|
Bu gün Ermənistanın Azərbaycanla sərhədində olan avropalı müşahidəçilər çox qərəzlidirlər - onlar erməni təxribatlarını görmürlər, lakin Bakıya qarşı ittihamlar səsləndirməkdən məmnundurlar. Onlar Ermənistan tərəfdən təxribat olanda yoxa çıxırlar və Azərbaycan ordusu bu düşmənçilik hərəkətlərinə cavab verəndə sərhəddə peyda olurlar.
Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (RF) baş direktoru İqor Korotçenko deyib.
“Azərbaycan tərəfinin cavabı beynəlxalq hüquq normalarına tam uyğundur, legitimdir və özünümüdafiə hüququndan istifadə edir. Belə olan halda hesab edirəm ki, Azərbaycan tərəfinin cavab tədbirləri uğurlu və eyni zamanda dəqiq olub. Belə ki, müşahidəçilərin qeyd edəcəkləri heç nə yox idi”, - o deyib.
Korotçenkonun sözlərinə görə, Ermənistan gələcəkdə öz ərazisində təkcə Avropa İttifaqının müşahidə missiyasının deyil, həm də Aİ-nin silahlı kontingentinin olmasını hədəfləyir: “Bunun reallığa çevrilməsi üçün Ermənistan daim özünü qurban kimi göstərməyə çalışır”.
"Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlər və verdiyi mesajlar 7 fevralda Azərbaycanda keçirilən prezident seçkilərinin yaratdığı yeni reallığın və qarşıda duran hədəflərin dünyaya çatdırılması baxımdan təqdimatı hesab etmək olar. Münhendə ABŞ Dövlət katibi Entoni Blinken, Almaniya kansleri Olaf Şolts və digər yüksəkranqlı rəsmilər, o cümlədən müxtəlif dünyasəviyyəli şirkət rəhbərləri ilə keçirilən görüşlər kollektiv Qərbin Azərbaycanda prezident seçkilərindən sonra yaranan yeni reallıqla hesablaşdığını və ona uyğun əməkdaşlığa hazır olduqlarını ortaya qoydu. O baxımdan biz Prezident İlham Əliyevin Münhen səfərini Azərbaycanın növbəti mərhələdə qarşıda duran hədəflərinə nail olunması baxımdan çox böyük siyasi əhəmiyyət kəsb edən səfər kimi dəyərləndirə bilərik".
Bunu açıqlamasında deputat Mahir Abbaszadə deyib.
Deputat bildirib ki, bununla da Prezident İlham Əliyev seçkidən öncə bəzi Qərb ölkələri Azərbaycana qarşı başlatdığı çirkin kampaniya iflasa uğratmış oldu: "Prezidentin yürtüdüyü diplomatiya nəticəsində başda Fransa olmaqla digər Avropa ölkələri öz meydanlarında və platformalarında məğlubiyyətə uğradı. Bu özünü heç bir beynəlxalq vasitəçi olmadan Ermənistanın baş naziri Nikol Paşinyanla olan görüşü, istər ATƏT Baş katib, istərsə də digər görüşlər bunu sübut etdi.
Cənab Prezident seçkidən öncə və sonra andiçmə mərasimi zamanı çıxışında bəyan edib ki, Qarabağ məsələsi həll olunduğundan Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistanla məsələ həllini tapıb. Faktiki sülh bərqərar olub. Ona görə də İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsində kənar güclərin vasitəçiliyinə ehtiyac yoxdur. Prezident İlham əliyev ABŞ dövlət katibi Blinken ilə görüşündə regionda de-fakto sülhün olduğunu qeyd edən Azərbaycan Prezidenti Vaşinton-Bakı, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri İrəvan-Bakı münasibətlərinin normallaşması prosesindən kənar şəkildə inkişaf etdirilməlidir. ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşündə isə ölkə başçısı bildirdi ki, Ermənistanla münasibətlərin tənzimlənməsi istiqamətində ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin, xüsusən də Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini bəyan etməsi söylədiklərimizin sübutudur. Dövlət başçısının ATƏT çərçivəsində adı çəkilən strukturların ləğv olunması və "ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltmək daha dogru olardı" deməsi diplomatik cəhətdən çox ciddi mesaj idi. Bunu həm də Avropaya tərs şillə hesab etmək olar. Bu o demək idi ki, bu gün Avropanın öz durumu yaxşı deyil, böhran içində olduğu halda başqasının problemini həll etmək gücündə deyil. Azərbaycan isə öz gücünə üzləşdiyi bütün problemləri həll etməyə qadirdir. Necə ki bunu İkinci Qarabağ savaşında sübut etdi. Bunu Qərb liderlərinə və onun strukturlarının başçılarına ancaq cənab İlham Əliyev deyə bilərdi, dedi də. Çünki cənab Prezident fəaliyyəti dövründə milli maraqları hər şeydən üstün tutub. Məhz onun qətiyyəti, siyasi iradəsi, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycan davamlı olaraq uğurlara və qələbələrə imza atıb. Əminliklə deyə bilərik ki, bundan sonra da uğurlara imza atacaq. Münhen səfəri və onun nəticələri bir daha ölkəmizin hansı gücə malik olduğunu ortaya qoydu. Azərbaycana münasibətindən asılı olmayaraq ölkəmizin əhəmiyyətini qeyd edərək, bu reallıqla hesablaşıb ona uyğun şəkildə gələcək əməkdaşlıqlarını qurmalı olacaqlar. Münhen səfərindən çıxan nəticə budur".
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkənin “Haber Global” telekanalı tərəfindən geniş işıqlandırılıb.
Telekanalın Azərbaycan dövlət başçısının səfərilə bağlı hazırladığı silsilə süjetlərdə bildirilib ki, tarixi əhəmiyyət daşıyan yeddi fevral seçkisindən sonra İlham Əliyevin ilk xarici səfərini məhz Ankaraya etməsi ənənəvi və simvolik məna kəsb edir.
Telekanalın videomateriallarında diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr sanıldığından daha dərindir və möhkəm təməllər üzərində qurulub. Hazırda bir çox dünya dövlətləri bu qardaşlıq münasibətlərinə böyül qısqanclıqla yanaşsalar da, əlaqələrimizə xələl yetirməyə çalışsalar da, bütün bunlara rəğmən Bakı və Ankara işbirliyi getdikcə genişlənməkdə və güclənməkdədir.
Daha ətraflı “Haber Global”ın efirində:
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
"Dövləti başçısı Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.
Heydər Əliyev Parkında 1200 nəfərlik amfiteatr fəaliyyət göstərir ki, burada müxtəlif bədii-kütləvi tədbirlər və konsertlər təşkil olunur.
Parkın ərazisində tikilən “Buta” Azərbaycanı Təbliğ Evi milli mədəniyyətimizin qardaş ölkədə təbliğinə öz töhfəsini verir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.
Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.
Sonra xatirə şəkli çəkdirilib.
Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş ola bilər.
Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
R.T.Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderini rəsmi mərasimlə qarşılanması planlaşdırılır.
Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, sonra isə geniştərkibli görüş olacaq.
Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcəklər, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqlar. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Daha sonra prezidentlərin iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlər imzalanacaq.
Ardınca İ.Əliyev və R.T.Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.
Səfərin sonunda Türkiyə Prezidenti azərbaycanlı həmkarının şərəfinə rəsmi şam yeməyi verəcək.
Xatırladaq ki, Azərbaycan lideri R.T.Ərdoğanın dəvəti ilə Türkiyədə səfərdədir.