Fürsətdir... ələ düşüb... - Ekspert danışır...Paşinyan bugünkü mətbuat konfansında bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər.
Baş nazirin sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır. O, qeyd edib ki, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.
Ermənistan Baş naziri həmçinin iki ölkə XİN başçısının mayın 10-da Almatıda keçiriləcək görüşünün yekunlarına dair irəliləyişə ümid edir.

Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlaması zamanı bildirib ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması son iki ildir ki, gündəmdədir:
"Lakin regionda sülhü istəməyən, sabitliyi və təhlükəsizliyi gözü götürməyən qüvvələrin Ermənistana təsiri və Ermənistanında məsələyə qeyri-konstruktiv yanaşması nəticəsində iki ölkə arasında sülh müqaviləsi imzalana bilməyib. Arzu edirik ki, bu il ərzində bu cür təxribatlar və xoşagəlməz hallar yaşanmaz və sülh müqaviləsi imzalamaq mümkün olar. Bu ilin noyabr ayı həm ölkəmiz, həm də dünya üçün mühüm bir aydır. Çünki noyabr ayında ölkəmizdə COP29 tədbiri keçiriləcək. Çox istərdim ki, noyabr ayına qədər rəsmi Bakı və İrəvan arasında həll olunmağı gözləyən bütün məsələlər həll olunsun".

Analitik əlavə edib ki, may ayının 10-da Almatıda keçiriləcək Azərbaycan və Ermənistan XİN rəhbərləri arasındakı görüş tərəflər arasında sülhün imzalanmasında böyük rol oynaya bilər:
"Hazırda iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün tarixi fürsət var. Ermənistanın verəcəyi qərar regionunun gələcəyini həll edəcək".
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?Azərbaycan və Ermənistan arasında sülh sazişi noyabr ayına – COP29 tədbirinə qədər imzalana bilər.
Bu fikri ilk dəfə Böyük Britaniyanın baş naziri Rişi Sunak dilə gətirib. Daha sonra Bakıda bunun mümkünlüyü haqda açıqlamalar oldu. Prezident İlham Əliyev COP29-la bağlı ADA-da keçirilən beynəlxalq forumda bildirdi ki, “COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır”.
Və nəhayət, Nikol Paşinyan bu gün bəyan etdi ki, “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər”.
Noyabr ayına qədər sülh sazişinin imzalanması mümkündürmü?
Tərəflər arasında fikir ayrılıqlarını nəzərə alanda bu, çətin görünür.
- Kommunikasiyanın hansı prinsiplə açılması “həlledilməz” məsələ olaraq qalır: rəsmi Bakı Naxçıvana maneəsiz çıxış üçün ən azı “Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsini istəyir, İrəvan bundan da imtina edir;
- Qazax-Tavuş sərhədində demarkasiya ilə bağlı razılaşma olsa da, sərhədin digər hissəsinin müəyyənləşməsində yanaşma fərqlidir: Bakı haqlı olaraq, İrəvanın Alma-Ata bəyannaməsinin əsas götürülməsi istəyini qəbul etmir;
- Ermənistanın ərazi iddialarının əks olunduğu mövcud konstitusiyası da sülh sazişinin önündə əngəllərdən biridir. Əliyev konstitusiya dəyişikliyinin sülh sazişi üçün cari tələb olduğunu bəyan edib.
Bu kontekstdə noyabra qədər tərəflərin fikir ayrılığını həll etməsi çətin görünür. Həmçinin, Ermənistanın daxili siyasi vəziyyəti hakimiyyətin konstitusiyanı dəyişdirmək istəklərinin önün kəsə bilər.
Hərçənd, hər iki tərəfdə siyasi iradənin nümayiş etdirilməsi diqqəti fərqli ssenariyə yönəldir: COP29-a qədər Bakı və İrəvan arasında yekun sülh sazişi yox, sülh sazişinə dair niyyət protokolu, yaxud çərçivə sazişi imzalana bilər. İstisna deyil ki, bu sənəddə həm də yekun sazişdə əks olunacaq məsələlər daxil edilsin.
Ermənistan konstitusiyası həmin vaxta qədər dəyişdirilməsə, “normativ hüquqi aktlarda ərazi iddialarının ləğv edilməsi” tələbi maddələrdən biri ola bilər. Bu, Bakının istəyidir. İrəvan isə sənədə sərhədin Alma-Ata bəyannaməsinə uyğun müəyyənləşməsi prinsipinin daxil edilməsinə çalışacaq, lakin Azərbaycanın bunu qəbul etməyəcəyi, delimitasiyanın sonraya saxlanılması üzərində israr edəcəyi gözləniləndir. Tərəflərin sərhədlə bağlı ortaq mövqe tapması çətin görünür, lakin bu məsələni sənədə “19 aprel razılaşmasına sadiqlik” qeydini daxil etməklə kənara qoymaq da mümkündür. 19 aprel razılaşması Ermənistana Alma-Ata bəyannaməsinə istinad imkanı verirsə, Azərbaycana da yeni prinsiplərin irəli sürülməsi imkanı verir. Beləliklə, ziddiyyətli məqamları sonraya saxlamaqla noyabr ayına qədər sülh sazişinə dair sənədin imzalanması mümkün variantlardandır.

