İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edirNiderland, Belçika və İspaniya kralları Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.
 
Təbriklərdə deyilir:
 
İspaniyanın Kralı VI Felipe:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Cənab Prezident.
 
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
 
Cənab Prezident, Sizə möhkəm cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".
 
Belçikalıların Kralı Filip:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Zati-aliləri.
 
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı, əmin-amanlıq arzularımı çatdırıram".
 
Niderlandın Kralı Villem-Aleksandr:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Möhtərəm cənab Prezident.
 
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına firavanlıq arzu edirəm".
 
Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Möhtərəm cənab Prezident.
 
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.
 
Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.
 
Hörmətlə,
 
Marselo Rebelo de Souza
 
Portuqaliya Respublikasının Prezidenti”.
 
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Hörmətli İlham Heydər oğlu.
 
Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
 
Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir.
 
Azərbaycanın dövlətçilik əsaslarının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üzrə böyük nailiyyətlər bu tarixi günü xüsusi rəmzlə tamamlayır.
 
Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər. Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcəkdir.
 
Hörmətli İlham Heydər oğlu, Sizə milli lider kimi fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
 
Çex Respublikasının Prezidenti Petr Pavel:
 
"Zati-aliləri.
 
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.
 
Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.
 
Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".
http://qanuninfo.az/uploads/posts/2024-05/1716625903_1716621189_698a8a27-bb76-4268-85ee-b0ddb87bd5ad_640.jpg
Ermənistan "Qərbsiz" mövqe tutmağı bacarsa... - yaxın müddətdə sülh sazişi də imzalana bilər!"Bu gün Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər". Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb. Baş nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə bu il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. Mayın 15-i Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib və sözügedən Texniki Protokol razılaşdırılıb.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında 4 kəndin verilməsilə bağlı razılıq əldə olundu və artıq 4 kənd Azərbaycana verildi. Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçdi, protokol imzalandı.

“Tavuş istiqamətində demək olar ki, 12 kilometrdən artıq sərhədlərin delimitasiyası, demarkasiyası da həyata keçirildi. Bu da onu göstərir ki, Azərbaycanla Ermənistan arasında siyasi iradə olarsa, tərəflər müsbət irəliləyişlər əldə edə bilər. Xüsusilə, Ermənistan tərəfi bu istiqamətdə öz mövqeyini ortaya qoymalıdır”-deyən politoloq hesab edir ki, Qərbin də müəyyən təzyiqləri nəticəsində Ermənistan ikitərəfli danışıqlara getdi və real nəticələr yarandı.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, bundan sonra da danışıqlar gedəcək və tərəflər çərçivə sazişinin imzalanması istiqamətində də hazırda danışıqlar aparır.

“Payıza qədər müəyyən bir sazişin imzalanmasını istisna etmək olmaz. Düşünürəm ki, növbəti görüşlər keçiriləcək və digər ərazilər xüsusilə 1976 və 1982-ci illəri nəzərdə tutan xəritələr əsasında da delimitasiya-demarkasiya prosesi gedəcək. Müsbət dinamika var və hesab edirəm ki, Cənubi Qafqazda baş verən geosiyasi proseslər, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi nəticəsi üçün də müsbət istiqamətdə davam edəcək”-deyən politoloq vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında bu ilin axırına kimi də çərçivə sazişinin imzalanması mümkündür.
Əliyev bəyan etmişdi: Azərbaycana qaytarıldı... - ŞƏRHAli Baş Komandan İlham Əliyev yanvarın 10-da ilk dəfə bəyan etmişdi ki, Qazaxın işğal altında olan və qeyri-anklav dörd kəndi Azərbaycana qaytarılmalıdır. Ermənistan tərəfi ilə davam edən uzunmüddətli danışıqlardan sonra bu kəndlərin qaytarılması üçün fəaliyyətlərə başlanıldı.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, delimitasiya prosesindən sonra ərazidə demarkasiya prosesləri həyata keçirilməyə başlayıb: "Aprelin 19-da başlayan demarkasiya prosesi 12,7 km sərhəd xəttini əhatə etdi. Proses mayın 15-də yekunlaşmalı idi. Təxminən bundan 10 gün sonra hər iki tərəfin sərhəd qoşunlarının əraziyə yeridilməsi nəzərdə tutuldu. Verilən son müddət, yəni mayın 25-də başa çatırdı. Görünür, artıq Ermənistanda baş verən etirazlar, erməni kilsəsinin havadarlarının prosesə mane olmaq cəhdləri heç bir nəticə vermədi. Azərbaycan ərazilərini azad etməkdə davam edir. Sevindirici bir haldır ki, Ermənistan tərəfi artıq münaqişə ilə yox, Azərbaycan tərəfinin diplomatik, siyasi tələblərinə adekvat reaksiya verərək işğal altında saxladığı əraziləri bir mərmi atılmadan, bir nəfərin belə burnu qanamadan Azərbaycana qaytarır. Hesab edirəm ki, bu prosesləri müsbət dəyərləndirməliyik. Bu, gələcəkdə iki ölkə arasında etimad mühitinin daha da möhkəmlənməsinə istiqamətlənmiş addım kimi qəbul edilə bilər”.

