|
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda "Xocalıya ədalət" şüarı yer alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "X" hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda "26 fevral 1992. Xocalı soyqırımı" sözləri yer alıb.
Göygölə yeni polis rəisi təyin olunub.
APA xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, İsmayıllı rayon Polis Şöbəsinin rəisi polkovnik Şəmşir Kazımov tutduğu vəzifədən azad edilərək, Göygöl rayon Polis Şöbəsinə rəis təyin edilib.
Daxili işlər orqanlarında yeni təyinat olub.
Yol-xeber.az xəbər verir ki, DİN-də imzalanmış müvafiq əmrlə Oğuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüqar Əliyev rotasiya qaydasında vəzifədən azad edilərək İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin olunub.
Saatlı rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Hikmət Vəliyev sözügedən vəzifəyə təyin olunub.
Qeyd edək ki, Hikmət Vəliyev sonuncu dəfə 2021-ci ilin sentyabr ayında Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat üzrə rəis müavini təyin edilmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl polkovnik Azər Tağıyev Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq İmişli Rayon Polis şöbəsinin rəisi təyin olunub.
Sabah Türkiyənin İstanbul şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçiriləcək “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfransda əlaqədar Fransa müstəmləkəsi altında yaşayan xalqlar dünyaya müraciət edəcəklər.
Türkiyənin “Haber Global” telekanalının “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda keçiriləcək beynəlxalq konfransla əlaqədar hazırladığı süjetdə yer alıb.
Qeyd edilir ki, beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndəsi iştirak edəcək. Bakı Təşəbbüs Qrupu İstanbulda mühüm konfransa imza atacaq.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, konfransın məqsədi Fransa müstəmləkəçilik siyasətindən zərər çəkən bütün regionların nümayəndələrinin iştirakı və onların regionlarda baş verən hadisələri, cari vəziyyəti, reallıqları dünya ictimaiyyətinə düzgün çatdırmaqdır: “Bakı Təşəbbüs Qrupu yarandığı ilk 4 ayda 5 beynəlxalq konfrans keçirdi. Konfransların məqsədi Fransanın regionlardakı siyasətinin dünya ictimaiyyətinə çatdırılması idi”.
Telekanal qeyd edib ki, konfransın iştirakçıları Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrin nümayəndələridir. İştirakçılar arasında Yeni Kaledoniya, Fransa Polineziyası, Fransa Qvineyası və digər ölkələrdən təmsilçilər var. Telekanala müsahibə verən iştirakçılar ölkələrinin 200 ildir Fransanın müstəmləkəsi altında yaşadığını, bu istiqamətdə mübarizənin hələ nəticə vermədiyini bildiriblər.
Onlar vurğulayıblar ki, Bakı Təşəbbüs Qrupu səslərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir.
Konfrans iştirakçıları bununla belə, bir gün müstəqillik əldə edəcəklərinə əminliklərini ifadə ediblər.
Süjetdə qeyd edilir ki, “Bakı Təşəbbüs Qrupu müstəmləkə siyasəti altında yaşayanların müstəqillik mübarizəsinə hər zaman dəstək verir. Qrup müstəmləkəşiliyə qarşı mübarizə mövzusunda 6 konfrans keçirib.
Qeyd edək ki, Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı Fransanın müstəmləkələri olan dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, digər bütün maraqlı tərəflər rəsmi Parisin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səslənəcək.
Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.
Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
Parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Fikrət oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.
Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.
"Təbrikdə deyilir:
"Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".