Asif Nərimanlı
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək

Yaxın günlərdə Azərbaycan və İranın ən böyük ortaq layihəsi olan Araz çayı üzərində Xudafərin yaxınlığındakı “Qız Qalası” su bəndi istifadəyə veriləcək.

“Mehr” xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin regional su şirkətinin rəhbəri Yusif Qafarzadə məlumat verib.

Onun sözlərinə görə, ölkənin şimal-qərbində ən mühüm layihə olan bənddə tikinti işləri başa çatıb və yaxın günlərdə İran Prezidenti İbrahim Rəisi və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olacaq.

Qafarzadə bildirib ki, bu nəhəng su layihəsinin fəaliyyətə başlaması nəinki aşağı axar torpaqları su ilə təmin edəcək, həm də bölgənin iqtisadi inkişafına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşmasına və rayonda turizmin inkişafına səbəb olacaq.

Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRHErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh və ya çərçivə sazişinin noyabra qədər imzalanması mümkünlüyünü səsləndirməklə həmin ayda Bakıda iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransda iştirakına işarə edib. Bu mümkündür. Noyabra qədər saziş imzalanarsa bu Bakıdakı tədbirin əhəmiyyətini artıracaq. Ancaq buna qədər Nikol Paşinyan erməni radikalları və kilsə ilə mübarizəsini davam etdirməli və özünün bugünkü mətbuat konfransıda dediyi kimi ölkəsinin Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini sona çatdırmalıdır. Aydındır ki, Nikol Paşinyan iki qonşusu ilə sülhə nail olarsa belə, daşnaklar, Qarabağ klanının üzvləri, separatçılar və keşişlər Azərbaycana və türk dünyasına qarşı düşməçilikdən əl çəkməyəcəklər. Önəmli olan erməni cəmiyyətinin əksər hissəsinin Nikol Paşinyanın siyasətini dəstəyi davam etdirməsidir. Sülhdən sonra Ermənistanın Azərbaycanın və Türkiyənin iştirakçısı olduğu regional layihələrə qatılması bu ölkəni anti-türk mərkəzlərdən daha da uzaqlaşmasına şərait yaradacaq. Bunu Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı adlandırmaq mümkün olacaq. Bizə də elə bu lazımdır.

Elxan Şahinoğlu
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib.

Mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə geniş tərkibdə görüşü başlayıb.

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıbMayın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə geniş tərkibdə görüşü başlayıb.
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü başlayıb.

Bu barədə "Report"un əməkdaşı xəbər verir.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.

Bu barədə “Anadolu” məlumat yayıb.