Ekspert bildirib ki, ən problemli məsələlərdən biri məhz Qazax istiqamətində idi:

“Kommunikasiyaların açılması məsələsində Ermənistan müsbət rəy versə də, hələki ərazidə real addımları görmürük. Sülh sazişi istiqamətində isə kifayət qədər yol etmişik. Amma yenə də müəyyən müddəalarda ortaq məxrəcə gəlinməyib. Amma hər bir halda ümid edirik ki, Ermənistan öz gücünə, imkanlarına baxaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən kənara çəkilməyəcək. Çünki bu, yenidən münasibətlərin pozulmasına gətirib çıxara bilər. Paşinyan bunu dəfələrlə son aylarda vurğulayıb. Azərbaycan sülh tərəfdarıdır”.
Kremlin Ermənistana səbri tükəndi: Rusiya hərbi müdaxilə mesajı verdi

Rusiya-Ermənistan münasibətləri artıq sürətlə “qopma nöqtəsi”nə yaxınlaşır, Kremlin ABŞ-dan Paşinyan hakimiyyətinə göndərilən təlimatlar barədə kəşfiyyat məlumatları aldığı qətiyyən istisna deyil... Bu baxımdan, hesab etmək olar ki, rəsmi İrəvan Ermənistanın gələcək taleyi üçün olduqca böyük təhlükə vəd edən geopolitik proseslərdə Qərbin sifarişi ilə qəliz və məcburi manevrlər etməyə çalışır...

Cənubi Qafqaz ətrafında geopolitik proseslər yenidən gərginləşməyə başlayıb. Belə ki, regional sabitlik üçün münbit şəraitin yaranması dünya nəhənglərini qətiyyən məmnun etmir. Əksinə, ABŞ və Qərb bu regionda davamlı qarşıdurmanın mövcudluğunda maraqlı olduğunu qətiyyən gizlətmir. Üstəlik, geopolitik qarşıdurma mühitinin qorunması istiqamətində məqsədyönlü addımlar atılır. Və bütün bu regional qarşıdurma mühiti də məhz Ermənistan üzərindən yaradılır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın ən nüfuzlu xüsusi xidmət servisinin CİA-nin direktor müavini Devid Koenin Ermənistana səfəri qətiyyən boşuna deyildi. Bu səfərin Cənubi Qafqazda geopolitik temperaturu yüksəldəcəyi elə əvvəlcədən məlum idi. Hər halda, rəsmi açıqlamaların əksinə olaraq, CİA-nin ikinci adamının baş naziri Nikol Paşinyanla sadəcə, ABŞ-Ermənistan münasibətlərini müzakirə etmək üçün okeanın o tayından İrəvana gəldiyinə yalnız sadəlövhlər inana bilər. Və bağlı qapılar arxasında ABŞ-ın Cənubi Qafqazdakı strateji maraqlarına uyğun təlimatların erməni baş nazirə çatdırıldığı qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, CİA ABŞ-ın beynəlxalq siyasi fəaliyyətini təmsil edən qurum deyil. Bu qurumun təmsilçiləri siyasi fəaliyyətlə məşğul olmurlar. Ona görə də, CİA şefinin müavininin erməni baş naziri ilə ABŞ-Ermənistan münasibətlərini müzakirə etməsi barədə məlumatların yayılması sadəcə, hədəf yayındırmaq məqsədi daşımış addım kimi görünür. Hər halda, ABŞ-ın xarici siyasət maraqlarını Dövlət Departamentinin və ona rəhbərlik edən dövlət katibi Entoni Blinkenin təmsil etdiyi hər kəsə məlumdur. Və deməli, Devid Koeninin səfərinin pərdəarxasında tamamilə fərqli məqsədlər gizlənmiş olmalıdır.

Əslində, bu, o qədər də gözlənilməz deyil. Çünki Ermənistan ABŞ-ın ən böyük səfirliyinin olduğu ölkə sayılır. İrəvandakı ABŞ səfirliyinin çoxsaylı əməkdaşlarının əksəriyyətinin CİA kəşfiyyatçısı olduğu barədə də məlumatlar mövcuddur. Eyni zamanda, Rusiyanın iddiasına görə, Ermənistan ərazisində ABŞ-ın doqquz gizli biolaboratoriyasının fəaliyyət göstrdiyi də bildirilir. Nəhayət, rəsmi İrəvan son illərdə Ermənistanın “qapılar”ını Avropa Birliyinin “mülki kəşfiyyat missiyası” da daxil olmaqla, Qərb casuslarının üzünə açıb. Və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da Qərb kəşfiyyatı, eləcə də, CİA ilə yaxından əməkdaşlıq etdiyi də indi heç kimə sirr deyil.

