İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü başlayıb

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü başlayıb.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Həmin kəndlər boşdur və Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur... - HƏQİQƏTƏN DƏ...Erməni mənbələrinə görə, baş nazir Nikol Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq bunun qarşılığında Azərbaycan ordusunun sərhəddəki strateji yüksəklikləri tərk etməsini istəyib. Bu mümkün deyil. Həmin strateji yüksəkliklər ordumuz üçün strateji əhəmiyyət daşıyır. Həmin yüksəkliklərdən Ermənistanın yolları, şəhərləri və hava limanlarının bir qismi nəzarətimiz altındadır. Bu o deməkdir ki, həmin yüksəkliklər bizə qarşı mümkün təhdidlərin qarşısını alır. Nikol Paşinyan böyük ehtimalla 4 kəndlə bağlı araşdırma aparıb və onun üçün hazırlanan hesabatla tanışdır. Həmin kəndlər boşdur və Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur. Azərbaycanın digər ərazilərinə bitişik 4 kəndin geri qaytarılması Ermənistanın özü üçün faydalıdır ki, danışıqlarda müsbət atmosfer formalaşacaq. Buna baxmayaraq, Paşinyan həmin 4 kənddən alver predmeti kimi istifadə etmək istəyərək qarşılığında nəsə qazanmaq istəyir. Ancaq onun düşündüyü “qazanc” strateji yüksəkliklərə bəbarər deyil.

Elxan Şahinoğlu 
Moskvanın təklifi: Tiflis də Bakını seçərsə... - ŞƏRH7-8 il öncə Rusiya və NATO hərbi rəhbərliyi Azərbaycanda görüşdü. Rusiyanın Baş Qərargah rəisi NATO-nun Avropadakı baş komandanı ilə məhz Bakıda üç dəfə görüşüb, fikir mübadiləsi apardı.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Abxaziya ilə bağlı görüşlərin Bakıda keçirilməsi təklifi ilə bağlı məsələyə münasibətində qeyd edib.

“Prinsip etibarı ilə Gürcüstan Azərbaycanın strateji tərəfdarıdır və Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Əgər Gürcüstanın da belə bir istəyi olarsa, bəli, razılaşmaq olar. Bu, Azərbaycanın bölgədəki rolunun artmasına işarədir”, - politoloq vurğulayıb.

O bildirib ki, Rusiya və Gürcüstanın uzun müddətdir İsveçrədə apardığı nəticəsiz dialoqun Bakıda olması problemin həllinə töhfə verə bilər.

Qeyd edək ki, Abxaziyanın nümayəndələri Moskvanın Cenevrə müzakirələrini Minskə və ya Bakıya köçürməyi düşündükləri barədə açıqlama veriblər.
Rəsmi İrəvan SAVAŞ TƏDARÜKÜNDƏ - NƏ ETMƏLİ?Ermənistan 1 aprel-28 iyun tarixində ehtiyatda olan hərbçi qulluqçuları təlimə çağırır: ümumilikdə 4799 nəfər təlimə cəlb olunacaq, onlardan 4353 nəfəri sıravi və kiçik rütbəli zabit, 144 nəfəri böyük rütbəli zabitdir, 302 nəfəri isə motoatıcı və rabitə korpusunun, o cümlədən, kəşfiyyat, mühəndislik və raket artilleriya üzrə ixtisaslaşmış zabitlərdir.
Bu təlimlər Ermənistanın Azərbaycanla müharibəyə hazırlığı fonunda təsadüfi deyil və ehtiyata çağırılan hərbçilərin mümkün təxribatlara cəlb olunacağı istisna edilməməlidir.
Ötən ilin sentyabrda analoji ssenari baş vermişdi: sərhəddə erməni təxribatından sonra ordumuzun cavab addımları nəticəsində məhv edilən hərbçilər arasında 25 günlük təlimə çağırılanlar da vardı, misal üçün, 40 yaşlı Andranik Antonyan. Yenidən eyni ssenarinin tətbiqi mümkündür.
Ehtiyatda olanların çağırışı ilə ordudakı canlı qüvvə çatışmazlığını aradan qaldıraraq, onlardan təxribat hücumlarında istifadə edə bilərlər. Söhbət 5 minə yaxın hərbçidən gedir.

