|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıdakı danışıqları iki gün davam edəcək.
Bu barədə APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verib.
Qeyd edək ki, hazırda XİN rəhbərlərinin görüşü davam edir.
***
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir.
“Report” xəbər verir ki, C.Bayramov və A.Mirzoyan danışıqlar aparmaq üçün Almatıdakı Dostluq Evinə gəliblər.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.
Daha sonra onlar mətbuata bəyanatlarla çıxış edəcəklər.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb, onu Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar və s. müxtəlif sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər:
"Ceyhun Bayramov həmsöhbətinə münaqişədən sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və mövqeyi barədə məlumat verib".
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.
Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, yolboyu inşa edilmiş birinci tunelin açılışında iştirak edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.
Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Ermənistanda Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya proseslərinə etiraz olaraq aksiya mayın 9-dan etibarən yeni bir mərəhələyə qədəm qoyub. Qazaxın Xeyrimli kəndində erməni kilsəsinin rəhbərliyi ilə başladılan etiraz aksiyası dünəndən İrəvanın mərkəzi meydanında hökumətin istefası tələbi ilə davam etdirilməkdədir. Bu aksiyalara əvvəlkindən fərqli olaraq erməni kilsəsi rəhbərlik edir və aksiyanın aparıcısı arxiyepiskop Baqrat Qalstanyandır.
Təbii ki, bu aksiyanın arxa planında bölgədə sülhə əngəl yaratmaq istəyən kilsə ilə yanaşı, ölkə daxilində hələ də revanşist planlarından əl çəkməyən qüvvələrlə bərabər bəzi xarici qüvvələr və ölkələr var. Kilsə erməni cəmiyyətində ciddi təsirə malik olsa da, bu prosesdə sadəcə olaraq kütləviliyi təmin etmək və bütün gücləri hakimiyyətə qarşı təzyiqi təmin etmək üçün bir vasitədir.
Kilsənin bu proseslərdə canfəşanlığının digər bir səbəbi də Paşinyan hakimiyyəti ilə düşmən mövqedə olmasıdır. Çünki Paşinyan komandası erməni kilsəsinin dövlət idarəçiliyinə müdaxiləsini məhdudlaşdırması kilsə tərəfindən kəskin əks reaksiya ilə qarşılandığından indi bunun əvəzini mövcud hakimiyyətdən qisas almaqla öz əvvəlki mövqelərini bərpa etməyə çalışır.
Aksiya iştirakçıları hökumətin istefasını tələb etsə də, indiki mərhələdə aksiya təşkilatçılarının əsas hədəfi Paşinyan hakimiyyətinə təzyiq etmək üçün İrəvan mərkəzinə bacardıqca maksimum etirazçı qüvvəsi toplamaq və bunun davamlılığını təmin etməkdir.
Müxalifətin Paşinyan hakimiyyətini siyasi yolla istefaya göndərməsinin bir neçə yolu var:
- növbədəkənar seçkilərin keçirilməsinə vadar etmək
- parlamentdə lazımi səs toplayıb hökumətə etimadsızlıq göstərmək yolu ilə istefaya məcbur etmək
- lazımi güc olduqda zorakı metdolara əl atmaq
- hərbi gücdən də faydlanmaq yolu ilə Paşinyan hökumətini istefaya yollamaq.
Paşinyan hakimiyyətini növbədənkənar seçkilərə vadar etmək üçün müxalifət meydana həddindən artıq güc toplamalı və onun inkişaf tempini bir müddət qoruyub saxlamağı bacarmalıdır. Bununla yanaşı siyasi təzyiq mexanizmlərindən faydalanmalıdır. Təbii ki, xarici güclər, xüsusən diaspora, İran, Rusiya və digərləri hakimiyyətə təzyiq imkanlarından faydalanaraq daxildəki qüvvələrə dəstək verəcəklər. Qeyd edilən qüvvələrə aksiyanın izdihamlılığını təmin etmək üçün maliyyə dəstəyi ilə yanaşı, daxildəki resursları ilə yardım edəcəklər. Bu, qarşıdakı günlərdən aksiyanın davam etmə tendensiyasından asılı olacaq.
