"Rusiya magistralı ilə sinergiya Bakı-Tbilisi-Qarsın rentabelliliyi ilə bağlı sualları aradan qaldırır"
Trans-Sibir magistarlının dövriyyəsində Çin məhsulları üstünlük təşkil edir

"Trans-Sibir magistralı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin sinergiyası həm Rusiya, həm də Azərbaycan üçün sərfəlidir".

 

Bunu  rusiyalı ekspert İvan Pyatibratov deyib. 

 


"BTQ layihəsinin Rusiya üçün önəmindən danışırıqsa, təbii ki, onun üçün siyasi mənada üstünlüyü ilk sırada dayanır. Bəzi ekspertlər onu “antiRusiya” layihəsi kimi qiymətləndiriblər, çünki dəmir yolu xətti Rusiya ərazisindən keçmirdi, lakin bu infrastruktur Trans-Sibir ekosisteminə daxil olacaq”, - deyə o, qeyd edib. 

 

İ.Pyatibratov qeyd edib ki, Trans-Sibir magistralı ilə BTQ-nin sinergiyası Rusiyanın Yaxın Şərqdə təsirini, eləcə də iki ölkə arasında qarşılıqlı fəaliyyəti gücləndirir: “Ticarət əlaqələri hökumətləri daha çox birləşdirir. Bununla yanaşı, Rusiya BTQ üçün geniş iz ölçülü (reyslər arası məsafə) dəmir yolları tikməyə hazırdır. Bu isə Rusiyanın həmin əməkdaşlıqda real marağını göstərir. Azərbaycan üçün isə Trans-Sibir magistralına inteqrasiya iqtisadi üstünlük verir. Əgər əvvəllər BTQ-nin rentabelli olması yük dövrüyyəsinə görə sual doğururdusa, hazırda bu sual aradan qalxıb. BTQ sərfəlidir və nüfuzludur”.


O vurğulayıb ki, layihədən əvvəlcə Çin məhsullarının Qərbə ixracını həyata keçirmək üçün düşünülüb və artıq öz məqsədi üzrə fəaliyyət göstərəcək: "Trans-Sibir magistarlının dövriyyəsində Çin məhsulları üstünlük təşkil edir. Rusiya 100% prosesi tezləşdirəcək. Yaxın Şərqin əhəmiyyətinin artdığı bir vaxtda Rusiya ilə Azərbaycanın birgə fəaliyyəti çox vacibdir”. 


Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Ölkədaxili qatar biletləri ilə bağlı yenilik
Azərbaycan vətəndaşları ölkədaxili hərəkət edən qatar biletlərini artıq 30 gün qalmış əldə edə biləcəklər.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, sərnişinlərin səyahət planınını daha rahat təyin etmələri üçün ölkədaxili hərəkət edən qatar biletini 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər.

Qeyd edək ki, yeni qayda 23 yanvardan etibarən qüvvədədir.

Yeni Suraxanıda uzunluğu 31.6 km olan küçə və yol təmir olunur - FOTO
14 km uzunluğunda olan 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan problemlərin aradan qaldırılması istiqaməində Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərini davam etdirir.

Azərbaycan Avtəmobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə imzalanan sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun 17 800 nəfər əhalinin yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədi ilə 7.8 mln.manat ayrılıb.

Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda sözügedən rayonun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 180 min kv.m-ə yaxındır.

 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu Telman Nərimanov, 14 iyul, Yuxarı və Aşağı mədən küçələri, həmçinin qəbirstanlıq yolu və I, II və III köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq nəinki sözügedən qəsəbə üzrə, həmçinin Suraxanı rayonunun bütün qəsəbələri üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 km uzunluğunda olan 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.

Ümumilikdə ötən il ərzində Bakı şəhərinin 12 rayonu üzrə 300 km-dən artıq uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 600 min kv.m sahəsində asfaltlanma işləri aparılıb.

 

Dairəvi yolla Yeni Yasamalı birləşdirən daha bir yol çəkilir - FOTO
Tikinti işlərinin yaxın aylar ərzində yekunlaşdırılması planlaşdırılır

Bakı şəhərində nəqliyyat axınına müsbət təsir edəcək, yollarda olan sıxlığı aradan qaldıracaq və vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni avtomobil yolları layihələrinin işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər görülür. Bu tədbirlər çərçivəsində agentlik tərəfindən 2019-cu ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan yeni bağlantı yol tikilərək istifadəyə verildi. 2020-ci ildə də bu çərçivədə Yasamal rayonu ərazisində tikinti işləri aparılır. Avtosfer.az xəbər verir ki, söhbət Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi ilə, daha dəqiqi Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolundan gedir. Tikintisi sürətlə aparılan yeni yolun uzunluğu 1.2 km təşkil edir. Yol 2 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq 700 m-lik ərazidə yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Daha sonra layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsasının salınıb. Bura optimal tərkibli qum-çınqıl qarışığından alt və qum-qırmadaş qarışığından üst layının inşası işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb ki, bu işlər də sürətlə davam etdirilir. Yolun qalan 500 m-lik hissəsində də  mövcud örtüyün sökülərək yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.

