|
Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.
Bu sözləri Prezident İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində söyləyib.
Dövlət başçısı qeyd edib ki, Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir:
“Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”.
Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində deyib.
“Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”, - dövlət başçısı qeyd edib.
Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq.
Bu sözləri Prezident İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində söyləyib.
“Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək”, - dövlət başçısı vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib.
Müsahibəni təqdim edirik.
Prezident İlham Əliyev: Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.
“Euronews”: Bu il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bu bərpaolunan enerji layihələrinin həyata keçirilməsi həqiqətən də Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yönləndirdiyini göstərir.
Prezident İlham Əliyev: Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.
Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.
“Euronews”: Sizin çıxışınızda bir məqam xoşuma gəldi. Siz söylədiniz ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Siz söylədiniz ki, onlar ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir. Siz həqiqətən də belə hesab edirsiniz, elə deyilmi?
Prezident İlham Əliyev: Bəli, əlbəttə. Bu işdə bir qədər mövzu dəyişilməlidir. Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.
“Euronews”: Cənab Prezident, Zati-aliləri, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm.
Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekununu rəsmi Bakının diplomatiyasının çox böyük uğuru olduğundan mühüm tarixi əhəmiyyətə malik hadisə hesab etməliyik.
Bunu açıqlamasında deputat Əliabbas Salahzadə deyib.
Onun sözlərinə görə, Fransa və Avropa ittifaqı görüşün onların himayəsi altında keçməsinin istəsə də, Bakı bu tələbdən imtina edərək Almaniyada keçirilməsinə razılıq verib. "Bakının bu qətiyyətli mövqeyini qarşı tərəf də yaxşı bildiyindən görüşün Berlində keçirilməsinə razılıq verib. Azərbaycan bununla da danışıqlar prosesinə Almaniyanı cəlb etməklə Fransanı və digər ermənipərəst qüvvələri kənarlaşdırmış oldu. Cənab Prezident İlham Əliyev görüşlə bağlı mövqeyini bu günlərdə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə də dilə gətirərək bildirdi ki, Almaniyanın xarici işlər nazirlərinin Berlində görüşünün keçirilməsi təklifi Azərbaycan tərəfindən dəstəklənib. Bunun səbəbini açıqlayan Prezident İlham Əliyev bəyan etdi ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir", - o qeyd edib.
Deputatın fikrincə, bunu 7 fevral prezident seçkilərindən sonra Azərbaycanda yeni uğurlu dövrün başlanğıcı kimi dəyərləndirmək lazımdır:
"Artıq Azərbaycan bu yeni mərhələyə öz diplomatik uğurları başlayıb. Əminəm ki, bu mərhələdə də Azərbaycan cənab Prezidentin beynəlxalq aləmdə gedən qlobal proseslərə çevik reaksiya verib yürütdüyü uzaqgörən siyasəti nəticəsində uğurlara və qələbələrə imza atacaq. Bu baxımdan xarici işlər nazirlərinin Berlin görüşünü Azərbaycan diplomatiyasının böyük uğuru hesab etmək olar.
Birincisi, bu görüş onu sübut etdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində gündəliyi müəyyən edən və sülh şərtlərini irəli sürən Bakıdır. Ermənistanın havadarları danışıqlar prosesinin İrəvanın maraqlarına uyğun platformalarda keçirilməsinə cəhd etsə də, buna nail ola bilmədilər. Məhz Azərbaycan Prezidentinin qətiyyətli, cəsarətli siyasəti nəticəsində Ermənistanın Avropadakı əsas havadarları danışıqlar prosesindən kənarlaşdırıldı və onlar da Bakının bu şərtləri ilə razılaşmalı oldular.
İkincisi, bu görüş Azəbayanın dünyada necə ciddi aktor rola malik "orta güc" olduğunu ortaya qoydu. Bu o deməkdir ki, təkcə Ermənistan və onun havadarları deyil, digər güclər də Azərbaycanla hesablaşır.
Üçüncüsü, beynəlxalq aləm gördü ki, Cənubi Qafqazda Azərbaycanla işbirliyi yaratmadan və onunla hesablaşmadan bölgədə dayanıqlı sülh və sıx əməkdşalıq qeyri-mümkündür.
