"Paşinyan Rusiyanın siyasətini icra edir - Görünən anti-Rusiya münasibəti isə tamaşadır...""Paşinyan özünün anti-Rusiya mövqeyi ilə dövlətin immunitetini azaldır ki, Rusiyanın Ermənistan Respublikasına girişi rahat keçsin".

Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına görə, bu gözlənilməz fikri “Genesis Armeniya” analitik mərkəzinin rəhbəri Abraham Qasparyan “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində söyləyib.

“Paşinyan Rusiyanın siyasətini həyata keçirir. Onun aşkar anti-Rusiya münasibəti isə tamaşadır. Paşinyanı bütün dövlətlər, istər Qərb, istərsə də Rusiya hakimiyyətdə saxlayır - o, hamıya faydalıdır.

Problem bundadır: Ermənistanın suverenliyinin müqaviməti 0-a endirilməlidir ki, növbəti hökumət dövründə o, 0,1-dək artarsa, hakimiyyət uzunömürlülük imkanı əldə etsin. Bu isə yalnız Rusiyanın Ermənistanda mövcudluğu hesabına olmalıdır”, - deyə Qasparyan vurğulayıb.

P.S. Heç bunu deyənin özünün də kimə işlədiyi bilinmir...
Türkiyə-Azərbaycan Universiteti Xankəndidə olacaq? - "Nazirliyin mütəxəssisləri də bu məqsədlə ..."
Türkiyə-Azərbaycan Universitetinin Azərbaycanın Xankəndi şəhərində yerləşəcəyi ehtimal edilir.

Bu barədə Axar.az-a özəl mənbədən verilən məlumatda bildirilib.

İddia edilir ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb və Elm və Təhsil Nazirliyinin mütəxəssisləri də bu məqsədlə Xankəndiyə gediblər. Yeni universitetin mövcud infrstrukturun bazası əsasında qurulması da nəzərdə keçirilir.

Nazirlikdən bu gün mövzu ilə bağlı açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqda anlaşma memorandumunu Prezident İlham Əliyevin 19 fevralda Türkiyəyə səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
 

"Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir.

Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu (bundan sonra – Qoruq) elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etsin;

2.2. Qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilsin.

Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Nazirlikdən bildirilbi ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Əlavə məlumat olarsa bildiriləcək.

“Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq”.

Bunu Gununsesi.info-ya özəl açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bu gün bəlli olacaq: “Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yoxlamışam. Hazırda onun yanındadır. Səfirlik üzərinə düşən hər şeyi edir”.

Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.

Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

İrəvandan Bakıya qarşı ŞOK təxribat - Müharibə ilə bağlı...Mifik “artsax” tarixin zibilliyinə atılsa da, erməni separatçı-revanşistlər kapitulyant ölkədə vaxtaşırı baş qaldırmağa çalışırlar. Bu da növbəti fakt - “Joxovurd” qəzetinin məlumatına görə, uydurma “artsax parlamenti”nin “deputatları” yaxın vaxtlarda “iclas” çağırmaq niyyətindədirlər. İddia olunur ki, artıq konsensus da əldə olunub və “tədbirin” vaxtı ilə bağlı müzakirələr aparılır.

“Bizə çatan məlumatlara görə, gündəlikdəki əsas məsələ, fevralın 2-də yazdığımız kimi, "parlamentin istintaq komissiyası"nın yaradılması məsələsi olacaq. 2023-cü ilin mart ayından “artsax” sakinlərinin maaşlarından tutulan məbləğlərin yığılan pensiya fonduna köçürülmədiyini, bəzi naməlum xərclərə yönəldildiyini yazmışdıq. Bununla əlaqədar deputatlar “vətəndaşlar”ın əmanətlərinin nəyə sərf edildiyini və buna görə kimin cavabdeh olduğunu öyrənmək üçün təhqiqat komissiyası yaratmaq niyyətindədirlər", - qəzet yazıb.