Bütün bunları nəzərə aldıqda, Ağ Evin rəsmi İrəvanla ABŞ-Ermənistan münasibətlərini müzakirə etməyə qətiyyən ehtiyacı yoxdur. Çünki Paşinyan hakimiyyəti tamamilə Ağ Evin nəzarətindədir və CİA-nin Qafqaz filialı kimi fəaliyyət göstərir. Ona görə də, Ağ Ev Ermənistana təlimatlarını CİA təmsilçiləri üzərindən göndərir. Və böyük ehtimalla ABŞ kəşfiyyatçıları həm də Paşinyan hakimiyyətinə Ermənistanın qarşısına qoyulmuş tapşırıqların icra metodlarını, mexanizmlərini də izah edirlər.

Xatırladaq ki, Paşinyan hakimiyyəti regional sülhə meyl göstərdiyi mərhələlərdə CİA dərhal hərəkətə keçir. Bundan əvvəl də sülh sazişinin imzalanma ehtimalı artdığı bir dövrdə CİA şefi Uilyam Börns İrəvana səfər etmişdi. Ardıncasa, rəsmi İrəvan Azərbaycanla sülh sazişinin müzakirəsi prosesindən uzaqlaşaraq, Rusiya ilə gərginliyin artırılmasına yönəlik fəaliyyətə keçid etmişdi. Və bu dəfə də Devid Koenin baş nazir Nikol Paşinyanla bağlı qapılar arxasında görüşü təxminən oxşar effekt vermiş oldu.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan həmin görüşdən dərhal sonra Rusiyanı ittiham etmək qərarına gəldi. Düzdür, bu dəfə konkret dövlətin adını çəkməkdən yayınmağa çalışdı. Ancaq “2020-ci ildə iki KTMT üzvü olan dövlət Ermənistana qarşı Azərbaycanla ortaq hazırlıq içində idi” deməklə, dolayısı ilə ittiham etdiyi ünvanı da göstərmiş oldu. Heç kimdə şübhə yoxdur ki, baş nazir Nikol Paşinyan bu açıqlamasında məhz Rusiya və Belarusu nəzərdə tuturdu. Və bu, o deməkdir ki, Ermənistan KTMT-dan çıxmaq barədə rəsmi qərarın verilməsi ərəfəsindədir.

Böyük ehtimalla CİA şefinin müavini ilə qapalı görüşdə erməni baş nazirə Ermənistanın bu istiqamətdə konkret addımın atılmasının vacibliyi bildirilirb. Ona görə də, erməni baş nazir Rusiya və Belarusu – KTMT-nın iki aparıcı dövlətini Ermənistanın hərbi müttəfiqi deyil, düşməni kimi təqdim etməklə, bu hərbi-siyasi alyansdan ayrılmaq üçün strateji bəhanələri ön plana keçirtməyə çalışır. Ermənistanın KTMT-da fəaliyyətini “dondurması” və bu hərbi-siyasi alyansın maliyyələşdirilməsi ilə bağlı öz öhdəliklərindən imtina etməsi də belə düşünməyə əsas verir.

Belə anlaşılır ki, rəsmi İrəvan qarşısında artıq konkret vəzifələr qoyulub. Paşinyan hakimiyyəti isə onları icra etməyə məcburdur. Baş nazir Hikol Paşinyanın son açıqlamalarına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova “Ermənistan rəhbərləri ittihamlarında hansı ölkəni nəzərdə tutduğunu konkret olaraq, açıqlamalıdır, əks halda, çox ciddiyyətsiz durum yaranır” deməklə, reaksiya vermişdi. Və indi isə Kreml Paşinyan hakimiyyətinin davranışlarına daha radikal cavab vermək qərarına gəlib.

Maraqlıdır ki, Rusiya iki ölkənin əməkdaşlıq tarixində ilk dəfə olaraq, Ermənistandakı səfiri Sergey Kopırkini məsləhətləşmələr üçün Moskvaya çağırıb. Kremlin belə bir addım atmağa ehtiyac duyması Rusiya-Ermənistan münasibətlərində çatların bərpa edilməsi çətinləşəcək həddə qədər dərinləşdiyini göstərir. Ola bilsin ki, Rusiya kəşfiyyatı CİA şefininin müavininin səfəri və rəsmi İrəvanın yaxın vaxtlarda atmağa hazırlaşdığı daha radikal addımlar barədə Kremli narahat edə biləcək məlumatlar əldə edib.

Belə anlaşılır ki, Rusiya-Ermənistan münasibətləri artıq sürətlə “qopma nöqtəsi”nə yaxınlaşır. Rusiyanın səbrinin tükənmək üzrə olduğu da müşahidə edilməyə başlayıb. Kremlin yaxın vaxtlarda Rusiya-Ermənistan münasibətlərinə yenidən baxa və fərqli statusa keçirə biləcəyi də qətiyyən istisna deyil. Və bu baxımdan, hesab etmək olar ki, Paşinyan hakimiyyəti Ermənistanın gələcək taleyi üçün olduqca böyük təhlükə vəd edən proseslərdə qəliz manevrlər etməyə çalışır.(Yeni Müsavat)

Ermənilərin xəritə hiyləgərliyi - 29.7min kv/km necə 31 min oldu?

