Kalininqrad modeli yaxşı ideyadır - AKTUALZəngəzur dəhlizi Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib. Nazirin sözlərinə görə, İraqla birgə tikiləcək İnkişaf Yolu layihələri və Zəngəzur dəhlizi Türkiyə üçün həm maliyyə, həm də strateji baxımdan əhəmiyyətlidir. Paşinyana yaxın mövqe sərgiləyən Samvel Babayan da deyib ki, Azərbaycana Naxçıvana çıxış üçün "Kalininqrad variantı"ndan istifadə etmək imkanı vermək lazımdır. Babayan bildirib ki, əsas problem demarkasiya yox, yol məsələsidir: “4 kənd verildi, sonra anklavlar, konstitusiyanı dəyişdirmək, gerbin dəyişməsi və s. ilə üzləşəcəyik. Sonda da yol verməli olacağıq. Mən deyirəm ki, Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvana çıxışına şərait yaradaq, o halda qalan problemlər həllini tapacaq. Biz bununla sərhədi dəyişmirik, Kalininqrad variantından istifadə edirik. Azərbaycanla bu çərçivədə danışıqlar aparıb, həll yollarını tapmaq lazımdır”. Jurnalistin “Azərbaycan Zəngəzur dəhlizi istəyir” sözlərinə Babayan “Yalan deyirsiniz” deyə cavab verib: “Azərbaycan prezidentinin noyabr ayında verdiyi bəyanata baxın. Orada deyilir ki, Kalininqarad variantını müzakirə etməyə hazırdırlar və bu, dəhliz demək deyil”. Qeyd edək ki, Kalininqrad variantı Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin etməyə imkan verir. Bu variantda Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklər gömrük yoxlanışına məruz qalmır, lakin bu yoldan istifadə edən üçüncü ölkələrin sərnişin və yüklərinə gömrük və sərhəd yoxlanışı tətbiq edilir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 2020-ci il 10 noyabr anlaşmasına əsasən, ölkəmizin qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılması bu dəhlizin əsas hissəsini təşkil edir. Ekspertin sözlərinə görə, ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi, təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil:

"Zəngəzur dəhlizi region, həmçinin Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit–nəqliyyat xəttinə bağlayır. Azərbaycanın Ermənistanın imtina etdiyi Zəngəzur dəhlizi ilə bağlı rəsmi mövqeyi bəllidir. Rəsmi Bakı malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini, mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhədləri nəzarətinin Ermənistan tərəfindən aparılmasını istəyir. Niyə Azərbaycanın bir hissəsindən digər hissəsinə gedərkən bizi hansısa ölkənin sərhədçisi, gömrükçüsü yoxlamalıdır?!".
S.Əsədli hesab edir ki, irəli sürülən Kalininqrad modeli yaxşı ideyadır: "Bu modelə görə Rusiyadan gələn sərnişin, yük qatarları Litva sərhədinə qədər adi şəkildə gəlir. Litva sərhədinə çatanda isə qalan yolu qatar heç bir yerdə dayanmadan bütün qapı və pəncərələri bağlanılmaqla Kalininqrada doğru hərəkət edir. Həmin qatarlar yalnız Kalininqrad sərhədini keçəndən sonra yenidən adi qaydada hərəkət edir. Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında 44 km məsafə var. Kalininqrad variantına əsasən bu yol boyu heç bir qapı, pəncərə açılmayacaq, sərnişin və yüklər yoxlanılmayacaq. Azərbaycan bu zaman Ermənistan ərazisindən yalnız tranzit yolu olaraq istifadə edəcək. Eyni rejimlə Ermənistandan gələn qatarlar da Azərbaycandan 500 km məsafə qət etməklə Rusiyaya yan ala bilərlər".
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"“Paşinyan təbliğatının sabit tezisi var. Onun əsas ideyası ondan ibarətdir ki, daxili siyasi həyatda baş verənlər hakimiyyət uğrunda mübarizə, primitiv təqdimat və qavrayış, “stul davası”dır. Təbii ki, indiki ictimai oyanışla paralel olaraq hər hansısa qüvvənin və yax şəxsin hakimiyyətə gəlmək istədiyi təbliğat şablonu yenidən dövriyyəyə buraxılıb. Onun əsas leytmotivi baş verənlərin “hakimiyyət davası” olduğunu insanlara aşılamaqdır. Təbii ki, Nikol Paşinyan hakimiyyətdən kənarlaşdırıldıqdan sonra hökumət qurulmalıdır. Politologiyanın, siyasətin və dövlətçiliyin klassik məntiqi budur. Amma… Düşünmək olmaz ki, Ermənistan xoşbəxt və problemsiz ölkədir, insanlar hakimiyyətə rahat, seçki yolu ilə gəlmək istəyirlər”.