Asif Nərimanlı
Katolikos ermənilər üçün “qır qazanı” qaynadır - Kilsə yeni konstitusiyaya və hökumətə qarşıErmənistanda konstitusiyaya dəyişikliklərlə bağlı qızğın müzakirələr davam edir. “Hraparak” qəzetinin məlumatına görə, Ermənistanın konstitusiya islahatları üzrə komissiya və şura üzvləri martın 1-də Baş nazir Nikol Paşinyanla görüşəcək və ölkənin yeni konstitusiyasının hazırlanması məsələsini müzakirə edəcəklər.

Paşinyanın sözlərinə görə, Ermənistana konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır. O, yanvarın 18-də Ədliyyə Nazirliyinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib: “Bizim Ermənistan Respublikasını yeni geosiyasi və regional reallıqlarda daha rəqabətli və həyat qabiliyyətli edəcək konstitusiyamız olmalıdır”.

Konkret desək, söhbət Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edən konstitusiyanın preambulasından gedir ki, burada öz növbəsində “Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsi” haqqında 1 dekabr 1989-cu il tarixli qərara istinad edilir. Bu kontekstdə Bakı Ermənistan konstitusiyasının Müstəqillik Bəyannaməsinə istinad etməyəcəyini gözləyir, çünki hər hansı milli qanuna görə, Azərbaycan ilə Ermənistan arasında sərhədlər və ərazilərlə bağlı dövlətlərarası saziş mübahisəli sayıla bilər və gələcək siyasi liderlər Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Paşinyanın verdiyi qərarların qanuniliyinə etiraz edə bilərlər.

Paşinyanın bu niyyəti müxalifət düşərgəsində ağrılı reaksiyaya səbəb olub və bu, erməni kilsəsinin yeni konstitusiyanın qəbulu təşəbbüsünü şübhəli sayması ilə bağlı bəyanatı ilə davam etdirilib.

“Ali Ruhani Şura yeni konstitusiyanın qəbulu təşəbbüsünü çox şübhəli hesab etdi, xüsusən də ictimai dairələrdə bunun həm də kənar məcburiyyətin nəticəsi kimi qəbul edildiyini nəzərə alırıq. Ermənistanın müxtəlif yüksək rütbəli rəsmilərinin, eləcə də Azərbaycan Prezidentinin yeni konstitusiyanın qəbulu ilə bağlı çıxışları yalnız mövcud şübhələri daha da artırır”, - deyə erməni kilsəsinin bəyanatında bildirilir.

Eyni zamanda, erməni kilsəsi hesab edir ki, “konstitusiyanın əsasını milli-mənəvi simvollar, xalqın keçmişinin xatirəsi, millətin arzu və istəkləri təşkil edir”.

Son sözlərə, yəni millətin arzu və istəklərinə gəlincə, daha ətraflı dayanmaq istərdim. Tarix boyu erməni kilsəsi qonşu xalqlara qarşı nifrət və ərazi iddialarının formalaşmasında əsas rol oynayıb. Məsələn, Birinci Dünya müharibəsi ərəfəsində katolikos V Gevorq Surenyants Rusiya imperiyasını bu müharibənin ilk növbədə ermənilərin özləri üçün təhlükə yaratmasına baxmayaraq, Osmanlı imperiyasına qarşı tez bir zamanda hərbi əməliyyata təhrik etdi. 1915-ci ildə türklərə qarşı üsyan qaldıran ermənilərin taleyi məlumdur.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra katolikos VI Gevorq Çorekçyan Sovet İttifaqı, ABŞ və Böyük Britaniyanın rəhbərlərinə müraciət edərək, “erməni ərazilərinin” Sovet Ermənistanına qaytarılması üçün Türkiyəyə təzyiq göstərməyi xahiş etdi. Katolikos I Vazgen isə 1956-cı ildə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqaninə ünvanladığı məktubda Dağlıq Qarabağın Ermənistan SSR-ə verilməsi məsələsini qaldırmışdı.

Erməni kilsəsinin məqsədyönlü fəaliyyəti və səyləri nəticəsində 1980-ci illərdə etnik azərbaycanlılar Ermənistandan zorla qovuldu və bununla da Azərbaycana qarşı çoxdankı ərazi iddiaları planının həyata keçirilməsinin açıq mərhələsi başladı.