İkincisi, parlamentdə hökumətə etimadsızlıq yolu ilə Paşinyan hakimiyyətini yola salmaq qeyri-real görünür. Çünki bunun üçün müxalifətin parlamentdə yetəri gücü yoxdur. Hazırkı vəziyyətdə 105 yerlik parlamentdə cəmi 33 təmsilçisi var. Hökumətə etimadsızlıq nümayiş etdirmək üçünsə, ən azı müxalifətin 53 səsə ehtiyacı var. Buna nail olmaq üçün Paşinyan komandasından 20 deputatın müxalifət cərgəsinə keçməsi və onların tələbini dəstəkləməsi qeyri-realdır. 5-10 səsə ehtiyac olsaydı bəlkə bunu etmək olardı, amma ən azı 20 deputatın səsini qazanmaq qeyri-mümkündür. Həmin deputatların da sonrakı mərhələdə marağını təmin etmək mümkün deyil. Odur ki, Ermənistan müxalifətinin hökumətə etimadsızlıq yolu ilə Paşinyanı istefaya yollaması perspektivi yoxdur.
Digər yollar isə siyasi və hərbi zorakılıq metodundan istifadə etməklə hakimiyyətə gəlməkdir ki, bu da başlanan aksiyanın gələcək günlərdəki inkişaf tendensiyasından asılı olacaq.
Onu da unutmaq lazım deyil ki, Paşinyan hakimiyyəti və ona dəstək verən Qərb ölkələri də sakitcə prosesi izləməycək. Onlar da Ermənistandakı maraqlarını qorumaq üçün adekvat addımlar atmalı olacaqlar. Hazırda Qərb ölkələrinin yetəri səviyyədə kəşfiyyat orqanları ilə yanaşı digər institutları Ermənistanda çalışır. Paşinyan və onu dəstəkləyənlər hansısa formada aksiyanın dinamikliyinin qarışısını almaq üçün hansısa taktikalardan istifadə edəcəklər.
Başqa bir məqam isə ondan ibarətdir ki, meydana toplaşan qüvvələrin daxilində uğur əldə edəcəkləri təqdirdə kimin baş nazir olması məsələsi fikir ayrılığına səbəb ola bilər. Çünki ortada tərəfləri razı sala biləcək real namizəd yoxdur.
Bütün bu və digər amillər onu deməyə əsas verir ki, aksiya təşkilatçıları qarşılarına qoyduqları hədəflərə nail ola bilməyəcəklər. Amma bununla belə onlar ölkənin siyasi səhnəsində ömürlərini uzatmağa və varlıqlarını qoruyub saxlamağa çalışacaqlar.
Onu da qeyd etmək yerinə düşər ki, aksiyadan Paşinyan da öz maraqları üçün maksimum faydalanmağa çalışacaq. Bu aksiya bir neçə məqamda Paşinyanın marağına xidmət edir.
Birincisi, Qərbdəki dəstəkçilərinin daha çox hərtərəfli dəstəyinə nail olmaq baxımdan;
İkincisi, Azərbaycanla sülh danışıqlarında, o cümlədən sərhəddəki demarkasiya və delimitasiya prosesində öz əlini gücləndirmək baxımdan. Amma istənilən halda bu aksiyalar Ermənistanı uğura deyil, daha pis dalana dirəyəcək. Çünki bu aksiya bölgədəki maraqlı güclər arasındakı toqquşmanı daha da kəskinləşdirəcək. Bununla da İrəvan geosiyasi güclərin açıq toqquşma məkanına çevrilə bilər ki, bu da Ermənistanın gələcək taleyini sual altına salar.
Onu unutmaq lazım deyil ki, bəzi güclər Cənubi Qafqazda sülhün deyil, gərginliyin davam etməsində maraqlı olduğundan geosiyasi toqquşmanın açıq müstəviyə keçməsində maraqlıdırlar. Bu da bütövlükdə bölgə üçün təhdiddir.
Bakı və Ankara İrəvanda baş verən prosesləri izləyir və onlar Ermənistandakı hadisələrin təhlükəli həddə çatmasına nə göz yumacaq, nə də proseslərə biganə yanaşacaq.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad edib.
Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib.
Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Müasir dövlətçiliyimizin qurucusu, ölkəmizin inkişaf strategiyasının banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə müstəqil Azərbaycanın inkişaf və rifahı naminə misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik", - paylaşımda bildirilib.