Aydındır ki, motivindən asılı olmayaraq, belə bir “iclas” baş tutarsa, 19 sentyabr antiterror tədbirlərindən sonra ilk dəfə olacaq və sözsüz ki, separatçı ünsürlərin Azərbaycana qarşı açıq təxribatı sayılacaq. Eyni zamanda bu avantüraya mane olmayan Nikol Paşinyan iqtidarına konkret sual yaradacaq. Bəs hakimiyyət təxribata imkan yaradacaqmı? Şübhə yox ki, məsələdə hər hansı loyallıq ən əvvəl Paşinyan hökumətinin Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyinin növbəti təsdiqi olacaq. Yəni ərazi bütövlüyü ilə bağlı davam edən “ikili oyun”. Xatırladaq ki, İrəvan rəsmiləri Ermənistanda mifik “artsax” institutlarının saxlanmasının ölkənin milli təhlükəsizliyinə təhlükə olduğu barədə dəfələrlə açıqlamalar verib.

Spiker Alen Simonyan açıq surətdə qeyd edib ki, Ermənistan ərazisində dövlətə aid olmayan strukturlar fəaliyyət gösətər bilməz. Habelə, baş nazir Nikol Paşinyan da bu tezisi inkişaf etdirir. Ümumiyyətlə, gerb, himn dəyişikliyinin zərurəti, qanunvericilikdə ərazi iddialarının qaldırılması müzakirə mövzusudur. Separatçıların hərəkətlənməsi isə rəsmi İrəvanın bəyanatlarına daban-dabana ziddir. O zaman separatçıların plan və proqramı nədən ibarətdir? Bu cür toplantılar hansı məkrli niyyətdən və hədəflərdən irəli gəlir?

Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqladı ki, bu toplantı ilə Azərbaycanın suverenliyinə xələl gətirilən hərəkətlərə yol verilir. Q.Əlibəyli Azərbaycanın öz ərazi bütövlüyünü qorumalı olduğunu vurğuladı. Onun sözlərinə görə, Qarabağdan gedən ermənilərin pensiya və əmanət problemlərinin həlli üçün yollar mövcuddur: “Birincisi, əgər Qarabağa gəlmək istəsələr, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Ancaq İrəvanda oturub bizim suverenliyimizə qəsd, ərazi iddiası olmamalıdır. Onlar Azərbaycan hökumətinə müraciət etməklə sosial məsələlərinə baxıla bilər. Yəni qarşılıqlı razılaşma əsasında olmalıdır. Digər tərəfdən, əgər Qarabağa qayıtmırlarsa, yaşadıqları ölkənin hökumətinə müraciət etməlidirlər. Ancaq heç birini etməyib, Ermənistanda qondarma parlament yığışaraq müzakirələr aparırsa, deməli, başqa dövlətə qarşı iddia sayılır. Ona görə ”mühacir hökumət" yaradılması böyük əhəmiyyət kəsb etməsə də, təxribat xarakterli hərəkətlərdir". Q.Əlibəyli qeyd etdi ki, ermənilər bölgədən öz xoşu ilə gediblər: “Əgər "mühacir hökumət" yaradılarsa, o halda, revanşizmə yol verilir. Azərbaycan hakim dairələri buna etirazını bildirməlidir. Hər şeydən əvvəl isə Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri normallaşdırmaq istəyirsə, bu hərəkətlərə yol verilməsinin qarşısını almalıdır".