Dördüncüsü, Azərbaycan Ermənistanın bölgədə hər hansı çəkiyə və dünya güclərinin ciddi maraq göstərmədiyi bir ölkə olduğunu ortaya qoydu. Hətta ona havadarlıq edən ölkələr və güclər belə Ermənistanın bölgədə maraqlarını təmin etmək üçün bir vasitədən başqa bir şey olmadığını yaxşı anlayırlar. Əgər havadarları Ermənistanın ciddi əhəmiyyətə malik bir ölkə olduğunu görsəydilər, o zaman hər vasitə ilə buna ciddi-cəhd edərdilər. Bu, bir daha onu göstərir ki, həmin güclərin əsas məqsədi Ermənistandan istifadə etməklə bölgədə maraqlarını təmin etməkdən başqa bir şey deyil.
Digər tərəfdən isə Azərbaycanın uğurlarını, beynəlxalq aləmdəki əhəmiyyətli rolunu həzm edə bilməyən anti-Azərbaycan güclərin Ermənistandan ölkəmizə təzyiq vasitəsindən başqa bir şey deyil. Yəni bütün hallarda ermənilər və Ermənistan bölgədəki maraqlı güclərin və anti-Azərbaycan qüvvələrin əlində geosiyasi oyunlarda "qurban keçi"sidir".
Almaniya-Azərbaycan münasibətlərinə toxunan deputat qeyd edib ki, yürüdülən məqsədyönlü siyasət nəticəsində iki ölkə arasında yeni bir əməkdaşlıq erası başlanmaqdadır: "Bu əməkdaşlıq təkcə iki ölkə arasındakı əlaqələrin inkişafına deyil, bütövlükdə Avropa ölkələri ilə Qafqaz və Mərkəzi Asiya bölgəsi arasında əməkdaşlıq münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Bu da bir az öncə söylədiyim kimi, Azərbaycanın qədəm qoyduğu yeni dövrün uğurlu addımlarından biridir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı ölkəmizin Avrasiya coğrafiyasında nə qədər böyük əhəmiyyət daşıyan bir ölkə olduğununun sübutudur. Bu baxımdan da bu günlərdə Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünü Azərbaycan üçün çox uğurlu hesab edirəm. İki ölkə arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyması, Azərbaycan Prezidentinin uzunmüddətli məqsədyönlü siyasi fəaliyyətinin nəticəsidir. Xatırladaq ki, cənab Prezident 2023-cü ilin martında Almaniyaya səfəri zamanı alman iş adamları ilə görüş keçirmişdi və orada ölkəmizin müasir dövrdə oynadığı rolunun əhəmiyyətini onlara çatdırmışdı. İndi bu görüş Bakıda keçirildi. Hesab edirəm ki, bu görüş və əldə olunan razılıq əsasında əməkdşalığın inkişafı Azərbaycanın gücünə əlavə güc qatacaq.
İkinci Qarabağ müharibəsindən sonra Almaniyanın Azərbaycanla əməkdaşlığa cəlb edilməsi, bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx regional əməkdaşlığın yaranması baxımdan çox mühüm addımdır. Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemanın Prezidentlə görüşdə bildirib ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirir.
Səfir xüsusən vurğuladı ki, Azərbaycan Prezidentinin də inauqurasiya nitqində dediyi kimi, iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır və Almaniya biznes dairələri və şirkətləri bu gündəliyə böyük töhfələrini verməyə hazırdır.
Görüşdə cənab Prezident də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bəyan etdi. Amma bununla belə, Prezident İlham Əliyev bəzi Qərb ölkələrinin və Avropa İttifaqının, hətta Almaniyada bəzi dairələrin Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv mövqeyini birbaşa nümayəndə heyətinin diqqətinə çatdırdı.