Bundan başqa yeni yolu kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.8 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına 3500 p/metr yeni səki daşı düzülür.

 

Yeni yolun inşası ilə Bakı Dairəvi avtomobil yolu ilə Yeni Yasamal yaşayış massivi ilə əlavə olaraq daha bir yeni bağlantısı yaradılacaq. Nəticədə sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olub-çıxması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalacaq. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradacaq.

Bütün işlər AAYDA-nin rəhbərliyinin şəxsi nəzarəti altında yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. İşlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Layihənin sonuncu mərhələsində 4 nöqtədə cibli avtobus dayanacağının yaradılması, yol boyu yol nişanları və göstərici lövhələr quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin işıqlandırma sisteminin yaradılması nəzərdə tutulub.

Yeni yol bağlantısının yaradılması üçün aparılan tikinti işlərinin yaxın aylar ərzində yekunlaşdırılması planlaşdırılır.

 

 

Xırdalanda avtomobil yollarında təmir-tikinti işləri davam etdirilir - FOTO
İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yolları, küçə və prospektlərin təmiri və yenidən qurulması istiqamətində işlərini davam etdirir.

Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təmir-tikinti işləri uğurla icra olunur.

Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, tədbirlərin icrasına ilk olaraq Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektindən başlanılıb. Prospektin uzunluğu 5100 metrdi ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.

 

Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zərui olan yerlərdə yol əsasının yararsızq qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa mümkün ərazilərdə yolun hər iki tərəfi 2 m olmaqla 1000 m uzunluğunda genişləndirilib. Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir. Bu çərçivədə prospektə 1000 p/metr beton səki daşı qoyulub.

Prospektdə işlər “İnşaat norma və standartları”na uyğun şəkildə kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Bu isə gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünəı qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Prezident İlham Əliyevin sərəncamına əsasən, anoloji təmir işləri Xırdalan şəhərinin digər küçələrində də aparılır. İlkin olaraq təmir işlərinə ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində start verilib.

Aparılan kompleks tədbirlər çərçivəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nizami Gəncəvi və Qalubiyyə küçələrinin təmiri artıq yekunlaşdırılıb. Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, eni 10 m, Nizami Gəncəvi küçəsinin uzunluğu 1.6 km, eni isə 12 m təşkil edir. Bu küçələr üzrə asfaltlanmış ərazinin sahəsi 12.5 min kv.m təşkil edir.

Ölkə başçısının sərəncamına əsasən növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22.5 min kv.m-dir.

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Heydər Əliyev prospektində sürət həddi həmişəlik endirildi - FOTO
Sürət həddi 120 km/saatdan 110-a endirildi

Yanvarın 17-dən etibarən Heydər Əliyev prospekti- (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zaqulba və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib. Dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi 110 km/saat müyyən edilib. Yol-xeber.az xəbər verir ki, bununla əlaqədar digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənir. Belə ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Bu gündən sürət hədlərinin endirilməsi təmin olunub.

Qeyd edək ki, indiyədək Heydər Əliyev prospektində sürət həddi 120 km/saat idi.

Bakı Nəqliyyat Agentliyi sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

 

 
Ötən il Azərbaycanda 1 376 km yol tikilib
Onun sözlərinə görə, yol – hər bir dövlətin iqtisadi göstəricisidir.

"2019-cu ilin nəticələrinə görə, Azərbaycanda 1 376 km yol tikilib, təmir olunaraq istifadəyə verilib".

"APA-Economics"in məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, yol – hər bir dövlətin iqtisadi göstəricisidir.

 

"Ötən il ərzində Bakı və ətraf qəsəbələrdə 301 km yol təmir olunub, olmayan yerlərdə yeni yollar çəkilib. Cari ildə də bu işlər davam etdiriləcək", - deyə S. Məmmədov qeyd edib.

Saleh Məmmədov: “Azərbaycanın avtomobil yollarında orta sürət həddi 80 km/saatdır”
Bu günə qədər Bakı və Bakıətrafı kənd və qəsəbələrdə 301 km yol çəkmişik

“SSRİ dövründə Azərbaycanın avtomobil yollarında orta sürət həddi 60 km/saat idi. Hazırda isə bu göstərici 80 km/saatdır”.