KONKRET.az xəbər verir ki, bu fikirlər “Fakt” nəşrindən götürülüb.

Qəzet daha sonra yazır: “Əslində Nikol Paşinyan və onun komandasının 6 illik hakimiyyəti Ermənistanı nəyə çevirdi? Bir sözlə, xarabalıqlara. Əgər xarabalıqların təsvirini bir az açsaq, deməli, sadəcə qısa bir sadalama artıq bunu izah edir. İtirilmiş Qarabağ, həssas təhlükəsizlik, məhv edilmiş müdafiə və təhlükəsizlik sistemləri, yüz mindən çox vətənindən məhrum edilmiş erməni, düşmən nəzarəti altında olan yüzlərlə kvadrat kilometr ərazilər, köpük iqtisadiyyat, 12 milyard dollarlıq böyük borc, uğursuz xarici siyasət, ev yıxmaq və yer üzünü sarsıdan daxili siyasət, uniformalı “Bespredel”.

Bir sözlə, sadəcə xarabalıqlar. Mahiyyət etibarı ilə biz artıq klassik siyasi konsepsiyaları və klassik siyasi situasiyanı tərk etmişik. Və belə bir şəraitdə məsuliyyəti öz üzərinə götürməyə hazır olan insanlar varsa, onun əsas məqsədi ölkənin və dövlətçiliyin mövcud hissələrini xilas etməkdir. Üstəlik, Paşinyan və komandasının altı illik məhvindən sonra hakimiyyətə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək. Obrazlı desək, bunlardan sonra gələn hakimiyyət “cəlladlar dəstəsi” (fədakarlıq mənasında) olmalı, o münasibətlə hərəkət etməli, ilk növbədə tənəzzülü dayandırmalı, sonra isə indiki vəziyyətdən çıxmağa başlamalıdır.

Praktikada növbəti hökumət dövləti xarabalıqdan çıxarmaq funksiyasını yerinə yetirəcək. Deməli, Paşinyan təbliğatçıları “stul davası” və ya “hakimiyyəti ələ keçirmə”dən danışanda, bəziləri isə bunu mexaniki şəkildə təkrarlayanda çox sakit, emosional, ayıq-sayıq sual verməyə dəyər”.
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb

Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb.

Bununla bağlı sənədlərin imzalanması mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən mərasimdə baş tutub.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Minsk Şəhər İcra Komitəsinin sədri Vladimir Kuxaryov “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”u imzalayıblar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Qomel Şəhər İcra Komitəsinin sədri Vladimir Privalov “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzalayıblar.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qrodno şəhər İcra Komitəsinin sədri Andrey Xmel “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzalayıblar.

Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...Sülhməramlıların Qarabağ bölgəsini tərk etməsi münasibətilə Xocalıda təntənəli tədbir keçirilib. Tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak ediblər.Ölkə ictimaiyyəti də bu hadisəni 44 günlük Vətən müharibəsindən və bir günlük antiterror tədbirlərindən sonra Azərbaycanın növbəti uğuru kimi dəyərləndirib.
Rusiya Qarabağı tamamilə və dönməz şəkildə tərk edir və bu, əlamətdar hadisədir. Eyni zamanda vaxtilə “Ruslar Qarabağı tərk etməyəcəklər” deyənlərə cavabdır.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlıları Azərbaycanın Qarabağ iqtisadi bölgəsində müvəqqəti olaraq yerləşdirilsə də, onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi var idi.Lakin bu ehtimal ötən ilin sentyabr ayında Qarabağı tam nəzarətə götürməmizlə ortadan qalxdı və rusiyalı hərbçilərin ərazimizdə fəaliyyətlərini davam etdirmələri üçün heç bir əsas qalmadı. Buna baxmayaraq, bəziləri məsələyə yenə şübhəylə yanaşır, “Rusiya daxil olduğu yerdən çıxmır” kimi fikirlər səsləndirirdilər.Onlar öz ölkəsini aşağılayaraq belə prosesin baş verməsinin mümkünsüzlüyünü vurğulayırdılar. Lakin hər zaman olduğu kimi uzun illərdir xaricdə yaşayan və oradan Azərbaycanın milli maraqlarına zidd çıxışlar edən radikalların “proqnozları” yenə də özünü doğrultmadı.
Əslində burada təəccüblü heç nə yoxdur. Azərbaycanın yaxın tarixində Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var. 1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılıb, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırıb. Bu iki nümunədən çıxış edərək Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyinə əmin olan siyasilər də az deyildi.

Sülhməramlıların çıxmasının iki ölkə rəhbərinin qərarına əsasən həyata keçirildiyini xatırladan millət vəkili Azər Badamov “Sherg.az”a açıqlamasında deyib ki, burada heç bir hərbi komponent yoxdur:

“Əvvəla onu deyim ki, sülhməramlıların qarşılıqlı anlaşma şəraitində Qarabağı tərk etməsi çox əlamətdar hadisədir. Məsələnin uğurlu və operativ şəkildə həlli ilk növbədə Azərbaycan diplomatiyasının uğuru və ən başlıcası isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, diplomatiyanı düzgün istiqamətdə qurmasının məntiqi nəticəsidir. 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş antiterror əməliyyatından sonra sülhməramlıların Qarabağda görəcəyi bir iş yox idi. Ona görə də dövlət başçıları Rusiya sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı qərar qəbul etdilər.
Azərbaycan öz ərazilərində suverənliyini və təhlükəsizliyini bərpa etdiyi üçün hər hansı bir beynəlxalq təşkilatın və ya da sülhməramlıların o ərazilərdə görə biləcəyi bir fəaliyyəti yoxdur. Onu da deyim ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərarın hər iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilməsi həqiqətən də tarixi hadisədir. Bu proses tərəflər arasında heç bir siyasi anlaşılmazlıq yaşanmadan, tam qarşılıqlı anlayış şəraitində həyata keçirilir. Bu mənada Rusiya sülhməramlılarının ölkəmizdən dinc şəkildə çıxarılmasını ciddi siyasi uğur hesab etmək olar. Qarabağ mövzusu artıq bağlandığı üçün rusiyalı hərbçilərin Azərbaycan ərazisində fəaliyyətlərini davam etdirməsi üçün heç bir əsas yox idi. Fikrimcə münasibətlərdən hərbi komponentin çıxarılması əməkdaşlıq üçün daha geniş imkanlar açacaq”.
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏPrezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən qurumla bağlı rəsmi Bakının mövqeyini birmənalı ortaya qoydu. Dövlət başçısı dedi ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Əslində, ATƏT-in Minsk qrupunun fəaliyyəti faktiki olaraq 24 iyun 2022-ci ildən dayanıb. Özü də bunu nə Azərbaycan, nə də Ermənistan tələb edib. Keçmiş həmsədrlərdən olan Rusiya özü həmsədrlik institutunun fəliyyətinə son verildiyini açıqlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ceyhun Bayramovla görüşündə “Minsk qrupu fəaliyyətini dayandırıb” açıqlamasını vermişdi. Sergey Lavrovun bu sözlərini 2022-ci il noyabrın 17-də ABŞ Dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker də təkrarlayıb və “Minsk qrupu mexanizmi işləmir” deyib.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Minsk qrupunun iki həmsədr ölkəsinin belə açıqlaması onsuz da işləməyən qurumun fəaliyyətinə tam xitam vermişdi:

"Dövlət başçısı qeyd etdi ki, bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Çünki həmsədr ölkələrin hər üçündə də gücü olan erməni lobbisi və diasporu uzun illər həmsədrləri “konyak diplomatiyası” ilə ələ alır, onların qərarlarına müdaxilə edirdi. Yəni sülhü təmin etmək üçün mandat verilən ATƏT-in Minsk qrupu həmsədrləri faktiki olaraq işğalın davamlı olmasına çalışırdı. ATƏT-in Minsk qrupu keçmiş "Dağlıq Qarabağ" münaqişəsinin həlli üçün yaradılmışdı. Azərbaycan hərbi yolla münaqişənin "Dağlıq Qarabağ" etapını sonlandırdı. Təbii olaraq ATƏT-in Minsk qrupunun həll etməli olduğu münaqişə də yoxdur. Qurum Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandata malik deyil. Buna görə də ATƏT-in hazırkı sədri mövcud reallıqları qəbul edib MQ-ni buraxmalıdır".
Ekspertin fikrincə, Minsk qrupuna sərf edilən vəsaitin ATƏT-in digər müvafiq qurumlarına sərf edilməsi daha məqsədəuyğun olar: "Azərbaycan və Ermənistana gəldikdə isə iki ölkə arasında danışıqlar gedir, sülh prosesində mühüm irəliləyiş əldə edilib. Danışıqlar masasında müzakirə edilən bir sənəd var və tezliklə çərçivə sazişi imzalana bilər. Yəni hazırda Minsk qrupunun heç bir missiyası yoxdur və fəaliyyətini dayandırdığını elan etməlidir".
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri İan Borqu qəbul edərkən Minsk qrupunun ləğv edilməsi ilə bağlı konkret mövqe bildirdi. Sizcə, indiki halda bu lazımsız qurumu saxlamaq kimlərin marağına xidmət edir?

- Bütün bunlar sözsüz ki, ikili standartların bariz nümunəsidir. Müxtəlif bəhanələr gətirirlər ki, strukturu dəyişmək çətindir, problemlidir. Bunun üçün iclas çağırılmalı, qərar qəbul etməli olduqlarını iddia edirlər. Fakt isə odur ki, özlərinə lazım olanda bir gecənin içərisində bütün məsələləri həll edirlər. Ona görə də, Azərbaycan Prezidenti öz mövqeyini açıq və konkret olaraq bildirdi. Münaqişə bitib, artıq sülh planı Azərbaycan tərəfindən masaya qoyulub. Onlar isə indiyə qədər hər hansı bir hərəkət etmək bir yana qalsın, hətta 30 il bundan öncə yaradılmış və iflasa uğratmış, qeyri-obyektivliyini sübut etmiş, Azərbaycana qarşı işləyən qurumları saxlayırlar. ATƏT-in Minsk qrupu, Minsk qrupunun həmsədrlər institutu, xüsusi nümayəndə və s. bu kimi lazımsız qurum və vəzifələr qalmaqdadır. Havayı yerdən sadəcə olaraq məvacib alırlar.

- Heç bir hədəfi olmayan bir qurumu saxlamaqla nəyə ümid edirlər?

- Burada əsas amil “bəlkə qaytardılar" fəlsəfəsi ilə bağlıdır. Azərbaycana qarşı olan iddiaların reallaşmasına da “ümid”lərini üzmək istəmirlər. Bunu da gündəmdən çıxartmaq lazım deyil. Bunlar üzdə deyə bilmədikləri, ancaq ürəklərində saxladıqları məsələlərdir. Azərbaycan bütün bunlardan xəbərdardır.