Başqa dövlətlərin ərazisində fəaliyyət göstərən erməni kilsələri Qarabağa müharibəyə göndərilmək üçün erməni gəncləri cəlb edir, həmçinin Qarabağ separatçıları üçün pul yığımı təşkil edirdilər. Erməni keşişləri əllərində silahla da Azərbaycan ərazilərinin işğalında, dinc azərbaycanlıların qətlində fəal iştirak ediblər.

İndi də Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra erməni ruhaniləri öz inanclılarının revanşist əhval-ruhiyyəsini qızışdırmaqda davam edir, düşmənçiliyi fəal şəkildə qızışdırır və bununla da Azərbaycanla münaqişənin alovunun sönməsinə imkan vermirlər. Onlar öz kütlələrinə xristian dininin tələb etdiyi kimi mehriban qonşuluq və qonşu sevgisini öyrətmirlər.

Dirçəliş, çoxəsrlik istək və arzular adı altında erməni kilsəsi açıq şəkildə Azərbaycanla ölümcül qarşıdurmadan danışır. Bununla da onlar erməniləri əbədi düşmənçilik və nifrət qurbangahında qurban verməyə hazırlayırlar.

ayna.az
http://qanuninfo.az/uploads/posts/2024-02/1709234078_1709200601_0001.jpg
ABŞ və Fransa İrəvanla hərbi sazişə hazırlaşır - KoribkoRusiya rəsmi olaraq Ermənistan qarşısında müdafiə öhdəliklərini özündə saxlayır və çətin ki, Moskva İrəvanı KTMT-dən qovsun. Moskvanın maraqları ondan ibarətdir ki, İrəvanı bu addımı yenidən nəzərdən keçirməyə inandırsın. Yəqin ki, Rusiyanın “azğın tərəfdaşı” hazırda NATO-ya üzv olmaq yolunda ilk addım kimi Fransa və ABŞ-la ikitərəfli təhlükəsizlik paktları imzalamaq üçün danışıqlar aparır.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun üzvü, amerikalı siyasi ekspert Endryu Koribko deyib.

Ekspertin sözlərinə görə, Qərb 2020-ci ildən etibarən Paşinyanı Rusiyadan uzaqlaşmağa çalışır:

“Paşinyan ötən həftə “Frans 24” telekanalına müsahibəsində Rusiyanın rəhbərlik etdiyi KTMT-də İrəvanın iştirakını dondurduqlarını və qarşıda atılacaq addımlara qərar vermək üçün bundan sonra baş verəcək prosesləri izləyəcəklərini deyib. Bundan sonra Paşinyan dərhal Rusiyanın Gümrüdəki bazasının bağlanması ilə əlaqədar müzakirə aparılmadığını və bu sahədə fəaliyyətin başqa bir müqavilə çərçivəsində tənzimləndiyini vurğuladı. Proseslərin belə inkişafı onun antirusiya platformasından hakimiyyətə gəlməsindən sonra proqnozlaşdırıla bilən idi. O, bu mövqeyini 2020-ci il müharibəsindən sonra daha da gücləndirdi. Fransa və ABŞ o vaxtdan bəri onu Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik blokundan çıxmağa təşviq etməyə çalışır. Paşinyan isə Azərbaycan ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri ilə işğal altındakı torpaqlarının geridə qalan hissəsini azad etdikdən sonra Rusiyaya qarşı ritorikasını daha da gücləndirib”.

Koribko bildirib ki, Ermənistan indi geostrateji baxımdan boz zonadadır, çünki Azərbaycan və ya Türkiyənin “hücum”una yol açacağı narahatlığına görə KTMT-dən hələ çıxmayıb:

“Lakin faktiki olaraq rəsmi İrəvan artıq KTMT-də iştirak etmir. Bütün hallarda Paşinyanın spekulyativ səyləri Fransa, ABŞ və s. dövlətlərin qoşunlarının ölkəyə dəvət edilməsi ilə nəticələnə bilər. Əlbəttə, Ermənistan ərazisində bəhs etdiyimiz ölkələrin qoşunlarının yerləşdirilməsi KTMT-nin şərtlərinin pozulması deməkdir. Nə Rusiya, nə də digər üzvlərin buna razı olması mümkündür. Bununla belə, Ermənistan artıq AB-nin müşahidə missiyasına ev sahibliyi edir və Moskva İrəvanı şərtləri pozduğuna görə KTMT-dən çıxarmaqla hədələmədi. Odur ki, daimi mövcudluq ssenarisi gerçəkləşdirmək və Rusiyanı tələyə çəkmək üçün xarici qoşunların müvəqqəti şəkildə yerləşdirilməsi də mümkündür. NATO-ya üzvlüyün ərəfəsində olan İsveç ötən il ABŞ-la ölkədəki bütün hərbi bazalara çıxış imkanı verəcək hərbi əməkdaşlıq sazişi imzalayıb. Fikrimcə, ABŞ və ya Fransa, yaxud hər ikisi birlikdə bu ilin sonunadək Ermənistanla da ordu və hərbi texnika göndərməyə imkan verən bənzər təhlükəsizlik müqaviləsi imzalaya bilər. Məqsəd isə Ermənistanın KTMT-dən çıxması real olduğu təqdirdə onu Türkiyə və ya Azərbaycandan, əslində isə Rusiyadan qorumaqdır. Hadisələrin inkişafı Ermənistanın təşkilatdan çıxmasının qaçılmaz olduğunu göstərir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana öz milli təhlükəsizliyini NATO-ya təhvil verməmək , bloka Rusiya qədər etibar etməyin qeyri-mümkünlüyü barədə xəbərdarlıq edib. Lakin Paşinyan başqa cür düşünməyə inandırılıb ki, bu da onun geostrateji dönüşə başlamasının əsasını təşkil edir. Əgər NATO Ukraynadan Rusiyaya qarşı istifadə etdiyi kimi, fərqli formalarda Ermənistandan Azərbaycan və ya Türkiyədə sabitliyi pozmaq üçün istifadə edərsə, onda Bakı ilə Ankara təhdidlərə son qoymaq üçün İrəvana qarşı öz xüsusi əməliyyatını keçirə bilər”.
Əllər tətikdə: Bölgə yenidən qarışır - Zəngəzura yol açılırPolitoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür Ermənistanda Ukrayna Prezidenti Vladimir Zelenskinin bu ölkəyə mümkün səfəri ilə bağlı qızğın müzakirələr gedir. Təlaşa düşən ermənilər buna görə Rusiyanın onları cəzalandıracağını deyirlər. Sizcə, Zelenskinin Ermənistana səfəri necə bitəcək?

- Müəmmalı səfərdir. Bu səfərin Ukrayna və ya Ermənistan üçün hansı əhəmiyyətinin olacağını söyləmək mümkün deyil. Məsələn, Zelenski Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hansı töhfəni verə bilər? Bu da məsələnin bir tərəfidir, amma indiyədək bununla bağlı bir fikir formalaşmayıb. Üstəgəl, o məsələ müzakirə mövzusudur ki, Zelenski İrəvanda Ermənistan rəhbərliyinin Rusiyadan uzaqlaşması üçün təlqinlər edə bilər. Məsələn, deyə bilər ki, fürsətdir, nə qədər gec deyil, Rusiyanın başını çəkdiyi qurumlardan uzaqlaşın, Avropaya yaxınlaş. Hətta Zelenski öz nüfuzundan istifadə edərək, bu yöndə Ermənistana öz köməyini təklif edə bilər.

Bizim insanlarımızda o nigaranlıq da var ki, Ermənistana səfər edəcək Zelenski Azərbaycana gəlməyəcək. Bu yaxınlarda Münxendə Prezident İlham Əliyevlə Zelenski arasında görüş olmuşdu. Görüşdə ikitərəfli münasibətlər ətraflı müzakirə edilmişdi. Amma bəziləri yazırlar ki, Zelenskinin Azərbaycana səfərindən bizə ziyan dəyə bilər. Bu, mümkün deyil. Azərbaycanla Ukrayna arasında möhkəm dostluq əlaqələri var. Azərbaycan prezidenti də ötən illərdə Ukraynaya səfər edib. Üstəgəl, müharibə başladıqdan sonra Azərbaycandan Ukraynaya böyük həcmdə humanitar yardımlar göndərilir. Zelenski dəfələrlə buna görə Prezident Əliyevə təşəkkür edib.

