Prezident “əla!” dedi - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər və burada görülən bir sıra bərpa-quruculuq işləri ilə tanış olublar.

“Yol-xeber.az”ın məlumatına görə, səfər çərçivəsində çəkilən daha bir rəngli görüntüləri birinci xanım Mehriban Əliyeva rəsmi instaqram hesabında paylaşıb.

Həmin görüntüləri təqdim edirik: 

Prezident Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

Yol-xeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident və birinci xanım Kəlbəcərdə 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Yol-xeber.az-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

 

 
Qənirə Paşayevanı o əvəzlədi - FOTO

Məhrum deputat Qənirə Paşayevanın  təmsil etdiyi dairədən sabiq nazir müavinin qardaşı  seçilib.

106 saylı Tovuz seçki dairəsindən mərhum Qənirə Paşayevanın  yerinə İqtisadiyyat nazirinin sabiq müavini Niyazi Səfərovun qardaşı Nizami Səfərov seçilib.
Qeyd edək ki, deputat Nizami Səfərovun qardaşı Niyazi Səfərov 2022-ci ilədək Azərbaycan iqtisadiyyat nazirinin müavini  olub.

Nizami Səfərov isə özü bundan öncəki çağırışlarda Milli Məclisin deputatı olub. Bu dəfə isə onun namizədliyi hakim partiya tərəfindən  mərhum Qənirə Paşayevanın təmsil etdiyi  106 saylı Tovuz seçki dairəsindən verilib.

Qeyd edək ki, mərhum deputat Qənirə Paşayva 2023-cü il sentyabrda dünyasını dəyişib. 
Qeyd edək ki, Nizami Səfərov  Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985–1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasını bitirərək, hüquq elmləri namizədi elmi dərəcəsini alıb. 2005–2007-ci illərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO – Universitet) doktoranturasını bitirərək, hüquq elmləri doktoru elmi dərəcəsini alıb. 

Nizami Səfərov deputat seçilənədək müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq kadrlarını təkmilləşdirmə institutunda prorektor, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi, 18 avqust 1995-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O  həmçinin müxtəlif illərdə Milli Məclis Aparatının Konstitusiya qanunvericiliyi şöbəsində müdir müavini və İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri  vəzifəsində çalışıb. 

 

 
Prezident və Birinci xanım Kəlbəcərdə İstisu Mineral su zavodunun açılışında iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda İstisu Mineral su zavodunun açılışında iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.
Milli Məclisin diplomat deputatları - SİYAHI

VII çağırış Milli Məclisə seçkilər əvvəlki seçkilərdən daha çox diplomatların deputat seçilməsi ilə fərqlənir.

VII çağırış Milli Məclisdə Azərbaycan diplomatiyasının, əgər bura Azərbaycanın İstanbuldakı sabiq Baş konsulu olmuş Səyyar Aranı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadəni də bu kateqoriyaya aid etsək, o zaman 6 nümayəndəsi təmsil edəcək.

Soyahını təqdim edirik:
1. XİN-də idarə rəisi işləyən Qaya Məmmədov;
2. Azərbaycanın CAR-kl müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov;
3.XİN Linqvistik təminat idarəsinin rəsisi Rizvan Nəbiyev;
4. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülübüloğlu;
5. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə;
6. Səyyad Salahlı (Aran)-Azərbaycanın 2006-2010-cu illərdə İstqanbuldakı Baş konsulu vəzifəsində çalışıb.

İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

Yol-xeber.az-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

Yol-xeber.az-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti xəbər verib.

İlham Əliyev və Mehriban Əliyeva Xudavəng monastır kompleksində olublar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

Bu barədə Prezidentin Mətbuat Xidməti xəbər verib.

Xəbər lenti