsən” olan elektrik deposu ilə birləşdirən və uzunluğu 1 182 metr olan ikinci tunelin qazıntısı da tamamlanıb.

“Xocəsən” deposuna aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılıb. Çünki tunellərin yerləşdiyi coğrafi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir.

Digər tərəfdən tunellərə yaxın ərazilərdən dövlət əhəmiyyətli dəmiryol xətti, mühüm mühəndis kommunikasiya xətləri inşaat sahəsinin altından keçir.

Bunlar nəzərə alınaraq bütün inşaat dövründə gözlənilməz qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb.

İnşaat dövründə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının xüsusi tələblərinə riayət olunması da diqqətdən kənarda qalmayıb.

Qeyd edilənləri nəzərə alaraq, tunellərin qazıntısı daim xüsusi diqqət mərkəzində olub, işlərə təcrübəsi və peşəkarlığı ilə seçilən inşaatçılar cəlb olunublar.

Nəticədə, inşaat meydançasında xoşagəlməz hadisə qeydə alınmayıb, tunellərin qazıntısı təhlükəsiz şəraitdə aparılıb və itkisiz başa çatdırılaraq, Bakıda metro inşaatının növbəti uğuru kimi tarixdə yerini alacaq.

Bütün çətinliklərə, eləcə də tunelin mürəkkəb konfiqurasiyasına baxmayaraq, markşeyderlərin hesablamaları dəqiq olub.

Beləliklə, sağ tunel kimi, diametri 5,5 olan sol tunelin qazıntısı da müvəffəqiyyətlə tamamlanaraq, ən yüksək dəqiqliklə “Avtovağzal” stansiya tunelinə birləşdirilib.

Qeyd edək ki, 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri 2018-ci ilin aprel ayında başa çatdırılıb.

Xüsusi vurğulamaq lazımdır ki, bu tunellərin qazma işi sipər qurğusu vasitəsilə yerinə yetirilib. "Herrenknecht" və "Robbins" tunelqazma kompleksləri ilə Bakı metropolitenində ən müasir mexaniki qazma üsulunun tətbiqinə 2011-ci ildə "Avtovağzal" stansiyasından başlanılaraq növbəti stansiyaların tikintisində davam etdirilib.

Bu və digər texniki səbəblərdən müasir, mütərəqqi üsuldan depoya aparan yolların inşasında istifadə etmək mümkün olmayıb.

Beləliklə, Bənövşəyi xəttin elektrik deposuna aparan tunellərin inşasında həlledici mərhələ başlanır. İnşaatçılar bundan sonra tunellərin infrastrukturunu, ən əsası, yol yatağını müvafiq qaydalara uyğun hazırlayaraq, yolun üstquruluş elementlərini qurmağa başlayacaqlar. Hazırda sağ tunel boyunca bu işlər tamamlanmaqdadır.

Onu da qeyd edək ki, hər iki tuneldə yollar ağac şpallar deyil, dəmir-beton bloklar üzərində qurulur. Bu bloklar Bakı metropoliteninin özünün istehsal sahəsinin məhsuludur.

Bu da valyutanın ölkə xaricinə çıxarılmasının qarşısını almaqla yanaşı, külli miqdarda vəsaitə qənaətinə, xarici istehsalçılardan asılılığı aradan qaldırmağa, həmçinin ən münasib istismar şərtləri və şəraitinə nail olmağa imkan verir.

Müstəqillik dövründə tikilmiş ilk metro xətti olan Bənövşəyi xəttin 2016-cı il aprelin 19-da “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının istifadəyə verilməsindən sonra xəttin Xocəsən qəsəbəsində yerləşən deposunun özündə də inşaat işləri davam etdirilir.

Metro inşaatının norma və qaydalarına uyğun olaraq istismar olunan hər xəttin öz deposu olmalıdır. Xəttin üçüncü stansiyası istismara verildikdən sonra qatarların bir yoldan digər yola keçərək, dönmə manevri təmin olunacaq

Bununla daha intensiv hərəkət qrafikinin tətbiqi ilə xətdə qatarların sayıda artırılmalıdır. Belə olduqda, qatarların baxış, qulluq və təmir işləri depo şəraitində aparılmalıdır.

“Xocəsən” deposunun inşası 3 mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə qeyd edilən işlərin minimal tələblər səviyyəsində yerinə yetirilməsinə imkan verən qurğu və binalar inşa olunur. Bir sıra xidməti sahələrin yaradılması istiqamətində işlər aparılır.


Koronavirusla mübarizə üçün elan olunmuş karantin dövründə fəaliyyətdə olan strateji sahələrdən biri də dəmir yoludur. Hazırda Azərbaycan Dəmir Yolları QSC beynəlxalq sərnişindaşımanı dayandırsa da, Abşeron ərazisində məhdudlaşdırılmış sərnişindaşımanı, həmçinin, yerli və beynəlxalq yükdaşımaları həyata keçirməkdədir.

Bununla yanaşı ADY koronavirusa qarşı sosial layihələrdə də aktiv şəkildə iştirak edir. ADY rəhbərliyi və kollektivi ölkə Prezidentinin çağırışına uyğun olar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat ianə köçürüb.

ADY İctimaiyyətlə Əlaqələr Katibliyi isə “Biz birlikdə güclüyük” devizinə dəstək məqsədilə sosial çarx hazırlayıb.