Görüş Ankaradakı Prezident iqamətgahında baş tutacaq.

Qeyd edək ki, Ə.Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib. O, bu gün Ankarada Türkiyə-Azərbaycan Biznes Forumunda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycanın Baş nazirinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla da görüşü olacaq.

ABŞ noyabrda erməni faktorunu

Ermənistan Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün hələlik aktual olan son şansından istifadə etmək məcburiyyətindədir... Əks halda, bir neçə aydan sonra Azərbaycan üçün bu məsələ ümumiyyətlə, öz real əhəmiyyətini itirə, rəsmi Bakı geopolitik şərtləri daha da sərtləşdirə bilər...
Cənubi Qafqaz uğrunda mübarizədə situasiya tədricən yekun mərhələyə yaxınlaşır. Dünya nəhənglərinin Cənubi Qafqaz planlarında ciddi problemlərin olduğu da müşahidə olunur. Hər halda, nə ABŞ və Qərb, nə də Rusiya bu regionla bağlı strateji hədəflərinə yaxınlaşa bilməyib. Və bu, onu göstərir ki, Cənubi Qafqaz artıq fərqli geopolitik İradənin nəzarəti altındadır.

Məsələ ondadır ki, indi Cənubi Qafqazda yalnız Azərbaycanın geopolitik iradəsi və diqtə etdiyi şərtlər keçərlidir. Ona görə də, dünya nəhəngləri rəsmi Bakının geopolitik iradəsi ilə barışmaq məcburiyyətində qalıblar. İndi məhz Azərbaycanın mövqeyi ilə hesablaşırlar, rəsmi Bakı ilə anlaşmağa çalışırlar. Və bu, Azərbaycanın beynəlxalq imicini gücləndirən əsas strateji faktor sayıla bilər.

Maraqlıdır ki, son dövrlərdə rəsmi Bakı intensiv siyasi manevrlər etməyi bacardı. Kreml ilə anlayaraq, çox qəliz bir problemi həll etdi, Rusiya sülhməramlı qüvvələrini Azərbaycan ərazisindən çıxartdı. Buna qədər isə ermənipərəst Fransa Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdən kənarlaşdırılmışdı. Eyni zamanda, ABŞ və Avropa Birliyinin Brüssel təxribatı boşa çıxarılmışdı. Və rəsmi Bakının sərt, prinsipial müqaviməti Qərbi Azərbaycanın maraqlarına həssas yanaşmaq məcburiyyətində buraxmışdı.

bdc8a33a9e5e5d4d52412ab666a4046f.jpg (73 KB)

Təbii ki, Azərbaycanın bu önəmli siyasi-diplomatik zəfəri indi artıq regional proseslərin istiqamətlərinə və nəticələrinə də təsir göstərməyə başlayıb. Belə ki, rəsmi İrəvan daha ABŞ və Qərbin verdiyi vədlərə əvvəlki kimi o qədər də güvənmir. Hər halda, Paşinyan hakimiyyəti ABŞ və Qərbin Azərbaycana təsir və təzyiq mexanizmlərinin olmadığını dəqiqləşdirməyə imkan tapıb. Rəsmi İrəvan Qərbin Azərbaycana qarşı effektiv təsirə malik olmadığından artıq əmindir.