Yol-xeber.az “Report”-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdeyib. 

“Yolların keyfiyyətli olması sürətə də təsir edir. Sürət həddinin 10 km/saat artırılması yol üçün əlavə min tonlarla yük deməkdir. Hazırda Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə, MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir. Əgər əvvəllər Mil-Muğan zonasında yaşayanlar yolun keyfiyyətsizliyinə görə Qəbələyə, Zaqatalaya getmək istəmirdilərsə, bu gün isə onlar həvəslə həmin yerlərə istirahətə gedirlər”, - o bildirib. 

 

“Bu günə qədər Bakı və Bakıətrafı kənd və qəsəbələrdə 301 km yol çəkmişik. Bu çox böyük əhəmiyyət kəsb edir. Bu il də bunu nəzərə alacağıq”, - S.Məmmədov əlavə edib. 

“Hamı evini tikib, hasarını çəkib, yol üçün məsafə qalmayıb”
İndiyə kimi qəsəbə və kənddaxili yolların tikintisi ilə birbaşa icra qurumları məşğul idi

Bakıətrafı qəsəbələrdə 2325 km yol çox bərbad vəziyyətdədir”.

Yol-xeber.az “Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. Bildirib ki, Hazırda Bakının qəsəbə və kəndləri arasında 301 km yol yenidən təmir olunub və istifadəyə verilib:

“İndiyə kimi qəsəbə və kənddaxili yolların tikintisi ilə birbaşa icra qurumları məşğul idi. Sakinlərin müraciət və şikayətləri nəzərə alınaraq yolların yenidənqurulması işi bizim quruma verilib.

 

Sözügedən ərazilərdə yeni yaşayış massivləri salınıb, ancaq onlara məlumat verilməyib ki, yolların tikintisi necə aparılacaq. İndi hamı evini tikib, hasarını çəkib, yolun çəkilməsi üçün lazım olan 6 metrlik məsafə qalmayıb. Biz yeni yollar çəkirik, ancaq səth sularını axıtmağa yer tapmırıq. İnsanlar evi tikən zaman şəraitini də düşünməlidir. 2023-cü ilə kimi Bakıətrafı qəsəbə və kəndlərdə bütün yolların yenidən təmir olunması, asfaltmaşma işlərinin yekunlaşması gözlənilir”.

Bakı-Sumqayıt yolundakı tıxacın qarşısı bu yollarla alınacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, Bakı-Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün dairəvi yoldan Yeni Yasamal massivinə yol salınması nəzərdə tutulub.

"Ölkə.Az" xəbər verir ki, bu sözləri Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. 

"Bakıdan Sumqayıta qədər olan 28 km yol 2008-ci ildən etibarən genişlənməyə başlanıb, 2011-ci ildə istifadəyə verilib. Həmin dövlərdə yol 7-10 min avtomobilin hərəkətinə uyğun nəzərdə tutulmuşdu. Amma son dövrlərdə Sumqayıt şəhərində tikilmiş sənayə parkları, yeni müəssilələr, ali təhsil ocaqları və sair qurumlar şəhərə əhali axınını çoxaldıb.

Gün ərzində Bakıdan Sumqayıta 12-14 min, Sumqayıtdan Bakıya isə 10-12 min avtomobil hərəkət edir. Bunu nəzərə alaraq yolun genişləndirilməsi üçün göstəriş verilib",-deyə Saleh Məmmədov vurğulayıb.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri əlavə edib ki, mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur: "Artıq işlərə başlanılıb. Yolun genişləndirilməsinə mane olan yaşıllıqlar başqa əraziyə köçürülüb. Yeraltı süni qurğuların köçürülməsi də aparılır. Mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur.

Burada iqlim şəraiti də rol oynayır. İqlim imkan varsa vaxtında işi təhvil veriləcək. Sumqayıtdan gələn axının Bakı Beynəlxalq Avtovağzalının arxasındakı yolu Alatava istiqamətinə davam etdiriləcək və ikizolaqlı yeraltı tunel salınacaq.

Digər variant isə dairəvi yoldan Yeni Yasamal massivinə yol salınması nəzərdə tutulub. Bununla "butulka effektinin" qarşısının almaq mümkün olacaq. Bakı-Sumqayıt yolunun qiyməti hər kilometr üçün 778 min manat hesablanıb. Hazırda isə 7-8 km hissədə genişləndirmə nəzərdə tutulur".

Xəbər lenti