Siyasi şərhçi Ramiyə Məmmədova antiterror əməliyyatından sonra Qarabağı tərk etmiş ermənilərin sosial məsələlərinin həll edilməsini gözlənilən bir proses adlandırır. Ekspert hesab edir ki, bununla Ermənistan dövləti məşğul olmalıdır: “Əlbəttə, 30 il bir ərazidə yaşamış insanların köçdükdən sonra müəyyən sosial məsələləri meydana çıxır. Misal üçün, Ağdərənin hansısa kəndində, yaxud Xocavənddə yaşamış erməni indi sosial dəstək istəyir. Onun kimi yüzlərlə belə erməni var. Hazırda Ermənistan hökuməti onlar üçün yataqxanalar, ictimai mənzillər ayırıb. Həmçinin xaricdən maliyyə dəstəyi gözlənilir. Məncə, Şahramanyan, eləcə də Qarabağdan qaçmış digər cinayətkar separatçılar, onların qondarma deputatları pula göz dikdikləri üçün toplaşırlar. Yəni pensiya, əmanət problemlərini Paşinyan hökuməti həll etməlidir. Görünür ki, separatçılar maliyyəni əldə etmək üçün yığıncaqlar keçirir. Ancaq düşünmürəm ki, Paşinyan buna imkan versin. O da bilir ki, separatçılar maliyyə səbəbindən fəallaşır”. Təhlilçi burada siyasi məqsəd az görür, nəticəsiz olacağını düşünür: “Prezident onlara bir daha mesaj verdi ki, Xankəndidə seçki qutusuna atılan bülleten separatçıların tabutuna vurulan son mismar idi. Eləcə də sərhəd təxribatına cavab olaraq 4 erməni terrorçunu məhv eləməklə göstərdik ki, bundan sonra Azərbaycana qarşı hansı addımlar atılacaqsa, bədəli ağır olacaq. Onlar da bunu gözəl dərk edirlər. Sadəcə, pul üstündə bir qovğa var və Paşinyanla separatçılar bölüşə bilmirlər”.
Əliyev danışığa gedirsə, deməli... - XaçatryanBu, 2018-2020-ci illərdə Paşinyanla Əliyev arasında gizli və ya elan edilməyən danışıqlar zamanı Azərbaycanın görüş açıqladığı və bundan sonra Ermənistan tərəfinin bu faktı etiraf etmək məcburiyyətində qaldığı nümunədir.

Axar.az xəbər verir ki, bu sözləri müxalif “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan Ermənistan və Azərbaycan rəhbərlərinin Münhen görüşü haqda deyib.

“Bu, Minsk Qrupu çərçivəsində danışıqların uğursuzluğuna və müharibəyə gətirib çıxardı. Eyni şeyin təkrarının nə ilə nəticələnəcəyini bu gün demək çox çətindir. Biz görürük ki, danışıqlar formatında dəyişiklik var, əlbəttə ki, danışıqlar gedirsə. Ermənistan tərəfi Rusiyanın təklifindən yararlanmaqdan imtina edir, Qərbdən istədiyini alan Azərbaycan isə Qərb platformasına getməkdən imtina edir.

Birləşmiş Ştatlar elan edir ki, bu, Ermənistan-Azərbaycan əlaqələrini təşviq edir, başqa sözlə, bu o deməkdir ki, onlar prosesdən “əllərini yuyub” deyirlər: get, nə istəyirsən et, biz vasitəçi və ya zamin deyilik. O ki qaldı Almaniya, Almaniya və Türkiyə sıx əməkdaşlıq edir və bunun Ermənistana nə verə biləcəyini bilmirəm”, - deyə Xaçatryan bildirib.