Revanşistlərin ərazi iddialarına Paşinyandan “Onlar istəyirlər ki, İrəvanın mərkəzində kafedə oturub, Qars barədə xülyalara dalsınlar və beləliklə də İrəvanın özünü itirsinlər” cavabıa

Ermənistandakı revanşist qüvvələrin yeni peyda olan başçısı, keşiş Baqrat Qalstanyan Nikol Paşinyanın dediklərinin əksinə, yeni sensasion iddia ilə çıxış edib. Qalstanyan Azərbaycanla sərhədlərin 1976-cı il xəritəsinə əsasən delimitasiyasına şübhə ilə yanaşaraq deyib ki, Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya prosesi 1929-cu ilin xəritələri üzrə gedir. “Və yaxın vaxtlarda biz də Milli Təhlükəsizlik Xidmətinin arxivindən indiki yox, əvvəlki arayışı təqdim edəcəyik. Mənzərə son dərəcə aydındır. Biz prosesi dayandırmasaq, daha doğrusu, səbəbini aradan qaldırmasaq, bu proses sona çatacaq”, - Baqrat bildirib.

Qalstanyan və onun kimi iddialar irəli sürən revanşistlərə rəsmi İrəvanın reaksiyası özünü gecikdirməyib. Ermənistan baş naziri Nikol Paşinyan mayın 22-də parlamentdə Azərbaycanla sərhədin demarkasiyası məsələsindən danışıb. "AzadlıqRadiosu"nun erməni xidməti yazır ki, o, deputatlardan birinin sərhədin delimitasiyasının hansı xəritələr əsasında aparıldığına dair sualına cavab olaraq deyib ki, söhbət SSRİ-nin dağılması anında olan de-yure sərhədlərdən gedir və heç bir yeni xəritələr tərtib olunmur: “1988-ci ilin demarkasiya işlərindən çox danışılır. Birincisi, bir daha vurğulayıram: burada nə vaxtsa və hansısa bir şəkildə görülən iş təsdiqlənir. Bu təsvirə görə həmin iş de-yure qüvvəyə minməyib, çünki hüquqi prosedurdan keçməyib. Yəni hüquqi gücü yoxdur. İkincisi, bu işin əsasında heç bir xəritə yaradılmayıb”.

Paşinyan parlamentdəkilərə SSRİ Baş Qərargahının 1969-cu ilin xəritələrinə əsaslanan 1976-cı ilə aid xəritələrini göstərib: “Çox təfərrüatlı bir iş görərək biz xəritələrdə Ermənistan sərhədlərinin bütün perimetrlərini təsvirləmişik. Biz Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində SSRİ-nın dağılması zamanında de jure hüquqi gücü olan xəritələr əsasında demarkasiya aparmışıq”.

Baş nazir əlavə edib ki, bu təsvir xəritələri tam 19 səhifədən ibarətdir.

Paşinyan bir daha bəyan edib ki, Ermənistanın ərazisi 29 min 743 kvadrat kilometrdir. Baş nazir vurğulayıb ki, “tarixi Ermənistan” ideyasının daşıyıcıları bu məntiqi başa düşməlidirlər.

O, çıxışında müxalifətə işarə edərək “bəzilərinin gözləntilərindən” bəhs edib və deyib ki, belə mövqe birbaşa “qeyri-dövlətə, qeyri-suverenliyə, qeyri-vətəndaşlığa aparır”: “Onlar istəyirlər ki, İrəvanın mərkəzində kafedə oturub, Qars barədə xülyalara dalsınlar və beləliklə də İrəvanın özünü itirsinlər. Baxın, real və tarixi Ermənistan arasında olan fərq budur. Onlar istəyirlər ki, real Qafanda oturan adamlar Zəngilan və ya onların sözləri ilə desək, Sanasar haqqında xəyallara qapılıb real Qafanı itirsinlər. Bu, konseptual müzakirədir. Real Ermənistan gələcəkdir. Biz deyəndə ki, gələcək var, gələcək elə budur”.

Paşinyan sözünə davam edərək deyib: “Real Ermənistan konkretdir. Biz onun sərhədlərini bilirik və səhərdən axşamadək kiməsə ağız açıb "təhlükəsizliyimizi qoruyun" deməkdənsə, onun təhlükəsizliyini təmin edirik. Öz legitim mövqeyimizdə dururuq".

Nikol Paşinyan sonuncu fikirləri ilə əslində revanşistlərin Ermənistan dövlətinin varlığına son qoya biləcək qədər təhlükəli, yanlış yolda, iddialarda olduğunu Ermənistan xalqına açıq şəkildə çatdırmış olub. Baş nazir xalqına iki seçimi təqdim edir. Ya “xam xəyallar”la yaşayıb əllərində olanı da itirmək, ya da realist davranıb əllərində olanı saxlamaq.

İrəvan Dövlət Universitetinin Xəritəçəkmə və geomorfologiya kafedrasının müdiri Artak Piloyan isə deyib ki, 1926-cı ilin xəritəsinə görə, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi Ermənistan üçün daha sərfəli olardı. Onun sözlərinə görə, guya həmin dövrün xəritəsinə əsasən Ermənistan SSR-in ərazisi 31 min kvadrat kilometr olub. Piloyan sərsəm fikirlərinə əlavə olaraq bildirib ki, bura “Qırmızı Kürdüstan” ərazisi də daxildir.