- Hazırda bir çox beynəlxalq təşkilatlarda yaşanan böhran fonunda Minsk qrupunun saxlanılması ilə bağlı alt qatlarda olan yanaşmalar necədir?

- Beynəlxalq təşkilatların içərisində ciddi böhran yaşanır. Onlar kim tərəfindən, necə, hansı formada, istiqamətdə getdiklərini bilmirlər. Dünya necə dəyişir, problemlər necə həll olunur? Bunlardan xəbərsizdirlər. Ona görə də, lazımsız olan bir çox təşkilatları nəyəsə ümid edərək saxlayırlar. Hazırda onlar savadsız həkimlər kimi davranır. İndi onlar savadsız həkimin xəstəyə yazdığı əlaqəsiz dərmanlar “fəlsəfəsi” ilə yaşayırlar. Azərbaycan Prezidenti də haqlı olaraq ATƏT sədrinə bunları çatdırıb. Xarici İşlər Nazirliyi də eyni mövqeni təkrar edib. Biz də bunun tam şəkildə tərəfdarıyıq.

- Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün nəticələri ilə bağlı müsbət fikirlər səslənir. Sizcə, tərəflərin mövqeyinin yaxınlaşması kontekstində bu cür təmaslar nə dərəcədə effektiv ola bilər?

- Erməni tərəfi və ona havadarlıq edənlər nə qədər də çalışsa reallığı dəyişmək, inkar etmək mümkün deyil. Çünki bu reallıq getdikcə daha da möhkəmlənir. Dünya tərəfindən də qəbul olunur. Bunu nəinki ATƏT-də, Azərbaycana qarşı düşmən mövqeyində olan Fransanın içərisində görürük. Fransada Azərbaycanla bağlı ardıcıl olaraq verilən məqalələrdə də bu açıq görünür. Etiraf edilir ki, ikitərəfli əlaqələr yüksək qiymətə layiqdir. Sual olunur bəs indiyə kimi niyə müdaxilə edib, pozurdunuz? İddia edirdilər Fransa olmasa heç bir danışıq müqavilə ola bilməz? İndi isə vəziyyət tamam dəyişib. Çünki Azərbaycanın apardığı siyasətə qarşı çıxanlar özü-özünə problem yaradır.
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO

Sülhməramlıların yolasalma mərasimindən yeni görüntülər yayılıb.

Bu barədə görüntülər AZTV-də yayımlanıb.

Belə ki, kadrlarda Xocalıdakı gənclərin birlikdə "yallı” rəqsini görmək mümkündür.

Həmin görüntüləri təqdim edirik:

Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏFransa hakimiyyəti müstəqillik uğrunda mübarizə aparan Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Fransa Daxili İşlər Nazirliyi uzun müddət həbsxana koloniyası kimi fəaliyyət göstərən və hazırda Fransa hərbi bazasının yerləşdiyi adaya əlavə polis qüvvələrinin göndərildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, 82 nəfər həbs edilib, 54 polis və jandarm yaralanıb. Hava limanı bağlanıb, onlarla reys təxirə salınıb. Uzun illərdir yerli kanak əhalisi ilə onun müstəqillik arzusunu boğmağa çalışan müstəmləkəçilər arasında gərginlik yaşanır. Son günlərdə gərginlik açıq qarşıdurmalara keçib. Fransa DİN arxipelaqda iki günlük komendant saatı və toplantılara qadağa qoyulduğunu elan edib. Müstəqillik tərəfdarı olan Kaledoniya Birliyi Partiyasının sədri Daniel Qoa sakitliyə çağırıb. Lakin bildirib ki, etirazlar “gənclərimizin daha Fransanın onları idarə etməsinə icazə verməmək əzmini göstərir”. Bakı Təşəbbüs Qrupu da Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Yeni Kaledoniyada baş verən hadisələr, Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ciddi narahatlıq doğurur. Qeyd olunub ki, Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıq qəbuledilməzdir: "İctimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin davamlı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır. Təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da öz növbəsində haqlı olaraq insanların narazılığına, habelə etiraz və nümayişlərinə səbəb olub. Təəssüf ki, Yeni Kaledoniyada təklif edilən konstitusiya dəyişiklikləri ilə əlaqədar paytaxt Numea şəhərində və ətraf ərazilərdə keçirilən ümumi etirazlardan sonra Fransa təhlükəsizlik qüvvələri səfərbər edilib, komendant saatı tətbiq olunub. Toqquşmalar nəticəsində 82 mülki şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib". Bəyanatda diqqətə çatdırılıb ki, kanak xalqının rəyi nəzərə alınmadan Konstitusiyaya təklif olunan son dəyişikliklər, dinc etiraz aksiyalarında iştirak edən mülki şəxslərə qarşı zorakılıq və həbslər bir çox qanunların, o cümlədən insan hüquqlarının, ifadə azadlığının, xüsusən də Fransanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması ilə müşayiət olunub: "Paytaxt Numea şəhərində, həmçinin ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələr Bakı Təşəbbüs Qrupu olaraq bizi dərindən narahat edir. Hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid altına qoyur. Biz kanaklı dostlarımızla həmrəyik və onların ədalətli mübarizəsində daim yanlarındayıq. Fransa hökumətindən kanak xalqının qərarının nəzərə alınmasını tələb edirik. Bakı Təşəbbüs Qrupu olaraq dinc dialoqun, insan hüquqlarına hörmət və əsas problemlərin ədalətli həllinin tərəfdarıyıq. Öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün əsasdır və biz öz xalqı üçün daha yaxşı, layiqli gələcək istəyənləri dəstəkləyirik”.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında bildirib ki, Fransanın bu davranışı yeni deyil və Fransa istər yeni Kaledoniya, istərsə digər müstəmləkə torpaqlarında, Afrikanın böyük bir hissəsində illər boyu hər kəsə divan tutmaqla məşğul olub və hələ də olmaqdadır. Ekspertin sözlərinə görə, sadəcə olaraq Fransanın əlindəki imkanlardan çəkinən dünyanın bir çox dövlətləri bunu dilə gətirmir, ictimailəşdirmirdilər:

"Amma Azərbaycan ədalətin, haqqın yanında olduğuna görə bu məsələni təkcə daxili ictimai rəydə deyil, qlobal səviyyədə də dilə gətirməkdədir. Yəni Fransanın əzməkdə olduğu xalqların haqq-hüquqlarını Azərbaycan dövləti qorumaqla məşğuldur. Niyə Fransa belə davranır? Təbiidir ki, əsarətdə saxlamaq üçün əzməlisən, məhv etməlisən. Özümüz iki yüz ilə yaxın rus əsarətində qalmış xalq kimi bunun nə demək olduğunu yaxşı bilirik. Bizi əzirdilər, dilimizi, mədəniyyətimizi, milli kimliyimizi məhv edirdilər, qul kimi işlətmək istəyirdilər. Yəni 200 il ərzində bənzər hadisələr bizim də başımıza gəlib. O mənada Fransa da fərqli şey etmir və əsarətdə saxladığı xalqlara qarşı amansız, qeyri-insani davranır. Ona görə də Fransadan bu məsələlərdə beynəlxalq səviyyədə qəbul olunmuş insan hüquqları standartlarını gözləməyə dəyməz".
A.Həsrətin sözlərinə görə, bizi başqa sual düşündürür: "Necə olur ki, uzun illər ərzində Fransa dövləti bu xalqları əzməyə davam edir, beynəlxalq insan hüquqları qurumları buna biganə qalırlar? Necə olur ki, onlar bunu dünyadan gizlətməyə çalışırlar? Bir daha biz əmin oluruq ki, Azərbaycanın beynəlxalq qurumlarla bağlı dediyi ikili standart boş söz deyilmiş. Həqiqətən, Fransanın yüz illərdir əzdiyi xalqlarla bağlı bir kəlmə belə danışılmır. Lakin Azərbaycanda hansısa iki nəfər yolun ortasında sözü çəp gəlib dalaşanda bunu dövlətin insan haqlarını pozması kimi qələmə verirlər. Fransanın özündən demokratiya, insan haqları, yüksək dəyərlər deyə bir şey gözləməyə dəyməz. O dəyərlər fransız milləti üçündür. Amma Fransanın müstəmləkə altında tutduğu xalqlar üçün yoxdur. Yəni fransız deyilsənsə, ikinci növsən və əzilməlisən. Fransa dövlətinin yanaşması budur".
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü başlayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI

Ermənistanla Azərbaycan arasında sərhədlərin razılaşdırılmış ərazidə sərhədçilər yaxın 10 gün ərzində sərhəddə dayanacaq.

Bu barədə Ermənistan baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentindən sərhədlərin delimitasiyası məsələləri üzrə Ermənistan və Azərbaycan komissiyalarının mayın 15-də dərc olunmuş bəyanatının yekunu ilə bağlı bəzi suallara aydınlıq gətirərkən bildirilib.

"Hər iki tərəfin sərhədçiləri razılaşdırılmış sərhədə yaxın 8-9 gündə və Xeyrimlinin ən həssas ərazisində isə bir az sonra yerləşəcək. Çünki orada bəzi detalların dəqiqləşdirilməsi davam edəcək", - məlumatda deyilir.

Məlumatda həmçinin bildirilib ki, guya sərhədlərin delimitasiyası prosesi nəticəsində Ermənistanın yaşayış məntəqlərinin təhlükəsizliyinə təhdidlər daha da kəskinləşəcək, amma bu belə deyil:

"Sərhədin delimitasiyası ölkənin və ya hər hansı bir bölgənin təhlükəsizliyinə təhdid ola bilməz. Əksinə, belə bir sərhəd təhlükəni neytrallaşdırır. Güzəştlərə gəlincə, Alma-Ata Bəyannaməsi əsasında sərhədin bərpası güzəşt sayıla bilməz, çünki bizim beynəlxalq səviyyədə tanınmış sərhəd xəttimiz olan sərhədimiz təkrar istehsal olunur. Bu proses sərhədin digər hissələrində də eyni məntiq və eyni prinsiplərlə davam etməlidir".

Xeyrimlidən keçən yola gəldikdə isə bildirilib ki, bu problemi yaxın 2-3 aya etmək olar: "N-26 avtomobil yolundan Açarkut və daha sonra Kirantsa alternativ olan yol da təmir ediləcək. Mülkiyyət məsələlərinə gəlincə, onların həcmi böyük olmayacaq və bütün belə hallarda vətəndaşların dəymiş ziyanı dövlət onların xahişi ilə əmlak və ya maliyyə vəsaiti hesabına ödəyəcək. Hökumət nümayəndələri səhər saatlarında mümkün problemlərin inventarlaşdırılmasına başlayacaq və Kirants sakinləri ilə müzakirələrə başlayacaqlar.

Baqanisa, Voskepar və Berkabera ərazilərində delimitasiyanın nəticələrinə gəldikdə Ermənistan hökumətinin təmsilçiləri bildirib ki, Voskepar-Baqanisdə ən həssas məsələlərindən biri Voskepardakı kilsə, digəri isə SSRİ dövründən mövcud olan Aşağı Əskipara (Voskepar)-Baqanis yolu ilə bağlı idi: "Hər iki problem ən yaxşı şəkildə həll edildi. Berkaberdə (Qızıl Hacılı) həssas məsələ olmayıb və yoxdur".

 

 
  •  

 

Xəbər lenti