Onun sözlərinə görə, Ermənistan baş nazirindən fərqli olaraq, Əliyev bütün platformalarda istədiyini ala bilir, Paşinyan isə hər yerdə uduzur.
İlham Əliyevin seçkidən sonra Türkiyəyə səfəri... - GƏLİŞMƏAzərbaycan və Türkiyədə hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərin Ankara və Bakıya edilməsi ənənə halını alıb. Azərbaycan prezidenti İlham Əliyevin seçkidən sonra Türkiyəyə budəfəki səfəri də əhəmiyyətli idi.
Birincisi, liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin – Qars-Naxçıvan dəmiryolunun və İqdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı.
İkincisi, Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərdiyi halda paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına Universitetin yaradılması zəruridir.
Üçüncüsü, liderlər hərbi texniki əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. Bu sahədə ortaq istehsalın fəaliyyətə başlamasına az qalıb. İlham Əliyev Ankarada “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsini təkrarlamağı da unutmadı.
Dördüncüsü, İlham Əliyev Türk Dövlətləri Təşkilatının iyul ayında Şuşa keçiriləcək qeyri-rəsmi zirvə toplantısına Kuzey Kıbrısın da müşahidəçi qismində dəvət olunacağını bildirdi. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kuzey Kıbrısın türk ailəsində yer alması siyasətinə dəstəyini artırıb. Ancaq bu azdır, Mərkəzi Asiya ölkələrinin də Kıbrısa dəstəklərinin artırılmasına ehtıyac var.
İlham Əliyevin Ankarada söylədiyi kimi, iki ölkə arasında müttəfiqlik keçmiş illərdə də mövcud olub, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb. Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədirlər. Həmin dövlətlər anlayırlar ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Elxan Şahinoğlu

Məlum olduğu kimi, 16 fevral 2024-cü il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.

Pravda.az hökumətin yeni tərkibinin ən gənc və ən yaşlı kadrlarını araşdırıb. Belə ki, hazırda ölkə hölumətinin ən gənc kadrı 1986-cı il təvəllüdlü müdafiə sənayesi naziri Vüqar Valeh oğlu Mustafayevdir. 38 yaşlı nazir 2023-cü ildən bu vəzifədədir.

Hökumətin ən yaşlı kadrı isə Baş nazirin birinci müavini 79 yaşlı Yaqub Abdulla oğlu Eyyubovdur. 1945-ci il təvəllüdlü müavin 2003-cü ildən vəzifəsindədir.

Azərbaycan hökumətinin digər kadrlarının yaşı barədə məlumatı da təqdim edirik:

Baş nazir Əli Hidayət oğlu Əsədov - 1956-cı il, 68 yaş. 2019-cu ildən bu vəzifədədir.

Baş nazirin müavini Əli Cavad oğlu Əhmədov - 1953-cü il, 71 yaş. 2013-cü ildən bu vəzifədədir.

Baş nazirinin müavini Şahin Abdulla oğlu Mustafayev – 1965-ci il, 59 yaş. 2019-cu ildən bu vəzifədədir.

Daxili işlər naziri, general-polkovnik Vilayət Süleyman oğlu Eyvazov - 1968-ci il, 56 yaş. 2019-ci ildən bu vəzifədədir.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev - 1967-ci il, 57 yaş. 2018-ci ildən bu vəzifədədir.

Elm və təhsil naziri Emin Eldar oğlu Əmrullayev - 1982-ci il, 42 yaş. 2022-ci il-dən bu vəzifədədir.

Energetika naziri Pərviz Oqtay oğlu Şahbazov - 1969-cu il, 55 yaş. 2017-ci ildən bu vəzifədədir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Rafiq oğlu Babayev – 1980-ci il, 44 yaş. 2018-ci ildən bu vəzifədədir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Fəttah oğlu Heydərov - 1961-ci il, 63 yaş. 2006-cı ildən bu vəzifədədir.

Gənclər və idman naziri Fərid Fazil oğlu Qayıbov - 1979-cu il, 45 yaş. 2021-ci ildən bu vəzifədədir.

Xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramov - 1973-cü il, 51 yaş. 2020-ci ildən bu vəzifədədir.

İqtisadiyyat naziri Mikayıl Çingiz oğlu Cabbarov - 1976-cı il, 48 yaş. 2019-cu ildən bu vəzifədədir.

Kənd təsərrüfatı naziri Məcnun Qadir oğlu Məmmədov - 1983-cü il, 41 yaş. 2023-cü ildən bu vəzifədədir.

Maliyyə naziri Samir Rauf oğlu Şərifov - 1961-ci il, 63 yaş. 2006-cı ildən bu vəzifədədir.

Mədəniyyət naziri Adil Qabil oğlu Kərimli - 1979-cu il, 45 yaş. 2023-cü ildən bu vəzifədədir.