Öz növbəsində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan mayın 22-də iddia edib ki, 1976-cı ilin xəritələri sərhədin bütün hissələrdə delimitasiya üçün əsas olacaq. Onun sözlərinə görə, hazırda delimitasiyanın növbəti mərhələsinin hansı ərazidə aparılacağı məlum deyil.

Qeyd edək ki, sərhədin digər hissələrinin hansı xəritələrlə çəkiləcəyini Azərbaycan müəyyən edir. Yəni rəsmi Bakı yalnız 1976-cı il xəritəsinə istinad edilməyəcəyini bildirib.

Bəs bu nə xəritələrdir belə (1929 və 1926)? Ermənilər nəyə arxayındır, əgər SSRİ tərkibində ərazisi “böyüyən” yeganə müttəfiq respublika Ermənistan olubsa? SSRİ dağılan zaman məgər Ermənistanın ərazisi 29.7 min kv/km deyildi?

Keşiş Baqrat və onun kimi revanşistlərin xəritə və ərazi iddialarına tutarlı cavabı elə Ermənistanın baş naziri Paşinyan “Onlar istəyirlər ki, İrəvanın mərkəzində kafedə oturub, Qars barədə xülyalara dalsınlar və beləliklə də İrəvanın özünü itirsinlər” deməklə verib.

Azərbaycan və Ermənistan arasında bütün sərhədlərin müəyyənləşdirilməsi zamanı 1923-cü ildən sonrakı xəritələrdən istifadə İrəvana sərf edir. Çünki bu müddətdə Azərbaycanın bir sıra əraziləri, xüsusilə Zəngəzurun 9 kəndi, Laçın və Kəlbəcərin müəyyən əraziləri Ermənistanın nüfuz dairəsinə keçib. O cümlədən Qazax, Gədəbəyin bəzi əraziləri, Göyçə. Bu səbəbdən də ermənilər çalışırlar ki, 1923-cü ildən sonrakı xəritələri əsas götürsünlər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təxminən iki il öncə indi keşiş Baqratın iddialarına oxşar iddialar irəli sürürdü. Lakin Azərbaycan o cür iddiaların əsassız olduğunu qeyd edərək təbii ki, qəbul etmədi. Bu gün artıq nə Paşinyan, nə də Qriqoryan belə fikirlər səsləndirmirlər. İndi isə keşiş Baqrat və revanşist müxalifət 1926 və 1929-cu il xəritələrini əsas götürməyin guya düzgün olacağını iddia edirlər. Onlar iddia edirlər ki, Sovet İttifaqında sərhədlərin demarkasiyası 1925-26-cı illərdə başlayıb, 1929-cu ildə başa çatıb və sonradan hazırlanmış sovet xəritələri o dövrün xəritələrinə əsaslanır. Halbu ki bundan əvvəl 1918, 1920-ci ilin xəritəsi var. Bu hərbi xəritə Azərbaycanda da, Ermənistanda da mövcuddur. Amma Ermənistan mütəxəssisləri məhz 1923-cü ildən sonrakı xəritələri gündəmə gətirirlər. Niyə? Çünki delimitasiya zamanı 1920-ci illərdə çəkilən xəritə əsas götürülsə, Azərbaycanın ərazisi bir neçə min kvadrat kilometrə qədər artacaq. Bu səbəbdən də ermənilər deyirlər ki, 1923-cü ildən sonrakı dövrün xəritələri ilə razıyıq. Çünki yaxşı bilirlər ki, o torpaqlar Ermənistana sonradan - SSRİ zamanında verilib.

Professor, millət vəkili Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda müxtəlif illərə aid olan xəritələrə istinad edilməsi cəhdləri sərhədlərin delimitasiyası, demarkasiyası və sülh sazişinin imzalanmasında maraqlı olmayan qüvvələrin olduğunu bir daha göstərir: “Əgər indiyədək bu proses başlayıb və gedirsə, deməli, bəlli metodologiya qəbul edilib. İş də onun əsasında aparılır. Ermənistanın keşiş Baqrat və Səfəryan kimi şəxsləri bilməlidirlər ki, 1918-ci ildə Ermənistan adlı bir dövlət Azərbaycan torpaqlarında yaradılanda ərazisi təxminən 9 min kvadrat kilometr idi. Bu gün isə Ermənistanın ərazisi 28 min kvadrat kilometrdən bir qədər çoxdur. Onların ərazi artımı nəyin hesabına olub? Ermənistana müxtəlif illərdə verilən Azərbaycan torpaqları hesabına. Ermənilərə müxtəlif illərdə verilən torpaqların sənədləri var və ermənilərin söylədikləri heç bir əsasa dayanmır”.

Lui Bono da sülhdən bir-iki ağız danışacaq və... - "Buradakı əsas məsələ..."ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono İrəvana səfər edib. Ermənistan mətbuatında yayılan xəbərə görə, səfər çərçivəsində o, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla görüşüb. Danışıqlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bu istiqamətdə ardıcıl fəaliyyətin təmin olunmasının vacibliyi müzakirə edilib.

Politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Lui Bono Cənubi Qafqaz danışıqları üzrə müşavir vəzifəsində fəaliyyətə başlayandan bəri Azərbaycan və Ermənistana tez-tez səfərlər edir:

"Lui Bononun bu dəfəki səfərində Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının görüşünün nəticələri müzakirə ediləcək. Çünki o iclasda Ermənistan tərəfinin əsas iştirakçısı Mqer Qriqoryan iştirak olub. Biz bilirik ki, Azərbaycan ABŞ-nin moderatorluq etdiyi heç bir görüşdən boyun qaçırmayıb. Ancaq burdakı əsas məsələ ABŞ-nin moderatorluğu yox, Ermənistanın sülh məsələsində nə qədər səmimi olacağıdır. Çünki Ermənistan Azərbaycanla təmaslarında nə qədər dürüst və səmimi olsa, Azərbaycanla münasibətlərində bir o qədər irəliləyiş olacaq. Hesab edirəm ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bu istiqamətdə ardıcıl fəaliyyətin təmin olunmasında formatlardan çox dövlətlərin mövqeləri və prinsipləri daha vacibdir".
Ermənistanda hakimiyyət kilsəyə "savaş" elan etli - NƏ BAŞ VERİR?
Elçin Alıoğlu - TREND


Aprelin 19-dan bəri Ermənistanda etiraz aksiyalarını təşkil edən və keçirən qüvvələrir birliyi baş nazir Nikol Paşinyanı devirmək niyyətlərinin əsas hədəf olduqlarını deyirlər.

Paşinyan indiyədədək onlara açıq, konkret cavab vermirdi. Lakin o, "sükut"u pozaraq Erməni Həvariyun (Apostol) Kilsəsi (EAK), əslən Qarabağdan olan ermənilərdən ibarət və sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri "qarabağlılar klanı", xarici ölkələrdəki erməni diasporu, Rusiya və İranın birbaşa nəzarətində olan müxtəlif müxalif qruplaşmalardan ibarət koalisiyaya açıq savaş elan edib.

EAK-ın Tavuş (Tovuzqala) yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın başçılığı ilə davam edən aksiyalarda səslənən iki tələbdən birincisi Azərbaycanla şərti dövlət sərhədində demarkasiya və delimitasiya prosesi ilə yekun sülh sazişinin imzalanması prosesinin dayandırılmasıdır. İkinci tələb Ermənistan parlamentiində Nikol Paşinyana impiçmentin elan edilməsi, onun şakimiyyətdən kənarlaşdırılması və yeni parlament seçkilərinin keçirilməsidir.

"Vətən uğrunda Tavuş" adlı hərəkatın reallaşdırdığı aksiyanın təşkilatçılarının Ermənistanın yeni baş naziri postunda sabiq prezident Robert Köçəryanı görmək istədikləri aydın olsa da, o, hələlik kölgədə duraraq guya proseslərdə aktiv iştirak etmədiyini nəzərə çatdırmaq istəyir.

R.Köçəryanın maliyyələşdirdiyi erməni mass-mediası, habelə digər sabiq prezident Serj Sarqsyanın kontrolundakı KİV-lər son günlər aktiv şəkildə bildirirlər ki, guya "Vətən uğrunda Tavuş" hərəkatının "lider"i keşiş Baqrat Qalstanyan baş nazir olmaq istəmir.

"Baş nazir postu ilə bağlı sabiq ombudsmen Arman Tatoyan, genaral Qriqori Xaçaturov, EAK-ın Şirak yeparxiyasının arxiyepiskopu Mikael Acapaqyanın və digərlərinin namizədlikləri müzakirə olunub. Heç bir namizədlə bağlı yekdil mövqe əldə olunmadığından Baqrat Qalstanyanın namizədliyi optimal sayılıb", - İrəvanda çıxan "Hrapark" qəzeti yazıb.

Halbuki bütün bu şounun arxasında duran qüvvələrin əsas nəzarətçiləri erməni kilsəsi ilə Robert Köçəryandır.

Bunu bilən N.Paşinyan da parlamentdə Erməni Həvariyun Kilsəsindən və onun siyasi ambisiyalarından bəhs edib.

"Ermənistan hökuməti rəsmi olaraq Erməni Hvariyun Kilsəsinə vergi sistemini tətbiq etməyi və yığılan bütün pulları sonradan geri qaytarmağı təklif etdi, amma kilsə bu təklifi rədd etdi. Məqsədimiz pul dövriyyəsində kölgəli məqamların olmasına imkan verməməkdir. Anlayırıq ki, erməni kilsəsinin öz xüsusiyyətləri var. Yığılan pullar hesablanandan sonra bütünlüklə kiosəyə qaytarılacaqdı. Bu təklifinin qəbul edilməməsi təəccüblüdür. Hökumət sadəcə olaraq, kilsənin maliyyə fəaliyyətində şəffaflıq ismtəyir. Lakin rədd cavabını təhlil edəndə belə qənaətə gəlirik ki, problem şəffaflıqdadır. Çox yəqin ki, Erməni Həvariyun Kilsəsində maliyyə axınları ilə bağlı problemlər var. Əks halda təklifimizin niyə rədd olunduğunu kimsə mənə başa salsın", - N.Paşinyan deyib.