Prezident Qərbin Azərbaycana qarşı ikili standartlar yürütməsinə kəskin etirazını bildirdi. Prezident bəyan etdi ki, bir sıra beynəlxalq institutların, o cümlədən Avropa İttifaqının, xüsusən də Fransa prezidenti Makronla Aİ rəsmisi Cozef Borelin qeyri-adekvat çıxışı heç bir reallığı əks etdirmdəyən mövqeləri beynəlxalq hüquq normalarına ziddir. Ölkə başçısı bunu Azərbaycana qarşı pərdələnmiş təhdid kimi qiymətləndirib.
Prezident almaniyalı nümayənədlərə açıq şəkildə Azərbaycanın qəti mövqeyini çatdıraraq bəyan etdi ki, Avropa institutları, xüsusən də AŞPA ölkəmizə qarşı mövqeyini dəyişməzsə, o zaman həmin qurumalarla gələcək əməkdaşlıq münasibətinə baxa bilər. Bu, bir daha Azərbaycanın güc və qüdrətinin göstəricisi deməkdir. Bununla Prezident almaniyalı nümayəndələrin timsalında Qərbə mesaj verdi ki, Azərbaycanla təhdid, təzyiq dili ilə danışmaq mənasız və effektsizdir. Qərb Azərbaycan qarşı ikili siyasətindən nə qədər tez əl çəksə, daha yaxşı olar. Avropa ölkələri bölgədəki əhəmiyyətsiz Ermənistandansa Cənubi Qafqazın ən iri və güclü ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan fayda əldə edə bilərlər. Ermənistanla əməkdaşlıq isə onlara heç bir fayda verməyəcək".
Rəsmi İrəvan Kremlin səbrinin tükənəcəyi təqdirdə, Ermənistanı hansı fəlakətlərin gözlədiyini bilir, ona görə də, baş nazir Nikol Paşinyanın Qərbdəki kuratorlarına Münhendə verdiyi sözü tutmağa cəsarəti çatmadı... Erməni baş nazir Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvan səfərindən imtina etməklə, Qərbin Rusiyaya növbəti siyasi zərbə niyyətini boşa çıxartdı və indi üzləşəcəyi qaçılmaz “qulaqburma”sına hazırlaşmalı olacaq...
ABŞ və Qərbin Cənubi Qafqaz üzərində qurduğu daha bir önəmli plan islasa uğradı. Rəsmi İrəvan son anda geri çəkildi. Paşinyan hakimiyyətinin Qərb siyasi dairələri tərəfindən hazırlanmış planın reallaşdırılmasına cəsarəti çatmadı. Bu isə o deməkdir ki, rəsmi İrəvan ardıcıl davranmaq qabiliyyətindən uzaqdır. Və bu baxımdan, Paşinyan hakimiyyətinə istinadla qurulan hər hansı geopolitik oyunun sona çatmadan pozulma ehtimalı tamamilə realdır.
Məsələ ondadır ki, ABŞ və Qərb Paşinyan hakimiyyətinə Ermənistanın Rusiyadan uzaqlaşdırılması ilə bağlı qəti təlimat verib. Bu barədə yayılan məlumatlara görə, son vaxtlar ABŞ və Qərbin rəsmi İrəvana yönəlik “Rusiyadan uzaqlaşma istiqamətində konkret və radikal addımlar at” tələbi artıq daha israrlı xarakter daşıyır. Və Münhen Təhlükəsizlik Konfransında baş nazir Nikol Paşinyan bu barədə sərt əmrlə üzləşib.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyan bu əmrin icrasına özünün sonuncu Fransa səfəri zamanı başlayıb. Belə ki, Parisdə verdiyi bəyanatlarda “Ermənistan Ukrayna savaşında Rusiyanın muttəfiqi deyil”, “Ermənistan KTMT-da fəaliyyətini dondurub” və s. bu kimi məqamları ön plana çəkib. Qərbdə və Rusiyada erməni baş nazirin bu açıqlamaları rəsmi İrəvanın xarici siyasət vektorunu tamamilə əks istiqamətdə dəyişməsi kimi qəbul olunurdu. Və Qərb siyasi dairələri baş nazir Nikol Paşinyanın Ermənistanı Rusiyadan uzaqlaşdırmaq siyasətinin geriyədönməz xarakter alması üçün xüsusi siyasi manevr də planlaşdırmışdı.