Yol-xeber.az həmin video-çarxı təqdim edir:

Video Oynadıcı
 

Koronavirusla mübarizə üçün elan olunmuş karantin dövründə fəaliyyətdə olan strateji sahələrdən biri də dəmir yoludur. Hazırda Azərbaycan Dəmir Yolları QSC beynəlxalq sərnişindaşımanı dayandırsa da, Abşeron ərazisində məhdudlaşdırılmış sərnişindaşımanı, həmçinin, yerli və beynəlxalq yükdaşımaları həyata keçirməkdədir.

Bununla yanaşı ADY koronavirusa qarşı sosial layihələrdə də aktiv şəkildə iştirak edir. ADY rəhbərliyi və kollektivi ölkə Prezidentinin çağırışına uyğun olar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat ianə köçürüb.

ADY İctimaiyyətlə Əlaqələr Katibliyi isə “Biz birlikdə güclüyük” devizinə dəstək məqsədilə sosial çarx hazırlayıb.

Turkustan.info həmin video-çarxı təqdim edir:

Video Oynadıcı
 
 
00:00
 
01:18
 
 
Bakı qeydiyyatlı şəxslər bölgələrdən necə qayıda bilər?                      - DİN-dən AÇIQLAMA
inzibati xəta haqqında protokolun sürəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran digər suallara da aydınlıq gətirib.

Avtosfer.az həmin sual və cavabları təqdim edir:

Hazırda respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qaytarılmalarına icazə verilirmi, verilirsə onlar necə qayıda bilərlər?

 

Respublikanın şəhər və rayonlarına gedən Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər.

Polis əməkdaşı karantin rejiminin pozulması haqqında inzibati protokol tərtib etdikdən sonra onun bir nüsxəsini vətəndaşa təqdim etməlidirmi?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolun sürəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir.

Ev heyvanlarını gəzdirmək üçün icazə necə alınır?

Ərzaq və dərman almaq üçün, habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsi ilə icazəsi olan şəxslər 2 saat müddət ərzində ev heyvanlarını da gəzdirə bilərlər.

Masazır-Novxanı avtomobil yolu yenidən qurulur - FOTO
Yeni asfalt-beton örtüyü 30 min kv.m sahəyə döşənəcək

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yollarda təmir-tikinti işləri davam etdirilir.

Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, bu çərçivədə Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsinin yenidən qurulması işlərinə start verilib. Sözügedən avtomobil yolu uzun müddət istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlmiş, nəqliyyatın hərəkətində çətinliklər yaranmışdır. Yolun səviyyəsi yerin təbii relyefi ilə eyni olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Yolun əsaslı şəkildə bərpa edilməsi ilə sadalanan problemləri aradan qaldırmaq üçün agentlik tərəfindən təxirəsalınmaz işlər görülür.

Təmir-bərpa işləri çərçivəsində qəsəbələrarası yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

 

İlk dəfə olaraq bu yolda yol əsasının yararsız qruntu qazılıb çıxarılaraq daşınması və yararlı qrunt gətirilərək əks dolğu işləri görülmədən bərkidilir. Bunun üçün qruntdan nümunə götürülür, labaratoriyada analiz edilərək tərkibi, rütubətliyi, sıxlığı və yükgötürmə qabiliyyəti örənilir. Bundan sonra tərkibinə uyğun olaraq xüsusi qatqı müəyyənləşdirilir. Daha sonra ərazidə xüsusi mexanizmlər vasitəsi ilə əldə edilən qatqı yol əsasına səpilir və qarışdırılır. Məhz həmin ərazi üçün hazırlanmış xüsusi qrunt texnikalar vasitəsi ilə yayılıb kipləşdirilir.

Yol əsasının bu cür bərkidilərək yükgötürmə qabiliyyətinin artırılması əraziyə əlavə texnikaların və qüvvənin cəlb edilməməsi ilə qənaətə, həmçinin əlavə vaxt itkisinin qarşısını almaqla faydalı iş əmsalının artırılmasına gətirib çıxaracaq.

Masazır-Novxanı yolunda bərpa işlərinin aparıldığı ərazidə yol əsasının yeni üsulla işlənilməsi prosesinin yaxın günlərdə yekunlaşdırılması və ardınca asfaltlanma işlərinə başlanılması nəzərdə tutulur.

Yeni asfalt-beton örtüyü 30 min kv.m sahəyə döşənəcək. Buna paralel olaraq yolun çiyin hissələrinin də xüsusi qrunla bərkidliməsi işləri aparılacaq.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yola üfiqi nişanlanma xətləri çəkiləcək.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

 



Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Avtomobil yolarının yenidən qurulması dövlət siyasətinin əsas prioriteti hesab olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir.

 

Tərtər rayonunda cari ildə 10 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamına əsasən, yenidən qurulması işlərinə start verilib. Bu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 33.5 km olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.

 

Yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolu torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirirdi, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il təmir və tikintisinə ehtiyac olan yolların siyahısına daxil edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulmasına start verilib.

 

Sözügedən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur.

 

Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır.

 

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılır.

 

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün təqribən 200 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidiləcək.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq,  hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.

 

Son dövrlərdə cəbhəyanı yaşayış məntəqələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Belə ki, bu cür yolların yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.

 
 

Xəbər lenti