![]() |
|
"Daxil olan ilkin nəticələr bu gün ictimaiyyətə çatdırılacaq. Bütün müraciətlərə operativ şəkildə cavab verilir".
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkisinin başlamasına dair mətbuat konfransında deyib.
MSK sədri seçiciləri fəal olmağa çağırıb.
Sabah keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu gün Azərbaycanda “sükut günü”dür.
Parlament seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il avqustun 9-dan başlanılıb və proses bu gün saat 8:00-da dayandırılmalıdır.
Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qalib gəlməsi ilə bağlı paylaşım edib.
Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 8-ci iclasının Protokoluna uyğun olaraq 2024-cü il aprelin 19-da imzalanmış Ermənistan Respublikası Komissiyalar birgə fəaliyyət haqqında Əsasnamənin razılaşdırılması üzrə işləri başa çatdırıblar.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, 2024-cü il avqustun 30-da müvafiq olaraq Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Hazırda Ermənistan Respublikası və Azərbaycan Respublikası dövlətdaxili prosedurları həyata keçirməyə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.
Dövlət başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.
Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib.
Dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.