Erməni mənbələrdən sızan məlumatlara görə, Qərb Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın prezidenti Volodimir Zelenskini Ermənistana rəsmi səfərə göndərmək niyyətindəydi. Bu plana görə, Ukrayna prezidentinin İrəvan səfəri Ermənistanın Rusiyadan qopmasının rəsmən elan edilməsi anlamı daşımalıydı. Və bu plan barədə baş nazir Nikol Paşinyana məhz Münhendə qəti tapşırıqlar verilmişdi.
Ancaq nə qədər qəribə də olsa, Qərbin bu planı baş tutmayıb. Çünki rəsmi İrəvan Rusiyanın qəzəbindən qorxaraq, son anda prezident Volodimir Zelenskinin Ermənistan səfərindən imtina edib. İndi erməni baş nazirə yaxın media qurumları Paşinyan hakimiyyətinin qorxaqlığını ört-basdır etmək üçün bu məsələni Azərbaycanla əlaqələndirməyə çalışırlar. Guya prezident V.Zelenskinin səfəri regional xarakter daşıyırmış və rəsmi Bakı bundan imtina etdiyi üçün Ukrayna liderinin Ermənistana gəlişi də əhəmiyyətini itirib. Və bu, yalnız “erməni zəkası” uydura biləcəyi yalanlar kateqoriyasına daxildir.
Birincisi, prezident V.Zelenski Cənubi Qafqazda sülh prosesinin və ya hər hansı başqa geopolitik fəaliyyətin iştirakçısı deyil ki, onun bağlı regional səfərlər planlaşdırsın. İkincisi, Azərbaycan və Ermənistan düşmən dövlətlərdir, bu ölkələrə tərəfdaş dövlətlərin liderlərinin səfərləri ortaq prinsiplər əsasında planlaşdırmır. Əgər, rəsmi Bakı prezident V.Zelenskinin səfərində maraqlı olsaydi, bu, Ermənistanın iştirakı olmadan baş tutardı. Eyni zamanda, əgər, Ukrayna prezidenti İrəvana səfər edəcəksə, bunun Azərbaycana heç bir aidiyyatı ola bilməz. Yəni, prezident V.Zelenskinin İrəvana səfər etməsi üçün onun mütləq həm də Bakıya gəlməsinə heç bir ehtiyac yoxdur.
Göründüyü kimi, Paşinyan hakimiyyətinə yaxın media qurumları olduqca absurd və məntiqsiz iddialarla rəsmi İrəvanın Rusiyadan qorxaraq, son anda Ukrayna prezidentini Ermənistanda qəbul etməyə cəsarətinin çatmadığını gizlətməyə çalışırlar. Halbuki, erməni mənbələri hələ Münhen Konfransından dərhal sonra bu barədə tamamilə fərqli məlumatlar yaymışdılar. Həmin məlumtlarda bildirilirdi ki, Qərbin Ermənistan üzrə kuratorları baş nazir Nikol Paşinyana mart ayının 4-də prezident V.Zelenskini İrəvanda qəbul etmək barədə tapşırıq veriblər.
Erməni baş nazir isə Rusiyanın qəzəbini əsas gətirərək, prezident V.Zelenskinin İrəvana səfərinə regional görüntü verilməsini xahiş edib. Yəni, baş nazir Nikol Paşinyan Qərbin kuratorlarından Ukrayna prezidentinin İrəvanla yanaşı, Bakıya da səfər etməsinin təşkilini istəyib. Cavabındasa, “biz bu barədə düşünəcəyik” reaksiyası ilə üzləşib. Və nəticədə Ukrayna prezidentinin Bakıya səfərini təşkil edə bilməyiblər.