Başqa sözlə, Zelenskinin Ermənistana səfərinin Azərbaycana toxuna biləcək bir tərəfi yoxdur. Mənim ehtimalıma görə, bu səfər Rusiya ilə bağlıdır, İrəvandakı müzakirələr də bu yöndə olacaq. Rusiyadan uzaqlaşmaq və onun beynəlxalq aləmdə təklənməsi Ukrayna üçün həyati önəm kəsb edir. Ukrayna mümkün qədər Rusiyanı əlverişsiz vəziyyətə salmağa çalışır.

- Ermənistanın KTMT-dən çıxması və Rusiyanın Gümrüdəki bazasının bağlanılması ilə bağlı mesajların yaratdığı gərginlik fonunda Zelenskinin Ermənistana səfəri Moskvaya qarşı ikinci cəbhənin bu ölkədə açılacağı ehtimalını da gündəmə gətirib. Siz bunu mümkün hesab edirsinizmi?

- Bunu hərbi və ya müharibə formasında təsəvvür edə bilmirəm, amma Ermənistanın hərəkətləri Rusiya üçün ikinci cəbhənin açılması deməkdir. Ermənistan baş nazirinin Münxendə Fransa agentliyinə müsahibəsi və qayıtdıqdan sonra İrəvanda verdiyi açıqlamalar Rusiyanın nüfuzuna ikinci cəbhədən çox zərər vurub. Paşinyan cidd-cəhdlə Rusiyanı nüfuzdan salır. Ermənistan baş naziri “Rusiyanın nə qədər təhlükəli olduğu və heç kimin ondan xeyir görmədiyi” fikrini beynəlxalq ictimai rəyə yeridir.

Ermənistan hərbi müstəvidə olmasa da, ideoloji cəhətdən çoxdan Rusiyaya qarşı ikinci cəbhəni açıb. Zənnimcə, bu yöndə də müəyyən nəticələr əldə edib.

- Fransa tərəfindən silahlandırılan Ermənistanın Azərbaycana qarşı hərbi təxribata çəkiləcəyi ilə bağlı iddia da dolaşır. Məqsədin də iki ölkə arasında irimiqyaslı savaş olduğu bildirilir. Ermənistan bu avantüraya gedəcəkmi?

- Fransa çox təhlükəli və qızışdırıcı ölkədir. Onun başında duran adam ağıllı deyil, Makronu nəzərdə tuturam. Makron bütün varlığı ilə, yalançı vədlərlə Ermənistanı Azərbaycana qarşı təhrik edir. Amma mən Ermənistanın bu qədər cəsarətli olduğunu düşünmürəm. Zatən, Rusiya Ermənistandan yanıqlıdır. Ermənistan yenidən təxribata əl atsa, özlərinin yazdıqları kimi, bir neçə yüksəkliyi işğal etmək üçün lokal xarakterli hərbi əməliyyata başlasa, bu, ona heç bir halda xeyir gətirməyəcək. Əksinə, bu durumda güclü Azərbaycan ordusu Ermənistanın təxribatlarına cavab olaraq, Zəngəzur istiqamətində strateji əhəmiyyətli yüksəklikləri götürə bilər. Azərbaycan bunu istəmir, biz sülhdə maraqlıyıq. Amma Ermənistanın istənilən təxribatına verəcəyimiz cavablar da var.

Xarici işlər nazirləri Almaniyada görüşdülər. Avropa Birliyi və ABŞ də yenidən sülh müqaviləsinin imzalanması üçün ciddi mövqelər sərgilməyə başlayıb. Fransa istisna olmaqla, Ermənistanı qızışdıran başqa ölkə yoxdur. Mənim qənaətimə görə, Nikol Paşinyanın özü də sülhü arazulayır. O başa düşür ki, sülh sazişi həm də öz hakimiyyətinin möhkəmlənməsinə gətirib çıxaracaq. Üstəgəl, sülh sazişi imzalanacağı təqdirdə Ermənistana böyük investisiyaların yatırılacağı qabaqcadan vəd edilib. Bura Avropa Birliyinin 2.6 milyard avroluq vədi də daxildir, eləcə də ABŞ və bəzi dövlətlərin. Ona görə də düşünmürəm ki, Ermənistan bu cür perspektivi qoyub daha şübhəli və ağır nəticələri olacaq perspektivlərə doğru addım atacaq.

- Cənubi Qafqazda yerləşməyə çalışan Fransanın dəstəkçiləri varmı – istər Qərb, isərsə də region dövlətləri arasında?