Ermənistanın baş naziri faktiki olaraq ilk dəfə Erməni Kilsəsinin, yəni Eçmiədzinin maliyyə fırıldaqları ilə məşğul olduğunu, ölkə vətəndaşlarından və xarici ölkələrdəki erməni icmalarından yığılan pulların nəzarətdən kənar, gizli şəkildə idarə olunduğunu bəyan edib. Bu, rəsmi İrəvanın EAK-a qarşı həddən ziyadə ciddi ittihamıdır və şübhə yoxdur ki, Paşinyanın açıqlamasından sonra Ermənistanın dövlət qurumlarının EAK-ın fəaliyyəti ilə bağlı araşdırmaları başlanacaq.

N.Paşinyaın əsas məqsədi keşişlərin siyasətə kobud və açıq müdaxiləsinin qarşısını almaq, Eçmiədzinin hakimiyyətə qarşı olan qüvvələrlə işbirliyinə və ən əsası, belə qüvvələrə maliyyə dəstəyi verməsinə son qoymaqdır.

Ermənistanın baş naziri daha sonra sərhədlərdən bəhs edib.

"Bizi qanuni və legitim sərhədlərimizdənk kənara çıxararaq "Böyük Ermənistan"dan bəhs edənlər bunu bizi başlaranının qanuni hədəfinə çevirmək üçün edirlər. Niyə,

"Baxın, Ermənistan müstəqil ölkə ola bilmir. Ermənistanın nəyinə gərəkdir hökumət, parlament, dövlət qurumları, bələdiyyəllər?! Ölkədəki 10 vilayət əvəzinə Erməni Kilsəsinin 10 yeparxiysını yaradaq, işlər bitsin" deyəcək ölkələrin olması üçün belə edirlər. Erməni xalqının tarixində belə təcrübə olub: Bizansa gediblər, kilsədən xeyir dua-alıblar, sonra ölkəyə qayıdaraq başqasının köləsi kimi xalqı idarə ediblər. Təsir agentləri məsələsi hələ də aktualdır, amma əminəm ki, bu problemi yaxın iki-üç ərzində həll edəcəyik. İndi həll etməyə çalışdığımız problem son 20-30 ilin yox, min ilin problemidir", - N.Paşinyan deyib.

Sonda N.Paşinyan Rusiya və Belarusu hədəfə alıb.

“Belarus prezidenti Aleksandr Lukaşenko söylədi ki, sən demə, dörd ildir Ermənisana həqrqəti demək istəyirmiş, amma müəyyən səbəblərdən deyə bilmirmiş. İndi səbəb var və mən onun dörd ildə söyləyə bilmədiyini deyirəm. 44 günlük İkinci Qarabağ Müharibəsinə hazırlıqda müttəfiqlərimiz də qarşı tərəfdə iştirak edirlər. KTMT üzvü olan ən azı iki ölkə var ki, bizə qarşı,müttəfiqlərinə qarşı savaşa hazırlıqda iştirak etdilər. Onu da deməliyəm ki, müharibə Qarabağ uğrunda yox, “Ermənistanla bağlı gözləntilərin doğrulmaması” üçün idi. Lukaşenko həqiqəti dedi. Çox yaxşı, sevinirəm buna. Amma bu etirafı etməli başqa insanlar da var”, - N.Paşinyan bəyan edib.

Ermənistanın baş nazirinin sözlərinə görə, parlamentdə müxalifətə Ermənistan Respublikasının konkret ərazisi ilə bağlı sual verəndə isə heç bir cavab verilməyib.

"Konseptual fərq budur. Biz deyirik ki, Ermənistanın ərazisi 29743 kv.km-dir. Bu, real Ermənistan anlayışıdır. Bu suala cavab verməyən insanlar tarixi Ermənistan anlayışının daşıyıcılarıdır. Amma biz bu konsepsiyanın məntiqini aydın başa düşməliyik, çünki kimsə deyəndə ki, Ermənistanın ərazisi 29743 kv.km deyil, onlar, onların fikrincə, onun suveren ərazi olduğunu söyləmək üçün yol açır. Məsələn, onların xəyallarında Ermənistanın ərazisi 300 min kv.km-dir. Amma başa düşmürlər və başa düşürlərsə, daha pisdir, çünki Ermənistanın suveren ərazisinin 23 kv.km, minlərlə yox, düz 23 olduğunu deyə bilən başqalarına da eyni yolu açır.

Onlar istəyirlər ki, Ermənistanda, İrəvanın mərkəzindəki kafedə oturan insanlar Qarsı xəyal etsinlər və beləliklə də İrəvanı itirsinlər. İstəyirlər ki, Kafanda oturan insanlar Zəngilanı və ya onların dediyi kimi "Sanasar"ı xəyal etsinlər və bununla da əsl Ermənistanı, əsl Qafanı itirsinlər. Əsl Ermənistan və “tarixi Ermənistan” anlayışları arasında fərq budur. Seçim çox sadədir, bəli, bizim seçimimiz real Ermənistanla tarixi Ermənistan arasındadır, fərqlə ki, real Ermənistan gələcəklə bağlıdır. Biz real Ermənistanın sərhədlərini millimetrə qədər bilirik və o sərhədlərin təhlükəsihliyini səhərdən axşamadək kimlərinsə ayaqlarına qapanaraq, bizi gəlib qorumalarını yalvararaq yox, qanuni mövqeyimizdə duraraq təmin edirik", - N.Paşinyan bəyan edib.