Ona görə də, Paşinyan hakimiyyəti indi Azərbaycanla mövcud problemləri rəsmi Bakı ilə birbaşa təmaslar sayəsində həll etməkdən başqa çıxış yolunun qalmadığı qənaətindədir. Üstəlik, indi rəsmi İrəvan mümkün qədər tələsmək məcburiyyətində də qalıb. Halbuki, son vaxtlara qədər Qərbə böyük ümidlər bəsləyən Ermənistan israrla sülh prosesindən yayınmaqla, zaman qazanmağa cəhd göstərirdi. Və bunun mümkün olmadığını, əksinə, indi sülh prosesindən yayınmağın qazanılmış deyil, itirilmiş zaman kateqoriyasına aid oldunğunu anlamağa başlayıb.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Azərbaycanla sərhədlərin delimitasiya prosesini hazırda Ermənistanın təhlükəsizliyi üçün ən ciddi təminat hesab edir. Ona görə də, Azərbaycanın tələb etdiyi 8 kəndin dördünü artıq qaytarıb. Üstəlik, rəsmi İrəvan bu prosesin Ermənistan daxilində xaos yaratdığı bir şəraitdə belə, yeganə çıxış yolu olduğunu anlayır. Paşinyan hakimiyyəti daxili müqavimətə baxmayaraq, bu istiqamətdə davam etdirilməsində də maraqlıdır.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyan daxili təzyiqlər qarşısında geri çəkilmək niyyətində olmadığını da qətiyyən gizlətmir. Erməni baş nazir heç bir halda, istefa verməyəcəyini açıq şəkildə bəyan edir. Onun fikrincə, vaxtilə istefa verərək, yenidən baş nazir seçildiyi üçün indi bunu təkrarlamaq qeyri-ciddi qərar olardı. Baş nazir Nikol Paşinyan vurğulayıb ki, indi istefa deyil, məhz Ermənistanı xilas etmək barədə düşünmək vaxtıdır. Və Ermənistanın ətrafında yaranmış situasiyanın qəlizləşməsi belə bir təhlükəni daha da aktuallaşdırır.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Üstəlik, indi Ermənistan müəyyən mənada, seytnot vəziyyətinə düşmüş kimi də görünür. Belə ki, rəsmi İrəvan Bayden administrasiyasının hazırda Ermənistana verdiyi siyasi dəstəyin yalnız geopolitik maraqlardan deyil, həm də seçki hədəflərindən qaynaqlandığını nəzərə almaq məcburiyyətindədir. Çünki Bayden administrasiyasına ABŞ-dakı erməni diasporunun seçici səsləri lazımdır. Və seçkilərdən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətinə yenidən düzəlişlər edilə biləcəyi qətiyyən istisna deyil.

Xüsusilə də, Bayden administrasiyası məğlub olarsa, keçmiş prezident Donald Tramp seçkilərdə qalib gələrsə, noyabrın 5-dən sonra ABŞ Ermənistanı ümumiyyətlə, taleyin ümidinə buraxa bilər. ABŞ-ın tərk etdiyi Ermənistana digər Qərb siyasi dairələrinin, o cümlədən də, Avropa Birliyinin sahib çıxacağına ümid bəsləmək isə yumşaq desək, sadəlövhlük olardı. Və bu səbəbdən də, rəsmi İrəvan Azərbaycanla münasibətlərini normallaşdırılması sayəsində Ermənistanın Cənubi Qafqazdakı gələcək taleyini təmin etmək barədə düşünməlidir.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin təmsilçiləri son vaxtlar yenidən yekun sülh sazişinin imzalanmasının vacibliyi barədə danışmağa başlayıblar. Ermənistan parlamentinin spikeri Alen Simonyan hətta sülh sazişi üzərində müzakirələrin pozitiv xarakter daşıdığını bildirib. Onun fikrincə, yaxın vaxtlarda yekun sülh sazişinin imzalanması tamamilə mümkündür. Erməni spiker hətta sülh sazişinin maddələri ilə bağlı Azərbaycan və Ermənistan arasında elə də ciddi fikir ayrılıqları mövcud deyil. Və bu, o deməkdir ki, rəsmi İrəvan hazırda yekun sülh sazişinin imzalanmasına can atır.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan yekun sülh sazişinin imzalana biləcəyi zaman barədə də artıq ehtimal irəli sürüb. Erməni baş nazir hesab edir ki, Ermənistan bu ilin noyabr ayına qədər Azərbaycanla sülh müqaviləsini imzalaya bilər. Düzdür, Paşinyan hakimiyyəti ötən il də təxminən oxşar ehtimallar irəli sürürdü. Sülh sazişinin ötən ilin dekabr ayında imzalanacağını bildirirdi. Və ötən il bu, siyasi manipulyasiya xarakterı daşımaqla, regionda hərbi toqquşmalardan yayınmaq, beləliklə də, zaman udmaq məqsədi güdürdü.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Ancaq bu dəfə rəsmi İrəvanın belə siyasi manipulyasiyalar şansına malik deyil. Çünki noyabr ayında Bayden administrasiyasının dəyişmə və keçmiş prezident Donald Trampın hakimiyyətə gəlmə ehtimalı olduqca ciddiləşib. Əgər, bu, baş verərsə, Ermənistan Azərbaycanla sülh masasında təkbaşına buraxılmış olacaq. Çünki 44 günlük savaş dövründə Tramp administrasiyası erməni faktoruna laqeyd olduğunu qətiyyən gizlətmirdi. Hətta erməni diasporunun təzyiq və tələbləri də ABŞ-ın Ermənistana dəstəyini təmin etmək üçün yetərli olmadı.