- Fransaya geniş dəstək verən dövlət yoxdur. Fransa uzun müddətdir Avropanın canını boğazına yığan ölkədir. Makronu isə ciddi siyasətçi hesab etmirlər. Düzdür, bundan əvvəl Gürcüstan Fransanın göndərdiyi silahları öz ərazisindən buraxıb, amma Azərbaycan yeni partiyanın bu yolla göndərilməsi ehtimalına qarşı ciddi etiraz edib. Məncə, yeni silahların Gürcüstan üzərindən ötürülməsində ciddi çətinliklər yaranacaq.

Bəli, Fransa böyük ölkədir, nüvə dövlətidir, elmi-texniki baxımdan tərəqqi edib. Amma Fransa Avropa Birliyi daxilində müəyyən nüfuza malikdir, dünyada isə belə qəbul edilmir. Əksinə, onun Cənubi Qafqazı qarışdırmaq cəhdləri başda ABŞ olmaqla, bir çox dövlətləri qəzəbləndirir. Fransanın Cənubi Qafqaza can atması və Gümrüdə Rusiya hərbi bazasını əvələmək məqsədi çoxlarının xoşuna gəlmir. Hətta bəzilərini qıcıqlandırır ki, bir bazanı çıxarıb öz bazanı yerləşdirmək bölgə üçün xeyirli ola bilməz.

Fransa Azərbaycana qarşı Ermənistana münasibətdə daha açıq və davakar mövqe tutur. Bu baxımdan, bölgədə yerləşmək istəyən Fransanın ən böyük əleyhdarlarından biri qardaş Türkiyədir, Azərbaycanın özüdür. Lazım gələrsə, Pakistan da bu prosesdə bizə dəstək verəcək. Hətta bizi sevməyən İranın özü də Fransa qoşunlarının Ermənistana yerləşdirilməsinə narazıdır. Üstəgəl, Gümrüdə yerləşmək üçün, ilk növbədə, Rusiyanı oradan çıxarmaq lazımdır. Bu məsələ ilə bağlı Ermənistanla Rusiya arasında gərgin mübarizə gedəcək. Fransa nahaq yerə özünü əldən salmasın.

DİN-in Mətbuat Xidməti İdarəsində şöbə rəisi təyinatı olub.

Bakupost.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xidmətin inspektoru, polis mayoru Anar Qafarov mətbuat xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

 

 

Prezident İlham Əliyev Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Yol-xeber.az xəbər verir ki, Sərəncama əsasən Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bakı elan edib: Zəngəzur dəhlizi açılmasa… - NƏ BAŞ VERİR?Ermənistan Baş naziri Paşinyan yaxınlaşan müharibə ideyasını əsaslandırmağa çalışır. Bu əsaslandırmada yenə Zəngəzur dəhlizindən bəhs edərək, Rusiya və Türkiyəni də məsələyə qatır.

Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.

“Azərbaycan açıq şəkildə bildirib ki, Ermənistan Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana yol verməsə, dövlətimiz hərbi yolla buna nail olmağa çalışmayacaq. Bölgədə hər hansı bir hərbi toqquşmanın olması və yaxud Ermənistanın ərazisini işğal etmək Azərbaycanın marağında deyil. Rusiya və Fransa öz məqsədləri üçün bu cür fikirləri irəli sürürlər. Rusiya hərbi müttəfiqliyini pozmasın deyə, Ermənistanı bizlə və Türkiyə ilə qorxudur. Fransa isə Ermənistanda daha çox mövqeyə sahib olmaq üçün çalışır. Çox qısa müddətdə Fransa Ermənistana hərbi müşavirlərini təyin edib və silah satışını daha da artıb. İş o həddə çatıb ki, Fransa Ermənistanın daxili siyasətinə də qarışır. Rəsmi Paris daşnaklarla Paşinyanın münasibətlərini yaxşılaşdırmaq niyyətindədir. Azərbaycan tərəfi isə sülh sazişinə dair öz təkliflərini irəli sürüb və prinsipial olaraq bunu davam etdirmək niyyətindədir. Paşinyan hökuməti bölgədə Rusiyanı əvəz etməyə çalışan Fransa üçün geosiyasi dayaq rolunu oynamağa çalışır”, - Məmmədov bildirib.

Xəbər lenti