Ermənilərə sevgisi ilə tanınan, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Paşinyanın belə çıxışından məyus qalaraq onu "yalançı" və "şərəfsiz" adlandırıb.

"Nikol Paşinyan Qarabağda Azərbaycanla müharibəni uduzmağın bütün məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır. Mənim mövqeyim çoxdan məlumdur. Paşinyan yalançı və şərəfsizdir, o, erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır, öz sələflərinin və bütün erməni xalqının illərlə mübarizə apardığı hər şeyi məğlub edib və uduzub", - K.Zatulin deyib.

… Ermənistanda hakimiyyət kilsəyə faktiki savaş açıb, sabiq prezident Robert Köçəryanı iqtidara qaytarmağa yönəlmiş etiraz aksiyalarını sərt şəkildə yatıra biləcəyini istisna etməyib və bütün bunlarla yanaşı, Rusiyanın ünvanına növbəği sərt messic ünvanlayıb.

Nikol Paşinyan artıq geriyə yol olmadığını anlayıb.
Oyun bitdi, indi biz bundan danışırıq - Hacıyev

Biz indi gələcək haqqında danışırıq, oyun bitdi. Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Laçında COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycanın xarici işlər nazirinin sözçüsü olduğu əvvəlki həyatında Azərbaycanın Laçın rayonunun işğalının 26-cı ildönümündə Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib.

"Həmin bəyanatda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Laçın rayonundan olan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının təmin edilməsi və münaqişənin ağır nəticələrinin aradan qaldırılması əsas məqsəd kimi qeyd edilirdi. Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin intensivləşdirilməsini dəstəkləməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, vətəndaşların pozulmuş hüquqlarını müdafiə etmək prinsiplərini müdafiə edirdi. İndi biz gələcək haqqında danışırıq, oyun bitdi. Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib. Ancaq bu dağıntıları görəndə bizdə kədər hissi oyadır", - H.Hacıyev qeyd edib.

O əlavə edib ki, bununla belə bu gün bütün dünya məcburi köçkünlərin, xüsusən də uşaqların öz evlərinə qayıtmasını, Laçının və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dirçəlişinin şahidi olur: "Sanki baharın özü Laçında və digər işğal olunmuş ərazilərdə qalan münaqişənin yaralarını sağaltmaq üçün əlavə səylər göstərir. Təbiət bu ecazkar diyarı öz rəngləri ilə mükafatlandırıb, hər künc-bucaq yaşıllıqlarla, çiçəklərlə bəzədilib. Bu gün biz Azərbaycanın COP29 gündəliyinin başqa bir unikallığı olan sülh quruculuğu prosesində də baş verən iqlim fəaliyyətindən danışacağıq. Bu, Ermənistan və Azərbaycan arasında sülh quruculuğu prosesi nəticəsində yaranıb. Laçın şəhərinə aparan yol Ermənistan sərhədinə çox yaxındır. Uzaqdan gördüyümüz Həkəri çayının qarşı tərəfində ermənilərə məxsus dirək və bayraqları görürük. Azərbaycan Ermənistanla mülki sərhəd, normal sərhəd qurmaq niyyətindədir".

azerbaycanda-akkredite-olunmus-diplomatik-korpus-uzvleri-lacinda

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşelərin mayın 24-də Laçına səfəri başlayıb.

APA xəbər verir ki, səfər proqramında iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Səfərin məqsədi “Lachin Climate Action Dialogue”da iştirak etməkdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan özünün tarixi ərazi bütövlüyü təmin edib, konflikt artıq bitib: “Biz burada gələcək haqqında danışacağıq. Laçın Həkəri sahilində yerləşən yaşayış məkanıdır, həm də Ermənistanla sərhəddə yerləşir. Sərhədin digərin tərəfində Ermənistan bayrağını görə bilərsiniz. Qeyd etdiyim kimi konflikt artıq keçmişdə qaldı. Artıq sülh dövrüdür. Bəli, bu çətin prosesdir”.

Azərbaycanın COP29- a ev sahibliyi edəcəyini vurğulayan Hikmət Hacıyev bildirib ki, bütün ərazilərdə olduğu kimi işğaldan azad olunan ərazilərdə də yaşıl enerjiyə üstünlük verilir: “Azərbaycanın bunu tətbiq etməyə böyük imkanları var. COP komandasına qarşıda gözləyən böyük işlərə görə uğurlar arzulayıram”.

 


 
Azərbaycan və Ermənistan Qazaxda 12,7 kilometrlik sərhəd xətti müəyyən edib

Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda qeyd olunub.

"Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub", - məlumatda bildirilib.

Xəbər lenti