Məsələ ondadır ki, keçmiş prezident Donald Tramp israrlı tələblərdən sonra cəmisi bir dəfə Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı. Ancaq ABŞ-ın vasitəçiliyi ilə baş tutan atəşkəs anlaşması cəmisi bir neçə saat çəkdi. Tramp administrasiyası özünün vasitəçi olduğu atəşkəs anlaşmasın qısa müddətdə pozulmasına əhəmiyyət belə, vermədi. Və bu baxımdan, Paşinyan hakimiyyəti noyabr seçkilərindən sonra ABŞ-ın Ermənistanın arxasından çəkilə biləcəyini təxmin edir.

Təbii ki, bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətinin yekun sülh sazişinin imzalanması üçün tələsməyin üçün kifayət qədər ciddi səbəblər mövcuddur. Böyük ehtimalla Donald Tramp seçkilərdə qalib gələrsə, ABŞ Cənubi Qafqazda "erməni faktoru"nu öz siyasi hədəflərində istifadə alətləri sırasına daxil etməyə də bilər. Bu, öz növbəsində "erməni faktoru"nun ümumiyyətlə, beynəlxalq məkanda əhəmiyyətini itirərək, "dəfn" olunması təhlükəsini də ciddiləşdirir.

Belə anlaşılır ki, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün hələlik aktual olan son şansından istifadə etmək məcburiyyətindədir. Əks halda, bir neçə aydan sonra Azərbaycan üçün yekun sülh sazişi ümumiyyətlə, real əhəmiyyətini itirə bilər. Bu halda isə Ermənistanın yekun sülh sazişinin imzalanması üçün Azərbaycanla müzakirə əvəzinə, sadəcə, yalvarmaq məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil.(musavat.com)

10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşlə bağlı müsbət proqnozlar səslənir. Tərəflərin yekun sülh, delimitasiya və kommunikasiya xətlərinin açılması ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir. Sizcə, Almatıda konkret məsələlər üzərində razılaşmaların əldə ediləcəyi ehtimalı varmı?

- 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli bəyanatdan sonra tərəflərin daimi olaraq optimist danışıqlar müşahidə edilir. Son olaraq 2023-cü ildə Azərbaycan-Ermənistan və danışıqlara platforma verən tərəflər nəticə olaraq sülh müqaviləsinin bağlanmasına nikbin baxdıqlarını qeyd edirdilər. Hətta ötən il konkret sülh müqaviləsinin imzalanacağı ilə bağlı iddialar da səslənirdi. Amma təhlillərdə bunun ötən ilin sonunda əldə olunacağının mümkünsüzlüyü də önə çəkilirdi. Amma Azərbaycanın işğal altında olan 8 kəndindən anklav olmayan 4 kəndin geri qaytarılması İrəvanın prosesləri çox da uzağa aparmaq imkanlarının olmadığı göstərdi.