Müdafiə naziri, general-polkovnik Zakir Əsgər oğlu Həsənov - 1959-cu il, 65 yaş. 2013-cü ildən bu vəzifədədir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyev - 1971-ci il, 53 yaş. 2021-ci ildən bu vəzifədədir.

Səhiyyə naziri Teymur Yusif oğlu Musayev - 1970-ci il, 54 yaş. 2022-ci ildən bu vəzifədədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Əvəz qızı Muradova - 1962-ci il, 62 yaş. 2020-ci ildən bu vəzifədədir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Rauf oğlu Muradov - 1979-cu il, 45 yaş. 2018-ci ildən bu vəzifədədir.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov - 1965-ci il, 59 yaş. 2023-cü ildən bu vəzifədədir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin İsağa oğlu Quliyev - 1967-ci il, 57 yaş. 2002-ci ildən bu vəzifədədir.

Dövlət Statistika Komitəsinin sədri Tahir Yaqub oğlu Budaqov - 1965-ci il, 59 yaş. 2015-ci ildən bu vəzifədədir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev - 1977-ci il, 47 yaş. 2020-ci ildən bu vəzifədədir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Şükür oğlu Rzayev - 1962-ci il, 62 yaş. 2018-ci ildən bu vəzifədədir.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynov - 1980-ci il, 44 yaş. 2018-ci ildən bu vəzifədədir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağı oğlu Nağıyev - 1958-ci il, 66 yaş. 2019-cu ildən bu vəzifədədir.

Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sedyar oğlu Sultanov - 1977-ci il, 47 yaş. 2015-ci ildən bu vəzifədədir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mürsəl Qorxmaz oğlu İbrahimov - 1970-ci il, 54 yaş. 2023-cü ildən bu vəzifədədir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Rauf oğlu Mikayılov - 1974-cü il, 50 yaş. 2023-cü ildən bu vəzifədədir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyev - 1975-ci il, 49 yaş. 2018-ci ildən bu vəzifədədir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar İlahi oğlu Təhməzli - 1970-ci il, 54 yaş. 2017-ci ildən bu vəzifədədir.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Adil oğlu Rəsulov - 1954-cü il, 70 yaş. 2018-ci ildən bu vəzifədədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Adil oğlu Salahlı - 1952-cil, 72 yaş. 2012-ci ildən komitə sədrinin birinci müavinidir.

Ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən Azər Məmməd oğlu Cəfərov - 1954-cü il, 70 yaş. 2012-ci ildən ədliyyə nazirinin müavinidir.

Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən keçmişin tör-töküntülərinin fəaliyyətinə qadağa qoymalıdır.

"Bu barədə Qərbi Azərbaycan İcmasının özünü hansısa “parlament” adlandıran qondarma qurumun “üzvləri”nin Vardan Oskanyanla görüşünə, “Qarabağ münaqişəsi həll olunmayıb” kimi gülünc fikirlərə dair erməni mətbuatında yayılan məlumatlarla əlaqədar bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib: “Bütün bunlar bir daha Qarabağ ermənilərinin son 35 ildə baş verənlərdən heç bir dərs çıxarmadıqlarını, xəyalpərəstlər və şovinistlər tərəfindən istifadə olunduqlarını göstərir. Bu, eyni zamanda bütün günü yalandan sülhdən danışan Ermənistan hakimiyyətinin, ən yumşaq formada desək, qeyri-səmimiliyindən xəbər verir. Qərbi Azərbaycan İcmasının hətta mədəni irsin qorunması ilə bağlı fikirlərini özünün suverenliyinə qəsd kimi görən Ermənistan hakimiyyəti ərazisində Azərbaycanın suverenliyini təhdid edən, hələ də “öz müqəddəratını təyin etmək”dən dəm vuran, keçmişin qalıqları olan tör-töküntülərin fəaliyyətinə qadağa qoymalıdır”.

Xəbər lenti