Məsələ ondadır ki, Azərbaycan Ermənistandan fərqli olaraq, Qərb siyasi dairələrinin geopolitik oyunlarında iştirak etmir. Rəsmi Bakı müstəqil regional və xarici siyasət yürüdür, Qərbin deyil, Azərbaycanın maraqlarını üstün tutur. Üstəlik, Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna lideri Volodimir Zelenski arasında Münhendə görüş olduğundan, onun belə qısa müddətdə Bakıya səfəri üçün də elə bir ciddi səbəb ola bilməzdi. Yəni, Qərb siyasi dairələri Azərbaycan üzərindən hansısa geopolitik oyunlar qurmaq şansına sahib deyil. Və əgər, Ukrayna prezidenti Azərbaycana səfər edəcəksə, bu, Qərbin istəyi, yaxud maraqları çərçivəsində deyil, məhz rəsmi Bakının müəyyən edəcəyi vaxtda baş tuta bilər.
Ancaq Paşinyan hakimiyyəti istəyirsə, Ukrayna-Ermənistan münasibətləri çərçivəsində prezident V.Zelenskinin İrəvana səfərini ikitərfli təmaslarla elə indi də reallaşdırmaqda sərbəstdir. Halbuki, belə anlaşılır ki, rəsmi İrəvanın sərbəstliyi və müstəqilliyi sadəcə, formal xarakter daşıyır. Paşinyan hakimiyyəti Rusiyaya qarşı ittihamlar irəli sürsə də, əslində, Kremli qıcıqlandıra biləcək konkret addımların atılmasından da ciddi şəkildə qorxur.
Paşinyan hakimiyyəti Kremlin qəzəblənəcəyi təqdirdə, Ermənistanı hansı fəlakətlərin gözləyə biləcəyini bilir. Bu səbəbdən də, Paşinyan hakimiyyəti Münhendə Qərbdəki kuratorlarına verdiyi sözü tuta bilmədi. Erməni baş nazir prezident V.Zelenskinin İrəvan səfərindən son anda imtina etməklə, onların Rusiyaya növbəti siyasi zərbə vurmaq üçün qurduqları geopolitik planı pozmaq məcburiyyətində qaldı. Və yəqin ki, indi Paşinyan hakimiyyəti narazı Qərbin “qulaqburma”sına da hazırlaşmalı olacaq.(Yeni Müsavat)
Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
“Hörmətli Baş nazir cənab Rama.
Hörmətli komissar xanım Simson.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
İlk növbədə Baş nazir Edi Ramanı salamlamaq və bu vacib tədbirdə bizimlə birlikdə olduğuna görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan və Albaniya iki dost ölkədir. Biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik. Bizim olduqca fəal siyasi dialoqumuz var. Bizim cənab baş nazirlə istər Azərbaycan, istər Albaniya, istərsə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimizin müntəzəm gündəliyi var. Biz bir-birimizi beynəlxalq təsisatlarda dəstəkləyir, habelə enerji təhlükəsizliyi məsələlərində fəal çalışırıq. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Hazırda isə biz enerji əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edirik. Əminəm ki, cənab baş nazirlə bugünkü müzakirəmiz zamanı gündəlikdə duran bütün məsələləri əhatə edəcəyik.
Mən, həmçinin komissar Simsona da növbəti dəfə ölkəmizə səfər etdiyinə görə minnətdarlığımı ifadə etmək istərdim. Bildiyiniz kimi, Azərbaycan Respublikasının energetika naziri və Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədrləridir. Onlar genişlənməkdə olan böyük heyətin bir araya gətirilməsi və əlbəttə, Avropa İttifaqının bütün planlarımızın reallaşdırılmasında yer alması baxımından vacib rol oynayırlar. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.
Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gündə belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir.
Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.
Burada, Gülüstan sarayında sonuncu - bir il əvvəlki görüşümüzdən bu yana bir neçə mühüm hadisə baş verib. Bildiyiniz kimi, adətən Məşvərət Şurasının toplantıları zamanı bu qrup görülmüş işləri və qarşıda duran məsələlərin həlli baxımından görüləcək əlavə tədbirləri nəzərdən keçirir. Ən başlıcası isə atılacaq birgə addımları planlaşdırır.
Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir.
Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Yeri gəlmişkən, onu da deyim ki, ötən il ərzində türkiyəli dostlarımızla fəal kommunikasiya nəticəsində biz Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəldik. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Çünki onların hər biri enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin maksimum səmərəliliklə təmin olunması kimi vahid məqsədə xidmət edir.
Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.
Bizim enerji layihələrimizlə bağlı daha bir məqam ondan ibarətdir ki, dost Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Biz bunu alqışlayırıq, heyətimizə xoş gəlmisiniz. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcək. Bizimlə birgə çalışmaq arzusunda olan enerji şirkətlərindən çoxsaylı müraciətlər daxil olur. Bu müraciətlər həmin şirkətlərin fəaliyyət göstəricilərinə və bizim enerji gündəliyimizə əsasən nəzərdən keçirilir.
Gələcək planlarımıza gəldikdə, əlbəttə, bu gün biz onları geniş müzakirə edəcəyik. Mən onlardan yalnız bir neçəsini səsləndirmək istərdim. İlk növbədə, biz gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olduqca ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaq.
Bununla yanaşı, bizim “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.
Beləliklə, bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.
Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpa olunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpa olunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 giqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq.
Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim bərpa olunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq.
Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır. Əlbəttə ki, bərpa olunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq.
Bu da Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaqdır. Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.
Beləliklə, biz indi vacib bir məqama gəlirik. Bu məqamın tərəfdaşlıq və əməkdaşlığın qurulması üçün enerjinin və qazıntı yanacağının bir alət və vasitə olduğunu görürük. Qazıntı yanacağı məsələsi ilə bağı sonuncu məqam. Biz indi qazıntı yanacağının bir növ yalnız problem yaradan bir məsələ olması meylini görürük. Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız bundan sonra, ədaləti təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, biz neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayrıcı xətlər görəcəyik.
Bu məsələ haqqında danışarkən, əlbəttə, burada bu masada dünyanın aparıcı maliyyə institutlarının nümayəndələrinin olduğunu nəzərə alaraq diqqətinizi maliyyələşmə məsələsinə yönəltmək istəyirəm. Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın.
Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət etmişdir, dediyim kimi artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır. Qaza tələbat var və bizim resurslarımız var, bizim infrastrukturumuz var. Hesab edirəm ki, Avropa maliyyə institutlarından maliyyələşmə, ən azından bu layihənin maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir.
Biz hamımız nələrin baş verdiyini bilirik. Azərbaycan, qeyd etdiyimiz kimi yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, eyni zamanda, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz.
Sonuncu məsələ, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Baxmayaraq ki, qeyd etdiyim kimi bu qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpa olunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir.
Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik, lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi.
Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə, sadəcə, məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.
Bununla da çıxışımı burada bitirirəm. Bir daha bizimlə bir yerdə olduğunuz üçün təşəkkür edirəm. Fürsətdən istifadə edərək hamınızı COP29-a aparan bu mühüm yolda bizim tərəfdaşımız olmağa dəvət etmək istəyirəm. Təşəkkür edirəm”.
Sonra Albaniya Respublikasının Baş naziri Edi Rama və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasını həmsədri Kadri Simson çıxış ediblər.
Qeyd edək ki, toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.
Toplantı açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirib.
Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.
***
Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
***
Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilir.
President.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında ölkəmizin bu il COP29 Konfransına ev sahibliyi etməsinin önəmindən də söz açıb.
Dövlət başçısı bu barədə qərar qəbul olunan kimi ölkəmizin müxtəlif QHT-lərin və media təşkilatlarının hücumuna məruz qaldığını vurğulayaraq deyib.
“İqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum olunmamalıdır, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik. Lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi. Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə sadəcə məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir. Bizim tədbirə ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir”, - Azərbaycan lideri bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.
Cilberto Piketto-Fratin İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik etdi.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirdi və bununla bağlı dəvəti çatdırdı.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunuldu, çox sayda İtaliya şirkəti, o cümlədən “Ansaldi”, “Leonardo”, “Maritexnimont” və bir sıra digər şirkətlərin Azərbaycan ilə əməkdaşlıq etməsi, işğaldan azad olunmuş ərazilərilərimizdə İtaliya şirkətlərinin fəaliyyət göstərməsi məmnunluqla qeyd olundu.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.