- Sülh yoxdursa, yenidən müharibə riski də gündəmə gətirilir....

- Ermənistan Bakının tələblərini tez bir zamanda yerinə yetirməsə yeni bir müharibə başlaya bilər. Hazırda Ermənistanda küçələrdə mitinqlər edənlər, İrəvana yürüşə başlayanlar anlamalıdırlar ki, Ermənistanın gələcək müqəddəratını həll edirlər. Bu günlərdə Ermənistan hakimiyyəti növbəti bəyanatlar verib. İndi top erməni xalqındadır. Erməni xalqı ya müharibə deməlidir, ya da ki, Azərbaycanla yeni münasibətlərin tərəfdarı olması ilə bağlı mövqe sərgiləməlidir.

- Ərazi iddiaları ilə bağlı erməni cəmiyyətindəki sterotiplər necə qırılmalıdır?

- Azərbaycanın işğalda saxlanılan kəndlərinin təhvil verilməsi ilə bağlı erməni tərəfi səssiz olmalıdır. Eyni zamanda Ermənistan konstitusiyasının və gerbinin dəyişdirilməsi ilə bağlı erməni xalqı öz mövqeyini bildirməlidir. Bununla da Ermənistan Azərbaycana qarşı ərazi iddialarından həmişəlik əl çəkməlidir.

- Ermənistanın normativ hüquqi aktları ilə bağlı Bakının əsas tələbləri nədən ibarətdir?

- Belə olan təqdirdə sülh müqaviləsindən və münasibətlərin yeni mərhələyə qədəm qoymasından danışa bilərik. Əks təqdirdə Ermənistan hakimiyyətinin verdiyi qərarların gələcəkdə siyasi müxalifəti və revanşistlər tərəfindən sual altına salınması məsələsi ortaya çıxa bilər. Ona görə də, Azərbaycan hakimiyyətinin əsas hədəfi Ermənistanın mövcud normativ hüquqi bazasını yeni müstəviyə çəkməsi və birdəfəlik sıfırlamasından ibarətdir.

- Regional kommunikasiyaların açılmasında nə kimi irəliləyişin olması gözlənilir?

- Almatıda hər iki ölkənin xarici işlər nazirləri arasında keçiriləcək görüşdə də bu məsələ erməni tərəfinin diqqətinə çatdırılacaq. Azərbaycanla Ermənistan arasında son zamanlar birbaşa ünsiyyət yaranıb. Burada birbaşa kommunikasiyanın effektivliyi də müşahidə olunur. Gözlənilən də odur ki, Qazaxıstanda Azərbaycan və Ermənistan arasında kommunikasiya xətləri, delimitasiya və demarkasiya, sülh müqaviləsinin mətni müzakirə edilər bilər.

- Kommunikasiya xətlərinin açılmasına qarşı kənar qüvvələrin təsiri elementləri necədir?

- Gözlənilər odur ki, erməni tərəfi kommunikasiya xəttlərinin açılması ilə bağlı mövqeyini ortaya qoysun. Təəssüf ki, burada geosiyasi qüvvələrin üst-üstə düşməyən maraqları var. Bu da Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə birbaşa maneədir.

- Bakı və İrəvan arasındakı sülh prosesinin pozulmasında maraqlı tərəflər kimlərdir?

- Hazırda danışıqlar gedir. Bakı də İrəvan arasında hər hansı bir ortaq məxrəcə gəlmək olar. Amma bu danışıqlara maneələrin kimlər tərəfindən yaradılacağı və onların nə qədər öz iddialarında dayanıqlı ola biləcəkləri də diqqətlə izlənilir. Ona görə də, Qazaxıstan, Gürcüstan kimi platformalara ehtiyac var. Harada tərəflərə hansısa prinsiplər aşılanmayacaqsa, orada konkret maraqlardan çıxış edərək dialoqda iştirak etmək mümkün olacaq.

Xəbər lenti